Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
22 
3.2.2.  Kompüterdə  sadə  əməliyyatları  (proqram  pəncərələrini  açıb-bağlamağı, 
bükməyi, böyüdüb-kiçiltməyi) iş prosesində icra edir. 
3.2.3. Kompüterdəki sadə proqramların (kalkulyator, bloknot, sadə qrafiki və mətn 
redaktorları, sadə oyunlar) idarəetmə panelində dəyişiklər edir. 
3.2.4. Kalkulyator proqramında müvafiq hesab əməliyyatlarını yerinə yetirir. 
3.2.5. Kompüterdə oyun tipli proqramlarla işləyir. 
3.2.6. Kompüterdə  müvafiq  mərhələdə  iş zamanı texniki  təhlükəsizlik qaydalarına 
riayət edir. 
 
3.3. Kompüterdə müxtəlif şəkillər çəkir. 
3.3.1.  Alətlər  qutusundakı  əsas  alətlərdən  və  rənglər  qutusundakı  rənglərdən 
istifadə bacarığı nümayiş etdirir. 
3.3.2. Müxtəlif  şəkillər və fiqurlar  çəkir.  
3.3.3. Çəkdiyi şəkil və fiqurlar üzərində sadə redaktə işlərini yerinə yetirir. 
3.3.4. Çəkdiyi  şəkillərə mətnlər daxil edir. 
3.3.5. Kompüterin yaddaşındakı  şəkilləri  ekrana çıxarır. 
 
3.4. Kompüterdə mətnlər yığır. 
3.4.1. Müəllimin təklif etdiyi müvafiq mətni yığır.  
3.4.2. Mətnlərdə  hərflərin  ölçüsünü, formasını, rəngini dəyişir.  
3.4.3. Yığdığı mətnlərdə müvafiq redaktələr edir. 
3.4.4. Yığdığı mətni  kompüterin yaddaşında saxlayır. 
 
4. Cəmiyyətin  informasiyalaşdırılması 
Şagird: 
4.1.Cəmiyyətdə  informasiya  proseslərinin  əhəmiyyətini  anladığını  nümayiş 
etdirir. 
4.1.1. İnformasiya mənbələrini sadalayır və onları fərqləndirir. 
4.1.2. İnformasiya proseslərini və onların əhəmiyyətini sadə formada izah edir. 
4.1.3. İnformasiya vasitələrinin tətbiq sahələrini nümunələr əsasında şərh edir. 
 
 
III sinif 
 
III sinfin sonunda şagird: 

 
informasiyalar,  informasiyaların  təsvir  formaları,  informasiya 
mənbələri,  informasiyanın  ötürülməsi  vasitələri  haqqında  təsəvvürə 
malik olduğunu nümayiş etdirir; 

 
obyektlər  qrupundakı  əşyaları  əlamətlərinə  görə  tanıdığını  nümayiş 
etdirir;  

 
hərəkətlər 
ardıcıllığını 
söz 
və 
işarələrlə 
təsvir 
etmək 
(alqoritmləşdirmək) bacarığı nümayiş etdirir;  

 
məntiqi mühakimələri anladığını nümayiş etdirir; 

 
kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir; 


 
23 

 
kompüterdə əməliyyatları icra edir; 

 
kompüterdə müxtəlif şəkillər çəkir; 

 
kompüterdə mətnlər yığır; 

 
cəmiyyətin  inkişafında  informasiya  prosesləri  və  informasiya 
texnologiyalarının əhəmiyyətini anladığını  nümayiş etdirir. 
 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1.  İnformasiyalar,  informasiyaların  təsvir  formaları,    informasiya 
mənbələri,  informasiyanın  ötürülməsi  vasitələri      haqqında  təsəvvürə  malik 
olduğunu nümayiş etdirir. 
1.1.1.  Təbiət  və  cəmiyyətdəki  informasiyalara,  informasiya  proseslərinə  aid 
nümunələr göstərir. 
1.1.2.  Təbiət  və  cəmiyyətdəki  informasiyaların  qarşılıqlı  əlaqəsini  nümunələrlə 
izah edir.  
1.1.3. Müvafiq şəraitə uyğun informasiyanın müxtəlif ötürülmə vasitələrini seçir. 
1.1.4. Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah edir.  
 
1.2.  Obyektlər  qrupundakı  əşyaları  əlamətlərinə  görə  tanıdığını  nümayiş 
etdirir.  
1.2.1. Obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini müəyyən edir.  
1.2.2. Oxşar obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini izah edir.  
1.2.3. Qrupdakı  obyektlərin  əlamətlərini  kəmiyyət baxımından müəyyən edir.  
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma 
Şagird: 
2.1. Hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək) 
bacarığı nümayiş etdirir.  
2.1.1.  Hərəkəti,  hərəkətlər  ardıcıllığını  söz  və  işarələrlə  təsvir  etməyin 
mümkünlüyünü izah edir. 
2.1.2. Söz, işarə və sadə sxemlərlə təsvir edilmiş hərəkət fəaliyyətini təqdim  edir. 
2.1.3. Sadə hərəkət fəaliyyətini (xətti, budaqlanan və dövri) icra edir.  
 
2.2. Məntiqi  mühakimələri anladığını nümayiş etdirir. 
2.2.1. “Hamısı”, “heç biri”, “bəzisi” sözləri daxil olan mülahizələr söyləyir.  
2.2.2. Məqsədəuyğun yolu müəyyənləşdirmək üçün müxtəlif variantlar seçir. 
2.2.3. Verilmiş informasiya əsasında obyekti  təsvir edir. 
 
3. Kompüter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 
3.1. Kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir. 
3.1.1.  Kompüterin  əsas  qurğularının  (klaviatura,  maus,  monitor,  sistem  bloku) 
funksiyalarını ümumi şəkildə şərh edir. 
3.1.2.  Kompüterin  əsas  qurğuları  ilə  iş  zamanı  tələb  olunan  ümumi  qaydaları  və 
texniki təhlükəsizlik qaydalarını izah edir. 


 
24 
3.2. Kompüterdə əməliyyatları icra edir. 
3.2.1. Klaviatura və mausla işləmək  bacarıqları nümayiş etdirir.  
3.2.2.  Kompüterdə  zəruri    əməliyyatları  (iş  masasında  qovluq  yaratmaq, 
hesablamalar aparmaq, proqram pəncərəsinin elementləri ilə iş) icra  edir.  
3.2.3. Əlavə məlumatlar almaq üçün kompüterdəki sadə proqramların (kalkulyator, 
bloknot,  sadə  qrafiki  və  mətn  redaktorları,  sadə  oyunlar)  arayış  menyusundan 
istifadə edir. 
3.2.4.  Kompüterin  yaddaşından  istifadə  etməklə  kalkulyator  proqramında  sadə 
hesab əməliyyatlarını yerinə yetirir. 
3.2.5. Kompüterdə sadə öyrədici tipli proqramlarla işləyir. 
3.2.6. Müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir. 
 
3.3. Kompüterdə müxtəlif şəkillər çəkir. 
3.3.1. Alətlər qutusundakı alətlərdən istifadə bacarığı nümayiş etdirir. 
3.3.2. Rənglər qutusunda yeni rəng çalarları yaradır. 
3.3.3. Şəkil çəkilən səhifənin müvafiq parametrlərini müəyyənləşdirir. 
3.3.4.  Müxtəlif  şəkillərin  (mozaikalar,  naxışlar)  çəkilməsində 
müvafiq 
əməliyyatları (fraqmentlər kəsib götürmək və ya surətini çıxarmaq) yerinə yetirir.  
3.3.5. Çəkdiyi şəkilləri çap etmək üçün müvafiq parametrləri müəyyənləşdirir. 
 
3.4. Kompüterdə  mətnlər yığır. 
3.4.1.  Yığdığı  və  ya  hazır  mətnlər  üzərində  müvafiq  əməliyyatları  (mətnin  bir 
hissəsini    kəsib  götürmək,  surətini  çıxarmaq,  mətnə  şəkillər  daxil  etmək,  zəruri 
hallarda  müəyyən sözləri tapıb yenisi ilə əvəz etmək) yerinə yetirir. 
3.4.2. Müxtəlif mətnlərdən istifadə etməklə yeni mətn (mətnlər) yaradır. 
3.4.3. Mətn yığılan səhifənin müvafiq parametrlərini müəyyənləşdirir. 
3.4.4. Sadə formatlaşdırma bacarıqları nümayiş etdirir.  
 
4. Cəmiyyətin  informasiyalaşdırılması 
Şagird: 
4.1.  Cəmiyyətin  inkişafında  informasiya  prosesləri  və  informasiya 
texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir. 
4.1.1.  Ətraf  aləmdəki  informasiya  mübadiləsinin  əhəmiyyətini  sadə  nümunələrlə 
izah edir. 
4.1.2.  Müvafiq  mərhələdə  istifadə  etdiyi  kompüter  proqramlarının  əhəmiyyətini 
izah edir.  
4.1.3. İnternetdən istifadə etməklə informasiya əldə edir. 
 
IV sinif 
 
IV sinfin sonunda şagird: 

 
informasiyalar, 
informasiyaların  təsvir  formaları,  informasiya 
mənbələri,  informasiyanın  ötürülməsi  vasitələri  haqqında  təsəvvürə 
malik olduğunu nümayiş etdirir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə