Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


 Cəmiyyətin informasiyalaşdırılması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   39   40   41   42   43   44   45   46   47

 
114 
4. Cəmiyyətin informasiyalaşdırılması 
4.1.1.
 
İnformasiya cəmiyyətini xarakterizə 
edən əsas fəaliyyət sahələrini (informasiya 
inqilabları, informasiya təhlükəsizliyi, 
informasiya mədəniyyəti, E-hökumət, E-təhsil, 
E-seçki, E-kitabxana, E-ticarət) şərh edir. 
İnformasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət 
sahələrinin-informasiya inqilabları  (yazının meydana 
gəlməsi, kitab çapının ixtirası, elektrik cərəyanının 
kəşfi, mikroprosessorların ixtirası və kompüterlərin 
meydana gəlməsi), informasiya təhlükəsizliyi 
(informasiyanın məhvinin, itməsinin, 
saxtalaşdırılmasının qarşısının alınması məqsədilə 
mühafizənin təşkili), informasiya mədəniyyəti 
(informasiya ilə məqsədyönlü işləmək və onun əldə 
olunması, emalı və ötürülməsi üçün kompüter 
texnologiyasından, müasir texniki vasitə və metodlardan 
istifadə bacarığı), E-hökumət (hər hansı bir ölkənin 
dövlət strukturlarının hamısı haqqında məlumatların hər 
bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilmə 
sistemi), E-təhsil (İnternet, yaxud İntranet şəbəkəsi 
vasitəsilə şəxsin mustəqil öyrənməsi ilə gerçəkləşən, 
biliyin əldə olunmasında zaman və məkan hüdudlarını 
tanımayan, ömür boyu öyrənməyə imkan verən bir 
təhsil sistemi), E-seçki (seçicilərin səslərinin elektron 
qaydada bildirmələri nəticəsində sürətli səs sayma 
imkanına malik olan bir sistem), E-kitabxana (müəllif 
hüquqlarını qoruyub saxlamaqla, milli ədəbiyyat 
nümunələrini elektron daşıyıcılarına köçürməklə 
yaradılan sistem), E-ticarət (informasiya sistemlərindən 
istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin 
göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən 
fəaliyyət növü) şərhi 
İnformasiya, cəmiyyət, inqilab, təhlükəsizlik, 
mədəniyyət, E-hökumət, E-təhsil, E-seçki, E-
kitabxana, E-ticarət, yazı,  kitab, elektrik, 
cərəyan, mikroprosessor, mədəniyyət, emal, 
kompüter, texnologiya, sistem 
 
4.1.2. İnformasiya cəmiyyətini xarakterizə 
edən əsas fəaliyyət sahələrinə aid təqdimatlar 
edir. 
İnformasiya cəmiyyətini xarakterizə edən  əsas fəaliyyət 
sahələrinə (hökumət, təhsil, bank, səhiyyə, ədliyyə, 
kitabxana, ticarət) aid təqdimatların edilməsi 
İnformasiya, cəmiyyət, fəaliyyət, sahə, 
təqdimat, hökumət, təhsil, bank, səhiyyə, 
ədiliyyə, kitabxana, ticarət 
XI SİNİF  
1. İnformasiya və informasiya prosesləri 


 
115 
1.1.1. İnformasiya sistemlərini təyinatına görə 
təsnif edir. 
Lokal,  qrup və korporativ informasiya  sistemlərinin 
təyinatına görə təsnif  edilməsi 
İnformasiya, sistem, lokal, qrup, korporativ 
1.1.2. İnformasiya sistemlərini  fərqləndirir. 
Lokal,  qrup və korporativ informasiya  sistemlərinin 
fərqləndirilməsi 
İnformasiya, sistem, lokal, qrup, korporativ 
1.1.3. Müxtəlif informasiya sistemlərini 
nümunələrlə şərh edir. 
Lokal,  qrup və korporativ informasiya  sistemlərinin 
nümunələrlə şərhi 
İnformasiya, sistem, lokal, qrup, korporativ 
2.
 
Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma 
2.1.1. Verilmiş informasiya prosesinin 
modelləşdirilməsi üçün zəruri əlamətləri  
müəyyənləşdirir. 
Modellərin növləri, informasiya prosesinin 
modelləşdirilməsi üçün zəruri əlamətlər. 
Formallaşdırma, informasiya modelinin hazırlanması. 
Kompüter modeli. Layihələrin informasiya modeli 
Model, modelin adekvatlığı, modellərin  
növləri, formallaşdırma, informasiya modeli, 
formal model, interaktiv kompüter 
2.1.2. Verilmiş informasiya prosesi üçün 
müvafiq modelləşdirmə formasını seçir. 
Verilmiş informasiya prosesi üçün müvafiq 
modelləşdirmə formasının seçilməsi 
İnformasiya, proses, modelləşdirmə, forma, 
2.1.3. Verilmiş informasiya prosesinin 
modelini qurur. 
Verilmiş informasiya prosesinin modelinin qurulması 
İnformasiya, proses, model,  
2.2.1. Veb-layihələrin hazırlanmasının əsas 
mərhələlərini şərh edir. 
Veb-layihələrin hazırlanmasının əsas mərhələlərinin 
(layihələndirmə, dizaynın hazırlanması, səhifələrinin 
maketlərinin qurulması, servislərin proqramlaşdırılması, 
saytın nəşri və informasiya ilə doldurulması, layihənin 
müşayət olunması)  şərhi 
Veb, layihə, mərhələ, layihələndirmə, dizayn, 
səhifə, maket, servis, proqramlaşdırma, sayt, 
nəşr, informasiya 
2.2.2. Seçilmiş mövzu üzrə veb-layihə 
hazırlayır. 
Seçilmiş mövzu üzrə veb-layihənin hazırlanması 
Mövzu, veb, layihə,  
2.2.3. Veb-sayt yaradır. 
MS Publisher proqramında veb-saytın yaradılması; veb-
sayta səhifələrin əlavə edilməsi; veb-saytda 
hiperistinadların yaradılması; Veb-saytın HTML 
formatında saxlanılması 
MS Publisher, proqram, veb-sayt, səhifə, 
hiperistinad, HTML 
2.2.4. Hazırlanmış veb-saytı İnternet 
şəbəkəsində yerləşdirir. 
Hazırlanmış veb-saytın domen adının qeydiyyatdan 
keçirilməsi; veb-saytın hostinq xidməti vasitəsilə  
İnternet şəbəkəsində yerləşdirilməsi 
Veb, sayt, domen, qeydiyyat, hostinq, İnternet, 
şəbəkə 
3.
 
Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 
3.1.1. Əməliyyat sisteminin işini idarəetmə 
panelinin  vasitəsi ilə müxtəlif situasiyalara 
uyğun olaraq  tənzimləyir.  
Əməliyyat sisteminin işinin idarəetmə panelinin  
vasitəsilə müxtəlif situasiyalara uyğun olaraq  
tənzimlənməsi 
Əməliyyat, sistem, idarəeymə, panel situasiya 


 
116 
3.1.2. Şəbəkə  proqram təminatından istifadə 
edir. 
Kompüter  şəbəkələri, kommunikasiya vasitələri, şəbəkə 
(kommunikasiya və transmissiya) avadanlıqları. 
Microsoft NT və Novell Netware kimi  şəbəkə proqram 
təminatından istifadə. 
Kompüter şəbəkələri, şəbəkə (kommunikasiya 
və transmissiya) avadanlıqları,  şəbəkə proqram 
təminatı. 
3.2.1. Müəyyən sahəyə aid verilənlər bazasını 
layihələndirir. 
Müəyyən sahəyə (təhsil, tikinti, iqtisadiyyat, xəritə) aid 
verilənlər bazasının layihələndirilməsi 
Sahə, təhsil, tikinti, iqtisadiyyat, xəritə, verilən, 
baza 
3.2.2. Hazırlanmış verilənlər bazası layihəsini 
nümayiş etdirir. 
Hazırlanmış verilənlər bazası layihəsinin nümayiş 
etdirilməsi 
Təhsil, tikinti, iqtisadiyyat, xəritə, verilən, baza 
3.3.1. Müasir şəbəkə texnologiyalarını izah 
edir. 
Müasir şəbəkə texnologiyalarının (müştəri-server”, “tay-
tuşlar” ) izahı 
Şəbəkə, texnologiya, müştəri-server, tay-tuşlar 
3.3.2. Müxtəlif İnternet xidmətlərinə aid 
təqdimatlar edir. 
Müxtəlif  İnternet xidmətlərinə (elektron poçt, 
telekonfrans, on-layn ünsiyyət, gap otaqları, internet-
telefoniya, İnternet-peycerlər ) aid təqdimatların 
edilməsi 
İnternet, xidmət, elektron poçt, telekonfrans, 
on-layn, ünsiyyət, gap, chat room, telefoniya, 
peycer, İCQ 
4. Cəmiyyətin informasiyalaşdırılması 
4.1.1. İnformasiya cəmiyyətini xarakterizə 
edən əsas əlamətləri  şərh  edir.  
İnformasiya cəmiyyətini xarakterizə edən  əsas 
əlamətlərin (insanın xüsusi texniki vasitələrdən 
istifadəsi, informasiya məhsulunun istehsalı, əqli əməyin 
artması, yeni həyat tərzinin formalaşması, informasiya 
texnologiyalarının inkişafı, istehsalatda robot və 
manipulyatorların istifadəsi, fasiləsiz təhsil sisteminin 
yaradılması, informasiya xidməti bazarının yaradılması 
və inkişafı)  şərhi 
İnformasiya, cəmiyyət, əlamət, texniki vasitə, 
məhsul, istehsal, əqli əmək, həyat, tərz, 
texnologiya, inkişaf, robot, manipulyator, 
təhsil, sistem, bazar, layihə 
4.1.2. İnformasiya cəmiyyətini xarakterizə 
edən əsas əlamətlərə aid təqdimatlar edir. 
İnformasiya cəmiyyətini xarakterizə edən  əsas 
əlamətlərə (insanın xüsusi texniki vasitələrdən istifadəsi, 
informasiya məhsulunun istehsalı, əqli əməyin artması, 
yeni həyat tərzinin formalaşması, informasiya 
texnologiyalarının inkişafı, istehsalatda robot və 
manipulyatorların istifadəsi, fasiləsiz təhsil sisteminin 
yaradılması, informasiya xidməti bazarının yaradılması 
və inkişafı) aid təqdimatların edilməsi  
İnformasiya, cəmiyyət, əlamət, texniki vasitə, 
məhsul, istehsal, əqli əmək, həyat, tərz, 
texnologiya, inkişaf, robot, manipulyator, 
təhsil, sistem, bazar, layihə 
 


 
117 
 
Tezaurus 
 
Təlimin məzmunu-şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar şəklində 
ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.  
Təlim  nəticəsi-müəyyən  bir  mərhələdə  mənimsənilməsi  nəzərdə  tutlan  və 
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. 
Məzmun  xətti-fənn  üzrə  ümumi  təlim  nəticələrinin  reallaşmasını  təmin 
etmək üçün müəyyən olunan məzmununun zəruri hissəsidir.  
Məzmun  standartı-dövlətin  təhsil  alanların  bilik  və  bacarıq  səviyyəsinə 
qoyulmuş dövlət tələbdir.  
Qiymətləndirmə  standartı-təhsil  alanların  nailiyyət  səviyyəsinə  qoyulan 
dövlət tələbidir.  
Təlim  strategiyası-təhsil  prosesində  istifadə  olunan  forma,  metod,  üsul  və 
vasitələrin məcmusudur.  
 Kurrikulum-təlim  prosesi  ilə  bağlı  bütün  fəaliyyətlərin  səmərəli  təşkilinə, 
məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir.  
Dərslik-dövlət təhsil standartları əsasında hazırlanmış kurrikulumlara uyğun 
olan,  şagirdlərdə  müstəqil  tədqiqatçılıq  və  yaradıcılıq  vərdişlərinin  aşılanmasına, 
demakratik  dünyagörüşünün  formalaşmasına  imkan  yaradan,  onları  düşünməyə 
sövq  edən,  məntiqi  təfəkürü  inkişaf  etdirən,  tətbiqi  xarakter  daşıyan,  inteqrativ 
xüsusiyyətə malik əsas dərs vəsaitidir.  
İnteqrasiya-müəyyən  təhsil  sistemi  çərcivəsində  şagirdlərin  təfəkküründə 
dünyanın  bütöv  və  bölünməz  obrazını  formalaşdırmaq,  onları  inkişaf  və 
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri 
arasında struktur əlaqələri qurmağı  və onları sistemləşdirməyi tələb edən didaktik 
prinsipdir.  Dünyanın  təhsil  təcrübəsində  şaquli  və  üfüqi  olmaqla  onun  iki 
növündən istifadə edilir.  
Milli kurrikulum- ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin 
həyata  keçirilməsinə  imkan  yaradan  və  onları  istiqamətləndirən  konseptual 
sənəddir.  
Fənn  kurrikulumu-fənn  üzrə  fəaliyyətləri  istiqamətləndirən  konseptual 
sənəddir. 
Pedaqoji  innovasiya-təhsil  müəssisələrində,  pedaqoji  nəzəriyyələrdə, 
müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul 
və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə 
baş verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada 
davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə cevrilir.  
Nəticəyönümlülük-yeni  kurrikulumların  hazırlanmasında  nəzərə  alınmış 
əsas  prinsiplərindən  biridir.  Bu  pirinsipin  tələbinə  görə  müəyyən  olunmuş 
bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir. 
Taksonomiya-  yanan  sözdür  (taxus-qayda  ilə  yerləşmə+qanun  deməkdir), 
təlim  məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə 
botanika  və  zoologiyada  əmələ  gəlmiş,  heyvanların  və  bitgi  orqanizmilərinin 


 
118 
qruplara  görə  bölgüsü  anlamında  işlənmişdir.  30-cu  illərdə  psixologiyada  istifadə 
olunmağa başlanmışdır.  
Şəxsiyyətyönümlülük-Milli  Kurrikulumun  hazırlanması  zamanı  nəzərə 
alınmış  didaktik  prinsiplərdən  biridir.  Onun  tələbinə  görə,  kurrikulumların 
tərkibində    olan  təlim  standartları,  strategiyaları  və  qiymətləndirmə  mexanizmləri 
şagird  şəxsiyyətində  idraki,  hissi  və  psixomotor  bacarıqlar  əsasında  yaranan 
keyfiyyətlərin  formalaşmasına  yönəlir.  Çox  vaxt bu  keyfiyyətlər  kompetensiyalar 
(səriştələr,  qabiliyyətlər),  dəyərlər  və  ya  mədəniyyətlər  terminləri  ilə  ifadə  edilir. 
Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, 
milli  səviyyədə  müəyyən  olunmuş  ümumi  nəticələrə  uyğun  səviyyənin 
(kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə 
edilməsidir.  
Təhsildə qiymətləndirmə sistemi- beynəlxalq milli və məktəb səviyyələrində 
aparılan  qiymətləndirməni  əhatə  edir.  Orada  zəruri  məzmunun  (qiymətləndirmə 
standartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların müəyyənləşdiril-
məsini və onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.  
Fəal (interaktiv) təlim-şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin 
digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.  
Idrak fəaliyyəti-idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların 
fikrincə,  idrak  fəaliyyətində  bilmək,  anlamaq,  tətbiq  etmək,  sintez  etmək  və 
dəyərləndirmək  əsas  mərhələlər  hesab  olunur.  Müasir  təhsil  konsepsiyasına  görə, 
şagirdin  təlim  fəaliyyətinin  psixopedaqoji  əsasını  məhz  həmin  parametrlər  təşkil 
edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim 
stanadartları hazırlanarkən onlar əsas götürülür.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
119 
İstifadə olunmuş ədəbiyyat   
Azərbaycan dilində 
1.
 
Əhmədova    M,  Əliyev  M,  Qasımlı  M  və  b.Müəllim  hazırlığının  və  orta 
təhsilin  yeni  perspektivləri (Qərb təhsil sisteminin  təcrübəsi əsasında) Baki 
“Adiloglu”, 2005 
2.
 
Kərimova  F,  Əhmədova  M.C  və  b.Intqrativ  kurrikulum:  mahiyyəti  və 
nümunələr. Baki “Adiloglu”, 2005 
3.
 
Veysova  Z.  Fəal/interaktiv təlim:müəllimlər üçün vəsait, 2007 
4.
 
İnsan  hüquqlarının  tədrisi.  Müəllimlər  üçün  vəsait.Norveç  qaçqınlar 
şurası,2003 
5.
 
Qədimova X. İnteraktiv təlim  metodları, Bakı,2005 
6.
 
Hüquqlara aparan yol. Metodik vəsait. Norveç qaçqınlar şurası, 2004 
7.
 
Mərdanov M.,Şahbazlı F. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab, 
Bakı, “Təhsil”, 2005. 
8.
 
Mərdanov  M.,Şahbazlı    Azərbaycanın  təhsil  siyasəti  (1998-2004),  II  kitab, 
Bakı, “Çaşıoğlu”, 2005. 
9.
 
Mərdanov  M.    Azərbaycanın  təhsili  dünən,  bu  gün,  sabah.  Bakı,  “Təhsil”, 
2006. 
10.
 
 Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2003 
11.
 
 Azərbaycan 
Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Milli 
Kurrikulumun). Azərbaycan məktəbi jurnalı, 2007, № 2. 
12.
 
 Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür. Bakı, “Adiloğlu”, 2001. 
13.
 
 Əlizadə  Ə.Ə.  Müasir  Azərbaycan  məktəbinin  psixoloji  problemləri.  Bakı, 
“Pedaqoqika”, 2004. 
14.
 
 Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. Bakı, ADPU, 2008. 
15.
 
 Kazunov A. Milli pedaqoqika yollarında Bakı, “Ağrıdaq”, 2001. 
16.
 
Paşayeva X., Rüstəmov F.A. Pedaqoqika Yeni kurs Bakı, “Nurlan”, 2007. 
17.
 
 Ağayev  Ə.A.  Təlim  prosesi:  ənənə  və  müasirlik.  Bakı,  “Adiloğlu” 
nəşriyyatı, 2006  
 
18.
 
 Ümumtəhsil  məktəblərinin  I-IV  sinifləri  üçün  fənn  kurikulumları.  Bakı, 
“Təhsil”, 2008, 480 səh. 
19.
 
 Kurikulumların  hazırlanması  və  tətbiqi  məsələləri.  Bakı,  “Kövsər”,  2008, 
224 səh. 
20.
 
 İbtidai  siniflər  üçün  yeni  fənn  kurikulumlarına  dair  gündəlik  planlaşdırma 
nümunələri. Bakı, “Kövsər”, 2010, 196 səh. 
21.
 
 Ümumi  təhsil  pilləsinin  dövlət  standartları  və  proqramları  (kurikulumları). 
Bakı, “Kurikulum” jurnalı, 2010, №3, səh. 115-130. 
22.
 
 Kurikulum islahatı: tədqiqatlar, nəticələr. Bakı, “Mütərcim”, 2011, 344 səh. 


 
120 
23.
 
 Ümumi  təhsilin  fənn  standartları  (I-XI  siniflər).  Bakı,  “Mütərcim”,  2012, 
402 səh. 
24.
 
 Azərbaycan  Respublikasının  ümumi  təhsil  sistemində  qiymətləndirmə 
Konsepsiyası. Bakı, “Kurikulum” jurnalı, 2009, №2, səh. 138-150. 
Rus dilində 
1.
 
Материалы разработке национального стандарта среднего общего 
образования Республики Казахстан, Алматы, 2004. 
İngilis dilində  
 
1.
 
Reading/Language  arts  framework  for  California  Public  schools. 
Kindergarten  Through  Grade  Twelve.  Published  by  the  California 
Department  of Education, 1999  
2.
 
John S.Kendall and Marzano J. Robert, Content  knowledge. A compendium 
of standards and benchmarks for K-12  Education, 1996 
3.
 
Mary  E.  Haas  and  Margaret  A.  Laughlin,  Meeting  the  standards    Readings 
for K-6 Educators, 1999 
4.
 
Virginia/USA    Government  Program    of  studies.  Fairfax  County    Public 
Schools, 1998 
5.
 
English  language  Arts  Learning    standards  and  Core  curriculum.  Pre  K-
Grade 5, 1999 
6.
 
Stephanie  Wasta, Teaching  social studies, 2006 
7.
 
NCSS  Expectations of excellence: Curriculum  standards for social studies 
(Bulletin 89) Washington, DC, 1999 
8.
 
Montana office of public  Instruction. Montana standards  for social studies. 
Missoula, 2000 
9.
 
History  –social  science    framework  for  California    Public  schools  .Edition 
with  Criteria for Instructional Materials, Sacramento,  2005 
10.
 
 Science and Technology. The Ontario Curriculum.  Grades 1-8. Ministry of 
Education  of Ontario, 1998 
11.
 
 The arts. The Ontario  Curriculum  –Exemplars Grades 2,5 and  7. Ministry 
of Education  of Ontario, 2004 
12.
 
 Native  Languages.  The  Ontario  Curriculum.    Grades  1-8.  Ministry  of 
Education  of Ontario, 2001 
13.
 
 Language. The Ontario Curriculum.  Grades 1-8. Ministry of Education  of 
Ontario, 2006 
14.
 
 Mathematics. The Ontario Curriculum.   Grades 1-8. Ministry of  Education  
of Ontario, 2005 
15.
 
 Health  and  Physical  Education.  The  Ontario  Curriculum.    Grades  11-12. 
Ministry of Education  of Ontario,2000 


 
121 
16.
 
 English    As  a  Second  Language  and  English  Literacy  Development.  The 
Ontario Curriculum.  Grades 1-8. Ministry of Education  of Ontario,1999 
17.
 
 English.  The  Ontario  Curriculum.    Grades  1-8.  Ministry  of  Education    of 
Ontario, 2000 
18.
 
 Borich G.D. Effective  teaching  methods. Upper Saddle River,1996 
19.
 
 John U.Michaelis, Jesus Garcia, Social studies for children. A guied to basic 
instruction, 1996 
20.
 
 Peter  Morterella,Candy  M.Beal,  Chearyl  Mason  Bolick,    Teaching  social 
studies in middle and secondry schools, Ohio, 2005  
21.
 
 Devine, Thomas G., Teaching studies skills, Boston, 1987 
22.
 
 Marzano, Robert J., Reading  Diagnosis  and İnstruction, 1987 
23.
 
 Wiseman  Donna.  L.,  Reading    Instruction:  A  literature    Based    Approach 
/Englewood Cliffs,1991 
24.
 
 Mathematics  curriculum  Pre  K-12  Missoula    County    Public    Schools, 
Missoula,  2003 
25.
 
 The  National  Curriculum.  Handbook  for  secondary  teachers  in  England, 
London, 1999 
 
            
 
                                               Türk dilində 
 
1.
 
T.C Milli  Egitim  Bakanlığı.Talim  və Terbiye Kurulu Başkanlığı. İlk 
Ögretim  Türkçə Dersi (1-5. Sınıflar) Ögretim Programı və  Kılavuzu , 
Ankara,2005 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
122 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə