328
30 Oktyabr - Zəngilan rayonunun ermənilər tərəfindən işğalı günü, (1993)
“Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi
abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş
vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli
insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə,
həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və
bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır,
qiymətli bir hissəsidir. ”
Ümummilli lider Heydər Əliyev
Zəngilan ərazisi ən qədim insanların
yaşayış məskənlərindən hesab olunur. Bu
ərazidə mövcud olan bir neçə mağara
(Əsgülüm və Süsən dağlarında) burada
ibtidai insanların yaşayışından xəbər verir.
Zəngilan rayon kimi 1930-cu ildə təşkil
edilmişdir.
Rayonun
sahəsi
707
kvadratkilometr, əhalisi isə 35.351 nəfər
olmuşdur. Rayonda bir şəhər, bir şəhər tipli
qəsəbə, bir qəsəbə, 81 kənd var idi.
Mərkəzi Zəngilan şəhəridir.
XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi
yazıldı. Təqvimimizdə daha bir qara günün sayı artdı – 29 oktyabr (1993-cü il)
Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss
etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları
girov götürürdülər. Xronoloji ardıcıllığa qısa nəzər yetirək: 1992-ci ilin yanvar
ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də
Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndlərinə basqın edirlər və bu kəndlər
düşmənin nəzarəti altına düşür. 2 həftə sonra Qazançı və Dərəli kəndləri azad
edilsə də, Seyidlər kəndi mühasirədə qalır. İyulun 6-da düşmən rayon mərkəzini
atəşə tutur. Oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini
bombalayır. Beləliklə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir
çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası
qoyulur...
Zəngilanda nəyimiz qaldı? ZƏNGİLAN boyda VƏTƏN! Dünyada ikinci,
Avropada birinci nadir çinar meşələri, torpaq üzərində olan bütün var-dövlət, 67
məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol
stansiyası, 2 şərab zavodu, konserv zavodu, dəmir yol deposu... Hazırda Zəngilan
rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda
müvəqqəti məskunlaşmışlar. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində
Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis
işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər
çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə
müharibə əlilidir.
İnternetdə:
www.books.google.com
329
Azərbaycanın görkəmli şəxsiyyətləri
16 Oktyabr - Artilleriya general-leytenantı Səmədbəy Mehmandarovun
anadan olmasının 160 illiyi, (1857-1931)
Səməd bəy Sadıx bəy oğlu Mehmandarov Lənkəranda anadan
olmuşdur. Bakıda gimnaziya təhsili almış, 16 yaşında
Peterburqda yerləşən II Konstantinovka Artilleriya Məktəbinə
daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi
almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə
təltif
edilmişdir. 1890-cı
ildə
kapitan, 1898-ci
ildə
podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-
mayor rütbəsi almışdır.
Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.
Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi
verilmişdir. 1915-ci ildə S. Mehmandarov korpus komandiri
təyin olunmuşdur. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə
də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.
S. Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25
dekabrından hərbi nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə
30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi
hissələri Azərbaycanda olduğu dövrdə hərbi nazir S.Mehmandarov Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi
məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda məskun olduqları
yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq
S.Mehmandarov İngiltərə hökumətinin I Dünya müharibəsi illərində ona
verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən
xahiş etmişdi. S.Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə
aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci ildə S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris
olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
S.Mehmandarov rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son
üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur. Səməd bəy Mehmandarov 12
fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.(Bəzi mənbələrdə S.Mehmandarovun
doğum ili 1855, bəzilərində 1856-ci il verilmişdir.)
Filmoqrafiya:”Sizi dünyalar qədər sevirdim‖ (film, 1985), ―Səmədbəy‖ (film,
1995), ―Tənha ruh‖ (film, 1998), ―Cümhuriyyət generalları‖ (film, 2006) və s.
İnternetdə:
www.az.wikipedia.orq