Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   2   3   4   5   6   7   8   9   ...   47

 

İnformatika  fənni  fundamental  anlayışları  və  məlumatları,  digər  elmləri 
öyrənmək  üçün  zəruri  bilik,  bacarıq  və  vərdişləri  formalaşdırır,  şagirdləri 
informasiyalaşmış  cəmiyyətdə  praktik  həyati  fəaliyyətə  hazırlayır.  O,  dünyadakı 
elektron  informasiya  resurslarını  təhlil  etmək  bacarıqlarını  formalaşdırır,  ətraf 
aləmin  təhlilinə  informasiya  sistemi  nöqteyi-nəzərindən  yanaşmanı,  kompüter 
savadlığının  formalaşmasını,  informasiya  texnologiyasından  geniş  istifadə 
şəratində  praktik  fəaliyyətə  hazırlığı,  alqoritmik  təfəkkürün  inkişafını,  alqoritmik 
dildə  proqramlaşdırmanın  öyrədilməsini  təmin  edir.  İnformatika  həmçinin 
internetin  xidmət  növlərini,  cəmiyyətin  sosial-iqtisadi  və  mədəni  inkişafının 
faktoru  kimi  informasiya  resurslarını,  cəmiyyətin  informasiya  infrastrukturunu, 
şəxsiyyətin  informasiya  mədəniyyətini  və  informasiya  təhlükəsizliyi  məsələlərini 
də öyrənir.   
Ümumtəhsil  məktəblərində  informatika  fənni  təliminin  əsas  məqsədi  
şagirdlərdə  məntiqi  və  alqoritmik  təfəkkür  tərzini,  məsələlərin  səmərəli  həlli 
üsullarının  seçilməsinə  yönəlmiş  yaradıcı  və  əməli  düşünmə  qabiliyyətlərini 
formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün  
tələb  olunan  zəruri  informasiyaları  kompüter  vasitəsilə  ala  bilmələri  sahəsində 
texniki bacarıq və  vərdişlərin öyrədilməsidir.  
İnformatika fənni təliminin əsas vəzifəsi informasiyaların qəbulu, toplanması, 
təhlili, ötürülməsi, emalı və onlardan istifadə qaydaları haqqında şagirdlərin tam və 
dolğun  biliklər  qazanması,  bu  biliklər  vasitəsilə  dünyada  baş  verən  informasiya 
proseslərinin  əhəmiyyətini,  müasir  cəmiyyətin  inkişafında  informatika  və 
informasiya  texnologiyalarının  rolunu  başa  düşməsi,  İKT-ni  ümumbəşəri 
dəyərlərin tərkib hissəsi və informasiya cəmiyyəti inkişafının hərəkətverici qüvvəsi 
kimi  qiymətləndirməyi,  praktik  fəaliyyətdə  və  digər  fənlərin  də  öyrənilməsində 
tətbiq  məqsədilə  zəruri  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmək  üçün  real  əsas 
yaratmaqdır. 
 
Məktəblilərin  praktiki  fəaliyyətə,  əməyə  və  öz  təhsillərini  davam 
etdirmələrinə  hazırlanması  informatikanın,  kompüter  savadlılığının  və  şagirdlərin 
informasiya  mədəniyyətinin  aparıcı  rol  oynamasından,  məktəblilərin  informasiya 
cəmiyyətinə  nəzəri  və  praktiki  hazırlığından,  onlara  müasir  şəraitdə  dərketmə 
üsulları və vasitələrindən istifadə etməyə şərait yaradılmasından bilavasitə asılıdır. 
Şagirdlər  informasiya  mədəniyyətinə,  kompüter  savadına  yiyələndikcə  əmək 
bacarıqlarını  müəyyənləşdirir,  gələcəkdə  həyat  şəraitini  daha  səmərəli  qurmaq 
imkanı əldə edirlər.  
Ümumtəhsil məktəblərində informatikanın tədrisi vasitəsilə: 
ibtidai  təhsil  səviyyəsində  şagirdlərdə  alqoritmik  təfəkkür  elementlərinin 
yaradılması, 
kompüter 
texnikasından 
ilkin 
istifadə 
qabiliyyətlərinin 
formalaşdırılması;  
ümumi  orta  təhsil  səviyyəsində  şagirdlərdə  ətraf  aləmi  informasiya  sistemi 
baxımından  təhlil  və  qərar  qəbul  etmək  bacarıqlarının  formalaşdırılması,  onların 
informasiya və kommunikasiya texnologiyalarından istifadəyə hazırlanması;  
tam  orta  təhsil  səviyyəsində  ümumi  orta  təhsil  pilləsində  mənimsənilmiş 
bacarıq və vərdişlər inkişaf etdirilməklə şagirdlərdə informasiyalaşmış cəmiyyətin 
tələblərinə  uyğun  zəruri  məlumatlarla  işləmə  bacarıqları,  kompüterdə    daha  çox 


 

populyar  olan  proqram  vasitələrindən  istifadə  vərdişləri  formalaşdırılır,  onların 
alqoritmik  təfəkkürünün  və  intellektual  səviyyəsinin  inkişafı,  peşə  seçiminə 
hazırlıqları təmin olunur. 
 
 
I. İnformatika təliminin məzmunu 
1.1. Ümumi təlim nəticələri 
 
İbtidai təhsil səviyyəsi ( I-IV siniflər) üzrə şagird: 

 
eynicinsli obyektlər qrupunda artıq əşyanı seçir, onları əlamətlərinə görə 
ayırır və müqayisə edir; 

 
hərəkətlər ardıcıllığında buraxılmış addımı müəyyən edir; 

 
qanunauyğunluqları müəyyən edir və onların əsasında modellər qurur; 

 
sadə riyazi alqoritmlər və layihələr tərtib edir; 

 
kompüterdə sadə əməliyyatları icra edir; 

 
qrafik  redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə  mətn daxil 
edir, alqoritmlərdən istifadə edərək mozaikalar qurur; 

 
mətn  redaktorunda  sadə  mətnlər  yığır,  redaktə  edir  və  onlara  rəsmlər 
daxil edir. 
 
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:  

 
informasiya  və  kommunikasiya  texnologiyalarının  müasir  cəmiyyətdə 
rolunu və əhəmiyyətini şərh edir;  

 
gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində 
həll edir; 

 
kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir; 

 
mətn  redaktorunda sadə olmayan  mətnləri  yığır  və  formatlaşdırır,  mətnə 
müxtəlif yaddaşlardan şəkillər daxil edir; 

 
qrafik  redaktorda  müəyyən  çətinlik  dərəcəsinə  malik  şəkillər  hazırlayır, 
şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir; 

 
obyektin  xassələrini,  parametrlərini  və  mühitini  təyin  edir,  obyektlər 
sistemini təsnif edir; 

 
obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir; 

 
informasiyanın  xassələrini,  kodlaşdırılmasını,  qəbul  edilməsi  və 
ötürülməsini  nümunələr əsasında izah edir; 

 
şəbəkə növləri vasitəsi ilə  məlumatları axtarır, toplayır, sistemləşdirir və 
onlardan məqsədyönlü istifadə edir; 

 
müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir; 

 
elektron cədvəllərdən istifadə etməklə yeni sənədlər tərtib edir; 

 
müxtəlif  şəbəkə  növlərindən,  şəbəkənin  işini  təmin  edən  proqram 
təminatından istifadə edir,  sadə web səhifələr  yaradır. 
 
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: 

 
informasiyaları ölçür, təsvir edir və informasiya daşıyıcıları ilə işləyir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə