s~
3~
ee
/ О
Azərbaycan Respublikası Prezidentinin
Bakı^QOƏ
PREZİDENT KİTABXANASI
ВВК 633(0)3/
К 78 A'
Elmi redaktor:
Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırılma Akademiyasmm
Akademiki, Tarix elmləri doktoru, Professor
Abuzər Aiı oğlu Xələfov
Tərcümənin redaktoru:
Tərcümə edən:
Tərtibat və dizayner:
Tarix elmləri namizədi, dos.
Nuru Zeynalabdin oğlu Məmmədov
Pərviz Firudin oğlu Kazımi
Yaqubova Şəbinə Alik qızı
Samuel Noah Kramer.
History begins at sumer.
ISBN 5-02-016729-0
© Kazımi P.F. 2009
Semiiel N. Kramer
TARİX ŞUMERDƏN BAŞLANIR.
İngiliscədən Rus dilinə Şumer
poetik mətnlərin tərcüməsi
F. L. Mendelsonun
On söz və şərhlər
V.K. Afanasyevamndır.
Yəqin ki, mixi yazılı mənbələrlə işin mürəkkəbliyinin əsas
səbəbi həmin mixi yazılı fənlərin bir elm kimi kollegial inkişaf
ənənəsidir. Fransua Şampolyon dünyaya Misir yazısının sirlərini
təkbaşına açmışdır. Lakin mixi yazılarının sirlərini açmaq, dahi olsa
belə, hər fərdin hünəri deyildir. Assiriyaşünaslıq elminin beşiyi
başında bir neçə tanınmış dühaların adlan dayanmışdır. Əgər elmin
dirçəlişi ərəfəsində alim bu və ya digər sahənin öyrənilməsinə
başlayarkən bu işlə tək məşğul olmağa məcbur idisə, bu, zənırətdən
yaranırdı. Bir çox onilliklər ərzində mixi yazısı öyrənilən hər bir
ölkədə bu işlə çox az adam məşğul olmuşdur. Artıq Kramer
dövrünün nəsli - Benno Londsberger, Adam Falkenşteyn, Torkild
Yakobsen və başqaları - sıx əməkdaşlıq şəraitində işləməyə
çalışmışlar. Onlar başa düşürdülər ki, ancaq bu üsulla elmin
inkişafına güclii təkan vermək olar. Bunu hamıdan yaxşı, bəlkə də ən
birinci Kramer başa düşmüşdür.
Onun mətn üzərində işdə, xüsusilə çətin yerlərin təfsirində
iştirak etmiş həmkarlarını həmişə andığına oxucu yəqin ki, diqqət
yetirəcəkdir. Məsələn, uGilqameş və Aqqa” və “Gilqameş və
Yaşayan Dağ” mətnlərinə İsveç əsilli amerikalı alim I. Yakobsen
düzəlişlər etmiş, İnannm yeraltı dünyaya düşməsi və bir çox başqa
mətnləri alman A. Falkenşteyn tamamlamışdır. Bu hansı qaydada
həyata keçilirdi9 Kramer məqaləni çapa göndərməmişdən əvvəl onu
Yakobsenə yaxud Falkenşteynə göndərirdi. Beləliklə, mətn əlavələr,
düzəlişlər, dəqiqləşmələrlə, bəzən isə dost mütəxəssislərin şərhlər
formasında təkzibləri ilə oxucuların mühakiməsinə təqdim olunurdu.
3
Bu, təkcə elm aləminə məhəbbət deyildi, bu, həm də xarakterik
cəhət idi.
Növbəti təbii mərhələ şagirdlərlə birgə iş idi. Oxucu kitabın
səhifələrində bu haqda da oxuya bilər. Kitabın rus dilində ikinci
nəşrinə şərhlərində bir çox adamların və professor Kramerin ilk dəfə
üzərində çalışdığı bir çox mətnlərin adlan çəkilir. Oxucu onlara
diqqət yetirsə yaxşı olardı, çünki onlar cavan elmin inkişafının əyani
surətdə nümayişi xatirinə misal gətirilmişdir. Demək olar ki, bütün
nəşrlər ya şəxsən, ya da öz əsərləri ilə onlan şumerşünashqla tanış
edən ustada və müəllimə minnətdarlıq sözləri ilə başlayır. Bu və ya
digər mətnin, ifadənin yəqin ki başqa cür oxunacağı barədə onun
kitablarında dəfələrlə rast gəlinən Kramerin qeydləri sonradan
peyğəmbərcəsinə yozulurdu.
O,
vəziyyəti
əvvəlcədən aydın
qiymətləndirir, tədqiqatçıların hansı istiqamətdə olduqlarını bilirdi.
Kramerin otuz il əvvəl “Şumer lövhəciklərindən” adı altında
işıq üzü görən kitabının rusca ikinci nəşrindəkı dəyişikliklər elmin
təbii inkişafıdır. Şərhçinin şəxsi adlara etdiyi düzəlişlər, bu və ya
digər deyimin yeni formada təsviri, poetik abidələrin yeni
tərcüməsini verməsi qoy oxucunu təəccübləndirməsin. Məsələn,
hamının adət etdiyi hakim Urukaginiıı adı “Urunnimgina” kimi
oxumaq təklif edilir. Taxıl və heyvan haqqında əfsanədə allah deyil,
ilahənin olduğu təsdiq edilir. Müəllifin birinci nəşrdə təklif etdiyi
kimi, allah Enkinin Kurla vuruşması mübahisə mövzusuna çevrilir.
Kitab Amerikada nəşr olunduqdan bir il sonra fransız dilinə tərcümə
olunur və ilin ən yaxşı xarici kitabı adına layiq görülür. O, müəllif
tərəfindən dəfələrlə yenidən işlənmiş və ona əlavələr edilmişdir
Oxucu bu barədə Kramerin özünün rusca birinci nəşrə ön sözündə
oxuya bilər.
Sonralar kitabın özünəməxsus həyatı başlanmışdır dünyanın
bir çox dillərinə tərcümə olunmuşdur. Onun müəllifinin isə öz həyat
yolu davam etmişdir - o, öz əsəri üzərinə bir daha qayıtmadan yeni
əsərlər yazmağa başlamışdır. Kitabı əvvəlki formada yenidən nəşr
etmək, ilk növbədə, onun müəllifinə, onun daim hərəkətdə olan
fikirlərinə hörmətsizlik olardı. Çar Ur
Nammunun məşhur
qanunlarının bu gün dünyada ən qədim qanunlar olduğu hamı
4
tərəfindən qəbul edilmişdir.
Lakin həmin qanunların onun
tərəfindən tərtib olunmadığı haqqında məlumat şumerşünaslar üçün
fövqəladə xəbərlərdən birinə çevrilmişdir. Hələlik bunu tam
əminliklə sübut etmək mümkün olmasa da, görünür həmin qanunlar
Ur - Nammunun oğlu Şulqanın hakimiyyəti dövründə yaranmış və
onların tərtibçi müəllifi də odur. Professor Kramer özü 1983-cü ildə
“Ur - Nammunun qanunlarının müəllifi kimdir?” adlı kiçik həcmli
məqaləsində bu barədə məsələ qaldırmışdır. Qanunlar mətninin
fraqmentləri ilə yeni lövhəciklərin tapıntısından sonra Kramer 50-ci
illərin sonlarında çap etdirdiyi məqalələri yenidən nəzərdən keçirir,
palçıq lövhəciyi çox diqqətlə öyrənir və belə bir nəticəyə gəlir ki, pis
saxlanmış bir işarə onun tərəfindən düzgün oxunmamışdır. Ona görə
də həmin işarənin ardınca gələn boş yer başqa cür bərpa olunmalıdır.
Alimin tarixi təfəkkürü belə işləyir və belə də inkişaf etməlidir.
Tarixi
“dəqiqliklə”
maraqlanan
oxucu
göstərilən
faktkarın
düzgünlüyünə inanmalı və ona tam əmin olmalıdır. Biliyin axtarışı
bəzən biliyin özündən daha vacib olur, xüsusilə o bizdən xeyli uzaq
dövrə aid olanda.
Əgər qədim tarixin faktları dağınıq və qeyri-müəyyəndirsə,
Kramerin özünün tərcümeyi-halı bizə daha yaxşı məlumdur. O, özü
barədə və özünün elmə yolu haqqında hissə-hissə çap olunmuş
xatirələrinin səhifələrində danışmışdır. Həyatındakı bir sıra hadisələr
onun elmi yaradıcılığı ilə o qədər sıx bağlıdır ki, onlar alimin
xarakter xüsusiyyətlərini aydın ifadə edir. Onlarla tanış olmaq, yəqin
ki, oxucu üçün də maraqlıdır.
Kramer 28 sentyabr 1897-ci ildə Kiyev ətrafında kiçik yəhudi
yaşayış məskəni İaşkovda anadan olmuşdur. Doğum vaxtı o, yəhudi
dilindən tərcümədə “sevinc” mənası verən Simxa və Nuh əyyamını
yaşamış və əbədiyyət qazanmış əfsanəvi patriarxın şərəfinə Noy
adlarını almışdır. Onun atası doqquz-on üç yaşlı uşaqlara Talmudu
öyrədirdi. Bu, yəhudilər arasında qəbul olunmuş ibtidai təhsilin
ikinci mərhələsi hesab olunurdu. Üç uşağın tərbiyə edildiyi ailə çox
dindar idi. İlkin uşaqlıq dövrünün xatirələri - ibadət, müqəddəs
bayramların sevinclə gözlənilməsi. Şərait və yaşayış
çox sadə,
lakin bütün ailə üzvlərinin bir-birinə məhəbbəti və inamı. Sevdiyi
5
Dostları ilə paylaş: |