Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
16 

 
internetin əsas xidmətlərindən istifadə edir. 
 
1.3. Məzmun xətləri üzrə təlim nəticələri 
 
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. İnformasiya və informasiya prosesləri  
Şagird: 

 
ətraf  aləmdəki  informasiya  proseslərinə  aid  misallar  göstərir,  onları 
əlamətlərinə görə qruplaşdırır və müqayisə edir;  

 
əşyalar  arasında  münasibətləri  (oxşar,  fərqli,  az,  çox,  ağır,  yüngül,  böyük, 
kiçik)  müəyyənləşdirir; 

 
informasiya,  onun  növləri,  yaranma  mənbələri  haqqında  bildiklərini  nümayiş 
etdirir; 

 
informasiya proseslərinə aid nümunə göstərir; 

 
informasiyanın   sadə təsviri üsullarını nümayiş etdirir; 

 
həyatda,  insanların  fəaliyyətində  informasiyaların  alınması,  saxlanılması  və 
ötürülməsini sadə misallar əsasında izah edir. 
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma 
Şagird: 

 
obyektin və ya hadisənin sadə xarakterik əlamətlərini müəyyənləşdirir, onları 
izah edir;  

 
ətraf aləmin  obyektləri haqqında malik olduğu  təsəvvürləri şərh edir; 

 
sadə obyektin  informasiya modelini qurur; 

 
verilmiş sadə məsələnin həlli alqoritmini yazır; 

 
hərəkətlər ardıcıllığını təsvir edir, buraxılmış addımı müəyyən edir. 
 
3. Kompüter, informasiya- kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 

 
kompüterlə  davranmağı  və  sadə  əməliyyatları  necə  icra  etdiyini  nümayiş 
etdirir; 

 
informasiya daşıyıcıları ilə necə işləməyi nümayiş etdirir. 

 
mətn redaktorunda  sadə mətnlər hazırlayır; 

 
qrafik redaktorda  sadə təsvirlər yaradır. 
 
4. Cəmiyyətin  informasiyalaşdırılması 
Şagird: 

 
informasiya resurslarını əlamət və təyinatına görə izah edir;  

 
internetin əhəmiyyətini və  onun tətbiq sahələrini şərh edir. 
 
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 

 
İnformasiyanın xassələri haqqında bildiklərini nümayiş etdirir. 


 
17 

 
İnformasiyanın kodlaşdırılmasını izah edir. 

 
İnformasiyanın qəbul edilməsi və ötürülməsini nümunələr əsasında izah 
edir. 

 
İnformasiyanın təsvir üsullarını sadalayır. 

 
İnformasiyaların həcmini müəyyənləşdirir, ölçür və onları əlamətlərinə görə 
sistemləşdirir. 
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma  
  Şagird: 

 
Modelləşdirmənin əsas mərhələləri haqqında biliklərini nümayiş etdirir. 

 
İnformasiya modellərinin təsviri formalarını sadalayır, müxtəlif informasiya 
modelini qurur və onları təhlil edir. 

 
Alqoritmin mahiyyətini aydınlaşdırır, növlərini sadalayır və müxtəlif 
məsələlərin həlli alqoritmini qurur. 

 
Proqramlaşdırma dillərindən istifadə etməklə məsələlərin həlli alqoritminin 
proqramını tərtib edir. 

 
Sadə veb-səhifələr yaradır. 
 
      3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 
  Şagird: 

 
Kompüterdə istifadə olunan əməliyyat sistemlərini tənzimləyir. 

 
Mətn və qrafiki redaktorda müvafiq nümunələr hazırlayır. 

 
Multimedia təqdimatları hazırlayır. 

 
Elektron cədvəldə iş nümayiş etdirir. 

 
Müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram 
təminatından, İnternetin xidməti proqramlarından istifadə edir. 
 
 4. Cəmiyyətin informasiyalaşdırılması 
 Şagird: 

 
İnformasiya resurslarını toplayır, sistemləşdirir və təhlil edir. 

 
İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair layihələr hazırlayır. 
 
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 

 
İnformasiya proseslərinin mahiyyətini şərh edir. 

 
İnformasiya sistemləri haqqında bilik və bacarıqlarını nümayiş etdirir. 

 
Müxtəlif növ informasiyalarla işləyir və onlardan istifadə edir. 
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma  
Şagird: 

 
Kompüter-informasiya modelinin yaradılmasının əsas mərhələlərini şərh 
edir. 


 
18 

 
Verilmiş informasiya prosesinin modelini qurur, onu kompüterdə tədqiq 
edir. 

 
Veb-proqramlaşdırmanın mahiyyətini izah edir, veb-saytlar hazırlayır. 
 
       3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 

 
Situasiyalara uyğun olaraq kompüterdə əməliyyatları nümayiş etdirir. 

 
Müəyyən sahəyə aid verilənlər bazasını layihələndirir. 

 
Müxtəlif İnternet xidmətlərinə aid təqdimatlar edir. 
 
4. Cəmiyyətin informasiyalaşdırılması 
 Şagird: 

 
İnformasiya  cəmiyyətini  xarakterizə  edən  əsas  fəaliyyət  sahələrindən 
(informasiya 
inqilabları, 
informasiya 
təhlükəsizliyi, 
informasiya 
mədəniyyəti,  E-hökumət,  E-təhsil,  E-seçki,  E-kitabxana,  E-ticarət)  istifadə 
bacarıqları nümayiş etdirir. 

 
İnformasiya  cəmiyyətinin  əsas  əlamətlərinə  aid  nümunələr  gətirir  və 
onlardan fəaliyyətində istifadə edir. 
 
 
1.4. Fəaliyyət xətləri 
 
İnformatika  fənni  üzrə  məzmun  standartlarının  reallaşdırılması  aşağıdakı 
fəaliyyət xətləri üzrə həyata keçirilir: 

 
Problemin həlli 

 
Mühakimə yürütmə və əsaslandırma 

 
İnformasiya mübadiləsi və məsləhətləşmə 

 
Tədqiqetmə və tətbiqetmə 

 
Təqdimetmə 
 
 
 
 
1.5. Məzmun standartları 
 
I sinif 
 
I sinfin sonunda şagird: 

 
sadə  informasiyalar,  informasiyaların  təsvir  formaları,  informasiya 
mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş  etdirir; 

 
oxşar  obyektlər  sırasından  əşyaları  əlamətlərinə  görə  tanıdığını 
nümayiş etdirir;  

 
sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir;  

 
sadə məntiqi  mühakimələri anladığını nümayiş etdirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə