Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə29/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

Kainatda vermiş mənə şəfəqi.
Ulu babam, bütün ölkələrin hakimi,
Bütün sutiləri yığışdırıb əlimin içinə qoydu!
Ekurdan, Enlilin məbədindən,
Mənim  Abzuma,  Ereduqda,  bütün  sənətləri,  bütün  incəlikləri 
gətirdi mənim.
Mən -  mömin ailəyəm,  böyük öküzü  qovan,  mən 
ilk yaranan
Anın
Kiqalda  açan  çiçəyəm,  -  mən  böyük  Şumerin  hökmdarıyam-
mən!
Hökmdarların  nəzarətçisi  -   mən,  bütün  yad  ellərin  atasıyam  -
mən!
Bütün allahların böyük qardaşı -  mən bolluq yardan - mən! 
Kainat kitabını yazan -  mən.
Bütün ölkələrin ağıllı  Aqili -  mən,
Çar Anla ədalətli  məhkəməni  səma saraylarında aparan -  mən! 
Enlillə  birlikdə  dağların  zirvəsində,  onun  baxdığı  yerdə 
müqəddəratı həll edən
- mən!
Taleləri  həll  etməyi,  günəş  qalxan  yerdə  o  mənim  əlimin  içinə 
qoydu.
Mənim  haqqımda nazla dedi  Nintu,
Kimə ki Ninxursaq gözəl  ad verib,
Mən -  bütün Anunnakların yol  göstərəni,
İlk yaranmış işıqlı  Anın oğlu'
Sonra  qısa  ibadət  gəlir.  Anunnakların  böyük  allahlarına 
mübarəkbadlıqdan  sonra  Enki  “böyük  sevinc  yaşayaraq”  özünü 
yenidən  tərifləyir.  Bu həmin aşağıdakı  sətirlərlə başlayır:
Mən  -   ağa,  sözlərim  müqəddəs,  hamıdan  yüksəkdəyəm,  mən 
hakiməm!
Mənim  Sözümlə küz tikilib,  taxıl  əkilib,
Mənim  sözüm  səmaya yaxınlaşıb -  göydən bol yağış yağır!
120
Mənim  Sözüm yerə yaxınlaşıb -  daşqın balıq axınını  aparır.
Bu özünütərif belə qurtarır 
Yad ölkələr Maqan və Dilmun -  
Bu mənəm Enki -  mənə baxır!
Böyük qayıqları Dilmunun, lövbər salaraq,
Böyük qayıqları Maqanın, göyədək yüklənərək.
Böyük qayıqları  Maqilumun və Meluxxinin 
Gətirirlər gümüşü və qızılı,
Enlilə, bütün  ölkələrin  hakiminə,  qoy Nippura çatdırsınalr!
Sonra  Anunnakların  böyük  allahlarından  qısa  himn  gəlir.  Enki 
öz  allahlıq  borcunu  yerinə  yetirmək  üçün  “öz  yerinə  getməyə” 
hazırlaşır.  Erudunun  və  Şumerin  “hökmdarları”,  “rəhbərləri”  və 
müqəddəs  adamları  haqqında  söhbət  gedən  ciddi  zədələnmiş,  aydın 
olmayan  parçadan sonra Enki  Şumerin müqəddəratını  təyin edir:
Ey  Şumer,  Böyük  Dağ,  kainat ölkəsi!
Dözülməz şəfəqdə gün  çıxandan gün doğanadək 
bütün xalqlara  Suti verən!
Sənin  Sutin qüdrətlidir,  əlçatmazdır,
Sənin  dərinliklərin əlçatmazdır,
Sənin allahlarının doğulduğu yer səma kimi  əlçatmazdır! 
Anadan çar doğulmuş -  sarğı  alır,
Anadan  hökmdar doğulmuş -  tac alır.
Sənin  baş kahinin,  qüdrətli  hakim,
Anla birlikdə oturur səmada,  səma  saraylarında.
Sənin  şahın -  Enlil,  Qüdrətli  Sıldırım.
Anunnaklar,  böyük allahlar,
Sənin ürəyində Kiur qoymuşlar.
Sənin “giqununda”50 ağaclar əkilmiş, yemək yeyirlər 
Ey  Şumer evi!  Qoy  sənin küzlərin tikilsin,  inəklərin çoxalsın! 
Sənin qoyun  damların  qoy tikilsin,  qoyunların  saysız olsun! 
Sənin müqəddəs evlərin göylərə baş alsın!
Qoy  Anunnakilər onların  içində talelər həll  etsinlər!
121


Bundan  sonra  Enki,  görünür,  poema  yaranan  vaxt  Şumerin 
baş şəhəri  olmuş Ura gedir və Ura xeyir-dua verir:
Urun müqəddəs yerlərinə getdi  o.
Enki,  Abzumun hakimi,  orda müqəddərat həll  edir.
Yuyulmağa layiq şəhərlər,  öküz kimi  möhkəm  dayanan! 
Ölkənin  bolluq  sarayları,  düzləri  genişlənmiş  yaşı!  dağlara 
bənzər!
Kölgəsi geniş ərik bağları, həqiqi  məğrurluq rəmzi!
Qüdrətli  Sıldırım,  Eniil  yerdə  də,  göydə  də  sənin  şöhrətli  adını
çəkdi,
Eıılilin taleyini həll  etdiyi  şəhər,
Ur, müqəddəs, boynunu göylərə qaldıracaqsan!
Sonra  Enki  Meluxxiyə  “qara  dağlara”  (bəlkə  də  Efiopiyadan 
(Nubi)  söhbət  gedir)  gəlir.  Çox  maraqlıdır  ki,  Enki  bu  ölkəyə 
Şumerin  özü  kimi  xoş  məramla  yanaşır.  O,  burada  ağaclara, 
qamı şlara,  öküzlərə,  quşlara,  qızıla  və  gümüşə,  ini sə  və  tunca, 
həmçinin bu ölkənin sakinlərinə xeyir-dua verir.
Enki  Meluxxidən Dəclə və  Fərat torpağına qayıdır.  O,  köpüklü 
su  ilə  ovucunu  doldurub  onları  allah  Enbiruluıı  qayğısına  tapşırır. 
Sonra  o,  balıqları  çaya  buraxır  və  onlara  nəzarəti  “Keşanın  oğlu” 
adlanan allaha tapşırır.  Sonra Enki  dənizə - Fars körfəzinə nəzər salır 
O,  dənizin  hərəkət  qanunlarını  təyin  edir və  onu  ilahə  Sirara  həvalə 
edir.
Enki  sonra  küləkləri  çağırır  və  “ildırımlar  və  tufanlar  üstündə 
gəzən”  İşkuru  onların  başında  qoyur.  Bundan  sonra  Enki  kotanın, 
boyunduaığun, tarlanın və bitkilərin vəzifələrini  təyin  edir.
O kotan,  boyunduruq və qoşqu göndərdi,
Böyük hökmdar Enki  öküzə düz getməyi  tapşırdı 
Müqəddəs şırımların  “ağzını” açdı  o.
Xeyirxah tarlaya taxıl  doğmağı tapşırdı.
Sarğı geymiş hökmdara layiqli  göy səhralarını,
Güclü əkinçi  Enlilin  özünə,
Enkimdə, kanallar və bəndlər ağasına,
Enki  nəzarət və izləmək tapşırdı.
Hakim xeyirxah tarlaya üz tutdu,  ona xallı  arpa atdı.
122
Enki buğda,  paxla və noxud çıxardı,
O, topalara çox növlər səpdi,
Enki topaları  və yığınları  çoxaltdı,
Enlillə birlikdə bütün ölkədə bolluğu artırdı.
Bədəni və başı  xallı,  gözlərindən bal  axıdan 
İlahəyə güc verir -  ölkəyə güc,  qarabaşlara həyat,
Anşana,  gözəl çörək,  kainat çörəyi üzərində 
Enki nəzarəti  və izləməyi tapşırdı.
Enkil  indi  də  toxa  və  kərpic  tökmək  üçün  forma  ilə  məşğul 
olur,  onları  kərpic  allahı  Kabtaya  tapşırır.  Sonra  o  tiknti  aləti 
“ququnu”  yaradır,  bünövrə  qoyub  evlər  tikir,  onları  Enlilin  böyük 
memarı  Muşdammanın  öhdəsinə buraxır.  Sonra  Enki  düzənlikdə  hər 
cür heyvan  və bitki  növləri  yaradır və onları  “dağlar çan”  Sumuqana 
tapşınr.  Enki  pəyələr və qoyun danılan  tikir,  qablan  süd və qaymaqla 
doldurur və allah-çoban Dumuzini  nəzarətçi  təyin edir.
Enki  müqavilələr əsasında  sərhədləri  çəkir və  “bütün  kainatda” 
onlan  qorumağı  “allahlann  hakimi  və  vasitəçisi”  günəş  allahı  Utuya 
tapşmr.  Və  nəhayət,  Enki  “sap  yaradır”,  “qadın  sənətini” 
təkmilləşdirir və onu toxuculuq  ilahəsi  Uttuya həvalə edir.
Burada  əfsanənin  süjeti  gözlənilməz  gediş  alır  Qürurlu,  acıqlı 
məhəbbət  və  müharibə  ilahəsi  İnanna  işə  qarışır.  Görünür,  Enkinin 
hakimiyyəti  və  hüququ  ilahələr  arasında  bölərkən  onu  tamamilə 
unutması  onun  xoşuna  gəlmir.  Budur  İnanna  “Enkinin  evinə  daxil 
olur”  və  “sakitcə”,  müəllifin  təsdiq  etdiyinə  görə,  öz  narazılıqlarını 
bildirir.
O,  belə başlayır:
Anunnakların  böyük allahlarının taleyini  həll  etməyi 
Enlil  sənin  əllərinə tapşırmışdır,
Mən -  qadın,  mənim  haqqımda nə deyilib?
Mən  - müqəddəs  İnanna,  mənim vəzifəm nədir7 
Sonra  İnanna  nisbətən  əhəmiyyətli  ilahələrin  adlarım  çəkir, 
onların  üstünlüklərini  sayır.  Bax,  ilahə  Aruru  (o,  həm  də  Nintu) 
“lazuritdən  qab”  əldə  etdi  və  ölkədə  “çarları  və  hökmdarları”  təyin 
etmək  hüququ  aldı.  İnannanın  bacısı  Ninisinna  qiymətli  bəzək 
əşyaları  əldə  etdi  və  göv  allahı  Anın  sevimlisi  oldu.  Başqa  bacısı  -
123


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə