Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
31 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma  
Şagird: 
2.1. Obyektin informasiya  modelinin yaradılmasına dair bacarıqlar  nümayiş 
etdirir. 
2.1.1. Obyektin  informasiya modelinin  cədvəl formasını izah edir. 
2.1.2. İnformasiya modelinin cədvəl  formasında  təsvirini nümunələrlə şərh edir. 
2.1.3. Obyektin informasiya modelini cədvəl formasında ifadə edir. 
 
2.2. Alqoritmləşdirmə  və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini 
nümayiş etdirir. 
2.2.1. Məsələnin həlli mərhələlərini izah edir. 
2.2.2. Məsələnin həlli alqoritmini qurur. 
2.2.3. Sadə proqramlaşdırma mühitində verilmiş məsələnin proqramını tərtib edir. 
2.2.4.  Sadə  proqramlaşdırma  mühitində  bəzi  riyazi  əməllərin  proqramlarını 
hazırlayır. 
 
      3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 
3.1.  Kompüterin,  sistem  proqramlarının  ümumi  iş  prinsiplərinə  dair 
bacarıqlar nümayiş etdirir. 
3.1.1. Fərdi kompüterin əsas və əlavə qurğularının iş prinsiplərini şərh edir. 
3.1.2. Proqram təminatı sisteminin tərkib hissələrini təsnif edir. 
 3.1.3. Fayl və qovluqlar üzərində əməliyyatları icra edir. 
 
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları  nümayiş etdirir. 
3.2.1. Qrafiki redaktorda şəkillərin atributlarını dəyişir. 
3.2.2. Mətn redaktorunda  cədvəl və diaqramlar qurur. 
3.2.3. Müxtəlif üsullarla slaydlar yaradır. 
 
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir. 
3.3.1. İnternetə qoşulma qaydalarını şərh edir. 
3.3.2. Elektron poçtda fayllarla işləyir. 
 
4. Cəmiyyətin informasiyalaşdırılması 
Şagird: 
4.1.  İnformasiya  cəmiyyətinin  formalaşdırılmasına  dair  biliklər  nümayiş 
etdirir. 
4.1.1. İKT-nin tətbiq olunduğu əsas sahələri təsnif edir.  
4.1.2. İKT-nin müxtəlif sahələrdə tətbiqi xüsusiyyətlərini fərqləndirir. 
4.1.3. İKT-nin tətbiqinin   əhəmiyyətini nümunələrlə əsaslandırır. 
 
VIII sinif 
 
VIII sinfin sonunda şagird:  


 
32 

 
İnformasiyaların  kodlaşdırılması  üsullarını  izah  edir  və  bir  say  sistemindən 
digərinə keçidə aid nümunələr göstərir. 

 
İnformasiyanın emalı mərhələlərinə dair biliklərini nümayiş etdirir. 

 
Obyektin informasiya  modelinin “ağac” formasında təsvirinə dair bacarıqlar  
nümayiş etdirir. 

 
Proqramın  hazırlanması  mərhələlərini  izah  edir  və  tərtib  etdiyi  proqramı 
kompüterdə icra edir. 

 
Multimedia  qurğularının  funksiyalarını,  iş  prinsiplərini,  fayl  və  qovluqların 
axtarışı prosesini şərh edir, iş masasını  nizamlayır. 

 
Qrafiki  və  mətn  redaktorunda  obyektlərlə  işləyir,  elektron  cədvəlin  əsas 
elementlərində işi  nümayiş etdirir. 

 
Şəbəkə növlərini, strukturunu  izah edir, İnternetin əsas xidməti proqramları 
ilə işləyir. 

 
İnformasiyalaşdırma  proseslərinin  mahiyyəti  və  mərhələlərinə  aid  biliklər 
nümayiş etdirir. 
 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1.  İnformasiyaların  kodlaşdırılması  haqqında  biliklərini  nümayiş 
etdirir.  
1.1.1. İnformasiyaların kodlaşdırılması üsullarını izah edir. 
1.1.2.  İnformasiyanın  bir  say  sistemindən  digərinə  keçirilməsinə  aid  nümunələr 
göstərir. 
1.1.3. Müəyyən üsullarla kodlaşdırılmış  informasiyanın  həcmini  ölçür. 
 
1.2.  İnformasiya və  informasiya emalı haqqında biliklərini nümayiş etdirir. 
1.2.1.  İnformasiyaların  emalı mərhələlərini sadalayır. 
1.2.2. İnformasiyaların  emalı mərhələlərini  izah edir. 
1.2.3. İnformasiyaların  emalı mərhələlərini nümunələrlə  şərh edir. 
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma  
Şagird: 
2.1. Obyektin informasiya  modelinin yaradılmasına dair bacarıqlar  nümayiş 
etdirir. 
2.1.1. Obyektin informasiya modelinin “ağac” formasını izah edir. 
2.1.2. İnformasiya modelinin “ağac” formasında  təsvirini nümunələrlə şərh edir. 
2.1.3.  Obyektin informasiya modelini “ağac” formasında ifadə edir. 
 
2.2. Alqoritmləşdirmə  və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini 
nümayiş etdirir. 
2.2.1. Proqram təminatının mahiyyətini şərh edir. 
2.2.2. Proqramların hazırlanması mərhələlərini izah edir. 
2.2.3. Verilmiş məsələnin proqramını tərtib edir. 
2.2.4. Tərtib edilmiş proqramın kompüterdə icrasını nümayiş   etdirir. 


 
33 
 
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 
3.1.  Kompüterin,  sistem  proqramlarının  ümumi  iş  prinsiplərinə  dair 
bacarıqlar nümayiş etdirir. 
3.1.1. Multimedia qurğularının funksiyalarını, iş prinsiplərini şərh edir. 
3.1.2. Qovluq və faylların axtarışı prosesini müxtəlif əlamətlərə görə şərh edir. 
3.1.3. İş masasını  müxtəlif parametrlərə görə nizamlayır. 
 
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları  nümayiş etdirir. 
3.2.1. Qrafiki redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır. 
3.2.2. Mətn redaktorunda obyektlərlə işləmək bacarığını  nümayiş etdirir. 
3.2.3. Slaydlara yeni komponentlər, effektlər  əlavə edir. 
3.2.4. Elektron cədvəlinin əsas  elementlərini nümayiş etdirir. 
 
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir. 
3.3.1. Kompüter şəbəkələrinin  növlərini,  strukturlarını izah edir. 
3.3.2. İnternetin əsas xidməti proqramları ilə işləyir. 
 
4. Cəmiyyətin informasiyalaşdırılması 
Şagird: 
4.1.  İnformasiya  cəmiyyətinin  formalaşdırılmasına  dair  biliklər  nümayiş 
etdirir. 
4.1.1. İnformasiyalaşdırma proseslərinin mahiyyətini izah edir.  
4.1.2. İnformasiyalaşdırma proseslərinin mərhələlərini fərqləndirir.  
4.1.3.  İnformasiyalaşdırma  proseslərinin  mərhələlərinə  aid  sadə  layihələr 
hazırlayır. 
 
IX sinif 
 
IX sinfin sonunda şagird:  

 
Müxtəlif  xarakterli  informasiyaların  həcmini  ölçür  və  kompüterdə 
kodlaşdırır. 

 
İnformasiyaların  qəbulu  və  ötürülməsi  üsullarına  dair  biliklərini  nümayiş 
etdirir. 

 
İnformasiya    modelinin    şəbəkə  formasında  təsvirinə  dair  bacarıqlar  
nümayiş etdirir. 

 
Öyrənilmiş proqramlaşdırma mühitində  işləyir. 

 
İdarəetmə paneli və xidməti proqramlarla işləyir. 

 
Rastr  və  vektor  qrafikləri,  elektron  cədvəl  ilə  işləyir,  multimedia 
təqdimatları hazırlayır. 

 
İnternetdə informasiya resurslarını ünvanlaşdırır. 

 
İnformasiya  cəmiyyətinin  formalaşdırılmasının  mahiyyəti  və  əsas 
istiqamətlərinə dair biliklər nümayiş etdirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə