Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə16/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   12   13   14   15   16   17   18   19   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
25 
Azərbaycanı əhatə edən  yeni  kütləvi  soyqırımları  Azərbaycan  xalqına  çox  ağır  zərbə  vurdu.  Azərbaycan Xalq 
Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali 
Azərbaycanda  silahlı  erməni  quldur  dəstələrinin  və  daşnak-bolşevik  rejiminin  Azərbaycan  xalqını  tamamilə 
məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü.  
 
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
26 
Çar Rusiyasının imperialist siyasəti 
 
XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 
1813-cü  il  Gülüstan  və  1828-ci  il  Türkmənçay  müqaviləsi  imzalandıqdan  sonra)  qədim  Azərbaycan 
torpaqlarında bufer zona yaratmaq məqsədi ilə «erməni dövləti» qurmaq planını həyata keçirməyə başlamışdır. 
Hələ  300  il  əvvəl  gələcək  imperiyanın  konturları  barədə  düşünən  rus  imperatoru  I  Pyotr  Cənuba  göndərdiyi 
qasidlərə tapşırmışdı: «onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın 
istinadgahı olsun.» 
Bu  məqsədlə  İran  və  Türkiyə  ərazisində  yaşayan  300  minə  qədər  erməni  XIX  əsrin  birinci  yarısında 
Azərbaycana  köçürülmüş  və  Zəngəzur_,_Dərələyəz_,_Ordubad_,_Vedibasar'>İrəvan  (indiki  Yerevan),  Dağlıq  Qarabağ,  Naxçıvan,  Zəngəzur,  Dərələyəz
OrdubadVedibasar və digər ərazilərdə yerləşdirilmişdir. 
Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə sayca 
ermənilərdən  üstünlük  təşkil  edirdi.  Məsələn,  1886-cı  ildə  Gəncə  quberniyasının  Zəngəzur  qəzasındakı  326 
kənddən  yalnız  81-i  erməni  kəndi  olmuşdur.  İrəvan  qəzasında  əhalinin  66  faizi  azərbaycanlı,  34  faizi  isə 
ermənilərdən  ibarət  idi.  Bu  ərazilərdə  ermənilərin  çoxluq  təşkil  etməsi  məqsədilə  azərbaycanlılara  qarşı 
soyqırım  siyasətinə  əl  atılmış,  ermənilər  çar  Rusiyası  tərəfindən  gizli  silahlandırılaraq,  hərbi  dəstələr 
yaradılmışdır. 
İndiki Ermənistan və Dağlıq Qarabağ  ərazisindən azərbaycanlıların kütləvi çıxarılması, dinc  əhaliyə qarşı 
zorakılıq, vəhşiliklər Rusiya hökumətinin himayəsi və köməyi ilə XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci 
illərdə xüsusi vüsət almışdır. 
Azərbaycanın  Zəngəzur,  İrəvan,  Naxçıvan,  Ordubad,  Qazax,  Qarabağ  əyalətlərində  yüzlərlə  kənd 
yandırılmış, əhali uşaqdan böyüyə qədər amansızcasına qətlə yetirilmişdir. 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
27 
Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə 
(1918-1920-ci illər) 
 
1918-ci il mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali 
Azərbaycanda  yeni  müstəqil  dövlətini  yaratdı.  Azərbaycan  Xalq  Cümhuriyyəti  İstiqlaliyyət  bəyannaməsində 
vaxtı ilə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Rusiya tərəfindən işğal olunmuş Şimali 
Azərbaycan  torpaqlarının  qanuni  varisi  olduğunu  bəyan  etdi.  İstiqlal  bəyannaməsinin  birinci  maddəsində 
deyilirdi:  "Bu  gündən  etibarən  Azərbaycan  xalqları  suveren  hüquqlara  malikdirlər,  Şərqi  və  Cənubi 
Zaqafqaziyadan  ibarət  olan  Azərbaycan  tam  hüquqlu  müstəqil  dövlətdir".  Azərbaycan  Xalq  Cümhuriyyəti  öz 
ərazisinin  hüquqi-siyasi  cəhətdən  əsaslandırılmış  xəritəsini  nəşr  etdirmişdi.  Azərbaycan  Xalq  Cümhuriyyəti 
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində öz siyasi hakimiyyətinin bərqərar 
edilməsinə çalışırdı. Bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası da Qarabağa heç bir əsası 
olmayan  iddia  irəli  sürdü.  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  bu  iddianı  rədd  etdi.  Azərbaycan  Xalq 
Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov (1862-1934) Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-
ci  il  noyabrın  18-də  İstanbulda  apardığı  danışıqlar  zamanı  bildirmişdi:  "Ermənilərin  ortaya  atdıqları  Qarabağ 
məsələsi  5  ya  10  kənd  məsələsi  deyil,  mübahisə  bütöv  4  sancaq  -  Şuşa,  Cavanşir,  Cəbrayıl  və  Zəngəzur 
üstündədir.  Bu elə  bir  xanlığın  ərazisidir,  burada  erməni  və  müsəlmanların sayı  bərabər  olmasa  da,  hər  halda 
ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya 
ilə  müharibədən  sonra  Türkiyədən  buraya  köçənlərdir…  Nəhayət,  Qarabağın  özündə  ermənilər  yığcam  halda 
yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq".  
Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti 
dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında 
Şuşa,  Cavanşir,  Cəbrayıl  və  Zəngəzur  qəzalarını  əhatə  edən  Qarabağ  general-qubernatorluğu  yaratdı. 
X.Sultanov  Qarabağ  general-qubernatoru  təyin  edildi.  Ermənistan  (Ararat)  Respublikasının  Xarici  işlər  naziri 
S.Tiqranyan  Qarabağ  general-qubernatorluğu  yaradılmasına  etirazını  bildirmiş,  lakin  Azərbaycan  Xalq 
Cümhuriyyəti  hökumətinin  cavabında  bu  etiraz  əsassız  hesab  olunmuş  və  həmin  ərazilərin  Azərbaycanın 
ayrılmaz tərkib hissəsi olması göstərilmişdi. Qarabağ general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, 
əvvəlcə  ingilislər,  sonra  isə  amerikanlarla  gərgin  münasibətlər  şəraitində  fəaliyyət  göstərməli  oldu.  Lakin 
ermənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermədilər. 
 
1919-cu  ilin  sonları-1920-ci  ilin  yazında  Zəngəzurda  erməni-daşnak  silahlı  quldur  dəstələri  dinc 
azərbaycanlı  əhaliyə  qarşı  basqınlar  və  kütləvi  qırğınlar  törətdilər.  Ermənilər  Cavanşir  qəzasında  da 
sakitləşmirdilər. Onların qəzanın dağətəyi kəndlərinə hücumları adi hal almışdı. Erməni quldur dəstələri 1918-ci 
ilin yaz-yay aylarında qəzanın düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da çoxsaylı zorakılıq aktları etdilər. 
"Ermənilər  Tərtər  çayının  qabağını  kəsərək  başqa  istiqamətə  yönəldir  və  qəzanın  aran  kəndlərinin  əkinlərini 
susuz  qoyaraq,  onlara  böyük  zərər  vururlar.  Hətta  iş  o  yerə  çatmışdı  ki,  aran  kəndlərində  içməli  su  belə 
çatışmırdı". Qarabağın digər qəzası - Cəbrayılda da erməni silahlıları dinc əhaliyə hücum edirdilər. 1918-ci ilin 
dekabrında  Cəbrayıl  qəzasının  azərbaycanlı  kəndlərinə  ermənilərin  hücumları  genişlənmiş,  1919-cu  ilin 
əvvəllərində daha dağıdıcı xarakter almışdı.  
Şuşa  qəzası  və  Qarabağın  siyasi  mərkəzi  olan  Şuşa  şəhərində  ermənilərin  vəhşilikləri  daha  amansız  şəkil 
almışdı.  Vaxtı  ilə  Zaqafqaziya  Ölkə  Komitəsinin  Dağlıq  Qarabağda  məsul  nümayəndəsi  olmuş  S.Şaduns  20 
dekabr  1922-ci  ildə  yazırdı:  "...  Еще  до  создания  в  Карабахе  Мусаватской  власти  (т.е.  Азербайджанской 
Демократической  Республики  -  Я.М.,  К.Ш.)  туда  был  назначен  со  стороны  турецких  властей  (т.е. 
Азербайджанской Демократической Республикой - Я.М., К.Ш.) генерал-губернатор Карабаха, и вот в это 
время  появляется  новый  термин  -  Нагорный  Карабах,  созданный  дашнаками.  Не  довольствуясь 
безграничными  бойнями,  вызванными  в  Турецкой  Армении,  партия  "Дашнакцутюн",  после  сдачи  гор. 
Шуши  туркам,  подымается  на  горы,  населенные  исключительно  армянами,  и  постановляет  сражаться 
"до  последней капли  крови",  но  не  сдаваться  туркам.  Вот  здесь  в  это  время  впервые  вместе  с  социал-
демократами,  именующими  себя  интернационалистами,  организуется  правительство  Нагорного 
Карабаха.  Если  партии  "Дашнакцутюн"  удалось  избежать  войны  с  турками,  то  вскоре,  по  настоянию 
крестьян этого же самого Нагорного Карабаха, пришлось соединить эту часть с низменной частью и весь 
Карабах подчинить власти мусаватского правительства ..."  
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Şuşada  ermənilərin  ən  xəyanətkar  silahlı  qiyamlarından  biri 
1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı 
işğal  etməyə  hazırlaşan  bolşeviklərin  sifarişi  ilə  qaldırılmışdı.  Bu  zaman  erməni-separatçı  qiyamlarının  əksər 
yerlərdə  dəf  edilməsinə  baxmayaraq,  onlar  Əsgəran qalasını  ələ  keçirə  bildilər.  Görülən  hərbi-siyasi  tədbirlər 
nəticəsində  Azərbaycan  Xalq  Cümhuriyyəti  Qarabağda  suveren  hüquqlarını  bərpa  etdi.  Lakin  ərazisində 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə