Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə120/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   116   117   118   119   120   121   122   123   ...   148

341 

 

29 Oktyabr -  Xalq artisti,  dirijor, bəstəkar Rauf Abdullayevin  



                        anadan olmasının 80 illiyi (1937) 

  

  

 

 

 



 

 

 



Rauf    Abdullayev    Ü.  Hacıbəyov    adına    Аzərbаycаn    Dövlət 

Kоnservаtоriyаsını  (1959)  və  Leninqrаd  Dövlət  Kоnservаtоriyаsını  dirijоrluq 

üzrə    (1965)    bitirmişdir.  1965-1984  illərdə  M.F.Ахundоv  аdına Аzərbаycаn 

Dövlət    Оperа    və    Bаlet    Teаtrının   bаş    dirijоru,  70-ci  illərdə  Müаsir  Musiqi 

Kаmerа  Оrkestrinin  və  BаKаRа  аnsаmblının  yаrаdıcılаrındаn  biri,  1984-cü 

ildən Ü.Hаcıbəyоv аdına Аzərbаycаn Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və 

bаş  dirijоru,  1991-1994  illərdə  Аnkаrа  Dövlət  Оperа  və  Bаlet  Teаtrının  bədii 

rəhbəri və bаş dirijоru, beynəlхаlq əhəmiyyətli musiqi festivаllаrının və layihələrin 

iştirаkçısı оlmuşdur.  

Dövlət mükafatı laureatı,"Şöhrət" ordenli Rauf Abdullayev 20 ildən artıq bir 

müddətdə  baş  dirijor  kimi  30-a  yaxın  opera  və  balet  tamaşalarına  dirijorluq 

etmişdir. O, Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Türkiyə, Misir, ABŞ, 

İtaliya,  Dubay  və  digər  ölkələrdə  məşhur  kоllektivlərə  dirijоrluq  etmişdir. 

Repertuarına  bir  çox  Qərbi  Avropa,  rus  və  Azərbaycan  bəstəkarlarının  əsərləri 

daxildir. 

Filmoqrafiya:  ―Babək‖  (film,  1979),  ―Yeddi  gözəl‖  (film,  1982),  ―Qətl  günü‖ 

(film,  1990),  ―Özgə  vaxt‖  (film,  1996),  ―Könül  nəğməsində  variasiyalar‖  (film, 

2002),  ―Maestro‖  (film,  2002),  ―Bir  anın  həqiqəti‖  (film,  2003),  ―Arxada  qalmış 

gələcək‖ (film, 2005), ―Cavid ömrü‖ (film, 2007), ―Maestro Niyazi‖ (film, 2007), 

―Məhkumlar‖  (film,  2007),  ―Cavad  xan‖  (film,  2009),  ―Ölüm  növbəsi‖  (film, 

2009), ―Buta‖ (film, 2011),‖Tərsinə çevrilən dünya‖ (film, 2011), ―Sübhün səfiri ― 

(film, 2012) 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 


342 

 

Milli qəhrəmanlar zirvəsi 



5 Oktyabr - Allahverdiyev Namiq Müslüm oğlunun anadan olmasının  

                     50 illiyi, (1967-1992) 

 

 

Namiq  Allahverdiyev  Beyləqan  rayonunda anadan  olmuşdur. 1984-cü  ildə 

1saylı orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə 

hərbi  xidmətini Moskva ətrafında  başa  vuraraq vətənə  dönmüşdür.  1988-ci  illərdə 

erməni  təcavüzkarları  xalqımızı  narahat  etməyə  başlamışdı.  Yerli  əhali  könüllü 

müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan 

biridə  Namiq  olur.  O  ilk  döyüşünə Qubadlı  rayonunda başlayır.  Namiq 1991-ci 

il 31  avqustda DİN-in  XTP  dəstələrinə  daxil  olur  və  yenidən  döyüş  meydanına 

atılır.  O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları  uğrunda  gedən  döyüşlərdə 

fəal  iştirak  edir.  Axırıncı  döyüşü Tərtər  rayonunda olur.  Burada Şıxarx (keçmiş 

Marquşevan), Həsənqaya, Birinci  Çaylı, İkinci  Çaylı və  digər  kəndləri  erməni 

basqınçılarından azad edilmişdi. 

 9  iyul 1992-ci  il  erməni  silahlı  qüvvələri   Cəmilli  yüksəkliyinə  hücum 

edirlər,  cəsur  əsgərimiz  Namiq  onların  qarşısını  almaq  üçün  yüksəkliyə  qalxıb, 

mövqə  tutur,  elə  bu  vaxt  güclü  partlayış  eşidilir,  tankdan  atılan  mərmi  onun 

həyatına son qoyur. Subay idi. 

Azərbaycan Respubliksı Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı 

ilə  Allahverdiyev  Namiq  Müslüm  oğlu  ölümündən  sonra  Azərbaycanın  Milli 

Qəhrəmanı adına layiq görülmüşdür. 

Bakı  şəhəri Şəhidlər  xiyabanında dəfn  edilmişdir.  Beyləqan  rayonundakı  1  saylı 

orta məktəb qəhrəmanımızın adını daşıyır. 

 

                                                Oğullar itirib Azərbaycanım, 



                                               İgidlər yetirib Azərbaycanım! 

                                              Sonsuz məhəbbəti ürəyimdədir

                                              Qüvvəti dizimdə, biləyimdədir, 

                                              Torpağının ətri çörəyimdədir, 

                                                                         

Süleyman Rüstəm

 

İnternetdə: 



www.az.wikipedia.orq 

Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010.

 

 


343 

 

27 Oktyabr - Əsədov Rafael Əvəz oğlunun anadan olmasının 65 illiyi, 



                       (1952-1992) 

 

 

 



 

 

 



 

Əvəz    oğlu  Əsədov  Gəncədə  anadan  olub. 1969-cu  ildə  orta  məktəbi 

bitirdikdən  sonra Tbilisi Ali Artilieriya Məktəbinə qəbul edilib. 1973-cü ildə hərbi 

məktəbi  bitirərək,  təhsilini  Sankt-Peterburq  Нəгbi  Artilleriya  Akademiyasında 

davam  etdirib. Təhsilini  başa  vurduqdan  sonra  SSRİ  Silahlı  Qüvvələrinin 

tərkibində   Macarıstan,   Vyetnam   və   Əfqanıstanda   qulluq  edib.  1991-ci  ildən 

Rafael  Əsədov Ağdam,   Goranboy,   Tovuz   və   Gədəbəy   bölgələrində  hərbi 

əməliyyatların  fəal  iştirakçısı  olub.  1992-ci  il 12  noyabrda Ağstafa bölgəsində 

əməliyyata  hazırlıq  zamanı  döyüş  mövqelərinə  nəzarət  edərkən,  yaxınlıqda 

partlayan 

mərmi 

qəlpələrindən 



həlak 

olub. 


Bakı şəhərinin Şəhidlər 

Xiyabanında  dəfn  edilib. Ailəli  idi. İki  övladı  yadigar  qalıb.  

Azərbaycan  Respublikası  Prezidentinin  16  sentyabr  1994-cü  il  tarixli  202  saylı 

Fərmanı  ilə  Əsədov  Rafael  Əvəz  oğlu  ölümündən  sonra  Azərbaycanın  Milli 

Qəhrəmanı adına layiq görülüb.  

Savaşlardan alnıaçıq çıxan zaman 

Tarixlərə bağışladın neçə qurban. 

 Hər qonşuda bir parçası əsir qalan 

          Torpağına canım qurban , Azərbaycan ! 

                                                                         

Nəriman Həsənzadə 



 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə