Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


 İnformasiya və informasiya prosesləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
37 
 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1. İnformasiya prosesləri və sistemləri haqqında biliklərini nümayiş etdirir.  
1.1.1. İnformasiya  sistemlərini  təyinatına görə təsnif  edir. 
1.1.2. İnformasiya  sistemlərini  fərqləndirir. 
1.1.3. Müxtəlif informasiya  sistemlərini nümunələrlə şərh edir. 
 
2.  Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma  
Şagird: 
2.1. Modelləşdirmə  haqqında biliklərini nümayiş etdirir. 
2.1.1.  Verilmiş  informasiya  prosesinin  modelləşdirilməsi  üçün  zəruri  əlamətləri  
müəyyənləşdirir. 
2.1.2. Verilmiş informasiya prosesi üçün müvafiq modelləşdirmə formasını seçir. 
2.1.3. Verilmiş informasiya prosesinin modelini qurur. 
 
2.2. Alqoritmləşdirmə və veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini 
nümayiş etdirir. 
2.2.1. Veb-layihələrin hazırlanmasının əsas mərhələlərini şərh edir. 
2.2.2. Seçilmiş mövzu üzrə veb-layihə hazırlayır. 
2.2.3. Veb-sayt  yaradır. 
2.2.4. Hazırlanmış veb-saytı İnternet şəbəkəsində yerləşdirir. 
 
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 
3.1. Kompüter və sistem proqramları ilə işləmək bacarıqları nümayiş etdirir. 
3.1.1.  Əməliyyat  sisteminin  işini  idarəetmə  panelinin  vasitəsi  ilə  müxtəlif 
situasiyalara uyğun olaraq  tənzimləyir.  
3.1.2. Şəbəkə  proqram təminatından istifadə  edir. 
 
3.2. Tətbiqi proqramlarla işləyir. 
3.2.1. Müəyyən sahəyə aid verilənlər bazasını layihələndirir. 
3.2.2. Hazırlanmış verilənlər bazası layihəsini nümayiş etdirir. 
 
3.3.  Müasir  kommunikasiya  texnologiyaları  ilə  işləmək  bacarıqları  nümayiş 
etdirir. 
3.3.1. Müasir  şəbəkə texnologiyalarını izah  edir. 
3.3.2. Müxtəlif İnternet xidmətlərinə aid təqdimatlar edir. 
 
4. Cəmiyyətin informasiyalaşdırılması 
Şagird: 
4.1.  İnformasiya cəmiyyətinə dair biliklər nümayiş etdirir 
4.1.1. İnformasiya cəmiyyətini xarakterizə edən  əsas əlamətləri  şərh  edir.  
4.1.2.  İnformasiya  cəmiyyətini  xarakterizə  edən  əsas  əlamətlərə  aid  təqdimatlar 
edir. 


 
38 
 
1.6. Fəndaxili və fənlərarası inteqrasiya 
 
Ümumtəhsil  məktəblərində  informatika  fənninin  tədrisi  vasitəsilə  şagirdlərin 
hərtərəfli  inkişafına  nail  olması,  onların  şəxsiyyət  kimi  formalaşdırılması 
cəmiyyətdə və təbiətdə baş verən informasiya prosesləri fonunda özlərini dərindən 
dərk  etmələri  ilə  bilavasitə  bağlıdır.  Yetişməkdə  olan  gənc  nəsli  informasiya 
cəmiyyəti  formalaşdırılması  şəraitində  müstəqil  həyata  hazırlamaq  çox  aktual 
məsələdir.  Məhz  bu  vacib  vəzifənin  reallaşdırılması  istiqamətində  informatika 
fənni üzrə tədrisin məqsədi, məzmunu və təşkili formaları daha da konkret olaraq 
müəyyənləşdirilmişdir.  
Şagirdlərin  elmi  dünyagörüşünün  formalaşmasında  informatika  ilə  digər 
fənlərarası əlaqələrin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bizi əhatə edən 
ətraf  aləmdə,  bütün  sahələrdə  və  proseslərdə  inteqrasiya  mövcuddur.  Ən  müasir 
peşələr  bir  sıra  qabiliyyətlərin  inteqrasiyasını  tələb  edir.  “Ümumi təhsil  pilləsinin 
dövlət  standartları  və  proqramları  (kurikulumları)”  sənədində  tələbyönümlülük, 
nəticəyönümlülük,  şagirdyönümlülük  prinsipləri  ilə  yanaşı,  inteqrativ  təlimin 
əhəmiyyəti də
 
xüsusi olaraq qeyd olunmuşdur. 
İnformatikanın 
tədrisində 
inteqrativ 
təlim 
şagirdlərin 
biliklərinin 
dərinləşdirilməsinə 
və 
sistemləşdirilməsinə, 
yeni 
assosiativ 
əlaqələrin  
yaradılmasına,  onların  həyati  bacarıqlarının  inkişafına  geniş  imkanlar  açır,  peşə 
hazırlığına,  istənilən  peşəni  mənimsəmələrinə  əhəmiyyətli  təsir  göstərir.  Bunlarla 
yanaşı,  fənn  üzrə  inteqrasiya  şagirdlərin  məntiqi  təfəkkürünün  formalaşmasında, 
mülahizə  yürütmə,  məntiqi  əsaslandırma,  isbatetmə  bacarıqlarının  aşılanmasında, 
tədrisin 
səmərəliyinin 
yüksəldilməsində, 
şagirdlərin 
fənnə 
marağının 
artırılmasında, təlim keyfiyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır. 
İnformatika fənni kurikulumun səmərəli təşkili prosesində həm fəndaxili, həm 
də fənlərarası əlaqələrin düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. 
Fəndaxili  inteqrasiya  fənn  daxilində  əlaqələrin  yaradılması,  təlim 
nəticələrinin əldə edilməsi üçün bilik, bacarıq və vərdişlərin sistemləşdirilməsidir. 
İnformatika  fənninin  tədrisində  geniş  şəkildə  istifadə  olunan  fəndaxili 
inteqrasiyanın 
qurulması 
üçün 
əlaqəli 
modeldən 
istifadə 
edilməsi 
məqsədəuyğundur.  Bu  zaman  bir-biri  ilə  daha  sıx  əlaqədə  olan  bir-birlərini 
tamamlayan mövqelərin seçilməsi və əlaqələndirilməsi vacibdir. 
İnformatika fənni üzrə ibtidai, əsas və orta təhsilin pillələri üzrə ümumi təlim 
nəticələrinin inteqrasiyasını əks etdirən əlaqəli model standartlar şəklində verilmiş 
bacarıqların  daxili  mahiyyətindən  irəli  gəlir  və  təlim  prosesində  biri  digərinə 
əsaslanmaqla onu məntiqi baxımdan tamamlayır.  


 
39 
 
Kiçik həcmli mətnlər qurur, 
ayrı-ayrı mətnlərdən əsas 
faktları seçib qruplaşdırır. 
Sadə məntiqi  məsələləri  həll 
edir, uduş strategiyalı məntiqi 
oyunlarla tanış olur. 
Kompüterlə sadə əməliyyatları 
icra edir. 
 
Qrafiki  redaktorda  rəsmlər  çəkir, 
onları redaktə edir, rəsmlərə mətn 
daxil  edir,  alqoritmlərdən istifadə 
edərək mozaikalar qurur. 
 
Mətn  redaktorunda  sadə  mətnləri 
yığır,  redaktə
 
edir  və  onlara
 
rəsmlər daxil edir. 
 
İnternetin əsas xidmətlərindən 
istifadə edir, müxtəlif dizaynlı 
Web səhifələr
 
yaradır, elektron 
poçtunda işləyir. 
İbtidai təhsil səviyyəsi üzrə 
Ümumi orta təhsil səviyyəsi  üzrə 
Tam orta təhsil səviyyəsii üzrə 
 
Müxtəlif hadisələrdə 
qanunauyğunluqları tapır 
və onların əsasında sadə 
modellər qurur. 
Müxtəlif  təqdimatlar  hazırlayır, 
redaktə  edir
 
və  ona  multimedia
 
effektlərini əlavə edir.
  
 
Kompüterdə  istifadə  olunan 
əməliyyat  sistemini  tənzimləyir 
və lazımi əməliyyatları icra edir. 
 
Sadə  informasiya  modellərinə 
uyğun informasiyaların işlənməsi 
alqoritmlərini
 
qurur və qurulmuş 
modeli kompüterdə tədqiq edir. 
 
Sadə məsələlərin həlli üçün müx-
təlif  strukturlu  alqoritmlər  tərtib 
edir,  proqramlar
 
hazırlayır  və 
icra edir. 
 
İnformasiyaları  ölçür,  təsvir 
edir və
 
informasiya daşıyıcıları 
ilə işləyir.
 
 
Qrafik 
redaktorda 
müəyyən 
çətinlik dərəcəsinə malik şəkillər 
hazırlayır,
 
şəklin  atributlarını 
dəyişdirir,
 
onlara 
müvafiq
 
mətnlər daxil edir. 
 
Mətn redaktorunda sadə olmayan 
mətnləri  yığır
 
və  formatlaşdırır,
 
mətnə  müxtəlif  yaddaşlardan 
şəkillər daxil
 
edir.
 
 
Gündəlik  həyatda  və  məişətdə 
lazım olan
 
məsələləri kalkulyator
 
rejimində həll
 
edir.
 
 
İnformasiya və 
kommunikasiya 
texnologiyalarının
 
müasir 
cəmiyyətdə
 
rolunu və 
əhəmiyyətini
 
şərh
 
edir.
  
 
Sadə hərəkətlər 
ardıcıllığında səhvləri tapır, 
buraxılmış addımı 
müəyyən edir. 
Oxşar obyektlər qrupunda 
artıq əşyanı seçir, onları əla-
mətlərinə görə ayırır, təsvir 
edir və müqayisə aparır. 
Qrafiki redaktorda müxtəlif təs-
virlərin hissələrindən istifadə edə-
rək yeni təsvir yaradır, mətn 
redaktorunda cədvəl-mətnlər 
yığır, formatlaşdırır, cədvəllər 
üzərində hesablamalar aparır, 
sənədləri çap edir. 
Elektron  cədvəl  prosessorunda 
və verilənlər bazasında müvafiq 
əməliyyatları
 
icra edir.
 
 
Obyektin xassələrini, 
parametrlərini
 
və mühitini
 
təyin edir,
 
obyektlər sistemini 
təsnif edir.
 
 
Obyektin informasiya 
modelini qurur və onun təbii
 
modelini təsvir
 
edir.
 
 
İnformasiyanın  xassələrini, 
kodlaşdırılmasını, qəbul edil-
məsi  və  ötürüllməsini
   
nu-
munələr əsasında izah edir.
 
 
Şəbəkə növləri vasitəsi ilə
 
məlumatları axtarır,
 
toplayır, 
sistemləşdirir
 
və onlardan
 
məqsədyönlü istifadə edir. 
Müxtəlif şəbəkə
 
növlərindən,
 
şəbəkənin işini
 
təmin edən
 
proqram təminatından
 
istifadə edir,
  
sadə Web səhifələr  
yaradır.
 
 
Müxtəlif  təqdimatlar  ha-
zırlayır
 
və nümayiş
 
etdirir. 
 
Elektron cədvəllərdən
 
istifadə etməklə yeni 
sənədlər
 
tərtib edir.
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə