Mübariz Yusifov
V
birləşdirəndə knyaz Aşina «beş yüz ailə» ilə jujanlann yanına
qaçdı və Altay dağlarının cənubunda məskunlaşaraq jujanlar
üçün dəmir emal etməyə başladı».1
Lev Qumilyovun necə adlandırdığına baxmayaraq «beş
qəbilə tayfa ittifaqı» tarixlərdə əfsanələşərək qalmışdır. Bu
əfsanənin real kökü olmasaydı onun haqqında müxtəlif fikirli
variantlar da peyda olmazdı. Tədqiqatçı Xəlil Əliyev maraqlı
belə bir fikir irəli sürür ki, İran-Turan müharibəsində
turanlıların Daraya göndərdikləri «beş ox» türklərin beş böyük
qəbilə-tayfa birliyinin rəmzi kimi başa düşülməlidir. Eyni
zamanda, türklərdə totem kimi müqəddəsləşmiş qarğa, siçan,
boz qurdu, qoyun beşliyi də rəmzi mənadadır. «Kəlilə və
Dimnə»nin adlarından birinin «Pançatantra» (beş qanun, beş
hissədən ibarət
kitab) adında da türklərin mifik beşlik
təsəvvürü öz ifadəsini tapır.1
2
Beşlik adı əsasında yaranan Beştau, Beşbarmaq,
Beşdəli, Beştalı kimi toponimlik adların formalaşmasında da
güman ki, beşliklə bağlı qədim mifoloji təsəvvürün təsiri
olmamış deyil. Nizami beşlik anlayışını müqəddəsləndirdiyi
üçün, hətta, İskəndərin adında da beşlik əlaməti müəyyən
edir. Onun admın beş hərflə (s, k, n, d, r) yazıldığına işarə edir
və onun səfərlərinin sayının da beş olduğunu göstərir:
İskəndər sözünü yazanda katib
Yalnız beşcə hərflə işarə edib.
Beş hərfə müvafiq etdik beş səfər
Sulan, dağlan keçdiyin yetər.
İ, II, 2004, 184.
Nizami İskəndərin səfərdən qaytımaq hərəkətində də
beşliyi mənalandırır:
1
Lev Qumilyov. Qədim türklər. Bakı, «Gənclik», 1993, s. 30-31.
2
Xəlil Əliyev. «Kəlilə və Dimnə» kimə-hindlilərə, yoxsa türklərə məxsusdur?».
«Kredo» qəzeti, 2011. s. 11.
136
Nizamido azorhaycançılıq
Pəncəni bu dünya işlərindən çək
Qayıt öz evinə get beş ayadək.
İ, II, 2004, 184.
Nizaminin əsərlərində Oğuz türklərinə, o cümlədən,
Azərbaycanlılara aid tann dininin atributlanndan biri kimi
«Göy» anlayışından istifadə edilir:
Bir qəlb hekayəsi de, bu göy qübbə içində
Xoş bir nəğmədi dünya təmiz, mavi biçimdə
S-X, 2004, 66.
Bu göy qübbə altında həmdəmisən bəşərin
Çoxunun çiynindədir murad verən əllərin
S-X, 2004, 52.
Yer deyil, göyləri axtarsaq da biz
Şəbdizin tozundan tapmarıq bir iz
X-Ş, 2004, 86.
Heç kəs gizlənə bilməz bu göy qübbə altında
Hər kəs söz mərdliyilə çatır şöhrətə, ada.
S-X, 2004, 107.
Tann sözü qədim türk dilində «Göy» mənası bildirmişdir.
(Bax: DTS, 544). Tannçı isə tannya qulluq edən, müqəddəs,
kahin mənalanndandır. (DTS, 544). Tannçılığın anlamı budur ki,
başımızın üstündəki göy (səma) tanndır, yaradıcıdır. İslamda isə
yaradıcı Allahdır. O təkcə göydə yox, hər tərəfdədir. Hətta,
insana şah damanndan da yaxındır: «And olsun ki, insam Biz
yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz
ona şah damanndan da yaxınıq» (Qaf (50), 16).
Nizamidə Azərbaycan təfəkkürü ilə, Azərbaycan milli
düşüncəsi ilə, Azərbaycan mifıologiyasında özünə yer tapan
anlamlar bunlarla bitmir. Bunlann araşdınlması və milli-mənəvi
sərvətimizin . dərk edilməsi keçmişimizin müasirləşdirilməsi
baxımından xüsusi əhəmiyyətə malikdir.
137
Mübariz Yusifov
III B Ö L M Ə
M İ L L İ L İ K İD E Y A L A R I
M ən bu gün bir A zərbaycanlı kim i özündə həm milli-mənəvi
dəyərlərin, həm də üm um bəşəri d ə y ə rlə ri cəm edən bir insan kimi
deyirəm ki, bizim xalqımızın m ən əvi-əx la q i mentaliteti onun ən böyük
sərvətidir, xalqımızın m illi-m ənəvi d ə y ə rlə ri onun milli sərvətidir.
Heydər Əliyev
1. İctimai tərbiyə motivləri
Nizaminin əsərlərində ictimai tərbiyə motivləri mühüm
yer tutur. Nizami insan təribyəsinə olduqca böyük əhəmiyyət
verir. Bununla da Nizaminin istəyi bu idi ki, Azərbaycan
övladlarında
haqqa,
ədalətə,
doğruluğa,
düzgünlüyə,
qeyrətliliyə, mərhəmətliliyə ehtiram və milliliyə meyl
yaransın. Azərbaycan övladları igid olsun, qoçaq olsun,
namuslu və qeyrətli olsun, böyüklərə ehtiramla, kiçiklərə
rəğbətlə yanaşa bilsin,
zəhmətə,
zəhmətkeşə rəğbət
göstərsin, torpağa bağlı olsun, islam didinin müqəddəsliyinə
hörmətlə yanaşsın və s.
Nizami şairlərə xüsusi bir rəğbətlə yanaşılmasını
tövsiyə edir. Çünki onun aləmində həqiqi şairlər, haqqı dərk
edib Allahın adına sədaqətlə sənət əsəri yaradan şairlər
peyğəmbərlə yanaşı durmağa layiqdir. Allah peyğəmbərlərə
vəhy verir, şairlərə isə sözləri seçib bir düzümə salmaq üçün
ilham verir. Ona görə də peyğəmbərə ehtiram göstərildiyi
kimi həqiqi şairlərə də hörmət göstərilməsini vacib hesab
edir:
Sözdoğanlar-nur saçan peyğəmbərin kölgəsi
Ərzin işıq pərdəsi, haqqın yanar nəfəsi °
Nizamidə azərbaycançılıq
Mətanət meydanında kimlər tutdu gör səfi
Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi
Şair ilə peyğəmbər-bir nigarın məhrəmi
Peyğəmbərlə şair haqq, qalanlar haqq görkəmi.
S-X, 2004, 60.
Nizamiyə görə, Allah peyğəmbərə kövsər meyi içirdib,
ondan şairlərin qəlbinə də bir qədər damızdırıb:
Haqqın hazırladığı meydən içdi peyğəmbər
Bizim də qəlbimizə damızdırdı bir qədər
S-X, 2004, 38.
Peyğəmbərin içdiyi mey ilahi, mənəvi meydir. O mey
peyğəmbərin qəlbini genişləndirir, yollannı işıqlandırır,
əməllərini bəşəriləşdirir, beynini nurlandırır. (Bəqərə (2),
219). Nəhl (16) 67; Maidə (5), 93); Şairlərin içkisi meydir. O
mey ki, mim və yeylə yazılır. Kiçik əbcədlə mim 4, yey isə
həm kiçik, həm də böyük əbcədlə 10 bildirir. Cəmi 14. 14
isə Məhəmməl Peyğəmbərin, Fatimeyi-Zəhranın və 12
imamın rəmzidir. Bu da şairlərin hidayət yoludur. Nizamiyə
görə peyğəmbərlə şairləri yaxınlaşdıran əlamətlər varsa,
insanlar da (xüsusən,
Nizaminin
xalqı)
sidq
ürəklə
peyğəmbərə və Nizamiyə ehtiram göstərməlidirlər ki, onlar
mənəviyatla paklanmış insanlar olsunlar.
Nizaminin əsərlərində torpağa ehtiram da özünəməxsus
yer tutur. Torpaq ona görə müqəddəs sayılır ki, klassik dövrdə
formalaşmış təsəvvürə görə yer üzünü Allah Məhəmmədə
görə yaradıb, ona xeyir-bərəkət verib. Füzuli də deyir ki:
Adəm əvvəl səri-kuyin verib almış cənnət
Eşidib təni-mələk sonra peşiman olmuş.
F, I, 180,6.
139
^ *