Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   29   30   31   32   33   34   35   36   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

79 



Azərbaycan  Respublikası  Dövlət  Sərhəd  Xidməti 

  Sərhəd  Qoşunlarının  Gəmilər  Birləşməsi 



komandirinin 

Bayrağı 


(şək. 

11) 


 diametri 30 sm olan 

bir 

səkkizguşəli  ulduz  olan 



Azərbaycan  Respublikası 

Sərhəd 


Qoşunlarının 

Hərbi-Dəniz Bayrağıdır. 

 

 

 

 



 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

80 



«Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının  

Döyüş Bayrağı haqqında Əsasnamə»nin və «Azərbaycan Respublikası Xüsusi Dövlət  

Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri"nin təsdiq edilməsi 

 barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

(4 oktyabr 2005) 

 

1.  «Azərbaycan  Respublikası  Xüsusi  Dövlət  Mühafizə  Xidmətinin  Milli  Qvardiyasının  Döyüş 



Bayrağı haqqında Əsasnamə» təsdiq edilsin. 

2.  «Azərbaycan  Respublikası  Xüsusi  Dövlət  Mühafizə  Xidmətinin  Milli  Qvardiyasının  Döyüş 

Bayrağının təsviri» təsdiq edilsin. 

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 4 oktyabr 2005-ci il 

№ 300 

 

*** 

 

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş 

Bayrağı haqqında 

Əsasnamə 

 

Azərbaycan Respublikası Prezidentinin 

2005-ci il 4 oktyabr tarixli,  

300 nömrəli Fərmanı ilə  

təsdiq edilmişdir 

 

1.  Azərbaycan  Respublikası  Xüsusi  Dövlət  Mühafizə  Xidmətinin  Milli  Qvardiyasının  Döyüş 

Bayrağı  əsgəri  şərəf,  şücaət  və  şöhrət  rəmzidir.  O,  Xüsusi  Dövlət  Mühafizə  Xidmətinin  Milli 

Qvardiyasının hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə 

əsirgəmədən  onu  mərdlik  və  bacarıqla  müdafiə  etmək,  dövlət  mühafizəsi  üzrə  hərbi  hissəyə  həvalə 

olunmuş xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən 

qorumaq borcunu xatırlatmaq üçündür. 

2.  Döyüş  Bayrağı  adı  və  nömrəsinin  dəyişdirilməsindən  asılı  olmayaraq,  Milli  Qvardiyada 

həmişəlik qalır. Milli Qvardiyanın adının dəyişdirilməsi Döyüş Bayrağı ilə birlikdə verilən Təqdimata 

yazılır. 

3.  Döyüş  Bayrağı  hər  vaxt  Milli  Qvardiyada,  döyüş  meydanında  isə  Milli  Qvardiyanın  döyüş 

əməliyyatları bölgəsində olmalıdır. 

4.  Milli  Qvardiyanın  bütün  şəxsi  heyəti  tərəfindən  fədakarlıq  və  mərdliklə  qorunmalı,  onun 

düşmən tərəfindən ələ keçirilməsinə yol verilməməlidir. Döyüş Bayrağı itirildikdə, Milli Qvardiyanın 

komandanı  və  bu  rüsvayçılığa  müqəssir  olan  hərbi  qulluqçular  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  məsuliyyətə  cəlb  olunmalı,  Milli  Qvardiya  isə  ləğv 

edilməlidir. 

 

*** 



 

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş 

Bayrağının  

təsviri 

 

Azərbaycan Respublikası Prezidentinin 

2005-ci il 4 oktyabr tarixli,  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

81 



300 nömrəli Fərmanı ilə  

təsdiq edilmişdir 

 

Azərbaycan  Respublikası  Xüsusi  Dövlət  Mühafizə  Xidmətinin  Milli  Qvardiyasının  Döyüş 

Bayrağı iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir. 

Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfindən qızılı 

rəngli  ipək  saçaqlarla  köbələnmiş  ikiqat  bükülmüş  üçrəngli  (Azərbaycan  Respublikasının  Dövlət 

Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. 

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 

sm  hündürlükdə  səkkizguşəli  ulduz  tikilmişdir.  Qumaşın  üst  kənarı  boyu  mavi  zolaqda  qızılı  rəngli 

ipək sapla «AZƏRBAYCAN UĞRUNDA!» şüarı tikilib. Yazıdakı hərflərin eni 95 sm, hündürlüyü 7 

sm-dir. 


Qumaşın  arxa  tərəfində,  qırmızı  zolağın  ortasında  Milli  Qvardiyanın  emblemi  (hündürlüyü  48 

sm)  yerləşib.  Emblem  ağ 

ipəkdən tikilib. Qumaşın üst 

kənarı  boyu  mavi  zolaqda 

qızılı  rəngli  ipək  sapla 

«Xüsusi  Dövlət  Mühafizə 

Xidməti» 

sözləri  tikilib. 

Yazıdakı  hərflərin  eni  136 

sm, hündürlüyü 5,5 sm-dir. 

Qumaşın  aşağı  kənarı 

boyu  yaşıl  zolaqda  qızılı 

rəngli  ipək  sapla  «Milli 

Qvardiya»  sözləri  tikilib. 

Yazıdakı  hərflərin  eni  92,5 

sm, hündürlüyü 8 sm-dir. 

Bayrağın  dəstəyi  en 

kəsiyinin  diametri  4,0  sm, 

uzunluğu  2,5  sm  olan  girdə 

ağacdandır. 

Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa,  yuxarı ucunda 

isə nikellənmiş fiqurlu ucluq vardır. 

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları var. Qaytanın 

uzunluğu 270-285 sm-dir. 

 

 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə