Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
25 

 
obyektlər  qrupundakı  əşyaları  əlamətlərinə  görə  tanıdığını  nümayiş 
etdirir; 

 
sadə alqoritmləri anladığını nümayiş etdirir; 

 
məntiqi mühakimələri anladığını nümayiş etdirir; 

 
kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir; 

 
kompüterdə əməliyyatları icra edir; 

 
kompüterdə müxtəlif şəkillər çəkir; 

 
kompüterdə mətnlər yığır; 

 
cəmiyyətin  inkişafında  informasiya  prosesləri  və  informasiya 
texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir. 
 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1. İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, 
informasiyanın  ötürülməsi  vasitələri  haqqında  təsəvvürə  malik  olduğunu 
nümayiş etdirir. 
1.1.1.  Cəmiyyətdə  və  texniki  sahələrdəki  informasiyaya,  informasiya  proseslərinə 
aid nümunələr göstərir.  
1.1.2.  Cəmiyyətdə  və  texniki  sahələrdəki  informasiyaların  qarşılıqlı  əlaqəsini 
nümunələrlə izah edir.  
1.1.3. İnformasiya ötürülməsinin müxtəlif üsul və vasitələrini  şərh edir. 
1.1.4.  Müvafiq  şəraitə  uyğun  informasiyanın  ötürülməsi  vasitələrindən  istifadə 
edir. 
 
1.2.  Obyektlər  qrupundakı  əşyaları  əlamətlərinə  görə  tanıdığını  nümayiş 
etdirir.  
1.2.1.Müxtəlif qrupdakı əşyaları əlamətlərinə görə ümumiləşdirir.  
1.2.2.  Obyektlər  qrupundan  olan  əşyaların  əlamətlərini    cədvəl  şəklində  təqdim 
edir. 
1.2.3. Qrupdakı obyektlərin əlamətlərini keyfiyyət  baxımından izah edir. 
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma 
Şagird: 
2.1. Sadə alqoritmləri  anladığını nümayiş etdirir. 
2.1.1.  Alqroritmin,  alqroritmləşdirmənin  mahiyyətini  və  təyinatını  sadə  formada 
izah edir. 
2.1.2. Xətti və budaqlanan alqoritmləri sadə nümunələrlə izah edir. 
2.1.3. Dövri alqoritmləri sadə nümunələrlə nümayiş etdirir.   
 
2.2. Məntiqi  mühakimələri anladığını nümayiş etdirir. 
2.2.1. Verilmiş  mülahizələri  “əgər – onda, əks halda” məntiqi  ilə təsvir edir. 
2.2.2. Verilmiş vəziyyət və situasiyalarda “əgər – onda, əks halda” qaydası ilə sadə 
ardıcıllıqlar qurur. 


 
26 
2.2.3.  Verilmiş  “və”,  “və  ya”  “deyil”  mülahizələrinə  uyğun  olaraq  sxemlər  tərtib 
edir. 
 
3. Kompüter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 
3.1. Kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir. 
3.1.1.  Kompüterin  əsas  və  əlavə  (printer,  kolonkalar,  mikrofon)  qurğularını  və 
onların funksiyalarını şərh edir. 
3.1.2.  Kompüterin  əsas  və  əlavə  qurğuları  ilə  iş  zamanı  tələb  olunan    ümumi 
qaydaları və təhlükəsizlik qaydalarını izah edir. 
 
3.2. Kompüterdə əməliyyatları icra edir. 
3.2.1. Printerlə işləmək bacarıqları nümayiş etdirir. 
3.2.2.  Kompüterdə    müvafiq  əməliyyatları  (faylları  yadda  saxlamaq,  fayl  və 
qovluqların  adını dəyişdirmək, onları silmək, çap etmək) icra edir. 
3.2.3. Kompüterdəki sadə proqramların bütün menyularından istifadə edir. 
3.2.4. Kalkulyator proqramında müvafiq əməliyyatları yerinə yetirir. 
3.2.5. Kompüterdə öyrədici tipli proqramlarla iş bacarığı nümayiş etdirir. 
3.2.6. Müvafiq mərhələdə  iş zamanı  texniki təhlükəsizlik qaydalarına riayət edir. 
 
3.3. Kompüterdə müxtəlif şəkillər çəkir. 
3.3.1.  Müxtəlif  şəkillərin  çəkilməsində  müvafiq  əməliyyatları  (digər  şəkillərdən 
fraqmentlər kəsib götürmək və ya surətini çıxarmaq) yerinə yetirir. 
3.3.2.  Verilmiş  rəsmləri,  mozaikaları,  sadə  naxışları  qurur,  onlara  müxtəlif 
formalarda mətnlər daxil edir. 
3.3.3. Çəkdiyi şəkillərin atributlarını dəyişir. 
3.3.4. Çəkdiyi şəkilləri müxtəlif formalara salmaqla nümayiş etdirir. 
3.3.5. Çəkdiyi şəkillərdən istifadə etməklə layihələr hazırlayır. 
 
3.4. Kompüterdə mətnlər yığır. 
3.4.1. Müəllimin diktəsi ilə kompüterdə  mətn yığır. 
3.4.2.  Yığdığı  mətndə  formatlaşdırma  elementlərini  (mətni  səhifələmək,  mətni 
müxtəlif  formalara  salmaq,  mətnə  marker  qoymaq,  abzası  müəyyənləşdirmək) 
tətbiq edir. 
3.4.3. Mətni çap etmək üçün müvafiq parametrləri müəyyənləşdirir. 
3.4.4. Yaddaşdakı hazır mətnlər üzərində redaktə edir. 
 
4. Cəmiyyətin  informasiyalaşdırılması 
Şagird: 
4.1.  Cəmiyyətin  inkişafında  informasiya  prosesləri  və  informasiya 
texnologiyalarının əhəmiyyətini anladığını  nümayiş etdirir. 
4.1.1.  Müvafiq  mərhələdə  informasiya  prosesləri  və  texnologiyalarının  tətbiq 
sahələrini və əhəmiyyətini şərh edir. 
4.1.2. Cəmiyyətdə informasiya mübadiləsinin əhəmiyyəti barədə kiçik təqdimatlar 
edir. 


 
27 
4.1.3. İnternet vasitəsilə əldə etdiyi informasiyalardan istifadə edir. 
 
 
 
 
V sinif 
 
V sinfin sonunda şagird:  

 
İnformasiyaların  sadə  işarələrlə  kodlaşdırılması  haqqında  biliklərini 
nümayiş etdirir.  

 
İnformasiyaların qəbul edilməsi üsulları haqqında biliklərini nümayiş etdirir. 

 
Obyektin informasiya  modelinin  növlərinə dair bacarıqlar  nümayiş etdirir. 

 
Alqoritmləşdirmə    və    sadə  proqramlaşdırma  mühitində    tətbiq  bacarıqları 
nümayiş etdirir. 

 
Kompüterin əməliyyat sistemlərinə dair bacarıqlar nümayiş etdirir. 

 
Mətn və qrafiki redaktorda işləmək bacarıqları nümayiş etdirir. 

 
İnternetdə sadə tapşırıqları icra edir. 

 
İnformasiya  resurslarının    əlamətləri  və  əhəmiyyətinə  dair  biliklərini 
nümayiş etdirir. 
 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1.  İnformasiyaların  kodlaşdırılması  haqqında  biliklərini  nümayiş 
etdirir.  
1.1.1. İnformasiyaların sadə işarələrlə kodlaşdırılmasını izah edir. 
1.1.2. İnformasiyaların sadə  işarələrlə  kodlaşdırılmasına aid nümunələr göstərir. 
1.1.3. İnformasiyaların həcminin ölçülməsini nümunələrlə izah edir. 
  
1.2. İnformasiya və  informasiya emalı haqqında biliklərini nümayiş etdirir. 
1.2.1. İnformasiyaların qəbul edilməsinin  üsullarını sadalayır. 
1.2.2. İnformasiyaların qəbul edilməsi  üsullarını fərqləndirir. 
1.2.3. İnformasiyaların qəbul edilməsi  üsullarını nümunələrlə şərh edir. 
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma  
Şagird: 
2.1. Obyektin informasiya  modelinin yaradılmasına dair bacarıqlar  nümayiş 
etdirir. 
2.1.1. Obyektin informasiya modelini  izah edir. 
2.1.2. İnformasiya modelinin növlərini fərqləndirir. 
2.1.3. Obyektin informasiya modelinin növlərini nümunələrlə şərh edir. 
 
2.2. Alqoritmləşdirmə  və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini 
nümayiş etdirir. 
2.2.1. Alqoritmin təsviri üsullarını izah edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə