Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
19 

 
kompüter haqqında sadə biliklərə malik olduğunu  nümayiş etdirir; 

 
kompüterdə  sadə əməliyyatları icra edir; 

 
kompüterdə sadə şəkillər və fiqurlar çəkir; 

 
kompüterdə sadə mətnlər yığır; 

 
cəmiyyətdə  informasiya  və  informasiya  vasitələrinin  əhəmiyyətini 
anladığını nümayiş etdirir. 
 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1.  Sadə  informasiyalar,  informasiyaların  təsvir  formaları,  informasiya 
mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş  etdirir. 
1.1.1. Verilmiş sadə informasiyaları şərh edir.  
1.1.2. Sadə informasiyaları təsvir formalarına görə fərqləndirir. 
1.1.3. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir. 
1.1.4. Müxtəlif informasiya mənbələrinə aid nümunələr göstərir. 
 
1.2. Oxşar obyektlər sırasından əşyaları əlamətlərinə görə tanıdığını nümayiş 
etdirir. 
1.2.1. Verilmiş informasiya əlamətlərinə görə əşyaları fərqləndirir.  
1.2.2. Verilmiş əşyanın əlamətlərini  şərh edir. 
1.2.3.  İki  və  daha  çox  əşya  arasında  münasibətləri  (oxşar,  fərqli,  az,  çox,  ağır, 
yüngül, böyük, kiçik,  uzun, qısa, qarşıda, arxada, yuxarıda, aşağıda, sağda, solda, 
ortada) müəyyən edir.  
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma 
Şagird: 
2.1. Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir.  
2.1.1. Hadisələr, hərəkətlər ardıcıllığına aid nümunələr göstərir.  
2.1.2. Sadə hərəkəti, hadisəni ardıcıllıq baxımından hissələrə ayırır.  
2.1.3. Sadə hərəkətlər ardıcıllığını nümunələr əsasında izah edir.  
 
2.2. Sadə məntiqi  mühakimələri anladığını nümayiş etdirir. 
2.2.1. “Doğru” və “yalan” mülahizələri  fərqləndirir. 
2.2.2. Sadə mühakimələrin inkarını qurur. 
2.2.3. Təqdim olunanlar arasından mümkün hərəkət variantlarını göstərir. 
 
3. Kompüter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 
3.1. Kompüter haqqında sadə biliklərə malik olduğunu  nümayiş etdirir. 
3.1.1. Kompüterin əsas hissələrini ona tanış olan oxşar əşyalarla (televizor, telefon, 
pult) müqayisə edir.  
3.1.2.  Kompüterlə  iş  prosesində  tələb  olunan  ümumi  təhlükəsizlik  texnikası 
qaydalarını sadalayır.  
3.1.3. Kompüterin əsas hissələrinin təyinatını sadə formada izah edir. 


 
20 
 
3.2. Kompüterdə  sadə əməliyyatları icra edir. 
3.2.1. Kompüteri işə salır, sadə menyuları seçir, bağlayır. 
3.2.2.  Kompüterin  sadə  qurğuları  ilə  (klaviatura  və  maus)  davranır,  onların 
düymələrindən istifadə edir.  
3.2.3.  Kompüterdəki  sadə  proqramları  (kalkulyator,  bloknot,  sadə  qrafiki  və  mətn 
redaktorları, sadə oyunlar) işə salır və bağlayır. 
3.2.4. Kalkulyator proqramında sadə hesab əməliyyatlarını yerinə yetirir. 
3.2.5. Kompüterdə oyun tipli sadə proqramlarla işləyir. 
3.2.6.  Kompüterin  sadə  qurğuları  ilə  iş  zamanı  texniki  təhlükəsizlik  qaydalarına 
riayət edir. 
 
3.3. Kompüterdə sadə şəkillər və fiqurlar çəkir. 
3.3.1.  Alətlər  qutusundakı  sadə  alətlərdən  və  rənglər  qutusundakı  rənglərdən 
istifadə bacarığı nümayiş etdirir. 
3.3.2. Şəkil və fiqurların elementlərini çəkir. 
3.3.3. Sadə şəkillər və fiqurlar (düz və əyri xətt, dördbucaqlı)  çəkir. 
3.3.4. Çəkdiyi şəkilləri yadda saxlayır. 
3.3.5. Çəkdiyi şəkilləri iş masasında müxtəlif formalarda yerləşdirir. 
 
3.4. Kompüterdə sadə mətnlər yığır. 
3.4.1. Kompüterdə böyük, kiçik hərfləri, rəqəmləri və durğu işarələrini yığır. 
3.4.2. Kompüterdə söz və söz birləşmələrini yığır. 
3.4.3. Kompüterdə sadə mətnləri  yığır. 
3.4.4. Redaktə xarakterli sadə  tapşırıqları yerinə yetirir. 
 
4. Cəmiyyətin  informasiyalaşdırılması 
Şagird: 
4.1.  Cəmiyyətdə  informasiya  və  informasiya  vasitələrinin  əhəmiyyətini  
anladığını nümayiş etdirir. 
4.1.1. İnformasiya vasitələrini sadalayır. 
4.1.2. İnformasiyanın əhəmiyyətini sadə formada şərh edir. 
4.1.3. İnformasiya vasitələrinin rolunu izah edir. 
II sinif 
 
II sinfin sonunda şagird: 

 
informasiyalar,  informasiyaların  təsvir  formaları,  informasiya 
mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş  etdirir; 

 
obyektlər  qrupundakı  əşyaları  əlamətlərinə  görə  tanıdığını  nümayiş 
etdirir;  

 
sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir; 

 
sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir; 

 
kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir; 

 
kompüterdə əməliyyatları icra edir; 


 
21 

 
kompüterdə müxtəlif  şəkillər çəkir; 

 
kompüterdə mətnlər yığır;  

 
cəmiyyətdə  informasiya  proseslərinin  əhəmiyyətini  anladığını 
nümayiş etdirir. 
 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1. İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri,  
informasiyanın  ötürülməsi  vasitələri  haqqında  təsəvvürə  malik  olduğunu 
nümayiş  etdirir. 
1.1.1. Cansız və canlı təbiətdəki informasiyalara aid misallar göstərir. 
1.1.2. İnformasiyanın  ötürülmə vasitələrini  sadalayır. 
1.1.3. Verilmiş informasiyaların təsvir formalarını və mənbələrini izah edir.  
1.1.4. İnformasiya  mübadiləsi prosesini sadə misallarla izah edir. 
 
1.2.  Obyektlər  qrupundakı  əşyaları  əlamətlərinə  görə  tanıdığını  nümayiş 
etdirir.  
1.2.1. Müxtəlif obyektlər qrupundan oxşar və fərqli əşyaları seçir.  
1.2.2.  Müxtəlif  obyektlər  qrupundakı  əşyaların  oxşar  və  fərqli  əlamətlərini  izah 
edir.  
1.2.3. Müxtəlif obyektlərin içərisindən oxşar əlamətlərinə görə əşyaları qruplaşdırır 
və adlandırır.   
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma 
Şagird: 
2.1. Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir. 
2.1.1. Şərh olunan hərəkətlər, hadisələr ardıcıllığını hissələrə ayırır. 
2.1.2. Təbii hadisələrin başvermə ardıcıllığını nümunələr əsasında şərh edir. 
2.1.3. Sadə hərəkətlər, hadisələr ardıcıllığında buraxılan səhvləri müəyyənləşdirir. 
 
2.2. Sadə məntiqi  mühakimələri anladığını nümayiş etdirir. 
2.2.1. “Doğru”, “yalan”, “qeyri-müəyyən” mülahizələrə aid misallar göstərir. 
2.2.2. Verilmiş mühakimələrin “doğru”, “yalan” və ya  “qeyri-müəyyən” olduğunu 
müəyyənləşdirir. 
2.2.3. Sadə  və qısa yolları seçməklə hərəkət variantlarını müəyyənləşdirir. 
 
3. Kompüter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 
3.1. Kompüter haqqında ümumi biliklərə malik olduğunu  nümayiş etdirir. 
3.1.1. Kompüterin  əsas  hissələrinin  təyinatını izah edir. 
3.1.2.  Kompüterlə  iş  prosesində  tələb  olunan  ümumi  qaydaları  və  texniki 
təhlükəsizlik qaydalarını izah edir. 
 
3.2. Kompüterdə əməliyyatları icra edir. 
3.2.1. Klaviatura və mausla iş üzrə sadə bacarıqlar nümayiş etdirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə