Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü, (1945)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə114/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   110   111   112   113   114   115   116   117   ...   148

325 

 

24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü, (1945)



 

 

Millətlər  Cəmiyyəti  1927-ci  ildə  arbitraj  və 



təhlükəsizlik  üzrə  xüsusi  komissiya  yaratdı. 

Həmin  dövrdə  Millətlər  Cəmiyyətinin  üzvü 

olan  bütün  ölkələr 

yeni 


müharibənin 

alovlanmasına  yol  verməmək  üçün  təntənəli 

şəkildə  and  içdilər.  Ancaq  andın  mətni  son 

dərəcə  qeyri-müəyyən  idi:  dünyada  heç  bir 

ölkə  başqa  ölkəyə  hücum  edib  müharibəyə 

başlaya  bilməz.  Tələb  belə  idi:  bütün 

müharibələr  müdafiə  xarakteri  daşımalıdır.  Buna  baxmayaraq,  1939-cu  ildə 

Almaniya Çexoslovakiya və Polşaya soxuldu. Bununla da İkinci Dünya müharibəsi 

başlandı.  Bu,  Millətlər  Cəmiyyətinin  dağılması  demək  idi.  İkinci  Dünya 

müharibəsi  (1939-1945)  başa  çatanda  dünya  xalqları  bir  daha  qətiyyətlə  dedilər: 

"Müharibə  olmasın!"  Çünki  bu  dəfə  müharibə  60  milyon  insanın  həyatına  son 

qoymuşdu.  Əbədi  sülhü  bərqərar  edib,  möhkəmləndirən  yeni  beynəlxalq  birliyin 

yaradılması zərurəti meydana çıxdı. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülhü 

və  təhlükəsizliyi  qorumaq  və  möhkəmlətmək,  eləcə  də  dövlətlər  arasında  dinc 

əməkdaşlığı  inkişaf  etdirmək  məqsədi  ilə  müstəqil  dövlətlərin  könüllü  birləşməsi 

nəticəsində  yaranan  beynəlxalq  təşkilat  oldu.  BMT-nin  Nizamnaməsi  1945-ci  ilin 

aprelində  ABŞ-ın  San-Fransisko  şəhərində  keçirilən  konfransda  50  dövlətin 

nümayəndəsi  tərəfindən  imzalanmış  və  həmin  ilin  24  oktyabrında  qüvvəyə 

minmişdir. Odur ki, 24 oktyabr beynəlxalq aləmdə BMT Günü kimi qeyd olunur. 

Beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunması  üçün  əsas  məsuliyyət  BMT-nin 

Təhlükəsizlik  Şurasının  üzərinə  düşür.  BMT-nin  Təhlükəsizlik  Şurasından  əlavə, 

əsas orqanları bunlardır: Baş Məclis, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, 

Beynəlxalq  Məhkəmə  və  BMT  Baş  katibinin  başçılıq  etdiyi  Katiblik.  BMT 

sistemində  15  ixtisaslaşdırılmış  təsisat  da  vardır.  BMT-nin  iqamətgahı  Nyu-

Yorkda yerləşir. 

 

Azərbaycan  Respublikası  1992-ci  il  martın  2-də  BMT-nin  üzvlüyünə  qəbul 



olunmuşdur.  2000-ci  ildə  BMT  üzvlərinin  sayı  189-a  çatmışdır.  BMT  yarandığı 

vaxtdan  bəri  onun  yeddi  baş  katibi  olmuşdur:  Treqvi  Li  (Norveç),  Daq 

Hammarskold (İsveç), U Tan (Birma), Kurt Valdhaym (Avstriya), Havyer Peres de 

Kuel (Peru), Butros-Butros Qali (Misir), Kofi Annan (Qana). BMT-də rəsmi olaraq 

ingilis,  ərəb,  çin,  fransız,  rus  və  ispan  dilləri  işlənir.  BMT-nin  münaqişə 

zonalarında yerləşdirmək üçün müxtəlif ölkələrin hərbiçilərindən təşkil olunmuş və 

"mavi  dəbilqəlilər"  adlanan  sülhməramlı  qoşun  kontingenti  də  vardır.  Ermənistan 

ordusunun  torpaqlarımızı  işğal  etməsi  məsələsi  dörd  dəfə  BMT-də  müzakirə 

olunmuş,  bu  işğalı  pisləyən  və  işğal  olunmuş  əraziləri  qeyd-şərtsiz  tərk  etməyi 

tələb  edən  822,  853,  874  və  884  №-li  qətnamələr  qəbul  edilmişdir.  Təəssüf  ki, 

BMT-nin bu qətnamələri indiyədək yerinə yetirilməmiş qalıb. Beynəlxalq birliyin 

sanksiyalarına məruz qalmayan təcavüzkar isə bu qətnamələri yerinə yetirməkdən 

imtina edir. 

İnternetdə: 

www.books.google.com 



326 

 

30 Oktyabr - Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü



                       (1974) 

 

 

 



 

 

 



 

Bu  günün  tarixi  1974-cü  il  30  oktyabr  tarixində  keçmiş  SSRİ-də  məhkum 

olunmuş  siyasi  məhbus  Kronid  Lyubarski  tərəfindən  Mordovia  və  Perm 

düşərgələrinin digər məhbusları Beynəlxalq Siyasi Məhbuslar Gününü həbsxanada 

aclıq  edərək,  siyasi  repressiya  qurbanlarının  xatirəsinə  şam  yandırmaqla  qeyd 

etməyə  başlayıblar.  Elə  həmin  gün  Sergey  Kavalyov  Andrey  Saxarovun  evində 

mətbuat  konfransı  təşkil  edərək  həbsxanada  keçirilmiş  bu  aksiya  barədə  məlumat 

verib, həbsxana düşərgəsindən bəzi sənədləri ictimailəşdirib və siyasi məhbusların 

sözlərini  ictimaiyyətə  çatdırıb.  Bir  neçə  aydan  sonra  bu  mətbuat  konfransının 

təşkili  Kavalyovun  ittihamnaməsinin  tərkib  hissələrindən  birinə  çevrilib.  Bu 

hadisədən  sonra  oktyabrın  30-u  Beynəlxalq  Siyasi  Məhbuslar  Günü  və 

Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi  qeyd olunur.  



İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




327 

 

Bu tarixi unutmayaq 



2 Oktyabr -  Xocavənd rayonunun işğalı günü, (1992) 

“Düşmən Azərbaycana məqsədli şəkildə vurduğu bu ziyanın əvəzini 

mütləq alacaq, Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq!” 

                                                                                               

Ulu öndər Heydər Əliyev 

  

Xocavənd  rayonu  1991-ci  ildə  Martuni 



və  Hadrut  rayonlarının  bazasında  yaradılıb. 

Ərazisi  1458  kvadratkilometr  olan  rayonda  1 

şəhər,  2  qəsəbə,  81  kənd  olub.  Xocavəndin 

azərbaycanlılar  yaşayan  Tuğ  və  Salakətin 

kəndləri 1991-ci il oktyabrın 30-da, Xocavənd 

kəndi noyabrın 19-da, Naxullu kəndi isə 1992-

ci  il  yanvarın  9-da  işğal  edilib.  1992-ci  il 

fevralın 17-də isə ermənilər rayonun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsl 

soyqırım  aktı  həyata  keçiriblər.  Hər  tərəfdən  əlaqəsi  kəsilən  Qaradağlıya  hücum 

edən  ermənilər  kəndi  yandıraraq,  dinc  sakinlərə  amansızlıqla  divan  tutublar.  800 

nəfərdən  çox  sakini  olan  kənddə  işğal  zamanı  118  nəfər  əsir  götürülüb,  33  nəfər 

güllələnib.  Erməni  cəlladları  öldürülənləri  və  yaralıları  bir  yerdə  təsərrüfat 

quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfər 

öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Kənddə 200 ev, bir 

mədəniyyət  evi,  320  yerlik  orta  məktəb  binası,  25  çarpayılıq  xəstəxana  binası  və 

digər obyektlər dağıdılıb. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və 

Kuropatkin  kəndləri,  1993-cü  il  iyulun  23-də  Günəşli,  avqustun  20-də  Xətai 

kəndləri  ermənilər  tərəfindən  işğal  edilib  və  yandırılıb.  Düşmənə  qarşı  mərdliklə 

vuruşan  xocavəndlilərin  145  nəfəri  şəhid  olub. Zəngin    təbii  sərvətləri,  abidələri 

olan  qədim  yaşayış  məskənlərindən  sayılan  Xocavənd  son  20  ildə  ermənilər 

tərəfindən  talanıb,  abidələr  dağıdılıb,  zəngin  təbii  meşələr  qırılaraq  məhv  edilib, 

nadir bitki və ağac növlərinin kökü kəsilib.  

  

Prezident İlham Əliyevin tapşırığı ilə Qaradağlı faciəsi haqqında həqiqətlərin 



dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illər xeyli iş görülüb. 2008-ci il 

oktyabrın  4-də  Beyləqan  rayonunda  xocavəndlilər  üçün  salınan  qəsəbənin 

açılışında iştirak edən Prezident İlham Əliyev demişdir ki, bu faciə haqqında hamı 

bilməlidir. Artıq Qaradağlı faciəsindən bəhs edən ‖Soyqırım - Qaradağlı‖ adlı film 

çəkilib, bu istiqamətdə tədbirlər indi də davam etdirilir. Xocavəndlilər inanırlar ki, 

Prezident  İlham  Əliyevin  məqsədyönlü  siyasəti,  qətiyyəti  sayəsində  Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  həll  olunacaq,  işğal  altında  olan  bütün 

ərazilərimiz  azad  ediləcək,  qətlə  yetirilən  günahsız  insanların  qanı  yerdə 

qalmayacaq.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə