139
20 Aprel - Xalq şairi Məmməd Rahimin anadan olmasının 110 illiyi,
(1907-1977)
Məmməd Rahim ( Hüseynov Məmməd Abbas oğlu) Bakıda, kiçik sahibkar
ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, böyük qardaşının himayəsində
yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb, Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun şərqşünaslıq fakultəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda
―Azərnəşr‖də tərcüməçilik etmişdir (1928-1931). 1926-cı ildə ilk şeiri ―Gördüm‖,
1930-cu ildə isə ilk şeir kitabı ―Arzular‖ çap olunmuşdur. Yazıçılar İttifaqında şeir
bölməsinin rəhbəri (1941-1946) olmuşdur. Məmməd Rahim həm də İranda xüsusi
ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna
görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya
bölməsinə rəhbərlik etmişdir. ‖Xaqani‖ (1955) mənzum dramını, ―Sayat Nova‖
(1956), ―Natəvan‖ (1962) poemalarını yazmışdır. Ş. Petefi, Beranje, A.Tvardovski,
A. Blok, Şiller, Nekrasov və başqalarının əsərlərini dilimizə tərcümə etmişdir.
Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə
edilmişdir. Azərbaycan Xalq şairi (1957), Əməkdar İncəsənət xadimi(1940),
Dövlət Mükafatı laureatı (1949) Məmməd Rahim 1977-ci il mayın 6-da Bakıda
vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Kitabları: ―Arzular‖ (1930), ―Partizanın tüfəngi‖ (1937), ―İldırımın kitabı‖
(1939), ―Nübar‖ (1939), ―Arzu qız‖ (1940), ―Vətən sevgisi‖ (1942), ―Leninqrad
göylərində‖ (1949) , ―Məhəbbətin baharı‖ (1957), ―Arzular gül açanda‖ (1965),
―Tonqal başında‖ (1968), ―Dayağım‖ (1971), ―Limon və çay‖ (1972), ―Məhəbbət
dastanı‖ (1974), ―Seçilmiş əsərləri‖ (üç cilddə) (1988) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
140
22 Aprel - Şairə Rəfiqə Hüseynovanın anadan olmasının 75 illiyi, (1942)
Hüseynova Rəfiqə Ağamoğlan qızı Xaçmaz şəhərində anadan olmuşdur.
Bakıda 49 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində III kursadək təhsil
almışdır. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Moskvaya,
M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmişdir. Həmin institutda qiyabi təhsil
almışdır. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində redaktor, ―Bakı‖
qəzeti redaksiyasında müxbir işləmişdir. ―Ədəbiyyat və incəsənət‖ qəzeti
redaksiyasında ədəbi işçi, teatr və kino şöbəsinin müdiri işləmişdir (1967-1971).
C.Cabbarlı adına ―Azərbaycanfilm‖in dublyaj şöbəsində böyük redaktor
vəzifəsində çalışmışdır (1973-1992).
Ədəbi fəaliyyətə ―Azərbaycan gəncləri‖ qəzetində dərc olunan ―Külək‖
şeirilə başlamışdır. Tələbəlik illərindən dövri mətbuatda şeirləri, publisist
məqalələri ilə çıxış edir. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri SSRİ
xalqlarının dillərinə tərcümə olunmuşdur. Türkiyə mətbuatında şeirləri çap
olunmuşdur. O, yüzə yaxın bədii filmi ruscadan doğma dilə çevirmişdir. Ssenariləri
əsasında ―Dünyaya insan gəlir‖, ―Şeir mənim üçün bir kainatdır‖ sənədli filmləri
çəkilmişdir. ―İnsan və əmək‖ sənədli filmlər müsabiqəsində onun ―Dünyaya insan
gəlir‖ filmi ikinci mükafata layiq görülmüşdür. Azərbaycan Qadınlar Şurasının
üzvüdür. Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin Fəxri Fərmanına layiq
görülmüşdür. ―Qızıl qələm‖ mükafatı laureatıdır. Ümumdünya Sülh Federasiyası
tərəfindən ―Sülh məramlı səfir‖ Fəxri adına layiq görülmüşdür.
Kitabları: ―Səninlə birlikdə‖ (1963), ―Sahildə‖ (1973), ―Əsrin qadını‖ (2004) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
141
24 Aprel - Şair Abdulla Faruqun anadan olmasının 110 illiyi, (1907-1944)
Əfəndiyev Abdulla Musa oğlu Göyçay rayonundakı Poti kəndində, əkinçi
ailəsində doğulmuşdur. İlk təhsilini Göyçayda almış (1917-1921), sonra Bakı
Müəllimlər Seminariyasına göndərilmişdir. Oranı bitirəndən sonra Azərbaycan
Dövlət Pedoqoji İnstitutuna daxil olmuşdur (1925). Lakin onu ADU-nun pedoqoji
fakültəsinə dəyişirlər. Burada ictimai tarix şöbəsini bitirir. Göyçay rayonunda
pedoqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun
hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet
Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaq üçün
Moskvaya ezam olunur (1930). Ailə vəziyyətinə görə bir ildən sonra Bakıdakı
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna dəyişilir. Eyni zamanda Nərimanov
adına Texnikumda müəllim, maarif şöbəsində pedoqoji kabinetin müdiri olur
(1933-1934). ―Qızıl Şərq‖ mətbəəsində Baş Mətbuat İdarəsinin nümayəndəsi
işlədiyi vaxt (1934) Sovet Ordusuna xidmətə çağırılır. Qısa fasilələrlə ―Ədəbiyyat
qəzeti‖ və ―Şərq qadını‖ jurnalları redaksiyalarında, ―Azərnəşr‖də işləyir. İkinci
Dünya müharibəsi dövründə kiçik leytenant rütbəsində cəbhədə iştirak edir (1942-
1943).‖Qızıl əsgər‖ cəbhə qəzeti səhifələrində mübariz ruhlu şeirləri dərc olunur.
―Qara Məmməd‖ mənzum pyesini, ―Otuz qəhrəman‖ poemasını bu dövrdə qələmə
alır. N. Nekrasov, İ.Franko və digər sənətkarların əsərlərini dilimizə tərcümə edir.
Abdulla Faruq 1944-cü ildə Taqanroq ətrafında gedən döyüşlərdə həlak
olmuşdur.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.