Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə62/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   58   59   60   61   62   63   64   65   66

yetirmişdir.  Ola bilsin ki,  adların ardıcıllığı  lövhəciklərin  ölçülərinə 
görə  müəyyən  edilmişdir.  Lakin  biz  yeni,  əlavə  məlumatlar  əldə 
edənə qədər çətin ki, bütün bu suallara cavab verə bilək.
Kitabxana  kataloqları  tarixində  ilk  iki  qədim  kataloq  haqqında 
oxucuda təsəvvür yaratmaq üçün bir neçə misal  gətirək.  Biz ancaq bu 
kitabda haqqında söhbət açılan əsərlərin adlarını  seçək.
1)  Ene 
ııiqdue 
(“Hökmdar 
(sanki 
yaratmaq) 
nə 
əhəmiyyətlidirsə”),  universitet  muzeyindəki  kataloqda  3  №  -  li.  Ola 
bilsin,  həm  də  Luvrdakında,  lakin  Luvrdakı  lövhəcikdə  uyğun  yer 
zədələnmişdir.  Bu  “Toxanın  yaranması”  əfsanəsinin  başlanğıcıdır. 
Dünyanın  yaranması  (bax.f. 14)  haqqında  söhbət  gedəndə  şumerlərin 
dünya baxışının analizi ilə əlaqədar onun birinci  sətirləri  verilmişdir.
2)  Enlil  Sudushe (Eniil  (kimin əmrləri  çatır)  ən uzaq yerlərə), 
hər  iki  kataloqda  5  №  li.  Bu,  Enlilin  şərəfinə  himnin  başlanğıcıdır. 
Həmin  14-eü fəsildə ondan geniş parçalar verilmişdir.
3)  Uria  (“Yaranma  günü”)  hər  iki  kataloqda  7  №  li. 
“Gilqameş,  Enkidu  və  yeraltı  səltənət”  poemasını  bildirir,  26-cı 
fəsildə haqqında söhbət getmişdir.  “Uria”  adına kataloqlarda daha iki 
dəfə rast gəlinir.  Yəqin mirzənin əlində bu  ifadə ilə başlayan daha iki 
əsər olmuşdur.  Hər necə  olsa  da  o,  üç  eyni  ad  arasında fərq  qoymağı 
lazım bilməmişdir.
4)  Ene  kurtuiitashe  (“Hakim  (fikir  verdi)  canlılar  ölkəsinə”) 
hər  iki  kataloqda  10  №  li.  Mənim  “Gilqameş  və  canlılar  Ölkəsi” 
adlandırdığım  poemanı  bildirir.  Orada  əjdaha  ilə  təkbətək  döyüşdən 
söhbət gedir (bax.f.25).
5)  Lukinqia  Aq  (“Aqqanın  nümayəndələri”),  universitet 
kataloqunda  ll№ -li.  Luvr  lövhəciyində  yoxdur.  Bu,  siyasi  cəhətdən 
çox maraqlı  olan “Gilqameş və  Aqqa”  epik  poemasının  başlanğıcıdır 
(bax.  f.25).  Tam  adı  Aqqa  olduğuna  baxmayaraq  mirzə  “Aq”  hecası 
ilə kifayətlənmişdir.
6)  Hursaq  ankibeda  (“Göy  və  yer  dağında  olanda”), 
universitet  muzeyinin  kataloqunda  17№-li.  Luvr  lövhəciyində 
yoxdur.  “Taxıl  və  heyvan  arasında  mübahisənin”  əvvəli  (bax.  f.15). 
İnsanın yaranmasından söhbət gedir.
256
7)  Unu  nanam  (“Budur  şəhər...”).  Universitet  muzeyi 
kataloqunda  22№-li.  Luvr  kataloqunda yoxdur.  Şumerlərin  etikasını 
və əxlaqını  başa  düşmək  üçün  vacib  olan  Nanşenin  şərəfinə  himnin 
başlanğıcı (bax f.  15)
8) 
Luqalbanda 
(“Luqalbəndə”). 
Universitet 
muzeyi 
kataloqunda  39№-li.  Luvr  lövhəciyində  yoxdur.  “Luqalbəndə  və 
Enmerkar”  epik poemasının başlanğıcı  haqqında 27-ci  fəsildə  söhbət 
açılmışdır.
9)  Anqalta  kiqalshe  (“Böyük  yuxarıdan  böyük  aşağıya 
doğru”).  Universitet  muzeyi  kataloqunda 41№-li,  Luvr  lövhəciyində 
34№-li.  “İnannanın  yeraltı  səltənətə  enməsi”  əfsanəsinin  başlanğıcı 
(bax.  f. 23).
10)  Mesheam  iduden  (“Hara  getdin  sən”).  Universitet 
muzeyindəki  kataloqda  50  №-li.  Luvr  lövhəciyində  yoxdur.  Bu, 
alimlərin  həyatı  haqqında  mətnin birinci  sətrinin  sonu.  Bu  barədə  2- 
ci fəsildə  danışılmışdır.  Birinci  sətir tam  olaraq belə  oxunur:  “Dumu 
edubba  uulam  rneshe  iduden”  (“Şagird,  hara  getdin  uşaq 
yaşlarından?”)  Mirzə  birinci  sətirin  birinci  hissəsini  deyil,  ikinci 
hissəsini  götürmüşdür -   görünür,  bu  ona  görədir ki,  “dumu  edubba” 
(yəni  “şagird”)  sözləri  ilə başlayan  əsərlər çox uzun olmuşdur.  Mirzə 
istəmişdir ki,  hansı  əsər haqqında söhbət getdiyi  aydın olsun.
11)  Uut  enqarra  (“Onun  vaxtında  yerəkən”).  Universitet 
muzeyindəki 
kataloqda 
53№-li. 
Luvr 
lövhəciyində 
yoxdur. 
“Əkinçinin 
ilk 
təqvimində” 
əkinçinin 
oğluna 
nəsihətlərinin 
başlanğıcı.  11-ci  fəsildə bu barədə danışılmışdır.
12)  Luqal  u  melambi  nirqal.  Luvr  kataloqunda  18№-li. 
Universitet  muzeyindəki  lövhəcikdə  yoxdur.  Əjdahanın  məhv 
edilməsi 
barədə 
əfsanənin  başlanğıcı  -   “Allah 
Ninurtanın 
qəhrəmanlıqları və əməlləri”  (bax.  f.  25).
13)  Lulu  n anım ah  dinqirre  (“İnsan  allahların  kamilliyidir”). 
Luvr  kataloqunda  46№-li.  Universitet  muzeyindəki  lövhəcikdə 
yoxdur.  İnsan əzabları və mütiliyi  haqqında poemanın başlanğıcı;  16- 
cı fəsildə bu barədə söhbət getmişdir.
Şumerlər  insanın  gələcəyi  və  onun  taleyi  ilə  əlaqədar  heç  bir 
təsəlliverici  illüziyaya  qapılmırdılar.  Əlbəttə,  onlar  sakit,  əziyyətsiz
257


həyata  can  atırdılar,  qorxudan,  ehtiyacdan  və  müharibələrdən 
qurtarmağı  arzulayırdılar,  bəşəriyyət  bu  gün  də  ona  can  atır.  Ancaq 
şumerlər  öz  diləklərini  və  ümidlərini 
heç  vaxt  gələcəklə 
əlaqələndirmirdilər.  Əksinə,  arzuladıqları  hər  şeyi  uzaq  keçmişə  aid 
edirdilər.  Onlar  qızıl  əsr  haqqında ilk yazılı  əfsanə  də yaratmışdılar. 
Aşağıdakı  fəsildə  Şumerin bu qızıl  əsri barədə söhbət gedəcəkdir.
258
XƏRİTƏ.
30.  DÜNYADA SÜLH VƏ HƏMRƏYLİK.
BİRİNCİ QİZIL ƏSR.
Klassik  mifologiyada  qızıl  əsr  sakit,  xoşbəxtlik,  insanların 
əziyyət, 
qayğı 
bilmədikləri 
əsr  kimi 
təsvir  edilir. 
Şumer 
lövhəciklərinin birində qızıl  əsrdən danışan ən qədim yazı  qalmışdır.
Qızıl  əsr  haqqında  şumerlərin  təsəvvürü  “Enmerkar  və  Aratta 
hökmdarı”  adlı  epik  rəvayətində  verilmişdir.  Bu  barədə  4-cü  fəsildə 
danışılmışdır.  Bu  rəvayətdə  21  sətirdən  ibarət  bir  parça  var.  Orada, 
bu  gün  insanların  əbədi  itirdikləri  bəxtiyar  sülh  və  rifah  əsri  təsvir 
edilir. Budur həmin parça.84
Çox köhnə zamanda ilanlar yox idi,  əqrəblər yox idi,
Goreşənlər yox idi,  şirlər yox idi,
İtlər və canavarlar yox idi,
Qorxu və dəhşət yox idi,
İnsana rəqib yox idi.
O günlər dağ  Şubur-Hamazi ölkələri 
Çoxdilli  Şumer böyük  Suti  dağı knyazlığı,
Akkad, ləyaqətli  Dağ,
Mardu,  dağlar ölkəsi,  əmin-amanlıqda yaşayan,
Bütün kainat allahların himayəsində,
Şöhrətləndirirdilər Enlili bir dildə.
Onda hökmdar qısqanc,  knyaz qısqanc,  çar qısqanc,
Qısqanc hakim,  qısqanc knyaz,  qısqanc çar,
Enki bolluq  ağası,  məharət hakimi,
Hər şeyi  dərk edən qəyyumu Ölkənin 
Müdrik başçısı  bütün  allahların,
Müdriklik sahibi Ereduq ağası
Onların nitqində dili  dəyişdi, müxtəliflik yaratdı,
O vaxt insan nitqi vahid idi.
259


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə