Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə117/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   113   114   115   116   117   118   119   120   ...   148

333 

 

21 Oktyabr - Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyi,  



                       (1932-1994) 

Xəlil  Rza  Ulutürk   Salyan  rayonunun  Pirəbbə 

kəndində  anadan  olmuşdur.  2  saylı  şəhər  orta  məktəbində 

təhsil  almışdır.  İlk  mətbu  şeri  "Kitab" 1948-ci  ildə 

"Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür. 1948-

ci  ildə Azərbaycan  Dövlət  Universitetinin  filologiya 

fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. Xəlil Rza 

əmək 


fəaliyyətinə 

"Azərbaycan 

qadını" 

jurnalı 


redaksiyasında  başlamışdır.  Onun  ilk  şeirlər  toplusu  – 

"Bahar  gəlir"  1957-ci  ildə  nəşr  olunmuşdur.  1959-cu  ildə 

Xəlil  Rza Bakıya qayıtdıqdan  sonra Azərbaycan  Dövlət 

Pedaqoji  İnstitutunun aspiranturasında  təhsilini  davam 

etdirmişdir.  O, 1963-cü  ildə  "Müharibədən  sonrakı 

Azərbaycan  sovet  ədəbiyyatında  poema  janrı  (1945-1950)"  mövzusunda  yazdığı 

dissertasiyanı  uğurla  müdafiə  etmiş,  fılologiya  elmləri  namizədi  elmi  dərəcəsinə 

layiq  görülmüşdür.  1991-ci  il  mayın  6-da  Xəlil  Rza  "Türk  milləti  mükafatı 

laureatı"  fəxri  adına  layiq  görülmüşdür.  1992-ci  ildə  ona  ―Xalq  şairi‖  fəxri  adı 

verilmişdir.  

Xəlil  Rza  Ulutürk   1994-cü  il  iyunun  22-də    vəfat  etmiş,  Fəxri 

Xiyabanda dəfn  olunmuşdur.  Azərbaycan  xalqının  milli  mübarizəsində  xüsusi 

xidmətlərinə  görə  Xalq  şairi  Xəlil  Rza  Ulutürk  (ölümündən  sonra) "İstiqlal" 

ordeni ilə təltif edilmişdir. 



Kitabları: ―Hara gedir bu dünya‖ (1983), ―Daşdan çıxan bulaq‖ (1986), ―Məndən 

başlanır vətənim‖ (1988), ―Davam edir 37‖ (1992), ―Məndən başlanır Vətən‖ 

(1988), ―Davam edir 37‖ (1992), ―Türkün dünyası‖ (1994), ―Qəhrəman Təbrizim‖ 

(1994), ―Lefortovo zindanında‖ (1998) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 

 

 



334 

 

24 Oktyabr - Şair, dramatur Hüseyn Cavidin anadan olmasının 135 illiyi, 



                       (1882-1941) 

Azərbaycan 

 

ədəbiyyatında   romantizm   ədəbi  



cərəyanının  əsas  nümayəndəsi  olan  Hüseyn  Cavid  milli 

romantik  şeirin  və  mənzum  faciənin  banisidir.  Hüseyn  

Cavidin    ölməz    sənəti  dünya   romantizminin   tərkib 

hissəsidir.  Hüseyn  Cavid  Naxçıvanın  indiki  Kəngərli 

rayonunun  Şahtaxtı  kəndində,  ruhani  ailəsində  dünyaya  göz 

açmışdır. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta 

təhsilini  M.T.Sidqinin  "Məktəbi-tərbiyə"  adlı  yeni  üsullu 

məktəbində  almışdır  (1894-1898).  1899-1903-cü  illərdə 

Cənubi  Azərbaycanda  yaşamış,  Təbrizin  ―Talibiyyə‖ 

mədrəsəsində  təhsilini  davam  etdirmişdir.

 

İstanbul  Universitetinin ədəbiyyat 



şöbəsini  bitirmiş  (1909),  Naxçıvanda,  sonra  isə   Gəncə və Tiflisdə,  1915-ci  ildən 

isə Bakıda müəllimlik  etmişdir.  Hüseyn  Cavid  klassik  Azərbaycan  ədəbiyyatının 

ən  yaxşı  ənənələrini  inkişaf  etdirən  sənətkarlardandır.  O, XX  əsr Azərbaycan 

mütərəqqi romantizminin banilərindən biri olmuşdur. "Keçmiş günlər" adlı ilk şer 

kitabı 1913-cü ildə çap olunmuşdur. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə 

olan  "Şeyx  Sənan"  (1914)  əsərində  xalqları  bir-birinə  qovuşdurmaq  üçün 

ümumbəşəri  din  ideyasını  ortaya  atmışdır.  Yaradıcılığında  mühüm  yer 

tutan "İblis" (1918)  mənzum  faciəsində  dövrün  bütün  mürtəce  qüvvələri  -  "Insan 

insana  qurddur"  fəlsəfəsinin  tərəfdarları,  "İyirminci  əsrin  mədəni  vəhşiləri"  olan 

dairələri 

İblis  surətində  ümumiləşdirilmiş,  işğalçı  müharibələrə  lənət 

yağdırılmışdır. Ötən əsrin 20-30-cu illərində Hüseyn Cavid bir sıra tarixi dramlar 

yazmışdır.  "Peyğəmbər"  (1922)  və  "Topal  Teymur"  (1925)  əsərlərindən  sonra 

yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, 

tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olmuşdur. 

 

Sovetlər  Birliyində  totalitarizmin  dəhşətli  dövründə  Hüseyn  Cavid 



sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan 

ağalarını  mədh  etməkdən  qətiyyətlə  boyun  qaçırmışdır.  Ona  görə  də  bu  mətin 

şəxsiyyət  Sibir  buzlaqlarına, Maqadana sürgün  edilmiş  və  5  dekabr  1941-ci 

ildə İrkutsk  vilayətinin Tayşet  rayonunun Şevçenko  kəndində  həlak  olmuşdur. 

Şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda ev-

muzeyi  yaradılmışdır  (1981).  Ümummilli  lider  Heydər  Əliyevin    tapşırığı  ilə 

yubiley  ərəfəsində  cənazəsinin  qalıqları  İrkutsk  vilayətindən  Naxçıvana  gətirilib, 

ev-muzeyinin  yaxınlığında  dəfn  edilmişdir.  Naxçıvanda  onun  qəbri  üstündə 

möhtəşəm  məqbərə  ucaldılmışdır.  Azərbaycan  teatrlarında  Hüseyn  Cavidin  dram 

əsərləri  böyük  müvəffəqiyyətlə  tamaşaya  qoyulmuşdur.  Şairin  anadan  olmasının 

100  illik  yubileyi  geniş  qeyd  olunmuşdur.  Naxçıvanda  ev  muzeyi  yaradılmışdır 

(1981).


 

Kitabları: “Bahar şəbnəmləri, ‖―İblis‖(1927), ―Peyğəmbər‖(1926), ―Şeyda‖ 

(1925), ―Topal Teymur‖ (1926), ―Şeyx Sənan‖ (1926), ―Uçurum‖ (1926), 

―Səyavuş‖ (1934), ―Seçilmiş əsərləri‖ (1985) və s. 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011.

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə