Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   2   3   4   5   6   7   8   9   ...   48

 
 

 
Ümumtəhsil  məktəblərində  «Texnologiya»  fənninin  tədrisi  şagirdlərin  emal 
texnologiyalarından  müstəqil  həyatda  istifadə  etmələrinə,  onlarda  yaradıcılıq 
qabiliyyətinin  formalaşdırılmasına,  texniki  sahələr  üzrə  təhsillərini  davam 
etdirmələrinə  hərtərəfli şərait  yaradır. Təlim prosesində şagirdlər texniki  fəaliyyət 
imkanlarını  müəyyənləşdirir,  problemlərin  həlli  üçün  ideyalar  irəli  sürür,  sadə 
texnoloji  işləri  yerinə  yetirir  və  nəticələri  qiymətləndirmək  imkanı  əldə  edirlər. 
Eyni  zamanda  bu  fənnin  tədrisi  şagirdlərin  xarakterinin  formalaşdırılmasına, 
onların mənəvi, intellektual və estetik inkişafına, dövrə uyğun texnoloji bacarıqlar 
əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmalarına zəmin yaradır. 
Bunlarla yanaşı, həmin fənn vasitəsilə şagirdlər ayrı-ayrı xidmət sahələri üzrə 
məhsuldar  əməyə  hazırlanır,  onların  politexnik  dünyagörüşü  genişlənir  və  şüurlu 
peşə seçmələri təmin olunur.  
Bu  fənni  öyrənməklə  şagirdlər  kompüter  texnikasına  və  müasir 
texnologiyalarla ətraflı tanış olur, istehsalatdakı emal texnologiyalarına aid bilik və 
bacarıqlara  yiyələnir,  qarşıya  çıxan  problemləri  həll  etmək  qabiliyyətləri  əldə 
edirlər.  
Texnologiya  fənninin  məqsədi  yeni  sosial-iqtisadi  şəraitdə  şagirdlərin 
müstəqil  həyata,  kütləvi  və  perspektivli  peşələrə  hazırlanmalarını,  ümuməmək 
bacarıq  və  vərdişlərinə  yiyələndirmələrini,  yaradıcı  düşüncə  və  aktiv  fəaliyyət 
əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etməkdən ibarətdir. 
 Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Milli  Kurikulumu  çərçivə 
sənədinə  uyğun  olaraq  ümumtəhsil  məktəblərində  «Texnologiya»  fənninin 
vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:  
İbtidai  təhsil  səviyyəsində  şagirdlərdə  müqayisə  və  çeşidləmə,  ilkin  emal, 
özünəxidmət  və  birgəfəaliyyət  vərdişləri,  sadə  layihələndirmə,  tərtibat, 
modelləşdirmə,  dizayn,  canlı  təbiətə  xidmət  bacarıqları,  ölçü,  mütənasiblik, 
simmetriya  və  digər  həndəsi  anlayışlar  formalaşdırılır,  sadə  konstruksiyalar  və 
yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur. 
Ümumi  orta  təhsil  səviyyəsində  ibtidai  təhsil  səviyyəsində  təyin  olunmuş 
funksional vəzifələrin yerinə yetirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətləri 
inkişaf  etdirməklə  texnoloji  və  tətbiqi  bacarıqların  təkmilləşdirilməsi,  sadə 
olmayan  texnoloji  proseslərin  həyata  keçirilməsi,  yaradıcı  texniki  təfəkkürün 
formalaşdırılması,  şagirdlərin  müasir  informasiya  texnologiyalarından  istifadə 
imkanlarının  genişləndirilməsi,  onların  peşəseçməyə  istiqamətləndirilməsi, 
zəhmətsevərlik və yaradıcılıq ruhunda tərbiyə edilməsi təmin olunur. 
 
 
I.
 
Texnologiya təliminin məzmunu 
 
1.1. Ümumi təlim nəticələri 
 
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird: 


 
 

 

 
materialları  müqayisə  edir  və  çeşidləyir,  müvafiq  texnologiyalardan 
(ölçmə,  kəsmə,biçmə,tikmə,toxuma,qatlama,yapma,  birləşdirmə  və  s.)  və 
texnoloji vasitələrdən istifadə edir, sadə məmulatlar hazırlayır; 

 
sadə məişət xidmətlərini yerinə yetirir; 

 
birgəfəaliyyət  bacarıqları  nümayiş  etdirir,  özünün  və  başqalarının 
hazırladığı məmulatlara münasibət bildirir; 

 
təhlükəsizlik  texnikası  və  sanitariya-gigiyena  qaydalarını  şərh  edir  və 
praktik fəaliyyətdə onlara riayət etdiyini nümayiş etdirir; 

 
yaradıcılıq tələb edən sadə model və layihələr qurur. 
 
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:  

 
müstəqil  həyatda  zəruri  sayılan  ilkin  texniki  və  texnoloji  bilikləri  tətbiq 
edir,  təhlükəsizlik  texnikası  qaydalarına  riayət etməklə  gündəlik  məişətdə 
vacib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayır; 

 
sadə  layihələr  tərtib  edib  onları  həyata  keçirir,  məmulatların 
hazırlanmasında    dizayn  tələblərinə  əməl  edir,  mürəkkəb  olmayan  təmir-
tikinti işlərini yerinə yetirir; 

 
texnoloji  proseslərə  aid  informasiyaları  toplayıb  sistemləşdirir, 
məmulatların hazırlanmasında onlardan istifadə edir; 

 
şəraitə  və  təbii  imkanlara  uyğun  olaraq  becərmə,bəsləmə,  tədarük  və 
emaletmə bacarıqlarını nümayiş etdirir; 

 
əmək fəaliyyətini planlaşdırır və idarə edir; 

 
iş prosesində birgəfəaliyyət bacarıqlarını nümayiş etdirir; 
 
1.2. Məzmun xətləri 
 
Milli  və  dünya  təcrübəsinin  öyrənilməsi,  onların  müqayisəsi,  təhlil  edilməsi 
nəticəsində  «Texnologiya»  fənninin  aşağıda  qeyd  olunan  məzmun  xətləri 
müəyyənləşdirilmişdir ki, bu  da şagirdlərin əldə edəcəyi bilik və  bacarıqları daha 
aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə xidmət edir:  

 
Emal texnologiyaları 

 
Texnika elementləri 

 
Məişət mədəniyyəti 

 
Qrafika 
Bütün  fənlərdə  olduğu  kimi,  texnologiya  fənninin  məzmunu  sinifdən-sinfə, 
konsentrik  əsasda  sadədən  mürəkkəbə,  asandan  çətinə  prinsipi  üzrə  getdikcə 
zənginləşsə də, məzmun xətləri dəyişməz qalır.  
 
Emal texnologiyaları  
Emal  texnologiyaları  “Texnologiya”  fənninin  əsas  məzmun  xətlərindən  biri 
olub şagirdlərin peşələrlə tanış edilməsini, onların ilkin ümuməmək bacarıqları və 
elementar əmək vərdişlərinə yiyənmələrini təmin edir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə