Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   2   3   4   5   6   7   8   9   ...   48

 
 
10 
 
Qrafika  məhz  bu  məqsədlə  «Texnologiya»  fənninin  məzmununa  daxil 
edilmişdir.  Bu  məzmun  xətti  üzrə  fəaliyyətlər  şagirdlərdə  məmulatın  təsvirini, 
sxemini,  çertyojunu,  forma  və  ölçülərini  müəyyənləşdirmək,  hazırlanacaq 
məmulatlara dizayn vermək bacarıqlarının formalaşdırılmasına yönəldilmişdir. 
 
 
Ümumi nəticələr  
Şagird: 

 
əşyanın  qrafik  təsvirini,  detalların  çertyojunu,  əşya  və  detalların  texnoloji 
xəritələrini çəkir, məmulatın texniki spesifikasiyasını şərh edir; 

 
detalların birləşdirilməsi çertyojlarını və yığma çertyojları yerinə yetirir. 
 
 
 
1.3. Məzmun xətləri üzrə təlim nəticələri 
 
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
 
Emal texnologiyaları 
Şagird: 

 
istifadə  edilən  materiallara  əsasən  məmulatların  emalı  texnologiyalarını 
fərqləndirir; 

 
məmulat  hazırlamaq  üçün  emal  prosesinə  hazırlıq  mərhələsini  həyata 
keçirir; 

 
emal  texnologiyalarından  istifadə  edərək  fərdi  qaydada  sadə  məmulatlar 
hazırlayır; 

 
müvafiq  emal  prosesində  qrup  daxilində  işləmək  bacarıqları,  təhlükəsizlik 
və sanitariya-gigiyena qaydalarını gözlədiyini nümayiş etdirir; 

 
hazırladığı  sadə  məmulatları  təqdim  edir,  yoldaşlarının  hazırladığı    
məmulatlara münasibət bildirir; 
 
 
 
 
Texnika  elementləri 
Şagird: 

 
texnoloji maşınları və texnoloji vasitələri təsnif edir,  onları ayrılıqda bir – 
birindən fərqləndirir; 

 
nümunə,  sxem,  şəkil  və  çertyojdan  istifadə  edərək  müvafiq  konstruktor 
detallarından texniki qurğuların, maşınların maket və modellərini qurur; 

 
maket  və  madellərin  quraşdırılması  prosesində  kollektivdə  birgə  fəaliyyət 
və dizayn bacarıqları nümayiş etdirir; 
 
Məişət mədəniyyəti 


 
 
11 
 
Şagird: 

 
təlim-tədris yerini təşkil edir; 

 
ailə,  məktəb  və  digər  ictimai  yerlərlə  bağlı  mədəni  davranış  və  ünsiyyət 
qaydalarını sadə formada şərh edir;  

 
məişət texnikasından istifadə bacarıqlarını nümayiş etdirir; 

 
sadə təmir və bəzək işlərini yerinə yetirir; 

 
kulinariya və masa bəzəmək bacarıqları nümayiş etdirir; 

 
özünəxidmət  qaydalarını  və  ekoloji  mədəniyyət  haqqında  fikirlərini  şərh 
edir; 

 
şəraitə  və  təbii  imkanlara  uyğun  olaraq  bitkilərin  yetişdirilməsi  və  onlara 
qulluq qaydalarını izah edir; 
 
Qrafika  
Şagird: 

 
qrafika fəaliyyətində zəruri alətlərdən istifadə bacarıqlarını nümayiş etdirir; 

 
texnoloji xəritələri oxuyur; 

 
sadə qrafik təsvir və çertyojlar çəkir; 
 
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
 
1. Emal texnologiyaları 
Şagird: 

 
emal texnologiyalarının özünəməxsus xarakterik cəhətlərini şərh edir; 

 
emal  prosesi  üçün  lazım  olan  materialları  seçərək  çeşidləyir  və  istifadə 
üçün hazırlayır; 

 
emal  prosesinə  hazırlıq  mərhələsində    nişanlama,  kəsmə,  biçmə,  tikmə, 
qida  məhsullarının  emalı,  birləşdirmə  və  quraşdırma  bacarıqları  nümayiş 
etdirir; 

 
emal texnologiyalarından istifadə edərək fərdi qaydada və qrup tərkibində 
müxtəlif məmulatlar hazırlayır, birgə fəaliyyət bacarıqları nümayiş etdirir; 

 
emal prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena 
qaydalarına əməl edir; 

 
şəraitə  və  təbii  imkanlara  uyğun  olaraq  əmək  bacarıqları  (becərmə, 
bəsləmə, tədarük, emal) nümayiş etdirir. 
 
 
2. Texnika elementləri 
Şagird: 

 
texnoloji  cihazları  və  alətləri  təsnif  edir,  texnoloji  maşınların  növlərini, 
quruluşunu və iş prinsiplərini şərh edir; 

 
məişətdə  istifadə  edilən  texnoloji  avadanlıqları  (maşınları,  cihazları, 
qurğuları, alətləri) işə hazırlayır və onlara texniki qulluq edir; 


 
 
12 
 

 
elektrik enerjisinin mahiyyətini, alınması, ölçülməsi və istifadəsi yollarını, 
elektrotexniki  avadanlıqların  (elektrotexniki,  radio-elektron  və  avtomatik 
cihazların, qurğuların) iş prinsiplərini izah edir; 

 
elektrotexniki  avadanlıqlardan  istifadə  edir  və  onlara  xidmət  bacarıqları 
nümayiş etdirir. 
 
3. Məişət mədəniyyəti 
Şagird: 

 
ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, dizayn 
bacarıqları nümayiş etdirir; 

 
təlim-tədris  və  yaşayış  yerinin,  interyerin  tərtibatı  ilə  bağlı  təqdimatlar 
edir; 

 
ailə və onun büdcəsinin idarə olunması haqqında fikirlərini şərh edir; 

 
sadə təmir-tikinti və dekorativ bəzək işlərini yerinə yetirir. 
 
4. Qrafika  
Şagird:  

 
məmulatın texniki spesifikasiyasını şərh edir; 

 
əşyanın  qrafik  təsvirini,  detalların  çertyojunu,  əşya  və  detalların  texnoloji 
xəritələrini çəkir və oxuyur; 

 
detalların birləşdirilməsi çertyojlarını və yığma çertyojlarını yerinə yetirir. 
 
1.4. Fəaliyyət xətləri 
 
“Texnologiya”  fənni  üzrə  məzmün  standartları  müəyyənləşdirilərkən 
aşağıdakı fəaliyyət xətləri nəzərə alınmışdır: 

 
Problem həlli. 

 
Təhliletmə və əsaslandırma. 

 
Mühakiməyürütmə. 

 
Əlaqələndirmə.  

 
Təqdimetmə. 
 
 
1.5. Məzmun standartları 
 
I   S İ N İ F 
 
I sinfin sonunda şagird: 

 
sadə  emal  texnologiyalarını  tanıyır,  emal  prosesinə  hazırlıq  görür, 
təhlükəsizlik  və  sanitariya-gigiyena  qaydalarına  əməl  etməklə  sadə 
məmulatlar hazırlayır, onları təqdim edir; 

 
texnoloji  maşınları  və  texnoloji  vasitələri  təsnif  edir,  onları  ayrılıqda  bir-
birindən fərqləndirir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə