16
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif
məmulatlar hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu
nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir;
müxtəlif əşyaları qrafik təsvir edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş
etdirir.
1.1.1. Müxtəlif emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə izah
edir.
1.1.2. Mərhələlər üzrə iş prosesində zəruri emal vasitələrinin əhəmiyyətini
izah edir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir və təyinatını
müəyyənləşdirir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və
əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
17
2.1.1. Texnoloji maşınları (nəqliyyat, yük, nəqledici, elektron, məişət) bir-
birindən fərqləndirir.
2.1.2. Texnoloji vasitələri (əl alətləri, mexaniki alətər, elektrik alətləri) bir-
birindən fərqləndirir.
2.1.3. Məişət texnikalarından istifadə qaydalarını izah edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena tələblərinin insan həyatında
əhəmiyyətini izah edir.
3.1.2. Bitkilərin insan sağlamlığının mühafizəsində rolunu şərh edir.
3.1.3. Yemək masası ətrafında davranış bacarıqlarını nümayiş etdirir.
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları
seçir və düzgün yerləşdirir.
3.1.5. Şam süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Müstəvi və həcmli fiqurların hissələrinin ölçülərə əsasən təsvirini çəkir.
4.1.2. Hissələri birləşdirməklə əşyanın tam şəklini çəkir.
IV S İ N İ F
IV sinfin sonunda şagird:
emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir;
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, ərzaqlar)
müxtəlif məmulatlar hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu
nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir;
müxtəlif əşyaları qrafik təsvir edir;
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş
etdirir.
18
1.1.1. Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar
edir.
1.1.2. Tanıdığı emal texnologiyalarının tətbiq edildiyi istehsal sahələri
(zavod, fabrik, kombinat) haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir, təyinatını müəyyənləşdirir
və təqdimatlar edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3.
Verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq,
ərzaqlar) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət
və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1.
Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınların təsnifatını aparır və onlar haqqında kiçik
təqdimatlar edir.
2.1.2 Texnoloji vasitələrin təsnifatını aparır və onlar haqqında kiçik
təqdimatlar edir.
2.1.3. Məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir.
3.1.1. Özünəxidmət qaydalarına riayət olunması barədə kiçik təqdimatlar edir.
3.1.2. Bitkilərin ətraf aləmdə rolu və əhəmiyyəti haqqında kiçik təqdimatlar
edir.
Dostları ilə paylaş: |