Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə40/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   32   33   34   35   36   37   38   39   40

Mübariz  Yusifov

Bayraq  mənasında:  «Qazan bəyin  qardaşı  kafərin tuğilə 

sancağı  qılıcdadı, yerə  saldı.  (KDQİL,  151)*.



Vilayət,  el  mənasında:  «Yügirmi  dörd  çancaq  bəyi 

gəlsin,  dedi.  (KDQİL,  151).

Həsən  Zərinəzadə  sancaq  sözünün  fars  dində  bir  neçə 

mənada  işlədildiyini  göstərir:  1)  bayraq;  2)  vilayətin  bir 

hissəsi,  mahal;  3)  qolun  hissəsi;  4)  sancaq  (alət)  (Zərinəzadə, 

319).  Görünür,  sancaq  sözü  daha  qədimdən fars  dilinə  keçmiş 

və sonradan əlavə mənalarla birlikdə işlədilməyə başlamışdır.

Bayraq  sözünün isə  fars  dilindəki  adekvatları  bunlardar: 

1) beyrəq; 2) ələm;  3) pərçim.1

Nəzərə  aldıqda  ki,  ələm  sözü  ərəb,  bayraq  və pərçim 

(sancmaq) sözləri isə Azərbaycan dilinə məxsusdur, belə fikrə 

gəlmək  olur  ki,  farslar  elə  fars  dilində  olmayan  sözləri  başqa 

dillərdən  almağa  məcbur  olmuşlar.  Nizami  isə  Azərbaycanlı 

olduğu  üçün  bir  beyt  daxilində  həm  bayraq,  həm  də  sancaq 

sözlərini  işlətmiş,  ərəb  mənşəli  ələm  sözünü  işlətməyə 

ehtiyac duymamışdır.

Bilək,  bel.  Bilək  sözü  Azərbaycan  dilində  işləkdir. 

Nizaminin  dilində  də  əlin  dirsəkdən  aşağıya  qədər  olan 

hissəsi  mənasında işlənmişdir:  Bel sözü də işlək sözlərdəndir:

Həman bilzən  mərd-e alət-şcnas 

Könəd biləkəş-ra be bili  qiyas 

(Rəsulzadə,  224)

Bel vuran usta 

Biləyini bel zənn  edər



Bilək  sözü  fars  dilində  «(pənce)  dəst»  şəklindədir.1

 2 


Nizami  mətnə  uyğun  olaraq  Azərbaycan  dilində  mənanı  daha 

doğru və  dürüst  ifadə  edən bilək  sözünü  işlətmişdir.  Görünür,

*  Kitabi-Dədə Qorqudun izahlı lüğəti. Bakı, «Elm», 

1999


1

 Русско-персидский словарь. M., «Русский язык», 

1975

  c  228  748



2

 Русско-персидский словарь, с. 265.

160

Nizamidə  azərbaycançılıq

Nizami  fars  dilində  yazmış  olsa  da  təfəkkür milli  Azərbaycan 

ruhundan  gəlir.  Bel sözü  isə  fars  dilində də  elə  «bil»  şəklində 

işlədilir.1  Buradan  da  belə  məlum  olur  ki,  fars  dilinə  bu  söz 

Azərbaycan dilindən keçmişdir.

Tutuq. 

Tutuq 

sözü  Nizamidə  pərdə 

mənasında 

işlədilmişdir:

Ta tərəməş dər totoq-e nur bud 

Xar ze qol  ney ze şəkər dur bud 

Onun lütfü işığın tutuğunda (pərdəsində)

Olarkən tikan güldən,  qamış şəkərdən məhrum idi.

(Rəsulzadə, 225,7)

Fars dilində  də örtük mənasında çiriş,  rutəxti2 və pərdə3 

sözləri  olsa  da  Nizami  bunların  heç  birini  mətnə  daxil 

etməmişdir. 

Mətndə 

məna 


Nizaminin 

ana 


dilindəki 

düşüncəsinə  uyğun  gəlməsi  üçün  şair  qədim  Orxon-Ycnisey 

abidələrində  işlədilmiş  və  maneə,  əngəl,  ilişik  mənasında 

işlənmiş  tıdığ  sözünü  yenidən  dirildib  tutuq  şəklində  onu 

həyata  qaytarır.  Mətndən  də  aydın  olur  ki,  tikana,  gülə, 

qamışa düşən  işığın qarşısını  pərdə  ilə və ya başqa bir örtüklə 

kəsmək,  maneə  yaratmaq  mümkün  deyildir.  O  işığın  qarşısını 

da bulud ala bilər,  ya da gecənin qaranlığı.  Buradan aydın  olur 

ki,  Nizami  sözləri  necə  gəldi,  məna  oxşarlığına  əsasən 

işlətmir.  O  seçir,  axtarır,  ən  dəqiq  və  aydın  sözlər  axtarıb 

mətnə  daxil  edir.  Fars  dilində  belə  söz  yoxdursa,  Nizami  öz 

ana  dilinin  qədimlərdən  bəri  formalaşdırdığı  və  hansıa 

mənbədə  qalmış  milli  sözlərindən  istifadəyə  meyl  göstərir. 

Bununla,  bəlkə  də  Nizami,  Azərbaycan  dilində  lazım  olan 

ifadələri  çatdırmaq  üçün  müvafiq  söz  tapmaq  çətindir, 

deyənlərə  cavab  verir  ki,  belə  sözlər  var,  sadəcə,  zəhmət 

çəkib axtarmaq lazımdır.

1

  Русско -персидский словарь.  M., «Русский язык»,  1975, с. 303.



2

 Русско -персидский словарь, с. 488.

3

 Русско -персидский словарь, с. 221.




Mübariz  Yusifov

Tutuq  (totoğ)  sözünün  Səfəvilər  dövrü  fars  dilində 

çadır,  çadra,  örtük, gizlilik,  göy (səma) mənalarında işlədildiyi 

də  qeydə  alınmışdır  (Zərinəzadə,  209).  Görünür,  Nizami 

dövründə  bu  söz  onun  poemalarına  daxil  olduqdan  sonra  fars 

dilində ümumişlək leksik vahidlər sırasına daxil olmuşdur.

Tutmac.  Tutmac  sözü  yemək  adıdır.  Nizamidə  bu  söz 

belə işlədilmişdir:

Ari anra ke dər şekəm dohal əst 

Bərge totmac ben ze bərg-e qol əst.

Aclıqdan qamı təbil kimi guruldayana 

Gül yarpağmdansa tutmac yaxşıdır.

(Rəsulzadə, 225,  8).

Tutmac  sözü  qədim  türk  xalqlannda  undan  hazırlanan 

bir  yeməyin  adıdır.  Nizaminin  vətəni  Gəncədə  indi  də 

məişətdə  həmin  yeməkdən  hazırlanır.  Tutmac  əsas  etibarı  ilə 

soyuq aylarda mədə-bağırsağı  yumşaltmaq üçün hazırlanan və 

yeyilən  süfrə  nemətidir.  Tutmac  yemək  adı  Mahmud 

Kaşqarinin  Divanında da qeydə alınmışdır.  (DTS,  592, МК I, 

452).

İylaq-süvari.  İylaq  sözü  Azərbaycan  dilindəki  yaylaq 

sözünün  fars  dilindəki  variantıdır.  Süvari  isə  atlı  döyüşçü 

mənasındadır.  İylaq  sözü  yaylaq  mənasında,  süvari  isə  atlı 

mənasında Nizamidə aşağıdakı kimi işlədilmişdir:

Borun şod əz iylaqiyan sərkeşi 

Səvari şetabənde çun atəşi 

Yaylaqlardan (dağlardan) bir süvari 

Od kimi meydana atıldı

(Rəsulzadə,  225,  14)

Yaylaq  sözü  həm  bu  variantda,  həm  də yaylıq  şəklində 

qədim  mənbələrdə yay  istırahətgahı  mənasında  işlədilmişdir: 

«Yaşıl  qaya  yaylağım»  (Yaşıl  qayalıqlı  (yer)  yaylağımdır); 

«Ol  qoym  yaylaqda  yazlattı»  (O  qoyunu  yayda  yaylaqda



Nizamido  azərbaycançılıq

saxladı);  «Yaylığ  tağıma  ağıpan  yaylayur  tutur  men».  (Mən 

yayı  mənim  dağlıq  yerlərimə  qalxaraq  orada  (yaylaqda) 

keçirirəm).  (DTS,  227).



Yaylaq  sözünün  Səfəvilər  dövründə  fars  dilində 

işlədildiyi də qeydə alınmışdır (Zərinəzadə,  126).



Yaylaq  sözü  sərinliyə  görə  yay  istirahəti  üçün  əlverişli 

dağ  yeri  mənasında  «Kitabi-Dədə  Qorqud»da  da  işlənmişdir: 

«Qarşu  yatan  qara  dağı  sorar  olsan  yaylaq  kimin?»  (KDQİL, 

100


).

Süvari  sözü  hərbi  termin  kimi  atlı  döyüşçü  mənasını 

bildirir.  Süvari  sözü  səvar  və  səvari  şəklində  atlı  (döyüşçü) 

mənasında  indi  də  işlədilməkdədir  və  lüğətlərdə  də  qeydə 

alınmışdır.1



Qılavuz.  Qılavuz  sözü  Azərbaycan  dilində  bələdçi 

mənasında işlənmiş qədim  sözlərdəndir.



Qılavuz  sözü  indi  Azərbaycan  dilində  işlənmir. 

Görünür,  ərəblərin  Azərbaycana  gəlişi  ilə  əlaqədar  dilimizə 

ərəb  dilindən  keçən  bəzi  başqa  sözlər  kimi  bələdçi  sözü  də 

qılavuz  sözünü  işləklikdən  çıxarılmışdır.  Ancaq  bu  sözün 

Nizamidə  işlənməsi  o  deməkdir  ki,  Nizami  dövründə  qılavuz 

sözü  ümumişlək  olmuşdur.  Sonralar  isə  bələdçi  sözü  onu 

üstələmişdir.  Nizamidə qılavuz sözü belə işlənir:

Dər an puyc təcil  musaxtənd 

Rəhi  biqlavuz həmi taxtənd 

O yolda tələsir və qılavuzsuz 

Yol gedirlər

(Rəsulzadə,  226,  17).

Qılavuz  sözünün  bildirdiyi  bələdçi,  yolgöstərən  mənası 

fars  dilində  rəhnuma  sözü  ilə  ifadə  olunur.1

 2  Həsən 

Zərinəzadə  qılavuz  sözünün  fras  dilində  qarovul,  hərəkətdə 

olan  ordunun  ön  hissəsi,  qarovul  dəstəsi,  gözətçi  dəstəsi, 

ordunun  gedən  atlı  dəstəsi,  nişançı,  bələdçi  mənaları

1

  Русско -персидский словарь. M., «Русский язык».  1975, с.  98.



2

 Русско -персидский словарь, с. 538, 556.

163



Mübariz  Yusifov

daşıdığım  göstərir.  (Zərinəzadə,  337).  Görünür,  fars  dilindəki 



rəhnüma  sözü  bu  mənaları  əhatə  edə  bilməmişdir.  Ona  görə 

də Nizami,  haqlı  olaraq daha geniş məna əhatəsinə malik olan 

«qılavuz»  sözündən  istifadə  etmişdir.  «Qılavuz»  sözü  qədim 

mənbələrdə  də  bələdçi  mənasında  işlənmişdir:  «Bu  kökdəki 

yulduz  bir  ança  bezək.  Bir  ança  qulavuz  bir  ança  yezək.  (Bu 

göydəki ulduzların bəziləri bəzəkdir, bəziləri bələdçi, bəziləri 

gözətçi).  (DTS, 465).

Qılavuz  sözü  bələdçi,  yol  göstərən  mənasında  «Kitabi- 

Dədə Qorqud»da da işlədilmişdir.

Qaraqoçumun qulağı görünməz olsa 

Qeyri ərən qılavuzsuz yol yanılsa 



Qılavuzsuz yol başaran Qazan ər idim.

(KDT,  62,  143).

Nizaminin 

əsərləri 

diqqətlə 

oxunduğca 

orada 

Azərbaycan  sözlərini  axtarmaq,  tapmaq  elə  də  çətin  deyildir. 



Sadəcə  maraq  və  məqsəd  hər  şeyi  həll  edir.  Bəzi  sözlər 

Nizaminin  əsərlərində  müstəqil  bir  vahid  kimi  işlənir. 

Bəzilərini  isə  fars  sözlərinin  qovuşuğunda  müəyyən  etmək 

olur.  Bəzi  sözlər  də  var  ki,  onlar  fars  dilində  olsa  da  həmin 

sözlərin  tərkibində  Azərbaycan  dili  şəkilçiləri  işlədilir. 

Məsələn,  fars  dilindəki  noybətçi,1  şekarçi,1

 2  (ovçu)  miyançi 

(araçı,  aradüzəldən),3  sənglax4 (daşlıq) xacətaş5  (xacə yoldaşı) 

kimi  sözləri buna nümunə göstərmək olar.

Nizaminin  əsərləri  vətənpərvərlik  nümunəsi  olduğu 

kimi  Nizami  barəsində  aparılan  doğru,  düzgün,  qərəzsiz, 

həqiqi  elmi  əsərlərin  hər  birinin  müəllifinə  də  Nizami 

vətənpərvərliyindən müqəddəs bir pay düşür.

1

  Bax:  Cahan Ağamirov. Nizami Gəncəvi və türklük. Gəncə  2008  s  46



2

 Yenə orada, s. 46.

3

 Yenə orada, s.  55.



4

 Yenə orada, s.  61.

5

 Yenə orada, s.  61.



Nizamidə  azərbaycançılıq

Nəticə


1.  Nizamini  zaman  anbaan  bizdən  uzaqlaşdırsa  da  onun 

Azərbaycan  milli  qaynaqlarından  güc  almış  parlaq  dühası 

günəş  şüalan  kimi  yer  üzündəki  bütün  insan  cəmiyyətlərinə 

yayılaraq  bəşəri  bir  möhtəşəmlik  qazanmışdır.  Nizami  təkcə 

öz  zamanının  yox,  bütün  zamanlann  dahi  şəxsiyyəti  olduğu 

üçün  indiyədək  ayn-ayn  xalqlann  nümayəndələri  onun 

əsərlərindəki  bəzi  beytlərə  variantlıq tətbiq etmək yolu  ilə və 

ya  ayn-ayn  tədqiqatçıların  həqiqətdən  uzaq  fikirlərinə  istnad 

etməklə  bu  böyük  şəxsiyyəti  özlərininki  adlandırmağa  cəhd 

göstərmişlər. 

Nəzərə  aldıqda  ki,  Nizaminin 

ideyalan 

bəşəridir,  onda  onun  ideyalanndan  hər bir insan  cəmiyyətinin 

faydalana  biləcəyi  qətiyyən  istisna  deyildir.  Nizaminin  bəşəri 

ideyalan  Azərbaycançılıq  ruhundan  yoğrulduğu  üçün  həmin 

ideyalann  yayılması  Azərbaycançılıq  ruhunun  özünün  də 

bəşəri ideyalara inteqrasiyası kimi başa düşülməlidir.

2.  Nizaminin  əsərlərinin  dili  fars  dili  olsa  da  bu  dil 

Azərbaycanlı  təfəkkürünün  məhsuludur.  Ona  görə  də 

Nizaminin  əsərlərinin  yalnız  zahiri,  görünən  tərəfi,  qabığı 

İrana  məxsusdur.  Bu  əsərlərin  canı,  batini,  şirəsi,  bir  sözlə, 

daxili  məzmunu  Azərbaycana  aiddir.  Nizaminin  böyüklüyü 

odur  ki,  öz  fikir  və  düşüncələrini  Azərbaycançılıq  təfəkkürü 

ilə canlandıraraq onu bəşəriliyə yüksəltmişdir.

3.  Nizaminin  əsərləri  fars  dilində  yazılmış  olsa  da 

Nizaminin  dilini  tamamilə  fars  dili  hesab  etmək  doğru 

sayılmalıdır.  Bu  dil  elə  bir  dildir  ki,  bu  dildə  Azərbaycanın 

milli  təfəkkür  qaynaqlarından  qidalanmış  atalar  sözləri,  zərbi 

məsəllər,  hikmətli  sözlər olduqca zəngindir.  Bu dil  o dildir ki, 

burada Azərbaycan dili  sözləri  olduqca sərbəst şəkildə  işlənir. 

Hətta,  Azərbaycan  sözlərinə  o  qədər  artıq  yer  verilir  ki, 

Nizaminin  fars  dilini 

azca  da  olsa  fars  dili  bilən 

Azərbaycanlının  başa  düşməsi  o  qədər  də  çətin  deyildir. 

Farsların  isə  Nizaminin  dilini  tam  başa  düşməsi  üçün  lüğətə 

ehiyacı  olmasını  istisna saymaq olmaz.

165



Mübariz  Yusifov

4. Nizamini  iranlı  hesab  edənlər onda yanılırlar ki,  onun 

əsərlərində  iranlılığa  aid  olan  elə  bir  ciddi  rəğbət  görünmür. 

Firdovsi  ilə  müqayisədə  onu  demək  olar  ki,  Firdovsinin  türk 

etnosuna  münasibəti  nədirsə,  Nizaminin 

də  iranlılığa 

münasibəti 

və 


rəğbəti 

qədərdir. 



Başqa 

xalqların 

nümayəndələrinin  Nizamini  özününküləşdirmək  cəhdinə 

gəlincə  onu  demək  lazımdır  ki,  onlar  Nizamini  düzgün  başa 

düşmək  üçün 

onun 


əsərlərinin 

məzmununa 

diqqətlə 

yanaşmalıdırlar.  Nizaminin  öz  əsərləri  onun  şəxsiyyəti, 

vətəni,  milliyyəti,  ailəsi  haqqında  bütün  məlumatları  tam əks 

etdirdiyi  halda  Nizami  barədə  nə  cür  gəldi  fikir  söyləyən 

tədqiqatçıların  doğruya  bənzəməyən  yalanlarına  istinad 

etməyə yol verilməməlidir.

5.  Nizaminin  «Leyli  və  Məcnun»  əsərindəki  «Kitabın 

yazılma  səbəbi»  hissəsindən  görünür  ki,  onun  Azərbaycan 

dilində  böyük  divanı  var  imiş.  Şair,  bəlkə  də  «Leyli  və 

Məcnun»unu  elə  Azərbaycan  dilində  yazmaq  istəyirmiş. 

Lakin  tələb  başqa  cür  olmuşdur.  Nizami  tədqiqatçılarının  ən 

əsas vəzifələrindən biri,  əvvəla,  onun Azərbaycanca divanını 

müəyyənləşdirməkdən 

ibarətdir. 

İkincisi, 

Nizamidə 

Azərbaycan  sözlərinin,  Azərbaycan  atalar  sözlərinin,  zərbi- 

məsəllərinin,  hikmətli  sözlərin  araşdırılması  həlli  vacib  bir 

məsələ  kimi  qarşıda  durur.  Üçüncüsü,  Nizaminin  əsərlərində 

Azərbaycan nağıl-dastanlarının,  əfsanələrinin və  digər folklor 

növlərinin  qaynaqları  araşdırılmalıdır.  Nəhayət,  Nizaminin 

əsərlərinin 

tərcüməsi 

məsələsinə 

gəlincə, 

tərcümənin 

orijinala yaxınlığı  dəqiqləşdirilməlidir.  Nizami  doğma  vətəni 

Azərbaycana  öz  ölməz  əsərləri  ilə  adı  tarixlərin  yaddaşında 

yaşayan  əzəmətli bir abidə qoymuşdur.

Vətən  övladları  bu  borcun  müqabilində  Nizami  irsinin, 

həmçinin,  Nizami  həqiqətlərinin  tədqiqi  və  təbliğini  Nizami­

yə layiq şəkildə yerinə yetirmək üçün maddi,  mənəvi və intel­

lektual qüvvələrini səfərbərliyə almaqdan çəkinməməlidirlər.

166


Nizamidə  azərbaycattçılıq

Mündəricat

SÖZ Ö N Ü ......................................................................................................................................3

I  BÖLMƏ

DÖVLƏTÇİLİK İD EYALARI

1. Nizaminin ictimai  mühiti....................................................................................7

2. Dövlətçilik ideyalarının təm əli........................................................................... 38

3.  Şəxsiyyət azadlığı................................................................................................52

4. İctimai fikir azadlığı...............................................  

 

62



5.  Cəmiyyət azadlığı................................................................................................70

II  BÖLMƏ

VƏTƏNPƏRVƏRLİK  İDEYALARI

1. Nizaminin m əkanı................................................................................................84

2. Vətənə bağlılığın təcəssümü...............................................................................92

3. Azərbaycançılıq mühiti.....................................................................................102

4.  Qalibiyyət motivləri..........................................................................................124

5. Anomaliya, mifik obraz və vətən sevgisi........................................................ 130



III  BÖLMƏ

M İLLİLİK  İDEY A LA R I

1

. İctimai tərbiyə motivləri................................................................................... 138



2. Məişət həyatının tərənnümü.............................................................................

144


3. Nağıl, dastan və əfsanə qaynaqları...................................................................

148


4. Atalar sözləri və zərbi-məsəllər........................................................................

152


5. Nizaminin dilində Azərbaycan sözləri.............................................................

156


Nəticə....................................................................................................................165


«Elm və Təhsil» nəşriyyatının  direktoru: 

professor Nadir MƏMMƏDLİ

Kompüter dizayneri:

  Zahid  Məmmədov 

Texniki redaktor:

 Rövşanə Ni/.amiqızı

Yığılmağa verilmiş 29.03.2012. 

Çapa imzalanmış 04.04.2012.

Şərti  çap vərəqi  10,5. Sifariş № 42. 

Kağız formatı  60x84  1/16. Tiraj  500.

Kitab 

«Elm və Təhsil» nəşriyyat-poliqrafiya 

müəssisəsində səhifələnib çap olunmuşdur. 

E-mail:  elm_ve_tehsil@box.az

Tel:  497-16-32;  050-311-41-89 

Yüklə 4,66 Mb.


Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə