Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
28 
2.2.2.  Sadə  proqramlaşdırma  mühitində  proqramlaşdırma  haqqında  elementar 
biliklərini izah  edir. 
2.2.3. Sadə proqramlaşdırma mühitində “İcraçı”nın hərəkətini idarə edir. 
2.2.4. Sadə proqramlaşdırma mühitində elementar fiqurlar çəkir. 
 
      3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 
3.1.      Kompüterin,  sistem  proqramlarının  ümumi  iş  prinsiplərinə  dair 
bacarıqlar nümayiş etdirir. 
3.1.1. Fərdi kompüterlərin təsnifatını şərh edir. 
3.1.2. Kompüterin əməliyyat sistemlərinə dair  sadə anlayışları izah edir. 
3.1.3. Proqramın icrasına dair bacarıqlar nümayiş etdirir.  
 
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları  nümayiş etdirir. 
3.2.1. Qrafiki redaktorda rəsmlərin fraqmentləri üzərində işləyir.  
3.2.2. Mətni yadda saxlamaq və çap etmək bacarıqlarını nümayiş etdirir. 
3.2.3. Şəkilləri mətnə əlavə  edir. 
 
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir. 
3.3.1. İnternet haqqında ilkin bilikləri izah edir. 
3.3.2. İnternetdə sadə iş bacarıqlarını nümayiş etdirir. 
 
4. Cəmiyyətin informasiyalaşdırılması 
Şagird: 
4.1.  İnformasiya  cəmiyyətinin  formalaşdırılmasına  dair  biliklər  nümayiş 
etdirir. 
4.1.1. İnformasiya  resurslarını əlamətlərinə görə  təsnif edir. 
4.1.2. İnformasiya  resurslarını əsas  əlamətlərinə görə qruplaşdırır. 
4.1.3. Təbiətlə əlaqədar informasiya  resurslarının əhəmiyyətini izah edir. 
 
VI sinif 
 
VI sinfin sonunda şagird:  

 
İkilik say sistemində kodlaşdırmaya dair bacarıqlar nümayiş etdirir. 

 
İnformasiyaların əlamətlərə görə qruplaşdırılmasına dair biliklərini nümayiş 
etdirir. 

 
Obyektin informasiya  modelinin təsviri  formalarını şərh edir. 

 
Sadə proqramlaşdırma mühitində  müxtəlif alqoritmləri icra edir. 

 
Fərdi kompüterin əsas və yaddaş qurğuları ilə işləyir. 

 
Mətn, qrafiki və təqdimat proqramlarında işləyir. 

 
İnternetdə sadə axtarışlar aparır, elektron poçtla işləyir. 

 
İnformasiya resursları ilə işləməyin mərhələlərini, əhəmiyyətini izah edir. 
 
 


 
29 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1.  İnformasiyaların  kodlaşdırılması  haqqında  biliklərini  nümayiş 
etdirir.  
1.1.1.  İkilik say sisteminin  mahiyyətini izah edir. 
1.1.2. Natural ədədlərin ikilik say sistemində kodlaşdırılmasını  nümunələrlə  şərh  
edir. 
1.1.3. İkilik  say sistemində kodlaşdırılmış informasiyanın həcmini ölçür.   
 
1.2. İnformasiya və  informasiya emalı  haqqında biliklərini nümayiş etdirir. 
1.2.1. İnformasiyaların qruplaşdırılmasının müxtəlif əlamətlərini sadalayır. 
1.2.2. Müxtəlif əlamətlərə görə informasiyaların qruplaşdırılmasını izah edir. 
1.2.3.  İnformasiyaların  müxtəlif  əlamətlərə  görə  qruplaşdırılmasını    nümunələrlə   
şərh edir. 
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma  
Şagird: 
2.1.  Obyektin informasiya  modelinin yaradılmasına dair bacarıqlar  nümayiş 
etdirir. 
2.1.1. Obyektin informasiya modelinin təsvir formalarını sadalayır. 
2.1.2. İnformasiya modellərinin təsvir formalarını  fərqləndirir. 
2.1.3. İnformasiya modelinin təsvir formalarını nümunələrlə şərh edir. 
 
2.2. Alqoritmləşdirmə  və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini 
nümayiş etdirir. 
2.2.1. Alqoritmin xassələrini izah edir. 
2.2.2. Alqoritmin növlərini nümunələrlə şərh edir. 
2.2.3. Sadə proqramlaşdırma mühitində budaqlanan və dövri alqoritmləri icra  edir. 
2.2.4.  Klaviatura  vasitəsilə  proqramda  səslərdən  istifadə  bacarıqları  nümayiş  
etdirir. 
 
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 
3.1.  Kompüterin,  sistem  proqramlarının  ümumi  iş  prinsiplərinə  dair 
bacarıqlar nümayiş etdirir. 
3.1.1. Fərdi kompüterin əsas qurğularının iş prinsiplərini şərh edir. 
3.1.2. Müxtəlif disk qurğuları haqqında biliklərini nümayiş etdirir. 
3.1.3. Proqramların müxtəlif variantlarla icrasını şərh edir. 
 
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları  nümayiş etdirir. 
3.2.1. Qrafiki redaktorda şəkli yadda saxlamaq və çap etmək bacarıqlarını nümayiş  
etdirir.  
3.2.2. Mətni müvafiq qaydada formatlaşdırır. 
3.2.3. Təqdimat proqramında ilkin işləmək bacarığını nümayiş etdirir. 
 


 
30 
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir. 
3.3.1. İnternetdə sadə  axtarışları icra edir.  
3.3.2. Elektron poçtu ilə sadə işləmə bacarığını nümayiş etdirir. 
 
4. Cəmiyyətin informasiyalaşdırılması 
Şagird: 
4.1.  İnformasiya  cəmiyyətinin  formalaşdırılmasına  dair  biliklər  nümayiş 
etdirir. 
4.1.1. İnformasiya  resursları ilə işləməyin mərhələlərini izah edir.  
4.1.2.  İnformasiya  resursları ilə işləməyin əhəmiyyətini izah edir.  
4.1.3.  İnformasiya  resursları ilə işləməyin əhəmiyyətini nümunələrlə əsaslandırır. 
 
VII sinif 
 
VII sinfin sonunda şagird:  

 
Müxtəlif say sistemlərində kodlaşdırmaya dair bacarıqlar nümayiş etdirir. 

 
Müxtəlif  xassələrinə  görə  informasiyaların  qruplaşdırılmasına  dair  biliklər 
nümayiş etdirir. 

 
Obyektin  informasiya    modelinin  cədvəl  formasının  yaradılmasına  dair 
bacarıqlar  nümayiş etdirir. 

 
Sadə  proqramlaşdırma  mühitində      proqram  tərtib  etmək  bacarığı  nümayiş 
etdirir. 

 
Proqram təminatı sisteminin tərkib  hissələrini  izah edir,  fayl  və qovluqlarla 
işləyir. 

 
Təqdimat proqramında  müxtəlif üsullarla slaydlar hazırlayır. 

 
İnternetə qoşulma qaydalarını  şərh edir, elektron poçtda fayllarla işləyir. 

 
İKT-nin  tətbiqinin  xüsusiyyətləri,  əhəmiyyəti  və  sahələri  haqqında  
biliklərini nümayiş etdirir. 
 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1.  İnformasiyaların  kodlaşdırılması  haqqında  biliklərini  nümayiş 
etdirir.  
1.1.1. Müxtəlif  say sistemlərinin xüsusiyyətlərini  izah edir. 
1.1.2. Natural ədədlərin  müxtəlif say sistemlərində kodlaşdırılmasını  nümunələrlə 
şərh edir. 
1.1.3. Müxtəlif say sistemlərində kodlaşdırılmış informasiyanın həcmini ölçür.   
 
1.2.  İnformasiya və  informasiya emalı haqqında biliklərini nümayiş etdirir. 
1.2.1. İnformasiyaların xassələrini sadalayır. 
1.2.2. İnformasiyaları xassələrinə görə qruplaşdırır. 
1.2.3.  İnformasiyaların  müxtəlif  xassələrinə  görə  qruplaşdırılmasını  nümunələrlə  
şərh edir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə