10
Azərbaycanda gənclərin müasir biliklərə və texnologiyalara yiyələnməsi
üçün hər cür şərait yaradılır. Müasir dövrdə yaxşı təhsil almağın vacib olduğu
dövlət başçımız tərəfindən diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham
Əliyev təhsili inkişaf etdirmək məqsədilə söyləyibdir: «İnkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq, görərik ki, o ölkələr inkişaf edib ki, orada təhsil yüksək
səviyyədədir. Dünyada gedən tərəqqinin əsas əlaməti də bilik, savaddır. Ona görə
Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin çox
böyük əhəmiyyəti var». Bu mənada qloballaşan təhsil sahəsi üzrə Boloniya
prosesinə üstünlük verilir. Bu proseslə bağlı olaraq Boloniya Deklarasiyası qəbul
olunmuşdur. Boloniya Deklarasiyası 19 iyun 1999-cu ildə 29 Avropa dövlətləri
tərəfindən keçirilən görüşdə baş tutmuşdur. Boloniya prosesinə qoşulmaqda
məqsəd ondan ibarətdir ki, təhsilin keyfiyyəti artsın, Avropa Universitetləri bir-biri
ilə inteqrasiya olunsun, vahid kreditlər sistemi yaransın, ali təhsil sənədləri və
ixtisasları Avropa məkanında qarşılıqlı tanınsın, tələbələrin mobilliyi təmin
olunsun və s. Hal – hazırda filologiya fakültəsinin tələbələri kredit sistemi ilə təhsil
alır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.2006-cı il tarixli 264 saylı
əmrini əsas tutaraq filologiya fakültəsinin I kurslarının 2006/2007-ci tədris ilindən
kredit
sisteminə
keçmələri barədə Universitetimizdə əmr olmuşdur.
Universitetimizdə ilk dəfə kredit sistemi filologiya fakültəsində tətbiq olunmuşdur.
Universitetimizdə ilk kredit sisteminin məzunları (2009-2010-cu tədris ilində)
filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbələri
olmuşdur. Bizim Filologiya fakültəsi bu sistemlə tədris prosesinin aparılması üçün
yeni tədris planı hazırlamış, tələbələrə yaddaş kitabçaları paylamış və müntəzəm
olaraq kredit sisteminin tələblərinə uyğun olaraq öz işini davam etdirir. Ən
təcrübəli müəllimlər kredit sistemində dərs deməyə cəlb olunur. İlk təcrübə olduğu
üçün tez-tez tələbələrimiz və müəllimlərimizin iştirakı ilə seminarlar keçirilir, bu
istiqamətdə maariflənmə işi aparılır.
Bu gün universitetimizin beynəlxalq əlaqələri gün – gündən genişlənir.
Müxtəlif ölkələrlə müəllim, tələbə mübadiləsi, birgə konfrans, simpoziumların
keçirilməsi son illərin uğurlu işləri kimi diqqəti çəkir. Filologiya fakültəsi bu
11
istiqamətdə də əlindən gələni əsirgərmir. Əməkdaşlarımız beynəlxalq
konfranslarda və simpoziumlarda məruzələrlə çıxış edirlər. Elmi nailiyyətlərimizin
beynəlxalq arenaya çıxmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin
keçirdiyi beynəlxalq konfrans və simpoziumların imkanlarından qədərincə
faydalana bilirlər.
Fakültədə təhsil pillələri üzrə aşağıdakı ixtisaslar və
ixtisaslaşmalar üzrə mütəxəssis hazırladığı aparılır.
Bakalavr pilləsində
1.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2.
İngilis dili müəllimliyi
3.
Fransız dili müəllimliyi
Magistr pilləsində
1.
Azərbaycan dili
2.
Ümumi dilçilik
3.
Azərbaycan ədəbiyyatı
4.
Xarici ölkələr ədəbiyyatı (türk xalqları ədəbiyyatı,
dünya ədəbiyyatı)
5.
Ədəbiyyat nəzəriyyəsi
6.
Azərbaycan dilinin tədrisi metodikası
7.
Ana dilinin tədrisi metodikası
8.
Ədəbiyyatın tədrisi metodikası
9.
İngilis dili
Qeyd: Son iki ildə (tədris ilində) filologiya fakültəsində
magistrlərin qəbulu verilmir (Ana dilinin və ədəbiyyatın
tədrisi metodikası ixtisası istisna olmaqla).
Doktorantura
1.
Fəlsəfə doktoru
2.
Elmlər doktoru
12
Məqsədimiz
Məsələlərin həllində birlik, fəaliyyət prosesində sərbəstlik, bütün işlərdə
inam, etibar prinsipinə əsaslanan, davamlı inkişaf hədəfi olan təcrübəli professor-
müəllim heyəti və yenilikçi fakültə rəhbərliyi ilə sağlam, xeyirxah, rəqabətə hazır
olan, öz sahələrində mövcud olan elmi yenilikləri mənimsəyib tətbiq etməyi bacara
bilən, milli dəyərlərə sadiq, bəşəri dəyərlərə üstünlük verən, bilik, bacarıq və
qabiliyyəti ilə bütün problemləri həll etmək iqtidarında olan və Respublikamızda,
regionda Azərbaycan dili, ədəbiyyatı, xarici dil (fransız, ingilis) müəllimliyi
ixtisasını yüksək səviyyədə bilən məzunlar yetişdirən fakültə olmaqdır.
Missiyamız
Azərbaycan dili, ədəbiyyatı və xarici dil (fransız, ingilis) müəllimliyi
ixtisasında yüksək səviyyədə uğur qazana bilən, elm və praktikanın vəhdətini
təlimə çevirə bilən, müntəzəm şəkildə öyrənən və öyrədənlər üçün mühit yaratmaq,
sosial məsuliyyəti yüksək olan, elmə, tədrisə aid bütün yenilikləri mənimsəməyi
bacaran müəllimlər yetişdirmək.
Vizionumuz
Azərbaycan dili, ədəbiyyatı və xarici dil (fransız, ingilis) müəllimliyi
ixtisasını hazırlayan ali təhsil müəssisələri arasında etibarlı və nüfuzlu fakültə
olmaqdır.