Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
46
Faiz riski faiz dərəcələri üzrə volatilliyin böyük olmasından irəli gəlir (xüsusilə B
bankında). Qiymətləndirmələr göstərir ki, 95%-lik ehtimal səviyyəsində 1 günlük
faiz riski üzrə RMD-nin kapitala nisbəti A bankında 2% - 5%, B bankında isə 5% -
8% arasında
1
dəyişir. B bankında faiz riskinin A bankı ilə müqayisədə yüksək
olması haqqında mülahizə hesablamalarda da öz təsdiqini tapdı.
Hər iki bankın mövqelərinə hansı müddətin daha çox təsir etdiyini
müəyyənləşdirmək üçün əlavə RMD (incremental VaR) hesablanmışdır
2
. Məlum
olmuşdur ki, A bankının portfelində riskə ən çox təsir edən mövqe 1-3 ay, B
bankında isə 12 aydan yuxarı olan mövqe olmuşdur. Hesablanmış RMD nəticələri
kapital adekvatlığı əmsalında
3
bazar risklərini nəzərə almağa imkan verir. Cədvəl 9-
dan göründüyü kimi, bank portfelində faiz riski nəzərə alındıqda belə, kapital
adekvatlığı şərti norma daxilində olmuşdur.
C
Ə
DVƏL
9.
K
APITAL ADEKVATLIĞI
4
Bankın adı
A bankı
B bankı
Faktiki kapital adekvatlığı, %
15
20
Faiz riski nəzərə alındıqda kapital adekvatlığı, %
12.6
12.5
Valyuta və
faiz riski nəzərə alındıqda kapital adekvatlığı, %
12.7
12.2
Nəticə
Şərti bank sektoru üzrə seçilmiş reprezentativ iki hipotetik bank misalında faiz riski
üzrə qəp təhlili, durasiya qəpi və RMD vasitəsi ilə qiymətləndirilmişdir.
Sadə qəp təhlili göstərir ki, faiz dərəcələri 1 f.b azaldığı halda, A bankında kapital
2%, B bankında isə 0.2%-ni azala bilər. Lakin, bu metodla alınmış nəticələr
statikdir və mövqelər üzrə faizə həssaslıqdakı fərqləri nəzərə almır. Bu səbəbdən
durasiya qəpi təhlilindən istifadə daha məqbul hesab edilir. Durasiya təhlilinə
əsasən bazarda faiz dərəcələri 1 f.b azaldıqda, A bankının əldə edəcəyi mənfəət
kapitalının 1.6%-ni, B bankının qarşılaşacağı zərər isə kapitalının 1.8% təşkil edir.
Faiz riski üzrə RMD qiymətləndirmələri göstərir ki, 95%-lik ehtimal səviyyəsində 1
günlük faiz riski üzrə RMD-nin kapitala nisbəti A bankında 2% - 5%, B bankında
1
Faiz riski üzrə RMD modelini yoxlamaq üçün "geriyə yoxlama" testindən istifadə edilməlidir. Lakin, müşahidələrin
sayı məhdud olduğundan modeli yoxlamaq mümkün olmamışdır.
2
Bazel komitəsi bir neçə aktivi olan portfel üzrə risklər hesablanarkən, hər mövqe üzrə olan riskləri cəmi portfel üzrə
olan risklərlə müqayisə etmək üçün “Əlavə RMD”-dən (İncremental VaR) istifadəni təklif etmişdir (Jorion, 2000).
3
Hesablamalar Monte-Karlo simulyasiyası əsasında aparılmışdır
4
Burada valyuta və faiz riski üzrə RMD 95%-lik ehtimal ilə 10 günlük götürülmüşdür (Bazel komitəsinin tövsiyəsi)
Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
47
isə 5% - 8% arasında dəyişir. Beləliklə, sadə qəp təhlili B bankının faiz riskinin az
olduğunu göstərsə də, durasiya qəpi və RMD B bankının faiz riskinə daha həssas
olduğunu deməyə imkan verir.
Bundan əlavə RMD nəticələri kapital adekvatlığı əmsalında faiz və valyuta riskini
də nəzərə almağa imkan vermişdir. Faiz və valyuta riski nəzərə alındıqda, kapital
adekvatlığı əmsalında azalma müşahidə olunsa da, bu əmsal tələb edilən şərti
minimal həddən aşağı olmamışdır.
Ə
dəbiyyat
1.
Aasen, M. R. (2011). Applying Altman’s Z-Score to the Financial Crisis An
Empirical Study of Financial Distress on Oslo Stock Exchange.
2.
Altman, E. (1977). “Zeta Analysis. A new model to identify bankruptcy risk
of corporation”.
Journal of banking and finance 1(1977)29-54 .
3.
Altman, E. I. (Sep., 1968). Financial Ratios, Discriminant Analysis and the
Prediction of Corporate Bankruptcy. The Journal of Finance (Vol. 23, No. 4),
pp. 589-609.
4.
Altman, E. I. (2000). PREDICTING FINANCIAL DISTRESS OF
COMPANIES:REVISITING THE Z-SCORE AND ZETA® MODELS.
5.
Bank, D. N. (2005). Guidelines on interest rate risk in the banking book.
6.
BCBS. (2011). Basel III: Enhancing risk coverage. 3.
7.
BCBS. (2012). Fundamental review of the trading book.
8.
BCBS. (2005). International Convergence of Capital Measurement and
Capital Standards. BIS.
9.
BCBS. (1996). Market Risk Amendment.
10.
Becker, L. (2013). Basel Committee has work out on interest rate risk charge.
Risk magazine .
11.
Becker, L. (2013). Basel Committee has work out on interest rate risk charge.
Risk magazine .
12.
Berry, R. (2008 b). An Overview of Value-at-Risk: Part II - Historical
Simulations VaR. Investment Analytics and Consulting , 8-11.
13.
Berry, R. (2008 a). Value-at-Risk: an overview of analytical VaR. Investment
Analytics and Consulting .