Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

Mübariz  Yusifov

«Leyli  və  Məcnım»da Axsitanın tərifi  ilə bağlı  hissədə, 

əslində,  Əfrasiyabın  (Ər  Tonqa)  adı  xatırlanır.  Xatırlanır  ki, 

bu ad nəsillərdən-nəsillərə keçib unudulmasın:

Düşmən qarşısında Əfrasiyabdır 

Təkbətək döyüşdə Günəşə babdır.

Qoşun kəmərini bağlamamışdan 

Düşməni məhv edər bu mərd Axsitan 

L-M,  2004,41.

«Xosrov  və  Şirin»  əsərində  isə  Məhinbanu  Xosrovun 

müqabilində  özünün  Əfrasiyab  (Ər  Tonqa)  nəslindən  olduğu 

ilə fəxr edir:

Görsə ki, vəfalı,  ismətli qızsan 

Elçi göndərəcək adətlə,  inan 

Əgər o aydırsa, biz afıtabtıq 

O  Keyxosrov, bizsə Əfrasiyabıq.

X-Ş,  2004,  119.

Nizami  Azərbaycanlı  olduğu  üçün  türk  xalqlarının 

yaşadığı  məskənlərin adına da rəğbətlə yanaşır:

Xırxız. 

Qırğızların  məskunlaşdığı 

münbit,  səfalı, 

istirahət  üçün  sərfəli  bir yer kimi  xatırlanır.  Xırxız,  həmçinin 

ədəbiyyatda  indiki  Çinin  Türküstan  hissəsində  (Şimal-Qərbi 

Çində)  əla  müşkü  və  toxunma  malları  ilə  məşhur  olmuş  yer 

adı  kimi  də  işlənmişdir.  Həmin  toxunma  mallar  da xərxiz  adı 

ilə tanınır.

Yayın ən şiddətli,  isti çağında 

Daş muma dönəndə gün qabağında 

İskəndər gözündən yumub yuxunu 

İstədi Xırxıza çəksin qoşunu.

İ,  II, 2004,  174.

Nizamidə  azərbaycançılıq

Təraz.  (Taraz,  Tiraz).  Qədim Türküstanda  Orta  Asiyada 

öz  gözəlləri  ilə  məşhur  olan  bir  şəhərin  adıdır:  Nizami  də 

Tərazı gözəlləri  ilə tanınan bir məkan kimi təqdim edir:

Şah alsaydı  satın bir saçı sünbül 

Aldadardı qarı töküb yağlı dil 

0:-Rumun xanımı,  Təraz gözəli 

Deyə, təriflədi hər incə beli.

YG, 2004,  157.



Xötən.  (Xütən,  Xotan).  İndiki  şimal-qərbi  Çində  (Tür­

küstanda)  şəhər  adıdır.  Şərq  ədəbiyyatında  gözəl  qadınları, 

əla  ipəyi  və  qiymətli  müşkü  ilə  məşhur olmuşdur.  Nizami  də 

bu yeri gözəllər məskəni kimi  təsvir edir:



Xötən ölkəsində maral ürküdən 

Pələngə,  ceyranı göstərib gedən 

Gözəllər qənd saçıb gəldi meydana 

Salsınlar işini onun sahmana.

YG, 2004, 251.

Xəllüx.  Qədim  Türküstanda  gözəlləri  və  qiymətli  müş­

kü ilə məşhur bir şəhər olmuşdur. Nizamidə də bu şəhərin adı 

gözəlliklər diyarı kimi  yad edilir:

Təbimin bakirə gəlini  ancaq 

Bu dünya üzünə gəlsin üzü ağ.

Onu oxuyanda ürək şadlansın 

Müşk səpdiyi  yer Xəllux adlansın.

X-Ş, 2004, 23

Nazını  çəkərəm, naz çəkmək peşəm 

Sən Xəllux əhlisən, mənsə həbəşli 

Qarşında ey qonaq, ey sevgili  yar 

Belə süfrələrin nə qiyməti var?

YG, 2004,  151.

111



Mübariz  Yusifov

Onun gətirdiyi qul yox, pəridir 

Xətanın, Xəllüxün gözəlləridir.

Ürəyi  dünyanı  işıqlandırar 

Mehribanlıq edər, aşiq yandırar.

Y G , 2004,  157.



Çaç.  Daşkənd  şəhərinin  qədim  adıdır.  Bəzən  Çaç 

Kaşkar şəhərinin adı olduğu da deyilir.

Yolda gecikdim ki, könlüm pənahım 

İşlərim qurtarsın,  sevimli şahım.

Tamğaçı bağlasın həbəşi saça 

Şüştər zinətini bağlasın Çaça.

X-Ş, 2004, 35

(Tamğaç,  Tabğaç  Çinin  paytaxtı,  sonra  isə  qədim  adı 

kimi  işlənmişdir).

Əlbürüz.  Elbrsus  dağının  adıdır.  Söz  iki  tərkibdən 

ibarətdir.  El  və  bürüz  (burüz).  Sözün  ikinci  tərkibi  türk 

dillərindəki  borü-qurd  (canavar) 

sözü  ilə  bağlıdır.  Elbrus 

İranın  şimalında  Xəzər  dənizinin  cənub  sahilləri  boyunca 

şimal-qərdən  cənub-qərbə  doğru  uzanan  dağ  silsiləsidir.  İran 

mifologiyasında Elbrus  adı  xüsusi  bir yer tutur.  «Şahnamə»də 

Rüstəmin  atası  Zalı,  babası  Samı,  Samın  atası  Nərimanı 

himayə edən əfsanəvi  Simurq quşunun bu dağda olması təsvir 

edilir. Nizamidə bu yer əfsanəvi bir məkan kimi təsvir edilir:

Gecənin samuru yerindən endi 

Gündüz qaqumundan qaçdı, gizləndi.



Əlbürzün başında Günəş göründü 

Cəmşid xələtinə dünya büründü.

X-Ş,  2004,71.

Xəzər.  (Xəzərlər).  Erkən  orta  əsrlərdə  Şimali  Qafqazın 

şərqində  və  Volqa  çayının  aşağı  axannın  hər  iki  sahilində

112

Nizamidə  azərbaycançüıq

yaşamış  türkdilli  tayfalardan  birinin  adıdır.  Xəzər  dənizinin 

adı da Xəzərlərlə bağlıdır.

Nizami  Qızıl  Arslanı  tərif  edərkən  Xəzərlərin  onun 

lütfükarlığından bəhrələndiyi təsvir edilir:

Möhtac olanlara qapısı dəniz 

Məyus yola salmaz bir kəsi hərgiz.

Xəzər yoxsulları,  Rum varlıları 

Lütfsüz görməmiş o hökmdarı.

X-Ş,  2004, 44.

Nizami  özünün  milli  mənşəyi  olan  Azərbaycanlı 

mənasında  işlətdiyi  türk  adma  rəğbət  və  ehtiramla  yanaşır. 

Xüsusən,  ana  dilinə,  onun  çox  böyük  sevgisi,  məhəbbəti  və 

ehtiramı diqqəti, xüsusilə daha artıq cəlb edir.

«Leyli  və  Məcnun»  əsərinin  «Kitabın  yazılmasının 

səbəbi»  adlanan  hissədə  deyilir  ki,  bu  mövzunun  işlənməsi 

barədə  şairə  Şirvanşah  Axsitan  tərəfindən  məktub  göndərilir. 

Şair özü bu hadisə barədə belə yazır:

Bir gün nəşəliydim aləm şad kimi 

Dəmlər içindəydim  Keyqubad kimi 

Qaşlarım açıqdı  sanki bir kaman 

Qarşımda dururdu yazdığım divan 

Bu zaman bir elçi gəldi eyvana 

Şahın məktubunu gətirdi mana 

On-on beş sətirdi  şahın bu sözü 

Gözəl xətti ilə yazmışdı  özü.

«Ey söz dünyasına hakim Nizami 

Qulluğa məhrəmsən, tut ilticamı.

İstərəm  Məcnunun böyük eşqinə 

Bir söz xəzinəsi  açasan yenə 

Bakirə Leyli tək ey böyük ustad 

Şeirdə iki-üç bakir söz yarat.

Bu təzə gəlinə çəkəndə zəhmət 

Fars,  ərəb diliylə vur ona ziynət.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə