Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   2   3   4   5   6   7   8   9   ...   47

 
14 
informasiya, kommunikasiya texnologiyalarının (mətn, cədvəl, qrafiki redaktorlar, 
multimedia,  audio-video  konfrans,  İnternet,  E-mail)  sistemlərinin,  şəbəkələrinin 
təyinatı,  strukturu  və  iş  prinsiplərinə  bələd  olmaq  da  praktiki  cəhətdən 
dəyərləndirilir. 
Şagirdlərin internetin imkanları və şəbəkənin əsas   informasiya xidmətləri ilə 
tanış  olması,  onların  kompüter  sinfinin  lokal  şəbəkəsində  faylların  mübadiləsi 
üsullarını    öyrənməsi,  lokal  və  qlobal  şəbəkələrin  quruluşu  və  istifadə  təyinatı 
haqqında bilgilər qazanması, onlarda informasiyanın internetdə  axtarışı üsulları ilə 
bağlı əməli vərdişlərin qazanılması baxımından faydalı hesab edilir. 
 
Ümumi nəticələr 
Şagird: 

 
kompüterdə istifadə olunan əməliyyat sistemlərini tənzimləyir; 

 
tapşırıqlara uyğun olaraq kompüterdə əməliyyatları nümayiş etdirir; 

 
mətn  redaktorunda  mətn  hazırlayır,  mətnə  şəkil  və  cədvəllər  əlavə  edir, 
onu verilmiş tələbə müvafiq olaraq formatlaşdırır; 

 
qrafik redaktorda yeni təsvir nümunələri yaradır; 

 
elektron  cədvəllərdə  əsas  əməliyyatları  yerinə  yetirməklə  tələb  olunan 
onların  məsələləri həll edir; 

 
müxtəlif  təqdimatlar  hazırlamaqla,  onlara  multimedia  effektlərinin  necə 
əlavə olunduğunu nümayiş etdirir; 

 
informasiya  sistemlərinin  yaradılması  texnologiyalarını  şərh  edir  və 
onların istismarı ilə bağlı üsul və qaydaları nümayiş etdirir; 

 
müvafiq  proqramlardan  istifadə  edərək  elektron  poçtu  ilə  işləyir, 
internetdə lazımi informasiyanı əldə edir. 
 
Cəmiyyətin informasiyalaşdırılması 
 
Müasir  dövrdə  İKT  cəmiyyətin  inkişafına  təsir  göstərən  vacib  amillərdən 
birinə  çevrilmişdir.  Cəmiyyətin  inkişaf  tarixində  üçüncü  qlobal  sosial-texniki 
inqilab  kimi  qeyd  olunan    müasir  informasiya  texnologiyaları,    ictimai  həyatın 
informasiyalaşdırılması  prosesi  kimi  reallaşır.  Formalaşan  informasiya  dünyası 
daha  çox  insanı  əhatə  edərək  cəmiyyəti  daha  da  inkişaf  etdirir,  ilk  növbədə 
münasibətlərin forması və məzmunu dəyişir.  
İnformasiya  cəmiyyəti  quruculuğu  və  ya  başqa  sözlə  desək,  cəmiyyətin 
informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək 
hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin 
aradan  qaldırılması,  cəmiyyətdə  aşkarlıq  və  şəffaflığın  bərqərar  edilməsi, 
bütövlükdə ictimai  həyatın demokratikləşməsi üçün güclü vasitədir. 
Hazırda ictimai şüurda  İKT-dən biznesdə, siyasətdə, idarəetmədə, səhiyyədə, 
mədəniyyətdə, elmdə, təhsildə, sənayedə  və digər sahələrdə  istifadə  məsələlərinin 
aktuallığı  və  zəruriliyi  tam  qəbul  olunmuşdur.  İndiki  dövrdə  məlumat  almaq 
imkanı  güclü olan  vətəndaş cəmiyyətinin  qurulması  gələcək bəşər sivilizasiyasına 
doğru mühüm bir addımdır. Hazırda İKT-dən geniş istifadə hər bir ölkənin sosial-


 
15 
iqtisadi  inkişafına  kömək  edir  və  yoxsulluğun  azaldılmasında  səmərəli  vasitəyə 
çevrilir.  
Azərbaycanda    informasiyalaşmış  cəmiyyətin    əsas  xüsusiyyətlərinə  qlobal 
informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının 
(məsafədən  təhsilalma,  elektron  ticarət,  tele  iş,  elektron  demokratiya,  elektron 
hökumət  və  s.)  meydana  gəlməsi,  informasiya  və  bilik  bazarının  yaradılması, 
müxtəlif  səviyyədə  informasiya  mübadiləsi  sistemlərinin  inkişafı,  vətəndaş  və 
təşkilatların istənilən  məlumatı  almaq, onu yaymaq və ondan istifadə etmək kimi 
hüquqlarının tam təmin edilməsi və s. aiddir. 
Cəmiyyətin  informasiyalaşdırılması  ölkə  iqtisadiyyatının  bütün  sahələrində 
səmərəliliyin artırılmasına, qiymətlərin azaldılmasına, dövlət orqanlarında elektron 
sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin 
keyfiyyətinin 
yüksəldilməsinə 
küməklik 
göstərəcəkdir. 
Azərbaycanın 
iqtisadiyyatında  İKT,  bilik  tutumlu  istehsal  sferaları  və  digər  elmi-texniki  sahələr 
inkişaf  edərək  respublikada  İnformasiya  cəmiyyətinin  və  bilik  iqtisadiyyatının 
formalaşmasına  zəmin  yaradaraq  cəmiyyətin  sosial-iqtisadi  həyatının  bütün 
sahələrinin dinamik və davamlı inkişafını təmin edəcəkdir. 
Təhsil  proqramında  (kurikulumda)  bu  məzmun  xətti  nəzərə  alınmaqla 
şagirdlərin informasiyalaşdırılmış fəaliyyət sahələrindən gündəlik istifadə etmələri, 
həmin  proseslərin  iştirakçısı  olmaları,  informasiyalaşdırılmaqla  bağlı  dəyişən  və 
yeniləşən  ictimai-siyasi,  sosial-iqtisadi,  mədəni  münasibətləri  anlamaları  təmin 
edilir.  Şagirdin  cəmiyyətdə  normal  fəaliyyəti  üçün  müxtəlif  tipli  və  xarakterli 
informasiya  resurslarını  əldə  etməsinə  və  İnternetin  xidmətlərindən  geniş  istifadə 
edə    bilməsinə  yardım    göstərilir  və  şərait  yaradılır.  Şagirddə  informasiya 
mədəniyyəti vərdişləri formalaşır. Onun cəmiyyətin  tarixən formalaşması, inkişaf 
etməsini  informasiya  emalının  sürətliliyi  baxımından  dərk  etməsinə  köməklik 
göstərilməlidir.  
Bu  məzmun  xətti  həm  də  şagirdə  yüksək  texnologiyalardan  istifadənin 
səmərəliliyi,  imkanları,  perspektivliyi,  hansı  müsbət  və  ya  mənfi  nəticələrə  səbəb 
ola biləcəyi ilə bağlı keyfiyyətlərin aşılanmasına imkan yaradır.  
 
Ümumi nəticələr 
Şagird: 

 
informasiya resurslarını toplayır, sistemləşdirir və onları təhlil edir;   

 
informasiya mədəniyyətinə aid nümunələr gətirir və onlardan öz işlərində 
istifadə edir; 

 
informasiya təhlükəsizliyi qaydalarını bildiyini öz
 
fəaliyyətində nümayiş 
etdirir; 

 
elektron  hökumət,  elektron  idarəçilik,  elektron  təhsil,  elektron 
mədəniyyət,  elektron  seçki,  elektron  sığorta,  elektron  bank,  elektron 
ticarət,  elektron  kitabxana,  elektron  kitab  və  s.  texnologiyalarının 
mahiyyətini  şərh etməklə, ondan istifadə bacarıqlarını nümayiş etdirir; 

 
intellektual  və  öyrədici  sistemlərin  təyinatını  aydınlaşdırır  və  onlarla 
işləmək bacarıqlarını nümayiş etdirir ; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə