7
gənc bir müəllim kimi formalaşmasına xidmət edir. Hər bir gəncin elmi
yaradıcılıqla məşğul olması üçün lazımi şərait yaradılmışdır.
Fakültədə Cəfər Xəndan auditoriyası fəaliyyət göstərir. «Gənc filoloq» adlı
divar qəzeti müntəzəm olaraq çap olunur. «Gənc dilçilər» və «Gənc
ədəbiyyatçılar» adlı iki dərnək tələbələrin yaradıcılıq qabiliyyətinin inkişaf
etdirilməsi istiqamətində mühüm işlər görür. Bu dərnəklərə dilimizə və
ədəbiyyatımıza marağı olan tələbələr cəlb olunur. Onlar indidən bədii yaradıcılığın
və ədəbiyyatşünaslıq, dilçilik elmlərinin sirlərinə yiyələnirlər.
Fakültədə tələbə elmi cəmiyyəti müntəzəm olaraq tələbələrin elmə olan
marağını artırmaq istiqamətində işlər görür. Hər il tələbələrin elmi fəaliyyəti
yekunlaşır və seçilən tələbələr müvafiq yerlər üzrə mükafatlandırılır. Tələbələrimiz
Respublika olimpiadalarında fəal iştirak edir, ayrı – ayrı universitetlərdə təşkil
olunmuş konfranslarda məruzələrlə çıxış edirlər.
Hazırda filologiya fakültəsi Pedaqoji Universitetin kadr potensialına görə iri
fakültələrindəndir. Burada 1326-dən artıq tələbənin təhsil-tərbiyəsi ilə 200
nəfərdən çox professor-müəllim, köməkçi tədris işçiləri məşğul olur.
Filologiya fakültəsi şərəfli bir yol keçmiş, həmişə öz məzunları ilə fəxr et-
mişdir. Vaxtilə bu fakültədə təhsil almış yüzlərcə tələbə öz əməli fəaliyyətləri ilə
universitetimizə şərəf gətirmişlər: S.Vurğun, M.Rahim, M.Dilbazi, C.Xəndan,
H.Araslı, M.Hüseynzadə, O.Sarıvəlli, Əbülhəsən, M.Cəfər, M.H.Təhmasib,
M.C.Paşayev, M.İbrahimov, İ.Şıxlı və digərləri. İndiyə qədər fakültəmizin 12.000-
dən çox məzunu olmuşdur.
Bu gün müstəqil dövlət kimi mövcud olduğumuz, qurub yaratdığımız
şəraitdə filologiya fakültəsinin gənc kadrların hazırlanmasında oynadığı rolu
müstəsna xidmət kimi qiymətləndirməliyik.
Nizami, Füzuli, Xətai, Axundov, Cabbarlı və digərləri ədəbiyyatımızın ədəbi
simaları olmaqla filoloji düşüncəmizin səviyyəsini göstərə bilən nadir in-
cilərdəndir. Bədii düşüncəmizin kamillik zirvəsini fəth etmiş ədəbi simalardır.
Fakültəmizdə bu nadir incilərin, ədəbi simaların həyatı, yaradıcılığı tədris olunur,
8
gənc nəslə çatdırılır. Bununla da gəncliyin azərbaycançılıq ruhunda böyüməsində
əlimizdən gələni əsirgərmirik.
Filologiya fakültəsində elmi işlərə olan diqqət, ədəbiyyatımızın, dilimizin
müxtəlif sahələri ilə bağlı aparılmış tədqiqat işləri diqqət mərkəzində saxlanılır.
Biz yaxşı başa düşürük ki, əldə etdiyimiz hər bir nailiyyətə görə elmimizə
borcluyuq. Elmimizin böyük tarixi vardır. Ondan hər birimiz faydalanmışıq və
gələcəkdə də belə olacaqdır. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək:
«Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi tarixi nailiyyətdir və bu, hər bir
azərbaycanlı üçün ən böyük xoşbəxtlikdir. Amma bu müstəqilliyi əldə edərkən
nəyimiz vardı, nəyimiz yox idi bunun da çox böyük əhəmiyyəti var. Biz dövlət
müstəqilliyi əldə edərkən müstəqil dövlət kimi yaşamaq üçün, demək olar ki, hər
şeyimiz var idi, o cümlədən böyük elmimiz var idi». Bu mənada filologiya
fakültəsi yarandığı gündən indiyə qədər həmişə elmi tədqiqat işinə və onun yüksək
səviyyədə olmasına xüsusi önəm vermişdir. Fakültənin nəzdində fəaliyyət göstərən
kafedraların apardığı elmi tədqiqat işlərinin istiqaməti respublika miqyasında elmi
nailiyyət kimi qiymətləndirilməlidir. Konkret olaraq kafedralar üzrə elmi
araşdırmaların əsas istiqamətini belə göstərmək olar. Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan onomalogiyası, ümumi dilçilik, Azərbaycan dilçiliyinin problemləri,
türkologiya istiqamətində elmi tədqiqat işləri aparır və bunun nəticələrini elmi
məqalələrdə, monoqrafiya, dərslik və dərs vəsaitlərində çap etdirir. Müasir
Azərbaycan dili kafedrası müasir dil, onomastika, türkologiya və s. istiqamətdə
elmi işlərə xüsusi diqqət yetirir. Azərbaycan və dünya ədəbiyyatı kafedrası ədə-
biyyat tarixi, müasir ədəbiyyat, folklor, ədəbiyyatın problemləri, xarici ölkələr
ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi və ədəbiyyatşünaslıq istiqamətində dərslik, dərs
vəsaiti və monoqrafiyalar çap etdirir, respublikamızın ədəbi-elmi mühitində
ləyaqətlə təmsil olunurlar.
Azərbaycan dili və onun tədrisi metodikası, Azərbaycan ədəbiyyatı və onun
tədrisi metodikası kafedraları dilmizin və ədəbiyyatımızın tədrisinə dair
dərsliklərin, dərs vəsaitlərinin, metodik göstərişlərin yazılmasında respublika
dairəsində tanınan, sayılan, seçilən kafedralardır.
9
İngilis dili və onun tədrisi metodikası, Xarici dillər və onların tədrisi
metodikası kafedraları ümum universitet kafedraları olmaqla, daha çox praktik işə–
tədrisə üstünlük verir, tələbələrimizin əcnəbi dilləri öyrənməsi üçün əllərindən
gələni əsirgəmirlər. Yarandığı gündən indiyə qədər filologiya fakültəsinin
əməkdaşları tərəfindən 150 dərslik və dərs vəsaiti, 50 metodik göstəriş, 100-ə
yaxın monoqrafiya yazılmışdır.
Filologiya fakültəsinin nəzdində olan kafedraların hər birinin Azərbaycan
elminin inkişafında xüsusi xidmətləri var. Onların fədakar əməyi ən yüksək
qiymətə layiqdir. Təsadüfi deyildir ki, Universitetimizin 85 illik yubileyində
fakültəmizin 9 əməkdaşı Prezidentimiz İlham Əliyevin sərəncamı ilə
mükafatlandırıldı. 3 nəfər əməkdaşımız “əməkdar müəllim”, 5 nəfər əməkdaşımız
“Tərəqqi” medalı, 1 nəfər isə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görüldü.
Universitetimizin 90 illik yubileyində fakültəmizin 6 əməkdaşı
Prezidentimiz İlham əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adına, 1 nəfər
əməkdaş “Tərəqqi” medalına layiq görülmüşdür.
Filologiya fakültəsində müntəzəm olaraq şairlərlə, yazıçılarla, ziyalılarla
görüşlər keçirilir. Son illərdə bu qəbildən olan görüşlər içərisində Əlibala
Hacızadə, Nəriman Həsənzadə, Anar, Fikrət Qoca və digərləri ilə olan görüşlər,
Rəsul Rzanın, Cəfər Xəndanın, Mir Cəlal Paşayevin, Zərifə Budaqovanın, Mirzə
İbrahimovun və başqalarının yubiley tədbirləri yüksək səviyyədə keçirilməklə
yanaşı, həm də tələbələrimizin yaddaşına həkk olunmuş, onların mənəvi cəhətdən
zənginləşməsində böyük rol oynamışdır. Müntəzəm olaraq kafedralar üzrə
əməkdaşların açıq dərsləri təşkil olunur. Bunların hamısı tədrisə və təhsilə müsbət
təsirini göstərir.
Müstəqillik əldə etdikdən sonra respublikamızda elmə xüsusi diqqət yetirilir.
Mərhum Prezidentimiz Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının
statusu haqqında 4 yanvar 2003-cü il tarixli fərmanı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik
yubileyi haqqında 14 fevral 2005-ci il tarixdə imzaladığı sərəncamı buna ən bariz
nümunə kimi göstərilə bilər.
Dostları ilə paylaş: |