Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

47 



Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağı haqqında 

Azərbaycan Respublikası Ali Sovetinin Qərarı 

(

5 fevral 1991)

 

 

 Azərbaycan  Respublikasının  əvvəlki  Dövlət  bayrağının  bir  çox  onilliklər  ərzində  Azərbaycan  xalqının 



milli dövlət quruluşunun rəmzi olduğunu, bu bayraq altında xalqın böyük və mürəkkəb təşəkkül və inkişaf yolu 

keçdiyini  nəzərə  alaraq,  öz  tarixinə,  əvvəlki  nəsillərin  keçdiyi  yola  ehtiram  əlaməti  olaraq  Azərbaycan 

Respublikasının Ali Soveti qərara alır: 

 

- Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağı respublikanın milli tarixi sərvəti kimi saxlansın;  



 

- bu bayraqdan ümumxalq bayramları, mitinqlər və nümayişlər zamanı istifadə edilə bilər. 

 

 Azərbaycan Respublikası Ali Sovetinin sədri  



Bakı şəhəri, 5 fevral 1991-ci il, 

 № 19-XII. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

48 



“Azərbaycan Respublikasının dövlət atributlarının 

təbliği işinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı  

(13 mart 1998) 

 

Azərbaycan  Respublikasının  bayrağı,  gerbi  və  himni  Azərbaycan  dövlətinin  müstəqilliyini  təcəssüm 



etdirən  müqəddəs  rəmzlərdir.  Vətəndaşlarımıza,  xüsusən  gənclərimizə  dövlət  atributlarına  dərin  ehtiram 

hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. 

Dövlət  atributlarının  mahiyyətinin  və  əhəmiyyətinin  əhali  arasında  geniş  təbliğ  olunması,  gənc  nəslin 

Azərbaycan  bayrağına,  gerbinə  və  himninə  hörmət  ruhunda  tərbiyə  edilməsi  vətəndaş  cəmiyyətinin 

yaradılmasının mühüm amillərindən biridir. Lakin hal-hazırda Azərbaycan Respublikasının dövlət atributlarına 

həsr edilən normativ aktlardakı tələblərə əməl edilməsinə müəyyən laqeydlik, qeyri-ciddi münasibət müşahidə 

olunur.  Bu  sahədəki  tədbirlərin  məqsədyönlü  şəkildə  qurulması,  tənzimlənməsi  və  gücləndirilməsi  məqsədilə 

qərara alıram: 

1. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi Təhsil Nazirliyi və Elmlər Akademiyası 

ilə  birlikdə  «Azərbaycan  dövlət    rəmzləri»  adlı  məlumat  kitabının  hazırlanıb  çap  olunmasını,  dərslik,  plakat, 

təqvim və digər çap məmulatlarında dövlət atributlarının təbliğ  olunmasını təmin etsin. 

2. Təhsil Nazirliyi ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və 

başqa  tədris  müəssisələrində  dövlət    atributlarının  öyrənilməsi  işini  gücləndirmək  məqsədilə  ciddi  tədbirlər 

görsün. 


3.  Dövlət  Televiziya  və  Radio  Verilişləri  Şirkəti  Azərbaycanın  dövlət  atributlarına  həsr  olunmuş  silsilə 

verilişlər hazırlayıb təqdim etsin. 

4.  Dövlət  orqanlarının,  müəssisələrin,  idarələrin,  təşkilatların  və  ictimai  qurumların  rəhbərləri  dövlət 

atributlarına  həsr  edilən  normativ    aktlarda  müəyyən  edilmiş  tələblərə  ciddi  əməl  olunmasına  nəzarəti 

gücləndirsinlər. 

5. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

 

Heydər ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 13 mart 1998-ci il 

№ 759 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

49 



Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında 

Azərbaycan Respublikasının Qanunu 

 (8 iyun 2004) 

 

Azərbaycan  Respublikasının  8  iyun  2004-cü  il 

tarixli 683-IIQ saylı Qanunu  

(1 sentyabr 2005-ci il, 980-IIQD saylı qanunla 

edilmiş əlavə və dəyişikliklərlə)

 

 

Maddə 1Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr 

1.1.  Azərbaycan  Respublikasının  vətəndaşları,  habelə  Azərbaycan  Respublikasının  ərazisində  olan 

əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  Dövlət  bayrağına  hörmətlə 

yanaşmalıdırlar.  

1.2.  Azərbaycan  Respublikası  onun  ərazisindən  kənarda  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı 

barədə  təhqiredici  hərəkətlərin  qarşısının  alınması  məqsədilə  beynəlxalq  hüquq  normalarına  uyğun  olaraq 

tədbirlər görür.  

1.3. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və 

əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda 

tərbiyə edilməsi məqsədilə tədbirlər görür.  

 

Maddə 2Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı olduğu yerlər  

2.1.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikasının  Prezident  sarayının  və 

dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin,  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin,  Məhkəmə-Hüquq  Şurasının,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının,  Azərbaycan  Respublikası 

Prokurorluğunun,  Azərbaycan  Respublikası  Milli  Bankının,  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki 

Komissiyasının,  Azərbaycan  Respublikası  Hesablama  Palatasının,  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin,  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin,  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məhkəməsinin,  Naxçıvan  Muxtar  Respublikası  mərkəzi  icra  hakimiyyəti  orqanlarının,  yerli  icra  hakimiyyəti 

orqanlarının  binaları,  Azərbaycan  Respublikasının  insan  hüquqları  üzrə  müvəkkilinin  yerləşdiyi  binanın 

üzərində daimi qaldırılır.  

2.2. 


Azərbaycan 

Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəlikləri  və  konsulluqlarının  binaları  üzərində,  habelə  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəlikləri  və  konsulluqlarının  başçılarının  iqamətgahları  üzərində  beynəlxalq  hüquq  normalarına  və 

diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır.  

2.3.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikasının  Ticarət  Gəmiçiliyi 

Məcəlləsinə  uyğun  olaraq  Azərbaycan  Respublikasının  gəmi  reyestrlərindən  birində  qeydiyyata  alınmış 

gəmilərin üzərində qaldırılır.  

2.4.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikasının  sərhəd  nəzarət-buraxılış 

məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır.  

2.5.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrinin  və 

başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır:  

2.5.1. Azərbaycan Respublikasının bayram günlərində;  

2.5.2. hərbi andiçmə mərasimində;  

2.5.3. hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;  

2.5.4. hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.  

2.6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa 

silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında, hərbi gəmilərində isə Hərbi Dəniz 

Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır.  

2.7. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya 

Azərbaycan  Respublikasının  limanında  dayanarkən  öz  bayrağı  ilə  yanaşı,  beynəlxalq  dəniz  adətlərinə  uyğun 

olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır.  



 

Maddə 3. Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər  

3.1.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikası  Milli  Məclisinin  iclas 

salonunda,  Azərbaycan  Respublikası  prezidentinin  iş  otağında,  habelə  Azərbaycan  Respublikası  prezidentinin 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə