Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   2   3   4   5   6   7   8   9   ...   47

 

Ümumtəhsil  məktəblərinin  bütün  siniflərində  informatikanın  kütləvi  surətdə 
istifadə  edilməsi  və  kompüterin  bütün  fənlərin  tədrisində  tətbiqi  bu  kursa 
ümumtəhsil xarakteri verir. 
Fənnin  əhəmiyyəti,  məqsəd  və  vəzifələri.  İnformatika  ümumtəhsil 
məktəblərində  tədris  olunan  ən  mühüm  və  vacib  fənlərdən  biridir.  Əksər  dünya 
ölkələrinin təhsil sistemlərində onun öyrənilməsinə xüsusi diqqət yetirilir. Bu, gənc 
nəslin   formalaşmasında onun  müstəsna rolu  ilə  izah olunur. İnformatika şagirdin 
zehni inkişafına kömək edir, məntiqi təfəkkürünün formalaşmasında, mühakimə və 
dərketmə  qabiliyyətlərinin  yüksəlməsində  müstəsna  rol  oynayır.  İnformatikanın 
tədrisi  zamanı  ümumiləşdirmə,  konkretləşdirmə,  analiz,  sintez,  təsnifetmə  və 
sistemləşdirmə  kimi  əqli  mühakimə  üsullarından  istifadə  olunur  ki,  bu  da 
şagirdlərin  məntiqi  təfəkkürünün  inkişafını  sürətləndirir,    onların  məntiqi 
mühakimə yürüdə bilmək bacarıqlarını, alqoritmik təfəkkürlərini inkişaf etdirir.  
XX  əsrin  ortalarında  meydana  gələrək  təşəkkül  tapmış  ən  yeni  elm 
sahələrindən  biri  olan  informatika,  ilk  növbədə,  istənilən  növ  informasiyanın 
kompüter və ya digər elektron hesablama texnikasının köməyi ilə yığılması, emalı, 
saxlanması, axtarışı, paylanmasının təşkili, tarixi, metodologiyası, nəzəriyyəsi və s. 
ilə  məşğul  olur.  İnformasiya  və  avtomatika  sözlərindən  yaranmış  İnformatika 
(ingiliscə  Informatics)  termini  ilk  dəfə  avtomatlaşdırılmış  informasiya  emalı 
sahəsini adlandırmaq üçün istifadə edilmişdir. “İnformatika” termini bəzi hallarda 
“Kompüter elmi” (Computer science) termini ilə uyğunlaşdırılır.  
İnformatika  kompüterləşdirilmiş  informasiya  sistemlərinin  fəaliyyətinin 
layihələşdirilməsinin,  işlənilməsinin,  yaradılmasının,  səmərəliliyinin  qiymətlən-
dirilməsinin,  onun  müxtəlif  sahələrdə    tətbiqinin  və    təsirinin  bütün    aspektlərini 
öyrənən kompleks fəndir. Mahiyyətinə görə, informatika informasiya proseslərinin 
və  onların  avtomatlaşdırılması  yollarını  öyrənən  fənn  kimi  yaranmışdır. 
İnformatikaya 
informasiyanın 
ümumi 
xassələrini, 
strukturunu,  
qanunauyğunluğunu,  ondan  idarəetmədə  istifadə  olunmasını  öyrənən,  sistematik 
olaraq  onun    yığılmasını,  saxlanmasını,  ötürülməsini,    avtomatlaşdırılmış  məntiqi 
emalını həyata keçirməyə imkan verən  kompleks  fənn kimi  də yanaşmaq olar. 
Hazırkı  dördə  cəmiyyətin  və  onun  bütün  sahələrinin  inkişafı  kompüterlərin 
artan  intellektual  imkanlarından  və  internetin  informasiya  resurslarından  geniş 
istifadə olunması ilə əlaqədardır. Ona görə də informatika  fənninin tədrisinin  əsas 
əhəmiyyəti şagirdləri informatikanın elm və informasiya sənayesi sahəsi, həmçinin 
kompüterlərin  və  internetin  müasir  vəziyyəti,  eləcə  də  ən  müasir  informasiya-
kommunikasiya  texnologiyalarının    imkanları  və  tətbiq  dairələri  ilə  tanış  etmək, 
onlarda həmin texnologiyalardan istifadə sahəsində vərdişlər aşılamaqdır. 
İnformatika şagirdlərin bacarıq və vərdişlərinin  formalaşmasında mühüm rol 
oynamaqla  onların  xarakterinin  formalaşmasına,  mənəvi  keyfiyyətlərinin  və 
intellektual  səviyyəsinin  inkişafına  kömək  edir.  Bu  fənn  müxtəlif  elm,  təhsil, 
mədəniyyət  və s. sahələrində  geniş tətbiq  olunur. Müasir dövrdə  informatika  üzrə  
bilik və bacarığa malik olmayan şəxsi yüksək mütəxəssis kimi formalaşdırmaq çox 
çətindir.  Orta  məktəbdə  tədris  olunan  informatika  fənni  şagirdlərin  ali  təhsil 
müəssisələrində yeni bilik və bacarıqlara yiyələnməsinə zəmin yaradır. Buna görə 


 

də  yaxşı  mütəxəssis  olmaq  arzusunda  olanlar  gələcək  fəaliyyətlərində 
informatikanın rolunu başa düşüb, ona daha çox diqqət yetirməlidirlər. 
İnformatika  fənni  kompüter  texnikasının  köməyi  ilə  informasiya  emalı 
proseslərini - informasiyaların  alınması,  saxlanması,  emalı və ötürülməsinin üsul 
və  vasitələrini  öyrənən,  ətraf  aləmin  təhlilinə  sistemli  yanaşma  tərzini 
formalaşdıran  fundamental  elm  sahələrindən  biri  kimi  insanların  həyatına  və 
məişətinə  daxil  olmuş  və  cəmiyyətdə  bir  fənn  kimi  onun  öyrənilməsi  zərurəti 
yaranmışdır.  
Hər  bir  insan  gündəlik  həyatda,  əməli  fəaliyyətdə  informatikanın  tətbiqi  ilə 
qarşılaşır  və  informatika  üzrə  bilik  və  bacarıqlarından  faydalanır.  Bu  bilik  və 
bacarıqlara  malik  olmaq  müasir  texniki  vasitələrlə  davranmağa,  müxtəlif  sosial, 
iqtisadi,  hüquqi  və  siyasi  informasiyaların  əldə  edilməsinə  və  onlardan  istifadə 
edilməsinə imkan yaradır. İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq  
və  humanitar  elm  sahələrinin  inkişafında,  texnika  və  müasir  texnologiyaların 
təkmilləşdirilməsi  prosesində  ortaya  çıxan  problemlərin  həllində  insanların  yaxın 
köməkçisinə  çevrilir.  İnformatika  fənni  şagirdlərin  elmi,  praktiki  biliklərinin 
genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır.  Ona görə də 
Azərbaycan  ümumtəhsil  məktəblərinin  I-XI  siniflərində  bu  fənnin  tədrisi  zəruri 
hesab edilir.  
Bütün  bunlar  ümumtəhsil  məktəblərində  tədris  olunan  fənlər  sırasında 
informatikanın  yerini  müəyyən  etməklə  yanaşı,  onun  tədrisi  qarşısında  qoyulan  
əsas məqsədləri ümumi şəkildə müəyyənləşdirməyə  imkan verir. 
İnfomatika  və  digər  fənlərin  öyrənilməsində  kompüterlərdən  istifadə  təlimin 
əyaniliyini  artırır,  mürəkkəb  obyekt  və  proseslərin  modelləşdirilməsinə,  tədris 
materialının  daha  asan  mənimsənilməsinə  imkan  yaradır,  şagirdlərin  müstəqil 
öyrənmə fəaliyyətini genişləndirir.      
İnsan    fəaliyyətinin    informatika  ilə    bağlı  sahəsi    elmin,    texnikanın,  
iqtisadiyyatın  və    cəmiyyətin    inkişafının    müəyyənedici  amilinə    çevrilmişdir.  
İnsanların  zəruri  informasiya  ilə  təmin  olunması  dərəcəsi    çoxdandır  ki,    əmək 
məhsuldarlığının  əsas  artım    amillərindən    hesab  olunur.    İnformasiyanın  inkişaf 
üçün    xammal  və  enerji  kimi    mühüm  prinsipial    amilə  çevrilməsi    üçün    xeyli 
müddət    lazım  gəlmişdir.    Ümumiyyətlə,    insanın  informasiyaya    münasibəti 
informasiya  emalının  avtomatlaşdırılması  mümkünlüyündən  sonra  kökündən  
dəyişməyə  və  inkişaf  etməyə  başlamışdır.  Bunun    da  nəticəsində  yaradıcı  və 
mütəxəssis    insanların  intellektual  fəaliyyətinin  məhsulu  kimi    informasiya  
resursları  sürətlə  çoxalmağa  başlamışdır.  
İnformatikanın  son  dövrlərdəki  inkişafı  onu  texniki  bir  fəndən,  təbiətdə  və 
cəmiyyətdə  informasiya  proseslərinin  emalı  haqqında  olan  fundamental  elmə 
çevirmiş  və  bir  sıra  yeni  elmi  istiqamətlərin  yaranmasına  və  inkişafına  səbəb 
olmuşdur.  Nəticədə  riyazi  informatika,  nəzəri  informatika,  texniki  informatika, 
geoinformatika,  tibbi  informatika,  bioinformatika,  kimyəvi  informatika,  hüquqi 
informatika,  iqtisadi  informatika,  sosial  informatika  və  s.  kimi elm  sahələr  əmələ 
gəlmiş,  inkişaf  etmiş  və  informasiya  cəmiyyəti  quruculuğunu  daha  da 
sürətləndirmişdir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə