Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   2   3   4   5   6   7   8   9   ...   48

 
 
16 
 

 
emal prosesinə hazırlıq işlərini yerinə yetirir; 

 
verilmiş  materiallardan  (kağız,  karton,  parça,  plastilin)  müxtəlif 
məmulatlar hazırlayır; 

 
texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu 
nümayiş etdirir; 

 
məişətdə  zəruri  hesab  edilən  ilkin  bacarıqlara  yiyələndiyini  nümayiş 
etdirir; 

 
müxtəlif əşyaları qrafik təsvir edir.  
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
 
1.Emal texnologiyaları 
Şagird:  
1.1.  Emal  texnologiyalarını  və  vasitələrini  tanıyıb  anladığını  nümayiş 
etdirir. 
1.1.1. Müxtəlif emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə  izah 
edir. 
1.1.2.  Mərhələlər  üzrə  iş  prosesində  zəruri  emal  vasitələrinin  əhəmiyyətini 
izah edir.  
1.1.3.  Emal  vasitələrinin  funksiyalarını  şərh  edir  və  təyinatını 
müəyyənləşdirir. 
 
 1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir. 
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir. 
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir. 
 
1.3.  Verilmiş  materiallardan  (kağız,  karton,  parça,  plastilin)  müxtəlif  
məmulatlar hazırlayır. 
1.3.1. Məmulatların detallarını hazırlayır. 
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır. 
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.  
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və 
əməkdaşlıq   bacarıqları nümayiş etdirir.  
1.3.5.  Məmulatın  hazırlanmasında  müvafiq  təhlükəsizlik  və  gigiyena 
qaydalarına əməl edir. 
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir. 
 
2. Texnika elementləri 
Şagird:  
2.1.  Texnoloji  maşınlar  və  texnoloji  vasitələr  haqqında  biliklərə  malik 
olduğunu nümayiş etdirir. 


 
 
17 
 
2.1.1.  Texnoloji  maşınları  (nəqliyyat,  yük,  nəqledici,  elektron,  məişət)  bir-
birindən fərqləndirir. 
2.1.2.  Texnoloji  vasitələri  (əl  alətləri,  mexaniki  alətər,  elektrik  alətləri)  bir-
birindən fərqləndirir. 
2.1.3.   Məişət texnikalarından istifadə qaydalarını izah edir. 
 
3. Məişət mədəniyyəti 
Şagird:  
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş 
etdirir. 
3.1.1.  Özünəxidmət  və  sanitariya-gigiyena  tələblərinin  insan  həyatında 
əhəmiyyətini izah edir.  
3.1.2. Bitkilərin insan sağlamlığının mühafizəsində rolunu şərh edir. 
3.1.3. Yemək masası ətrafında davranış bacarıqlarını nümayiş etdirir. 
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları 
seçir və düzgün yerləşdirir. 
3.1.5. Şam süfrəsini tərtib edir. 
 
4. Qrafika 
Şagird:  
4.1. Əşyaları qrafik təsvir edir. 
4.1.1. Müstəvi və həcmli fiqurların hissələrinin ölçülərə əsasən təsvirini çəkir. 
4.1.2. Hissələri birləşdirməklə əşyanın tam şəklini çəkir. 
 
 
IV S İ N İ F 
 
IV sinfin sonunda şagird: 

 
emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir; 

 
emal prosesinə hazırlıq işlərini yerinə yetirir; 

 
verilmiş  materiallardan  (kağız,  karton,  parça,  plastilin,  oduncaq,  ərzaqlar) 
müxtəlif məmulatlar hazırlayır; 

 
texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu 
nümayiş etdirir; 

 
məişətdə  zəruri  hesab  edilən  ilkin  bacarıqlara  yiyələndiyini  nümayiş 
etdirir; 

 
müxtəlif əşyaları qrafik təsvir edir; 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
 
1.Emal texnologiyaları 
Şagird:  
1.1.  Emal  texnologiyalarını  və  vasitələrini  tanıyıb  anladığını  nümayiş 
etdirir. 


 
 
18 
 
1.1.1.   Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar 
edir.  
1.1.2.  Tanıdığı  emal  texnologiyalarının  tətbiq  edildiyi  istehsal  sahələri 
(zavod, fabrik, kombinat) haqqında məlumata malik olduğunu nümayiş etdirir. 
1.1.3.  Emal  vasitələrinin  funksiyalarını  şərh  edir,  təyinatını  müəyyənləşdirir 
və təqdimatlar edir. 
 
 
1.2.  Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir. 
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir. 
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir. 
 
1.3.  
Verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, 
ərzaqlar) müxtəlif  məmulatlar hazırlayır. 
1.3.1.  Məmulatların detallarını hazırlayır. 
1.3.2.  Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır. 
1.3.3.   Məmulatların  hazırlanmasında  sadə  tərtibat  bacarıqları  nümayiş 
etdirir.  
1.3.4.   Məmulatların  qrup  tərəfindən  hazırlanması  prosesində  birgə  fəaliyyət 
və əməkdaşlıq bacarıqları nümayiş etdirir.  
1.3.5.  Məmulatın  hazırlanmasında  müvafiq  təhlükəsizlik  və  gigiyena 
qaydalarına əməl edir.  
1.3.6.   Hazırladığı məmulatı (məmulatları) təqdim edir.  
 
 
2. Texnika elementləri 
Şagird:  
2.1.  
Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik 
olduğunu nümayiş etdirir. 
2.1.1.  Texnoloji  maşınların  təsnifatını  aparır  və  onlar  haqqında  kiçik 
təqdimatlar edir. 
2.1.2  Texnoloji  vasitələrin  təsnifatını  aparır  və  onlar    haqqında  kiçik  
təqdimatlar edir. 
2.1.3. Məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir. 
 
3. Məişət mədəniyyəti 
Şagird:  
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş 
etdirir. 
3.1.1. Özünəxidmət qaydalarına riayət olunması barədə kiçik təqdimatlar edir.  
3.1.2.  Bitkilərin  ətraf  aləmdə  rolu  və  əhəmiyyəti  haqqında  kiçik  təqdimatlar 
edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə