Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

“ölümsüzlük 
axtarışlarından” 
bir 
sıra 
səhnələr 
(IX-X-XI 
lövhəciklər),  daşqm haqqında əfsanə  (XI  lövhəcik) barədə  epizodlan 
bilirik.  Bütün  bu  epizodlar  şumer  mənşəlidir.  Lakin  onların  Babil 
variantları  qul yamsılamağı  deyil.  Onlarda Şumer orijinalından  ancaq 
süjetin əsası  saxlanılmışdır.
3. 
“Gilqameş  haqqında  eposun”  Şumer  analoqları  olmayan 
epizodlan ilə iş nə yerdədir?
Eposun  başladığı  giriş,  Gilqameşin  və  Enkidunun  hansı  yolla 
dost  olduqlan  haqqında  hekayə  (I-II  lövhəciklər)  və  Enkidunun 
ölümü  və  dəfni  haqqında  hekayə  (VII-VIII  lövhəciklər)  həmin 
epizodlara  aiddir.  Belə  hesab  etmək  olarımı  ki,  bu  epizodlan 
vavilonlular  özləri  fikirləşmişlər,  yaxud  onlar  da  bizə  məlum 
olmayan Şumer mənbələrinə söykənir?
Bu  cür  suala  dəqiq  cavab  vermək  olmaz.  Bununla  belə,  Babil 
eposunun  qədin  Şumerin  bizə  gəlib  çatan  əfsanəvi  və  epik  mətnləri 
ilə  müqayisəsi  tam  olmasa  da  bir  sıra  çox  maraqlı  nəticələr 
çıxarmağa imkan verir.
Başlanğıc  üçün  “Gilqameş  haqqında  eposun”  Babil  variantının 
girişini  araşdıraq.  Şair  öz  qəhrəmanını  Urukun  divarlarını  ucaldan, 
hər  şeyi  dərk  edən,  hər  şeyi  görən  səyyah  kimi  təsvir  edir;  bundan 
sonra  oxucuya  ritorik  müraciət  formasında  şəhərin  divarları  təsvir 
edilir.  Biz Şumer mətnlərinin  heç birində hələ bu  cür ədəbi  üsula  rast 
gəlməmişik.  Aydındır  ki,  eposun  giriş  hissəsi  orijinal  Vavil  Babil 
əsəridir.
Nəticəsində  Gilqameşin  və  Enkidunun  dost  olduqlan  və 
girişdən  dərhal  sonra  gələn  hadisələr  haqqında  hekayət  Babil 
eposunun  I  və  II  lövhəciklərinin  əsas  hissəsini  tutur.  O,  bu  cür 
epizodlara 
parçalanır: 
Gilqameşin 
pozğunluğu; 
Enkidunun
yaranması;  Enkidunun  günaha  batmalan,  Gilqameşin  yuxusu, 
Enkidunun 
insanlaşması; 
qəhrəmanlann 
təkbətək 
mübarizəsi. 
Hadisələrin  belə  vahid  axını  Enkidunun  və  Gilqameşin  arasında 
dostluğun  məntiqi  yaranışı  ilə  nəticələnir.  Göründüyü  kimi,  dostluq 
motivini  şair  sonralar  dostların  sidr  ağacı  meşəsinə  səfəri  haqqında 
hekayənin  zavyazkası  kimi  istifadə  etmişdir.  Şumer  variantında  bu 
cür  əsaslandırma  yoxdur  və  qədim  Şumer  mətnlərində  Babil  eposu
232
üçün  xarakterik  olan  hadisələrin  məntiqi  inkişafına  bənzər  nəsə 
tapmaq çətin ki, mümkün olsun.  Ancaq Gilqameş haqqında silsilədən 
olmasa  da  ayn-ayn  epizodlar  üçün  belə  silsilələrə  Şumer  prototipi 
tapılar.
Enkidunun yaranmasının  əfsanəvi  əsaslan,  Gilqameşin  yuxusu 
və  qəhrəmanlann  təkbaşına  vuruşu,  şübhəsiz  Şumer  köklərindən 
doğur.  Enkidunun  “günaha  batması”  və  “insanlaşması”na  gəlincə, 
burada  daha  ehtiyatlı  olmaq  lazımdır.  İnsan  müdrikliyi  ilə  qadını 
dərk  etməyi  əlaqələndirən  əfsanə  olduqca  maraqlıdır.  Bəs  onun 
meydana  gəlməsində  biz  kimə  borcluyuq  -   şumerlərə,  yoxsa 
semitlərə? Təəssüf ki,  biz hələlik bu suala cavab verə bilmirik.
Əvəzində  Enkidunun  ölümü və dəfni  haqqında hekayət,  demək 
olar ki,  şübhə yaratmır:  hər şeydən görünür ki,  bu epizod təmiz Babil 
mənşəlidir. 
“Gilqameş,  Enkidu 
və  yeraltı 
səltənət” 
Şumer 
poemasında  Enkidu  sözün  əsil  mənasında  ölmür,  o,  cəhənnəm 
əjdahası,  iblis Kurun  qəniməti  olur.  O,  yeraltı  dünyanın  qadağalarını 
bilərəkdən  pozduğuna  görə  Enkidunu  özünün  zülmət  dünyasına 
aparır.  Babil  müəllifləri  tərəfindən  Enkidunun  ölümü  epizodu 
Gilqameşin  ölümsüzlüyə  cəhdlərini  əsaslandırmaq  və  eposu  faciəvi 
razvyazkaya çatdırmaq  üçün  fıkirləşilmişdir.
Yekunlaşdıraq. 
Babil 
eposunun 
bir 
çox 
epizodları, 
mübahisəsiz,  Gilqameş  haqqında  Şumer  poemaları  köklərindən 
bəhrələnmişlər  Hətta  əlimizdə  birbaşa  analoqlar  olmadığı  hallarda 
əfsanəvi  və epik  Şumer mənbələrindən  alınmış  ayrı-ayrı  mövzular və 
əsaslar  tapınaq  olar.  Lakin  artıq  biz  gördük  ki,  Babil  şairləri  Şumer 
mətnini  köçürmürlər.  Onlar  materialı  öz  zövqlərinə  və  ənənələrinə 
uyğun  olaraq  dəyişir,  yenidən  işləyir,  nəticədə  Şumer  orijinalından 
ancaq  əsas  qalır.  Süjet  xəttinə  gəlincə  -  tərəddüd  edən,  yaradan 
qəhrəmanı  qaçılmaz  kədərli  anlamaya  gətirib  çıxaran  hadisələrin 
faciəli  gedişində  xidmət  şumerlərin  deyil,  şübhəsiz,  bütünlüklə 
babiHilərindir.  Ona görə  tam  ədalətlə qəbul  etmək  lazımdır ki,  şumer 
mənbələrindən  çoxsaylı  iqtibaslara  baxmayaraq  “Gilqameş  haqqında 
Epos”  semit müəlliflərinin yaradıcılığıdır.
Ancaq  yuxanda  deyilənlər eposun  ancaq  ilk  on  bir  lövhəciyinə 
aiddir.  Eposun  axırıncı,  on  ikinci  lövhəciyi  Şumer  poeması
233


“Gilqameş,  Enkidu  və  yeraltı  səltənət”  əsərinin  ikinci  yarısının 
semit akkad  dilinə sətri  tərcüməsindən  ibarətdir.  Babil  mirzələri  onun 
mənası  və  ardıcıllığı  barədə  qətiyyən  narahat  olmadan  bu  lövhəciyi 
əvvəlki on bir lövhəciyə birləşdirmişlər.
On  ikinci  lövhəciyin  əvvəlki  on  bir  lövhəciyə  ancaq  əlavə 
olduğu  çoxdan  şübhə  doğurmuşdu.  Ancaq  “Gilqameş,  Enkidu  və 
yeraltı  səltənət”  poeması  tam  bərpa  və  tərcümə  edildikdən  sonra 
bunu  sübut  etmək  mümkün  olmuşdur.  Bununla  belə,  hələ  1930-cu 
ildə  Britaniya  Muzeyi  Qədim  Şərq  şöbəsinin  keçmiş  mühafizəçisi 
C.Gedd  Urda  tapılmış  bu  poemanın  hissə-hissə  mətni  ilə  lövhəciyi 
dərc  etdirmiş  və  onunla  semit  eposunun  lövhəciyi  arasında  sıx 
əlaqəni  müəyyən etmişdir.
“Gilqameş,  Enkidu  və  yeraltı  səltənət”  poemasının  tam  mətni 
indiyə  qədər  dərc  edilməmişdir  (bax.  “Gilqameş  və  xuluppu  ağacı”, 
Assuriological  Studu,  №8,  Oriental  institute  o f  the  University  of 
Chicago,  həmçinin  Shumerian  Mythology).77  Poema,  onun  sonrakı 
məzmunu  ilə  heç  bir  əlaqəsi  olmayan  27  sətirlik  girişlə  başlayır. 
Birinci  13  sətir  şumerlərin  dünyanın  yaranmasım  necə  təsəvvür 
etdikləri  barədə  çox  vacib  məlumat  verir  (bizim  kitabın  14-cü 
səhifəsində  bu  barədə  söhbət  getmişdir).  Sonrakı  14  sətir  allah 
Enkinin  iblis  Kurla  təkbətək  vuruşunu  təsvir  edir  (bax.  f.25). 
Sonradan hekayətin özü başlayır:
Haçansa  Fərat  çayının  sahilində  balaca  “xuluppu”  ağacı 
(söyüdə  oxşar)  yetişir.  Çayın  suyu  ona  yaxşı  qida  verirdi  və  o  da 
yaxşı  böyüyürdü.  Birdən  necə  olursa,  dəhşətli  cənub  küləyi  ona 
hücum  çəkir və  sel  onu basır.  Həmin  vaxt oradan  keçən  ilahə  İnanna 
balaca  ağacı  götürüb  öz  şəhəri  Uruka  gətirir.  O,  ağacı  özünün 
müqəddəs  bağında  əkir və  ona  qulluq  etməyə  başlayır.  Fikirləşir  ki, 
böyüyəndə ondan taxt və kreslo düzəldəcək.
İllər  keçdi.  Ağac  güclü  inkişaf  etdi.  İnanna  onu  kəsmək 
istəyəndə  məlum  oldu  ki,  ağacın  köklərində  “heç  bir  ovsuna  tabe 
olmayan  ilan”  yerləşmiş,  gövdəsində  İmduqud  quşu  balalamış, 
budağında  Lilit3  özünə  ev  tikmişdir  Və  budur,  İnanna  acı  göz  yaşı 
tökür.
’ Lilit -  qadın cildində şeytan -  qeyd  tor.
234
Səhər  açılanda  onun  qardaşı,  günəş  allahı  Utu  öz  yataq 
otağından  çıxdı.  İnanna  göz  yaşlan  içərisində  onun  ağacının  başına 
gələnləri  ona  danışdı.  Bu  zaman  İnannanın  şikayətlərini  eşidən 
Gilqameş  əsil  cəngavər  kimi  ona  kömək  etmək  qəranna  gəlir.  O, 
özünün  əlli  min  ağırlığında  paltarını  geyinir,  altı  talant  yeddi  min 
ağırlığında  baltasını  götürüb  “heç  bir  ovsuna  tabe  olmayan  ilari’ı 
öldürür.  Qorxmuş  quş  İmduqud  balaları  ilə  birlikdə  uçub  dağlara 
gedir,  Lilit  isə  evini  uçurub  səhraya  yollanır.  Gilqameş  Uruk 
sakinlərinin köməyilə ağacı  yıxıb  İnannaya gətirir ki,  o,  özünə taxt və 
kreslo  düzəltsin.  Görünür,  o  vaxta  kimi  İnanna  fikrini  dəyişir.  O, 
ağacın  gövdəsindən  “pukku”  (yəqin  baraban),  budaqlarından  isə 
“mikku”  (baraban  çubuqları)  düzəldir.  Sonrakı  12  sətir  Gilqamcşin 
həmin  “pukku”  və  “mikku”  nə  etdiyi  barədə  danışır.  Mətnin  tam 
qaldığına  baxmayaraq, 
hələlik 
onu  başa  düşmək 
mümkün 
olmamışdır.78  Görünür,  Gilqameş  hansısa  dəlisovluğa  tutulur  və 
bundan  Uruk  əhli  əziyyət  çəkir.  Mətn  yenidən  oxunaqlı  olanda 
görüaık  ki,  “cavan  qızlann  şikayətindən”  “pukku”  və  “mikku” 
cəhənnəmə  vasil  olmuşlar.  Gilqameşin  “pukku”  və  “m ikku’nu  geri 
qaytarmaq  istəyi  nəticəsiz  qalır.  Onda  cəhənnəmin  qapıları  ağzında 
oturaraq  o,  acı-acı  şikayətlənməyə başlayır.
Gilqameş göz yaşları  tökür, dərddən göyərmişdir o.
Ey  mənim  barabanım,  ey  mənim çubuqlarım!
Baraban,  onun  zənginliyindən doymamışam,
Onun gur səsindən əylənməmişəm!
Barabanım  mənim dülgərin  evində olanda
Dülgərin arvadını  doğma anam kimi  sevərdim!
Dülgərin qızını  kiçik bacım  kimi  sevərdim!
Barabanım  mənim,  yeraltı  dünyaya düşmüşdür,  kim  qaytaracaq 
onu mənə?
Çubuqlarım  mənim.  Qanzirə  düşmüşdür,  kim  qaytaracaq  onu 
mənə7
-  Ağam  mənim,  son  necə də  acı-acı  ağlayırsan!  Öz ürəyini  niyə 
kədərə qərq edirsən7
İndi  barabanını  sənin, yeraltı  dünyadan  qaytararam  sənə.
Çubuqlarını  sənin  Qanzirdən doğrudan qaytararam  sənə!
235


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə