Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   2   3   4   5   6   7   8   9   ...   47

 
12 
Kompüter  texnologiyalarının  həyatda  və  cəmiyyətdə  hərtərəfli  və  səmərəli 
tətbiqi  üçün  müasir  proqram  məhsullarının  nəzəri  əsaslarının,  müqayisəli 
xarakteristikalarının və tətbiqi məsələlərin həllində istifadə üsullarının öyrənilməsi 
və  tətbiqi vacibdir. İndi  hər  bir savadlı şəxsdən  informatikanın əsas  müddəalarını 
bilmək, onun fəaliyyət sahəsinə aid olan məsələləri kompüterdə həll etmək bacarığı 
tələb olunur.  
İstənilən məsələnin, prosesin, situasiyanın, sistemin və ya obyektin  kompüter 
vasitəsilə  həll  olunması  və  öyrənilməsi  üçün  formallaşdırma  və  modelləşdirmə 
vasitələrinin  tətbiqi  zəruridir.  İlkin  sistemin  və  ya  obyektin  kompüter    modeli 
nəticə  etibarı  ilə  tədqiqat  obyektinə  çevrilir.  Obyektin  kompüter  modelinin 
yaradılması  və  onun  üzərində  real  proseslərin  imitasiyasının  aparılması 
modelləşdirmə  prosesinin tərkib hissəsini təşkil edir.  
Kompüterlərdən  istifadə  etməklə  obyektin  modelinin  qurulması  bir  neçə 
zəruri  mərhələləri  əhatə  edir.  Formallaşdırma  mərhələsində  tədqiqat  obyekti 
haqqında  olan  nəzəri  fikirlər,  müvafiq  anlayışlar,  əsas  təsiredici  amillər,  inkişaf 
göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli 
qurulur.  Konseptual  modelin  izahı  riyazi  simvolların  dilinə  çevrilir:  yəni  riyazi 
üsullar  sahəsində bilik və bacarıq hesabına obyektin riyazi modeli yaradılır. Riyazi 
modelin  reallaşdırılması  üçün  məlum  riyazi  biliklər  və  üsullar  əsasında  həll 
alqoritmi  işlənilir  və  həmin  alqoritm  proqramlaşdırma  dillərinin  köməyi  ilə  
kompüter proqramına çevrilir. Alınmış kompüter modelinə tədqiqat obyektinə aid 
real  informasiyalar  daxil  edilir  və  nəticədə  obyektin  informasiya  modeli  alınır. 
Məhz  bu  model  imkan  verir  ki,  müəyyən  dəqiqliklə  obyektin  vəziyyəti  haqqında 
real  situasiya  öyrənilsin,  onun  nəticələri  proqnoz  edilsin  və  müəyyən 
eksperimentlər aparılsın.  
Proqramlaşdırma  dillərinin  köməyilə  intellektual  xüsusiyyətlərə  malik  olan 
bütün kompüter proqramlarının  yaradılması da riyazi  üsul  və  vasitələrdən  istifadə 
etməklə  həyata  keçirilir.  Məhz  bu  cür  proqramların  meydana  gəlməsi  ilə  də  süni 
intellekt  anlayışı  formalaşır.  Bu  istiqamətdə  yaranan  intellektual  sistemlər  də 
insanın  yaradıcı  fəaliyyətinin,  təxəyyülünün  nəticəsi  olan  biliklərin  emalına 
əsaslanır.  
Qeyri-səlis məntiq və çoxluq əsasında qurulan həmin modellər, demək olar ki,  
bütün sahələrdə tətbiq olunur. Qeyri-səlis modelin giriş informasiyaları qeyri-dəqiq 
qiymətlər  çoxluğudur.  Ona  görə  də  həmin  modellər  mürəkkəb  və  qeyri-müəyyən 
şəraitdə özünü yaxşı apara bilir və bir çox sahələrdə tətbiq olunur. 
Qeyd edilənlər onu deməyə əsas verir ki, ətraf aləmdəki müxtəlif tipli, formalı 
proseslərin  baş  verməsi,  formallaşdırıla  bilməsi  və  onun  əsasında  obyektin 
kompüter  modelinin  qurulması,  müəyyən  proseslərin  başvermə  ardıcıllığının 
öyrənilməsi,  obyektlərin  işləmə  prosedurasının,  məsələlərin  həlli  ardıcıllığının  
müəyyənləşdirilməsi,  məntiqi  düşüncənin  inkişaf  etdirilməsi  şagirdlər  üçün  çox 
vacibdir və onsuz kompüter vasitəsi ilə yeni məsələlərin həlli mümkün deyildir.  
 
Ümumi nəticələr 
Şagird: 


 
13 

 
məsələnin  qoyuluşunda  formallaşdırmanın  rolunu  və  onun  əsas 
prinsiplərini şərh edir; 

 
obyektin  və  ya  hadisənin  xarakterik  xüsusiyyətlərinini  müəyyənləşdirir, 
obyektlərin klassifikasiyası haqqında malik olduğu  təsəvvürləri sadalayır 
və şərh edir; 

 
modelləşdirmənin əsas mərhələləri haqqında  biliklərini nümayiş etdirir; 

 
informasiya  modellərinin    təsviri  formalarını  sadalayır,  müxtəlif  
informasiya modelini qurur və onları təhlil edir; 

 
alqoritmin  mahiyyətini  aydınlaşdırır,  onun  növlərini  sadalayır  və  icrası 
zamanı onun xassələrini şərh edir; 

 
əsas  alqoritmik  strukturları  (dövr,  budaqlanma,  prosedura)  müxtəlif 
məsələlərin həllində tətbiq edir; 

 
proqramlaşdırma  dillərindən  istifadə  etməklə  məsələlərin  həlli 
alqoritminin proqramını tərtib edir. 
 
Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 
 
BMT-nin  bütün  üzv  dövlətlərinin  qəbul  etdiyi  Üçüncü  minilliyin  İnkişaf 
Məqsədləri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, 
informasiya-kommunikasiya  texnologiyalarından  (İKT)  bəhrələnmək  imkanı 
yaradılmalıdır.  İnkişaf  etməkdə  olan  bütün  ölkələr  üçün  çox  böyük  əhəmiyyətə 
malik olan İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə 
dinamik  templə  sosial  və  iqtisadi  həyatın  bütün  sahələrinə  tətbiq  olunur.  Hal-
hazırda  İKT-nin  əhatə  dairəsi  hökumət  təşkilatlarını,  qeyri-hökumət  və  özəl 
qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə 
edir.  Cəmiyyətin  lazımı  informasiyalarla  təchiz  edilməsinin  zəruriliyi  artıq  hamı 
tərəfindən  qəbul  olunur.  İKT  sektoru  cəmiyyətin  və  iqtisadiyyatın  müasir 
infrastrukturunun  əsası  olmaqla  ölkə  iqtisadiyyatının,  mədəniyyətinin,  elmin, 
təhsilin,  səhiyyənin,  təhlükəsizliyin,  idarəetmənin  inkişaf  etdirilməsinin  əsas 
mənbələrindən  birinə çevrilir. 
 
Müasir  kompüterlər  bir-birini  tamamlayan  iki  texniki  təminat  hissəsindən 
(qurğulardan) və proqram-informasiya təminatından ibarətdir. Kompüter hər hansı 
işi  özünün  texniki  qurğuları  vasitəsi  ilə  proqram  əsasında  yerinə  yetirir.  Onun  
proqram  təminatı  kompüterin  yaddaş  qurğularında  saxlanılan  və  kütləvi  istifadə 
olunan proqramlar toplusundan ibarətdir.  
 Məktəb  informatika  kursunda  informasiya  kommunikasiya  texnologiyası 
mühüm  yer  tutur.  Bu  kursa  mətn  və  qrafiki  redaktorlar,  elektron  cədvəllər, 
verilənlər  bazası,  telekommunikasiya  vasitələri,  multimedia  texnologiyalarının  və 
s. öyrənilməsinin daxil edilməsi praktik istifadə baxımından böyük əhəmiyyət kəsb 
edir.  
Kompüter  texnologiyası  ilə  işlərin  aparılması,  kompüterdən  normal  istifadə 
edilməsi üçün onun texniki təyinatına, strukturuna, tərkib hissələrinə və funksional 
imkanlarına,  eləcə  də  onun  proqram  təminatının  xarakterik  xüsusuyyətlərinə, 
informasiyanın müxtəlif aspeklərdə, formalarda emalı və mübadiləsi üçün mövcud 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə