Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə5/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   2   3   4   5   6   7   8   9   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 

Qarabağın  Azərbaycana  məxsus  olduğunu  və  burada  ən  qədim  zamanlardan  başlayaraq  müxtəlif  türk 
etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan "Kitabi-Dədə 
Qorqud"  dastanları  da  sübut  edir.  Dədə  Qorqud  dastanları  VI-VII  əsrlərdə  Qarabağ  da  daxil  olmaqla  bütün 
Azərbaycan  torpaqlarında,  o  cümlədən  Göyçə  gölü  hövzəsində  yayılmışdır.  Bu  qiymətli  xalq-qəhrəmanlıq 
eposunun təsdiq etdiyi kimi, bəzi oğuz qəhrəmanları hətta Məhəmməd peyğəmbərin (s.) hüzuruna gedərək onun 
özü  ilə  də  görüşmüşdülər.  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  (1453-1478)  göstərişi  ilə  yazılmış  məşhur 
Oğuznamədə  (Əbu  Bəkr  Tehraninin  1470-ci  ildə  yazdığı  "Kitabi-Diyarbəkriyyə"sində)  Göyçə  dənizi 
yaylaqlarının  və  Qarabağın  qədim  oğuz  türklərinə  məxsus  olduğu,  oğuz  türklərinin  soykökündə  duran  Oğuz 
Xaqanın Göyçə dənizi ətrafında dəfn olunduğu, Bayandur Xaqanın isə Qarabağda, Göyçə dənizi yaylaqlarında 
yaşadığı və orada da dəfn olunduğu göstərilir. 
 
Qarabağ Ərəb xilafəti dövründə. Arsaxda qriqorianlaşdırma  
və erməniləşdirməyə dair 
 
Qarabağın tarixində əsas  dəyişikliklər  Ərəb  xilafətinin  işğalları  və  bunun  nəticəsində  Albaniya  dövlətinin 
aradan qaldırılması ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni 
Azərbaycan-Albaniya  kökündən  olduğu  halda,  bu  dövrdə  Ərəb  xilafətinin  Azərbaycanla  bağlı  yeritdiyi  faciəli 
siyasət  nəticəsində  vilayətin  dağlıq  hissəsində  ermənilərin  dini  üstünlüyünün  təmin  edilməsi,  zaman  keçdikcə 
etnik  sahədə  də  özünü  göstərdi:  Albaniyanın  tarixi  Arsax  bölgəsi  əhalisinin  əvvəlcə  qriqorianlaşdırılmasına, 
bunun  ardınca  da  erməniləşdirilməsinə  başlandı.  Azərbaycanın  bu  bölgəsində  qriqoiyanlaşdırma  və 
erməniləşdirmə  proseslərinin  səbəbləri,  gedişi  və  erməni-xilafət  əməkdaşlığının  mahiyyəti  və  b.  problemlər, 
onun  tarixi  ədəbiyyatda  necə  əks  olunması  məsələləri  akad.  Z.Bünyadov  tərəfindən  xüsusi  olaraq  tədqiq 
edilmişdir. Təbiidir ki, qriqorianlaşdırmaya nisbətən erməniləşdirmə uzun proses olmalı idi və həqiqətən də bu 
belə  oldu.  Ona  görə  də  Z.Bünyadov  akad.  S.T.Yeremyanın  "VII  əsrdən  (qəti  olaraq  VIII  əsrin  əvvəllərindən) 
Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı" və bu zaman Arran vilayətindən Sünik, Arsax, Uti 
və  başqalarının  erməniləşdirilməsini  iddia  edən  fikrinə  etiraz  edərək  yazır:  "İki  müxtəlif  anlayış  olan 
erməniləşdirmə və qriqorianlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni kilsəsinin 
köməyi  ilə  Arran  əhalisinin  yalnız  qriqorianlaşdırılmasından  danışıla  bilər.  S.T.Yeremyanın  bu  barədəki 
nöqteyi-nəzəri  o  qədər  də doğru  deyildir, çünki  Arran  vilayətində  Sünik  vilayəti  və  Arsaxın xeyli  hissəsi XII 
əsrin əvvəllərinə yaxın erməniləşdirilmişdir".  
Bu  fikir  (həm  də  akad.  S.T.Yeremyanın  gəldiyi  nəticə!)  bir  daha  təsdiq  edir  ki,  Qarabağın  bu  hissəsində 
yaşayan  əhali  əvvəldən  erməni  olmamış,  əksinə  yerli  Azərbaycan-alban  tayfaları  olmuşlar  və  sonradan 
erməniləşdirilmişlər, daha doğrusu əvvəlcə qriqorianlaşdırılmış, sonra isə erməniləşdirilmişlər.  
Populyasiyanın  etnogenezi  və  onun  qarşılıqlı  əlaqəsi  haqqında  informasiya  verən  və  müasir  elmi 
nailiyyətlərə  əsaslanan  odontoloji  tədqiqatlar  da  bunu  sübut  edir.  Heç  də  təsadüfi  deyil  ki,  ərəb  xilafəti 
parçalandıqdan  sonra  Albaniyanın  həmin  ərazisində  Sünik  və  Arsax-Xaçın  knyazlıqları  yarandı.  "XII  əsrin 
sonlarına  yaxın  Sünik  padşahlığı  dağıldı,  buradakı  hakim  sülalə  1166-cı  ildən  knyaz  Qriqorun  və  Smbatın 
ölümü ilə kəsilmiş oldu. XII əsrin sonu-XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı 
İ.A.Orbelinin sözləri ilə desək "qədim Albaniyanın bir hissəsi" idi". Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti 
dağılarkən  onun  ərazisində  dirçələn  yerli  dövlətlər  içərisində  heç  bir  erməni  dövləti  olmamışdır.  Bu  da, 
Azərbaycandan  və  Gürcüstandan  fərqli  olaraq,  Cənubi  Qafqazda  ermənilərin  ümumiyyətlə  dövlətçilik  tarixinə 
malik olmadıqlarını sübut edir.  
Bu  proseslərin  baş  verdiyi  IX-XIII  əsrin  əvvəlləri,  xüsusilə  Sacilər-Atabəylər-Şirvanşahlar  dövrü  bütün 
Cənubi  Qafqazda  Azərbaycanın  qüdrətinin  daha  da  artdığı  bir  dövr  idi.  Sacilər  və  Atabəylər  faktik  olaraq 
Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər. Keçmiş Albaniya ərazisində yaranmış Xaçın 
knyazlığı  Mehranilər  nəslinə  mənsub  olan  Həsən  Cəlalın  dövründə  (1215-1261)  yüksək  inkişaf  mərhələsinə 
çatmışdı.  Təsadüfi  deyil  ki,  dövrün  narrativ  və  epiqrafik  abidələrində  o,  "Xaçın  ölkələri  knyazı",  "Xaçın  və 
Arsax  ölkələrinin  əzəmətli  knyazı"  titulları  ilə  yanaşı,  "Albaniya  hökmdarı"  titulu  ilə  də  anılır.  Başqa  sözlə, 
Həsən Cəlalın bütün titulları Azərbaycan - Albaniya tarixinə məxsusdur. Onun zamanında Alban memarlığının 
ən mühüm incilərindən biri olan Qanzasar monastırı tikildi.  
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
10 
Qarabağ Azərbaycan siyasi həyatının mərkəzlərindən biri kimi 
(XIII-XVIII əsrin 40-cı illəri) 
 
Monqolların  birinci  yürüşü  zamanı  (1220-1222)  zəifləmiş  Atabəylər  dövlətinə  son  qoyan  Xarəzmşah 
Cəlaləddinin Azərbaycanda hökmranlığı zamanı (1225-1231) Qarabağ da onun hakimiyyəti altında idi.  
Monqolların  ikinci  yürüşü  və  Azərbaycanın  işğalının  başa  çatması  ilə  (1231-1239)  Qarabağ  digər 
Azərbaycan  torpaqları  kimi  Ali  monqol  xaqanlığının  (1239-1256),  sonra  isə  Hülakülər  (Elxanilər)  dövlətinin 
(1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşı 
öyrənilmişdir. Həmin dövrdə "Qara" və "bağ" söz birləşməsi - "Qarabağ", artıq, konkret coğrafi əraziyə şamil 
edilir.  V.Piriyev  yazır:  "Arran  Qarabağı"  adı  ilk  dəfə  Rəşid  əd-Dinin  "Came  ət-təvarix"  əsərində  1284-cü  il 
hadisələrinin şərhi ilə əlaqədar xatırlanır". Bu dövrdə Qarabağ Arranın daxilində dağlıq və dağətəyi torpaqları 
birləşdirən  vahid  ərazidən  ibarət  idi.  XIII-XIV  əsrlərdə  Qarabağ  Hülakular  dövlətinin  siyasi  tarixində  mühüm 
rol  oynayır.  V.Piriyev  qeyd  edir  ki,  "Monqol  hökmdarlarının  daima  Qarabağda  qışlamaları  bir  sıra  dövlət 
səviyyəli  hadisələrin  burada  baş  verməsinə  səbəb  olmuşdur.  Təkcə  onu  göstərmək  kifayətdir  ki,  monqol 
hökmdarlarından ikisi (Qazan xan və Arpa xan) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan və Əbu 
Səid)  Qarabağda  vəfat  etmişdir".  XIII-XIV  əsrlərdə  də  Qarabağ  Azərbaycan  torpağı  idi  və  onun  əhalisi  də, 
əsasən, Azərbaycan türklərindən ibarət idi.  
XV  əsrdə  Qarabağ  Azərbaycan  Qaraqoyunlu  (1410-1467)  və  Ağqoyunlu  (1468-1501)  dövlətlərinin 
tərkibində  idi.  Lakin  Qaraqoyunlular  dövründə  Qarabağın  sonrakı  tarixində  özünü  göstərəcək  bir  hadisə  baş 
verdi. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cələlilər) Qaraqoyunlu Cahan şahdan "məlik" titulu 
aldı. Sonralar Cələlilər nəslinin mülkü beş alban feodal knyazlıqları - məlikliklərinə (Gülüstan, Cəraberd, Xaçın, 
Vərəndə, Dizaq) parçalandı…  
Azərbaycan  Səfəvi  dövlətinin  yaranması  ilə  (1501)  bütün  Azərbaycan  torpaqlarının  mərkəzləşdirilməsinə 
başlandı.  XVI  əsrin  ortalarında  Azərbaycan  torpaqlarının  vahid  dövlət  halında  mərkəzləşdirilməsi  başa  çatdı. 
Bununla  Azərbaycan  Səfəvi  dövləti  regionun  Osmanlı  imperiyasından  sonra  ikinci  ən  qüdrətli  dövlətinə 
çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. 
Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 
bəylərbəyilik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyiliyi idi. Osmanlıların bu torpaqlarda 
tərtib etdikləri icmal və müfəssəl dəftərlər həmin bəylərbəyiliyin inzibati-ərazi bölgüsü haqqında aydın təsəvvür 
yaradır.  1593-cü  il  məlumatına  görə  Gəncə-Qarabağ  əyaləti  7  sancaq,  36  nahiyəyə  bölünürdü.  Burada  qeydə 
alınan 1,3 mindən çox toponimik vahidlərin hamısı, demək olar ki, azərbaycanlılara məxsus idi. Bunlardan heç 
biri ermənilərə məxsus olmamışdır.  
Səfəvi  dövlətinin  zəifləməsindən sonra  Azərbaycan torpaqları  İran,  Rusiya  və  Osmanlı  dövlətləri arasında 
müharibələr meydanına çevrildi.  
Bu dövrdə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur. Həmin dövrdə tərtib 
olunan Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamalara görə 
1727-ci ildə Gəncə-Qarabağ əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini (66%) azərbaycanlılar, 
37,8  min  nəfərini  (31%)  ermənilər  (daha  doğrusu  qriqorianlaşmış  və  erməniləşmiş  albanlar),  3,7  min  nəfərini 
(3,1%) kürdlər təşkil etmişdir. Bəhs olunan dövrdə Rusiyanın fəal köməklik göstərdiyi qriqorianlaşmış albanlar 
siyasi cəhətdən fəallaşır. Digər tərəfdən, sonuncu Səfəvi hökmdarı III Abbası yıxaraq hakimiyyətə gələn Nadir 
şah  Əfşar  (1736-1747)  onu  qanuni  hökmdar  kimi  tanımaqdan  imtina  edən  Gəncə-Qarabağ  bəylərbəyiliyinin 
türk-müsəlman  əhalisinə  qarşı  ağır  cəza  tədbirləri  həyata  keçirdi  ki,  bu  amil  də  Qarabağın  alban  məliklərinin 
mövqeyini  gücləndirdi  və  onların  separatizminə  təkan  verdi.  Nadirin  ölümü  ilə  onun  dövləti  parçalandı, 
Azərbaycanda yerli dövlətlər - xanlıqlar yarandı. Başqa sözlə Azərbaycan, xanlıqların timsalında özünün dövlət 
müstəqilliyini  növbəti  dəfə  bərpa  etdi.  Keçmiş  Gəncə-Qarabağ  əyalətinin  ərazisində  iki  Azərbaycan  xanlığı  - 
Gəncə  və  Qarabağ  xanlıqları  yarandı.  Ermənilərin  Azərbaycana  qarşı  ərazi  iddiaları  başlıca  olaraq  Qarabağ 
xanlığı ilə bağlı olduğundan onun üzərində ayrıca dayanaq.  
 
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə