22
3.2.2. Kompüterdə sadə əməliyyatları (proqram pəncərələrini açıb-bağlamağı,
bükməyi, böyüdüb-kiçiltməyi) iş prosesində icra edir.
3.2.3. Kompüterdəki sadə proqramların (kalkulyator, bloknot, sadə qrafiki və mətn
redaktorları, sadə oyunlar) idarəetmə panelində dəyişiklər edir.
3.2.4. Kalkulyator proqramında müvafiq hesab əməliyyatlarını yerinə yetirir.
3.2.5. Kompüterdə oyun tipli proqramlarla işləyir.
3.2.6. Kompüterdə müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına
riayət edir.
3.3. Kompüterdə müxtəlif şəkillər çəkir.
3.3.1. Alətlər qutusundakı əsas alətlərdən və rənglər qutusundakı rənglərdən
istifadə bacarığı nümayiş etdirir.
3.3.2. Müxtəlif şəkillər və fiqurlar çəkir.
3.3.3. Çəkdiyi şəkil və fiqurlar üzərində sadə redaktə işlərini yerinə yetirir.
3.3.4. Çəkdiyi şəkillərə mətnlər daxil edir.
3.3.5. Kompüterin yaddaşındakı şəkilləri ekrana çıxarır.
3.4. Kompüterdə mətnlər yığır.
3.4.1. Müəllimin təklif etdiyi müvafiq mətni yığır.
3.4.2. Mətnlərdə hərflərin ölçüsünü, formasını, rəngini dəyişir.
3.4.3. Yığdığı mətnlərdə müvafiq redaktələr edir.
3.4.4. Yığdığı mətni kompüterin yaddaşında saxlayır.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1.Cəmiyyətdə informasiya proseslərinin əhəmiyyətini anladığını nümayiş
etdirir.
4.1.1. İnformasiya mənbələrini sadalayır və onları fərqləndirir.
4.1.2. İnformasiya proseslərini və onların əhəmiyyətini sadə formada izah edir.
4.1.3. İnformasiya vasitələrinin tətbiq sahələrini nümunələr əsasında şərh edir.
III sinif
III sinfin sonunda şagird:
informasiyalar, informasiyaların təsvir formaları, informasiya
mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə
malik olduğunu nümayiş etdirir;
obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş
etdirir;
hərəkətlər
ardıcıllığını
söz
və
işarələrlə
təsvir
etmək
(alqoritmləşdirmək) bacarığı nümayiş etdirir;
məntiqi mühakimələri anladığını nümayiş etdirir;
kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir;
23
kompüterdə əməliyyatları icra edir;
kompüterdə müxtəlif şəkillər çəkir;
kompüterdə mətnlər yığır;
cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya
texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya
mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir.
1.1.1. Təbiət və cəmiyyətdəki informasiyalara, informasiya proseslərinə aid
nümunələr göstərir.
1.1.2. Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə
izah edir.
1.1.3. Müvafiq şəraitə uyğun informasiyanın müxtəlif ötürülmə vasitələrini seçir.
1.1.4. Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah edir.
1.2. Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş
etdirir.
1.2.1. Obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini müəyyən edir.
1.2.2. Oxşar obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini izah edir.
1.2.3. Qrupdakı obyektlərin əlamətlərini kəmiyyət baxımından müəyyən edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək)
bacarığı nümayiş etdirir.
2.1.1. Hərəkəti, hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etməyin
mümkünlüyünü izah edir.
2.1.2. Söz, işarə və sadə sxemlərlə təsvir edilmiş hərəkət fəaliyyətini təqdim edir.
2.1.3. Sadə hərəkət fəaliyyətini (xətti, budaqlanan və dövri) icra edir.
2.2. Məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. “Hamısı”, “heç biri”, “bəzisi” sözləri daxil olan mülahizələr söyləyir.
2.2.2. Məqsədəuyğun yolu müəyyənləşdirmək üçün müxtəlif variantlar seçir.
2.2.3. Verilmiş informasiya əsasında obyekti təsvir edir.
3. Kompüter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompüterin əsas qurğularının (klaviatura, maus, monitor, sistem bloku)
funksiyalarını ümumi şəkildə şərh edir.
3.1.2. Kompüterin əsas qurğuları ilə iş zamanı tələb olunan ümumi qaydaları və
texniki təhlükəsizlik qaydalarını izah edir.
24
3.2. Kompüterdə əməliyyatları icra edir.
3.2.1. Klaviatura və mausla işləmək bacarıqları nümayiş etdirir.
3.2.2. Kompüterdə zəruri əməliyyatları (iş masasında qovluq yaratmaq,
hesablamalar aparmaq, proqram pəncərəsinin elementləri ilə iş) icra edir.
3.2.3. Əlavə məlumatlar almaq üçün kompüterdəki sadə proqramların (kalkulyator,
bloknot, sadə qrafiki və mətn redaktorları, sadə oyunlar) arayış menyusundan
istifadə edir.
3.2.4. Kompüterin yaddaşından istifadə etməklə kalkulyator proqramında sadə
hesab əməliyyatlarını yerinə yetirir.
3.2.5. Kompüterdə sadə öyrədici tipli proqramlarla işləyir.
3.2.6. Müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.
3.3. Kompüterdə müxtəlif şəkillər çəkir.
3.3.1. Alətlər qutusundakı alətlərdən istifadə bacarığı nümayiş etdirir.
3.3.2. Rənglər qutusunda yeni rəng çalarları yaradır.
3.3.3. Şəkil çəkilən səhifənin müvafiq parametrlərini müəyyənləşdirir.
3.3.4. Müxtəlif şəkillərin (mozaikalar, naxışlar) çəkilməsində
müvafiq
əməliyyatları (fraqmentlər kəsib götürmək və ya surətini çıxarmaq) yerinə yetirir.
3.3.5. Çəkdiyi şəkilləri çap etmək üçün müvafiq parametrləri müəyyənləşdirir.
3.4. Kompüterdə mətnlər yığır.
3.4.1. Yığdığı və ya hazır mətnlər üzərində müvafiq əməliyyatları (mətnin bir
hissəsini kəsib götürmək, surətini çıxarmaq, mətnə şəkillər daxil etmək, zəruri
hallarda müəyyən sözləri tapıb yenisi ilə əvəz etmək) yerinə yetirir.
3.4.2. Müxtəlif mətnlərdən istifadə etməklə yeni mətn (mətnlər) yaradır.
3.4.3. Mətn yığılan səhifənin müvafiq parametrlərini müəyyənləşdirir.
3.4.4. Sadə formatlaşdırma bacarıqları nümayiş etdirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. Cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya
texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.
4.1.1. Ətraf aləmdəki informasiya mübadiləsinin əhəmiyyətini sadə nümunələrlə
izah edir.
4.1.2. Müvafiq mərhələdə istifadə etdiyi kompüter proqramlarının əhəmiyyətini
izah edir.
4.1.3. İnternetdən istifadə etməklə informasiya əldə edir.
IV sinif
IV sinfin sonunda şagird:
informasiyalar,
informasiyaların təsvir formaları, informasiya
mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə
malik olduğunu nümayiş etdirir;
Dostları ilə paylaş: |