Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə7/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   2   3   4   5   6   7   8   9   10   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
13 
Xəmsə  məliklərindən  Pənah  xanın  hakimiyyətini  birinci  olaraq  tanıyan  Məlik  Şahnəzər  oldu.  Bu, 
İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.  
Xaçın  məliyi  Ulubab  Ballıqayada  məğlub  edildikdən  sonra  Pənah  xanın  hakimiyyətini  tanıdı.  Dizaq, 
Çiləbörd,  Talış  məliklərinin  düşmənçilik  siyasəti  isə  bir  neçə  il  sürdü.  Əhməd  bəy  Cavanşir  yazır:  "Qonşu 
vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yeganə öz oğulları və qohumları ilə 
birlikdə  kəskin  müqavimət  göstərdikdən  sonra  onların  bir  hissəsi  qırılmış,  bir  hissəsi  isə  islam  dinini  qəbul 
etmişdi…  Çiləbörd  məliyi  Allahqulu  Sultan  əvvəlcə  onun  təbəəliyini  qəbul  etmiş,  lakin  sonralar  xəyanətdə 
ittiham  edilərək  Pənah  xanın  əmri  ilə  öldürülmüşdü.  Onun  qardaşı  Məlik  Hətəm  Talışın  beşinci  məliyi  Məlik 
Usubla  ittifaq bağlayıb  uzun  müddət öz  obalarını  Pənah  xan  dəstələrinin  hücumlarından  müdafiə  etmiş, lakin 
Mardakerd  kəndində  məğlub  olduqdan  sonra  Tərtər  çayının  yuxarılarında  yerləşən  alınmaz  Cermux  qalasına 
çəkilmişdi.  Bir  ilə  qədər  qalada  qaldıqdan  sonra  nəhayət,  öz  ailəsi  ilə  birlikdə  qürbət  ellərdə  nicat  axtarmalı 
olmuşdu. Lakin bununla öz siyasi fəaliyyətlərini bitirmədi. Belə ki, sonralar onun həm özü və həm də övladları 
(birincinin  oğlu  Məlik  Məcnun)  daim  Qarabağa  hücumlar  edirdilər…".  Pənah  xanın  məlikləri  tabe  etmək 
yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.  
Qarabağ  məliklərindən  duzaqlı  Yesay,  çiləbördlü  Məcnun  və  gülüstanlı  Bəyləryan  İbrahim  xana  tabe 
olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul 
edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.  
Müttəfiqlər  1781-ci  ildə  Tuğ  qalasını  mühasirəyə  aldılar.  Məlik  Yesay  təslim  oldu,  burada  hakimiyyət 
Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.  
İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. 
Cənubi  Qafqazı  işğal  etməyə  çalışan  Rusiya  burada  -  Azərbaycan  ərazisində  həmin  məliklərin  köməyi  ilə 
"xristian  dövləti",  daha  doğrusu,  özünə  dayaq  yaratmağa  çalışırdı.  Bu  zaman  İbrahim  xan  özünün  yüksək 
diplomatik  bacarığı  sayəsində  düşmənçilik  edən  məlikləri  Şuşaya  toplaya  bildi.  Sənədlər  əsasında  onların 
Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.  
Məlik  Məcnun  və  Abov  Şuşa  həbsxanasına  salındı,  Məlik  Bahtam  isə  günahlarına  görə  Ərdəbil  xanına 
verildi.  Məliklərin  müttəfiqi  Gəncəsər  monastırının  katolikosu  İohannes  qardaşı  ilə  birlikdə  tutulub 
cəzalandırıldı.  
Lakin  Şuşa  həbsxanasındakı  məliklər  qaça  bildilər.  Onlar  Tiflisə  gələrək  burada  Qarabağ  xanlığına  qarşı 
hazırlanmış  qəsdi  gürcü  çarı  II  İrakli  (1744-1798)  və  rus  polkovniki  Burnaşovun  köməyilə  yerinə  yetirməyə 
girişdilər.  Qarabağ  xanlığına  qarşı  "xaç  yürüşü"nə  başlayan  düşmənlər  Gəncəyə  yaxınlaşdılar.  Lakin  1787-
1791-ci  illər  Rusiya-Türkiyə  müharibəsinin  başlanması  nəticəsində  bu  "xaç  yürüşü"  baş  tutmadı.  İbrahim  xan 
müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.  
1795-ci  ilin  yayında  İranda  hakimiyyəti  ələ  alan  Ağa  Məhəmməd  Qacar  (1742-1797)  Qarabağ  xanlığına 
hücum  etdi.  Şuşanın  33  günlük  mühasirəsi  uğursuz  oldu.  Şuşadan  sonra  o,  Tiflis  üzərinə  yeridi.  V.Zubovun 
komandanlıq  etdiyi  rus  qoşunlarının  hücumu  ilə  Ağa  Məhəmməd  Qacar  geri  çəkildi.  Rus  çariçası  II 
Yekaterinanın (1764-1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd 
Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü.  
XVIII yüzilin sonları - XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda 
işğalçılıq  fəaliyyəti  gücləndi,  1801-ci  ildə  Gürcüstan  imperiyaya  birləşdirildi,  Azərbaycanın  Car-Balakən 
camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.  
İbrahim  xan  belə  bir  vəziyyətdə  Rusiya  qoşunlarının  komandanı  P.D.Sisianovla (1802-1806)  Kürəkçayda 
müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi 
Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən 
bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.  
 
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
14 
Kürəkçay müqaviləsi  
 
Tarixi  ədəbiyyatda  Kürəkçay  müqaviləsi  kimi  bəlli  olan  bu  sənəd  XIX  yüzilliyin  başlanğıcında 
Rusiya-Azərbayçan siyasi münasibətlərinə dair mühüm rəsmi qaynaqlardan biridir. Müqavilə Qarabağ 
xanlığının hökmdarı İbrahim xan və Rusiya imperiyası qoşunlarının Qafqazda baş komandanı general P. 
D.  Sisianov  arasında  1805-ci  il  mayın  14-də  bağlanmışdır.  Bu  müqaviləyə  görə,  Qarabağ  xanı  Rusiya 
çarının  vassalı  olmağına  razılıq  verir,  üçüncü  xarici  dövlətlər  ilə  müstəqil  münasibətlər  saxlamaq 
hüququndan Rusiya çarının xeyrinə imtina edir, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə 
götürür.  Şuşa  qalasında  və  xanlığın  ərazisində  Rusiya  qoşun  dəstələri  yerləşdirilirdi.  İbrahim  xan  öz 
nəvəsini  Tiflisə  baş  komandanın  qərargahında  girov  saxlanmaq  üçün  göndərməli  idi.  Çar  qoşunları 
general-leytenantı  hərbi  rütbəsi  alan  İbrahim  xan  birbaşa  çar  baş  komandanına  tabe  edilirdi.  Bununla 
yanaşı,  çar  hökuməti  xanın  və  onun  qanuni  varislərinin  daxili  idarə  etmək  hüquqlarına  heç  vaxt 
toxunmayacağını  öhdəsinə  götürürdü.  Beləliklə,  Kürəkçay  müqaviləsi  ikitərəfli  dövlətlərarası 
münasibətləri  siyasi  yolla,  savaşsız  həll  etmiş  bir  sənəddir. Kürəkçay müqaviləsi  1822-ci ildə,  yəni  17  il 
keçdikdən  sonra  Qarabağ  xanlığının  çar  hökuməti  tərəfindən  ləğv  edilməsi  ilə  rəsmi  qüvvəsini  itirmiş 
oldu. 
Kürəkçay müqaviləsinin mətni ilk dəfə general Sisianovun çar I Aleksandrın adına 22 may 1805-ci il 
tarixli «tam sədaqətli» raportunda olduğu kimi gətirilmişdir. Raportun mətni isə öz növbəsində «Qafqaz 
Arxeoqrafiya  komissiyasının  topladığı  aktlar»ın  II  cildində  çap  edilmişdir  (bax:  Aktı,  sobrannıe 
Kavkazskoi Arxeoaqrafiçeskoi Komissiei, t. II. Pod red. A. Bsrjs. Tiflis, 1868, sənəd 1436, s. 702—705). 
Həmin çap üzrə də azərbaycancaya çevrilmişdir. 
 
ANDLI ÖHDƏLİK  
 
Aşağıda  adı  çəkilən  mən,  qadir  Allah,  böyük  peyğəmbərimiz  Məhəmməd...  qarşısında  İ.  Ə.  (imperator 
əlahəzrəti.—Red.)  –nə;  özümün  həqiqi  xə  əsl  lütfkar  [Hamisi  böyük]  Aleksandr  Pavloviçə,  Bütün  Rusiyanın 
mütləq  hökmdarına  və  bütün  Rusiya  taxt-tacının  təyin  olunacaq  İ.  Ə.  vəliəhdə  sədaqətlə  və  ürəkdən  qulluq 
edəcəyimi  və  hər  şeydə  itaət  göstərəcəyimi,  öz  canımı  son  damla  qanıma  qədər  əsirgəməməyi  istəməyim  və 
buna borclu olduğum haqda söz verir və and içirəm... 
 
Traktatın layihəsi  
Qadir Allah naminə. 
 
Biz,  yəni  Şuşalı  və  Qarabağlı  İbrahim  xan  və  bütün  Rusiya  qoşunlarının  infanteriya  generalı,  Qafqaz 
müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov, olduqca mərhəmətli böyük  İ.Ə. Aleksandr Pavloviçin 
verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və 
ölkəsi ilə bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük İ.Ə. Aleksandr Pavloviç və 
onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara 
aldıq və imzaladıq: 
 
Birinci maddə 
 
Mən, Şuşalı xə Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İran və ya hər hansı 
bir  dövlətin  hər  cür  vassallığından  və  ya  hər  hansı  ad  altında  olsa  da,  hər  cür  asılılığından  təntənəli  surətdə, 
həmişəlik  imtina  edirəm  və  bütün  dünya  qarşısında  bununla  bildirirəm  ki,  mən  özüm  və  varislərim  üzərində 
bütün Rusiyanın böyük İ. Ə.-nin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir 
dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda, 
adətə görə, müqəddəs Qurana and içməliyəm. 
 
İkinci maddə 
 
İ.Ə,  zati-əliləri  [xan]  həzrətlərinin  belə  səmimi  söz  verməsini  qəbul  edərək,  özünün  və  vəliəhdlərinin 
adından  İmperator  sözü  ilə  vəd  edir  və  söz  verir  ki,  onlar  zati-aliləri  Şuşalı  və  Qarabağlı  İbrahim  xandan  və 
onun  varislərindən  öz  sadiq  təbəələri  kimi  mərhəmət  və  nəcib  havadarlığını  heç  vaxt  əsirgəməyəcəklər,  buna 
sübut olaraq İ. Ə. zati-alilərinin (xanın. — Red.) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz 
imperator zəmanətini verir. 
 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə