Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə13/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   9   10   11   12   13   14   15   16   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
21 
Kommunist  Partiyasının  Zakkraykomun  plenumuna  təqdim  etdi.  Zakkraykomun  tövsiyəsi  ilə  Azərbaycan 
Kommunist Partiyası 1923-cü il iyulun 1-də Qarabağın dağlıq hissəsinin qalan hissədən ayırıb ora muxtariyyət 
hüququ verdi. İyulun 7-də həmin qərar elan edildi və Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı. Göründüyü kimi
bu termini və bu bəlanı Azərbaycana kommunistlər gətirdilər.  
-  Ermənistanın  Dağlıq  Qarabağa  iddiaları  ilə  bağlı  Azərbaycan-Ermənistan  münaqişəsindən  qaçmaq 
mümkün idimi?  
- Təəssüflər olsun ki, Dağıq Qarabağ Muxtar Vilayətinin yaranması da daxil olmaqla bütün sonrakı dövrdə 
Azərbaycan  rəhbərliyi  bu  məsələyə  münasibətdə  ciddi  səhvlərə  yol  verib.  Aydın,  düşünülmüş,  əsaslandırılmış 
mövqe  nümayiş  etdirmək  əvəzinə  Azərbaycan  rəhbərliyi  xırda  istisnalarla  bir  qayda  olaraq  ermənilərin 
iddialarına  münasibətdə  təslimçi  və  barışdırıcı  mövqe  tutmağa  üstünlük  verib.  Məsələn,  60-cı  illərdə 
Ermənistandan  gələn  emissarlar  Qarabağın  Ermənistana  birləşdirilməsi  istiqamətində  imza  toplamağa  cəhd 
göstərmişdilər. 1961-ci ildə Nikita Xruşovun Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyi ilə bağlı 
Yerevana  səfəri  gözlənilirdi.  Erməni  rəhbərliyi  belə  bir  şayiə  yayırdı  ki,  guya,  Xruşov  "hədiyyə"  ilə  gəlir  və 
1954-cü ildə Ukrayna-Rusiya uniyasının 300 illiyi münasibətilə Krımı Ukraynaya verdiyi kimi Dağlıq Qarabağı 
da Ermənistana verəcək. Yeri gəlmişkən, Yerevanın bu niyyəti ona görə baş tutmadı ki, həmin dövrdə Qarabağ 
erməniləri  belə  avantürist  məqsədlər  üçün  imza  verməkdən  imtina  etdilər.  Bunun  əvəzində  isə  Ermənistan 
rəhbərliyi  orada  yaşayan  azərbaycanlı  əhali  üçün  dözülməz  vəziyyət  yaratdı.  Uydurma  erməni  genosidinin  50 
illiyi  ilə  bağlı  Ermənistanda  yaşayan  azərbaycanlıların  1965-ci  ilin  mart  ayında  Leonid  Brejnevə  və  Andrey 
Qromıkoya  göndərilən  anonim  məktublarında  bildirilirdi  ki,  "hazırda  Ermənistan  partlayıcı  maddə  ilə 
doldurulmuş  və  ilk  qığılcımdan  alışmağa  hazır  nəhəng  kürəyə  bənzəyir".  Məktub  müəllifləri  "genosid"  günü 
Ermənistanda  yaşayan  türklərin  qətlə  yetirilmək  təhlükəsi  barədə  yazırdılar.  1977-ci  ildə  SSRİ-nin  yeni 
konstitusiyasını qəbul edərkən Ermənistan rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini 
yenidən qaldırdı. Lakin Azərbaycan hakimiyyətinin qəti etirazı nəticəsində bu iddialar rədd olundu.  
Yəni,  Sovet  hakimiyyətinin  bütün  dövründə  Ermənistan  rəhbərliyi  ermənilərin  qonşu  xalqlara  nifrətini, 
məcazi mənada desək, kökdə saxlaya bilib. Bizdə isə 1981-ci ilin iyununda Azərbaycan SSR Ali Soveti Dağlıq 
Qarabağın Muxtar  Vilayətinin  statusu haqqında  qanun  qəbul  edərkən  ciddi  səhvlərə  yol  verdi.  Həmin  dövrdə 
SSRİ-də  muxtar  qurumlar  üçün  nəzərdə  tutulmayan  hüquqlar  1981-ci  il  24  iyun  qanunu  ilə  müstəsna  olaraq 
Dağlıq  Qarabağa  verildi.  Məsələn  orada  deyilirdi  ki,  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  vilayət  Sovetinin 
razılığı olmadan onun inzibati ərazi quruluşunda dəyişiklik edilə bilməz. Əlavə olaraq Dağlıq Qarabağa daha iki 
imtiyaz verilmişdi. Rusiya Federasiyasında olan muxtar vilayətlərin heç birinin belə imtiyazları yox idi.  
Heydər  Əliyev  Moskvaya  getdikdən  sonra  respublikaya  bir-birinin  ardınca  zəif  adamların  rəhbərlik 
etməsindən ermənilər bacarıqla istifadə edə bildilər. Azərbaycan rəhbərləri bir qayda olaraq Moskvanın onları 
millətçilikdə ittiham etməsindən çox ehtiyat etdiklərindən Yerevanın Qarabağdakı  əməllərinə göz yumurdu və 
bu da ideoloji baxımdan Qarabağ ermənilərinin bir hissəsinin Ermənistanın nəzarətinə düşməsi ilə nəticələndi. 
Əlbəttə  ki,  1985-ci  ildə  Mixail  Qorbaçovun  hakimiyyətə  gəlməsi  ermənilərin  iddialarının  aktivləşməsində 
mühüm  rol  oynadı.  Mən  Siyasi  Büronun  iclaslarının  stenoqramları  ilə  tanış  olduqda  gördüm  ki,  Qorbaçov 
ermənipərəstliyə  hələ  hakimiyyətə  gəlməmişdən  əvvəl  başlayıb.  Konstantin  Çernenko  xəstə  olanda  Qorbaçov 
partiyada ikinci adamıydı idi ki, Katibliyin və Siyasi Büronun iclaslarını aparırdı.  
Diqqət  yetirin,  1985-ci  il  fevralın  21-də  Sov.  İKP  Mərkəzi  Komitəsinin  katibliyinin  qərarı  ilə  "Erməni 
genosidinin  70  illiyi  ilə  əlaqədar  tədbirlər  haqqında"  məsələ  Siyasi  Büronun  iclasına  çıxarılmışdı.  Məqsəd  24 
apreli  "Genosid  qurbanlarının  xatirə  günü"  elan  etmək  üçün  Siyasi  Büronun  qərarını  əldə  etmək  idi.  Lakin 
Siyasi  Büronun  təcrübəli  üzvlərindən  olan  Tixonov,  Qromıko,  Qrişin,  Zimyanin  məsələnin  əleyhinə  çıxdılar. 
Qrişin dedi: "70 il biz Respublika Ali Şurası Prezidiumunun bu məsələ ilə bağlı qərarı olmadan keçinirdik, indi 
isə  qərar  qəbul  etmək  təklif  olunur.  Bunu  nəyə  görə  etmək  lazımdır?  Mən  ümumilikdə  xatirə  günü  haqqında 
respublika qərarının qəbul olunmasının vacibliyinə böyük şübhə ilə yanaşıram". Qromıko isə qeyd etdi ki, "bu, 
Türkiyə  Sultanlığının  və  Rus  çarizminin  çirkin  cinayəti  idi.  Lakin  məlum  olduğu  kimi,  6  il  ərzində 
respublikamıza  başçılıq  edən  Leninin  hakimiyyəti  zamanı,  genosidlə  bağlı  bu  kimi  məsələlər  meydana 
çıxmırdı". Tixonov isə bildirdi ki, "Ermənistan Kommunist partiyasının Mərkəzi Komitəsinin təklifini oxuyanda 
çox narahat oldum. Bizim Türkiyə ilə münasibətlərimiz təzəcə yoluna düşməyə başlayıb". O zaman Qorbaçovun 
ermənipərəst avantüralarının qabağını almaq mümkün idi, lakin o baş katib olandan sonra bu mümkün olmadı. 
Nəticədə  erməni  separatizmi  Kremldən  böyük  dəstək  gördü  və  1989-cu  il  dekabrın  1-də  beynəlxalq  hüquqa, 
SSRİ  konstitusiyasına  və  qanunlarına  zidd  olaraq  Ermənistan  Ali  Soveti  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin 
Ermənistana birləşdirilməsi, yəni ilhaq edilməsi haqda qanun qəbul etdi. Bu qanun hələ də ləğv edilməyib. Bu 
hadisələr başlayanda Azərbaycana rəhbərlik edən şəxslər buna hazır deyildilər. Məsələn, 1988-ci ilin iyulun 18-
də SSRİ Ali Soveti Rəyasət heyəti məsələni müzakirə edəndə Azərbaycan tərəfi son dərəcə məsuliyyətli iclasa 
problemin  tarixini  öyrənmədən  və  yaxşı  bilmədən  getmişdi.  Ermənistan  və  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti 
nümayəndələri  həmin  iclasda  guya  1921-ci  ildə  Dağlıq  Qarabağın  Ermənistandan  mexaniki  olaraq  qoparılıb 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə