Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

Ölkədə böyüklərini və balacalarım,
İşi başa çatdırmaq, vedrəni kəndirlə bərkitmək üçün 
Kiş  qarşısında  baş  əyməyəcəyik,  Kişi  silahla  məğlub 
edəcəyik!”
Uruk şəhərinin ağsaqqallar şurası 
Gilqameşə cavab verir:
“Biz quyular qazmaq,  ölkədə bütün quyulan  qazmaq üçün, 
Ölkədə böyükləri  və balacalan,
İşi başa çatdırmaq, vedrəni kəndirə bağlamaq üçün 
Kiş  qarşısında  boyun  əyəcəyik,  Kişi  silahla  məğlub 
etməyəcəyik!”
Gilqameş, Kullab kahini ikinci  dəfə,
Şəhər kişiləri  qarşısında söz söyləyir,  onlann sözünü axtarır: 
Bizə quyulan  qazmaq,  ölkədə bütün quyulan  qazmaq üçün, 
Ölkədə böyüklərini  və balacalannı,
İşi başa çatdırmaq, vedrəni kəndirə bərkitmək üçün 
Kiş qarşısında baş əyməyin, Kişi  silahla məğlub edin!”
Onda Gilqameş,  Kullab kahini, -  
Döyüşçülərin nitqindən cuşa gəldi, ciyəri  şadlandı!. 
Gördüyünüz  kimi,  Şumer  şairi  çox  lakonikdir.  O,  heç  bir 
detal  gətirmədən  ancaq  Urukun  iki  palatalı  “parlamenti”  haqqında 
məlumat  verir.  Amma  biz  əlbəttə,  hər  palatanın  neçə  nəfərdən  ibarət 
olduğunu,  onun  necə  seçildiyini  və  digər  təfsilatları  bilmək  istərdik. 
Hər  nümayəndənin  çıxış  etmək  hüququ  vardımı?  İki  palata  arasında 
razılıq  necə əldə edilirdi?  Hər iki  palatanın üzvləri  öz fikirlərini hansı 
qaydada  ifadə  edirdilər,  şumerlərdə  bizim  səsvermə  üsullarımıza 
analoqu  olan  hansısa  qaydalar  olubmu?  Onlarda  debatların  gedişini 
izləyən  və  çarın  qarşısında  məclis  adından  danışan  “sədr”  olubmu9 
Şairin  nəcib,  təmkinli  hekayəti  bu  təfsilatların  heç  birinə  toxunmur. 
Ancaq  bizim  qədim  parlamentarilər  arasında  da  pərdəarxası  təblərin 
coşduğunu  və  hər  cür  intriqaların  olduğunu  təsəvvür  etmək  olar. 
Uruk  şəhər-dövlətində  bir-birinə  düşmən  partiya  vardı:  müharibə  və 
sülh  partiyaları.  O  vaxtlarda  da  hər  “palata”  liderinin  guya 
“deputatların”  tam  həmrəy  fikrini  elan  etməzdən  papiros  tüstüsünə
46
bürünmüş  kuluarlarda  bizim  müşavirələrə  bənzəyən  pərdəarxası 
müşavirələrin keçirildiyini  təsəvvür etmək çətin deyil.
Qədim 
siyasi 
mübahisələrin 
və 
kompromislərin 
mövcudluğuna  sənədli  sübutların  haçansa  əldə  olunacağına  inam 
azdır.  Aqqa  və  Gilqameş  dövrünün  “tarixi”  xronikasının  əlimizə 
düşəcəyi  şansı  sıfıra  bərabərdir,  çünki  o  dövrdə  yazı  o  qədər  də 
inkişaf  etməmişdi.  Bizim  epik  poemaya  gəlincə,  əsər  onda  təsvir 
olunan  hadisələrdən  bir  çox  əsrlər  keçdikdən  sonra  -   qədim  Urukda 
məlum  “parlamentin”  birinci  sessiyasından  min  il  ötdükdən  sonra 
palçıq lövhəciklər üzərində yazılmışdır.
İndiyədək  bu  epik  tarixi-siyasi  poemanın  yazıldığı  on  bir 
lövhəcik  və  fraqmentlər  tapılmışdır.  Son  qırx  ildə  dörd  lövhəcik 
köçürülmüş  və nəşr olunmuşdur.  Lakin  siyasi  fikrin  inkişafı  tarixi  və 
siyasi  təşkilatlar  üçün  onların  əhəmiyyəti  ancaq  1943-cü  ildə 
T.Yakobsenin  (Çikaqo  Universitetinin  Şərq  İnstitutu)  “Qədim 
demokratiya”  əsəri  çapdan  çıxdıqdan  sonra  müəyyən  edilmişdir 
Sonra İstanbulda və Filadelfıyada qalan yeddi  parçanı  axtanb  tapmaq 
mənə  nəsib  olmuşdur.  Beləliklə,  hazırda  bu  poema  115  sətirdə  bizə 
tam  məlumdur.  Bütün  mətni  düzəlişlərlə  tərcüməsinin  elmi  nəşri 
1949-cu  ildə  amerikan  Journal  of  Archaelogy  jurnalında  dərc 
edilmişdir1'1.
Bu  və bundan  əvvəlki  fəsillərdə təsvir olunan  iki  siyasi  hadisə 
təxminən  e.  ə  2800-cii  ilə  aiddir  Onlar  bizə  şahidlərin  tarixi 
dəlillərindən  deyil,  çox  son ralar  qələmə  alınmış,  həm  də  həqiqətin 
müəyyən  qismini  özündə  əks  etdirən  epik  poemalardan  məlumdur. 
Sosial  və  siyasi  hadisələrə bilavasitə aid olan yazılar ancaq  altı  yüz il 
sonra  meydana  çıxmışdır.  Bu  qeydlərə  artıq  istorioqrafıyanın  ilk 
təcrübələri  kimi  baxmaq  olar.
Belə  sənədlərdən  birinin  təsviri  və  analizi  növbəti  fəsildə 
verilir;  bu  zaman  biz  ilk  “tarixçilərimizin”  intellektual  və  psixoloji 
səviyyəsinin  məhdud  olduğunu  izah  etməyə  çalışmışıq.  Bu  sənəd  iki 
Şumer 
şəhər-dövləti 
arasında 
müvəqqəti 
sürüşkən 
barışıqla 
nəticələnən  faciəli  qəbilə  davası  ilə  bağlıdır.  Bu  müharibədə  yeganə 
qaliblər viranələr və ölüm  olmuşdur.
47


6.  ŞUMERDƏ VƏTƏNDAŞ 
MÜHARİBƏSİ.
İLK TARİXÇİ.
Dərhal  demək  lazımdır:  Şumerdə  sözün  ümumi  və  qəbul 
edilmiş  mənasında  tarixçilər  olmamışdır.  Şumer  müəlliflərindən  heç 
biri  tarixi  indi  bizim başa düşdüyümüz kimi,  yəni  hadisələrin  ümumi 
qanunauyğunluqlarla  müəyyən  edilmiş  ardıcıllığı  kimi  təsəvvür 
etmirdi.  Şumerlər  öz  dünyabaxışlarmın  dar  çərçivəsində  tarixi 
hadisələrə  insanın  ətraf  mühitlə  inkişaf  edən  əlaqələrinin  nəticəsi 
kimi  deyil, tam bitmiş və hazır bir şey kimi  baxırdılar.
Şumer  mütəfəkkirləri  elə  hesab  edirdilər  ki,  onların 
çiçəklənən  şəhərləri  və  kəndləri,  inkişaf etmiş  siyasi,  dini  və  iqtisadi 
təşkilatlar  sistemi  ilə  həmişə  onlann  bildikləri  kimi  olmuşdur  Əbədi 
-   bu  o  deməkdir  ki,  allahlar  kainatı  yaradarkən  Şumeri  yaratmaq 
istədikləri  vaxtdan.  Şumer  müdriklərinin  hətta  ən  uzaqgörənlərinin 
ağlına belə gəlməzdi  ki, onlann  ölkəsi  nə vaxtsa seyrək kasıb yaşayış 
məskənləri  ilə  bataqlıq  boş  səhra  olmuşdur.  Bilmirdilər  ki,  Şumer 
tədricən bir çox  nəsillərin səyi,  onun  sakinlərinin məqsədyönlü  əməyi 
nəticəsində  onların  gördükləri  şəklə  düşmüşdür.  Buranın  insanları 
təəccüblü inadla,  comərdliklə yeni  nailiyyətlər əldə etmişlər15.
Müasir  tarixçilərin  çoxunun  qəbul  etdiyi,  hadisələrin  indi 
geniş yayılmış  ümumiləşdirilməsi  və  araşdırılması  üsulu,  göründüyü 
kimi,  Şumer pedaqoqlarına və mütəfəkkirlərinə qətiyyən tanış  deyildi. 
Hər  halda  onların  əsərlərində  bu,  özünün  aydın,  düşüncəli  əksini 
tapmamışdı.
Bu  ancaq  tarixə  aid  deyildir.  Məsələn,  bizə  qrammatika 
araşdırmalarından 
istifadə 
edildiyini 
sübut 
edən 
qrammatik 
formaların  sonsuz  siyahıları  ilə  çoxlu  miqdarda  lövhəciklər 
məlumdur.  Ancaq  biz  dəqiq  qrammatika qaydaları  və  təyinləri  ilə bir 
dənə də olsun  lövhəcik tanımırıq.  Riyaziyyat sahəsində də belədir
48
Misallar,  tapşırıqlar,  onlann  həlli  yazılmış  küllü  miqdarda 
lövhəcik  tapılmışdır.  Lakin  ümumiləşdirici  qaydalarla,  aksiomlarla 
yaxud teoremlərlə bir dənə də olsun lövhəciyə rast gəlinmir16.
Şumer  müəllimləri  “təbiət  elmləri”  sahəsində  ancaq  ağac  və 
başqa  bitki,  heyvan  və  mineral  adlannm  uzun  siyahılan  ilə 
kifayətlənmişlər.  Sayılan  əşyalann  sırasını  müəyyən  edərkən  onlann 
hansı  qaydanı  rəhbər  tutduqları  indiyə  qədər  aydın  deyil,  ancaq 
tamamilə  aydındır  ki,  onlar  botanika,  zoologiya,  mineralogiya 
qanunlannı  nəinki  bilməmişlər,  hətta  onlar  haqqında  təxmini 
təsəvvürləri 
belə 
olmamışdır. 
Nəhayət, 
Şumerdə 
yüzlərlə 
qanunlardan  ibarət  çoxlu  qanunlar  toplusu  olub,  ancaq  hüququn 
ümumi  prinsipləri  haqqında anlama heç yerdə rast gəlmirik.
Tarixə gəlincə,  burada  vəziyyət  aşağıdakı  kimidir.  Məbəd  və 
saray  arxivlərinin  mirzələri  onların  nəzərində  daha  çox  diqqəti  cəlb 
edən  siyasi,  hərbi  yaxud  dini  xarakterli  hadisələr  haqqında  bu  və  ya 
digər  məlumatları  öz  lövhəciklərində  qeyd  edirdilər.  Ancaq  bu 
yazılar  ölkənin  əlaqəli, 
ardıcıl 
və  əsaslandırılmış  tarixinin 
yaranmasına  gətirib  çıxarmırdı.  Bununla  belə,  bəşəriyyət  tarixi 
prosesin  daim  dəyişikliklərə  məruz  qaldığını  müqayisədə  yaxın 
vaxtlarda  anlamışdır.  Şumer  mütəfəkkirləri  isə,  göründüyü  kimi, 
məntiqi 
ümumiləşdirmənin 
hətta 
başlanğıc 
metodologiyasını 
bilmədiklərindən  çətin  ki,  bu  məfhumun  müasir  mənasında  tarixi 
əsərlər  yarada  bilərdilər.  Əgər  Şumerdə  sözün  indiki  mənasında 
tarixşünaslığın 
yoxluğu  heç  kimdə  şübhə  doğurmursa,  onda 
aşağıdakılar  qəribə  görünür:  qədim  yəhudilərdə  və  yunanlarda  geniş 
yayıldığı  formada tarixi  ədəbiyyat janrının  özü belə şumerlərə məlum 
deyildi 
Bizə  məlum  olduğu  kimi,  Şumer  mirzələrindən  və 
müəlliflərindən  heç  biri  Şumerin  (yaxud  onun  şəhər-dövlətlərindən 
birinin)  siyasi 
tarixinə  bənzər  bir  şeyin  yazılmasına  cəhd 
göstərməmişdir.  Dünyanın  onlara  məlum  olan  hissəsinin  tarixindən 
söz açmağa dəyməz.
Ancaq  Şumer  müəllifləri  əfsanələr,  epik  rəvayətlər,  allahlara 
himnlər  və  ağılar,  atalar  sözləri  və  nəsihətlər  kimi  bir  çox  ədəbi 
janrlar yaratmış və bunlarda az müvəffəqiyyətlər qazanmamışlar.
49


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə