Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   2   3   4   5   6   7   8   9   ...   48

 
 
13 
 

 
özünəxidmət, bitkilərə qulluq və mədəni davranış qaydalarını sadə formada 
izah edir; 

 
zəruri məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir; 

 
sadə əşyaları qrafik təsvir edir. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
 
1. Emal texnologiyaları 
Şagird:  
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş 
etdirir. 
1.1.1.  Müvafiq  emal  texnologiyalarını  (ölçmə,  kəsmə,  yapma,  birləşdirmə, 
qatlama, tikmə) sadalayır. 
1.1.2. Sadə emal texnologiyalarını fərqləndirir. 
1.1.3. Emal vasitələrini sadalayır. 
 
 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir. 
1.2.2. Məmulatın  hazırlanması üçün uyğun emal vasitələri seçir. 
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir. 
 
1.3.Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif 
məmulatlar hazırlayır. 
1.3.1. Məmulatların detallarını hazırlayır. 
1.3.2. Detalları birləşdirməklə sadə məmulat (məmulatlar) hazırlayır. 
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir. 
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və 
əməkdaşlıq bacarıqları nümayiş etdirir.  
1.3.5.  Məmulatın  hazırlanmasında  müvafiq  təhlükəsizlik  və  gigiyena 
qaydalarına əməl edir.  
1.3.6. Hazırladığı məmulatı təqdim edir. 
 
2. Texnika elementləri 
Şagird:  
2.1.Texnoloji  maşınlar  və  texnoloji  vasitələr  haqqında  təsəvvürə  malik 
olduğunu nümayiş etdirir. 
2.1.1.  Verilmiş  təsvirlərdə  texnoloji  maşınları  (nəqliyyat,  yük,  məişət)  və 
texnoloji vasitələri (əl alətləri, mexaniki alətlər) adlandırır.  
2.1.2. Texnoloji maşınları və vasitələri sadalayır.  
2.1.3. Məişət texnikalarını sadalayır. 
 
 
3. Məişət mədəniyyəti 


 
 
14 
 
Şagird:  
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş 
etdirir. 
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini sadə 
formada şərh edir. 
3.1.2. Otaq bitkilərinə qulluq qaydalarını şərh edir. 
3.1.3. Yemək masası arxasında davranış qaydaları ilə bağlı fikirlərini bildirir. 
3.1.4.  Müxtəlif  təyinatlı  (səhər,  nahar,  şam,  qonaq,  bayram)  yemək  süfrələri 
və onların atributlarını sadalayır. 
3.1.5. Səhər süfrəsini tərtib edir. 
 
4. Qrafika 
Şagird:  
4.1. 
 Əşyaları qrafik təsvir edir. 
4.1.1. Əşyaların ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir. 
4.1.2. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə əşyanın tam təsvirini çəkir.  
 
II  S İ N İ F 
 
II sinfin sonunda şagird: 
 

 
sadə emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir; 

 
emal prosesinə hazırlıq işlərini yerinə yetirir; 

 
verilmiş  materiallardan  (kağız,  karton,  parça,  plastilin)  sadə  məmulatlar 
hazırlayır; 

 
texnoloji  maşınlar  və  texnoloji  vasitələr  haqqında  təsəvvürə  malik 
olduğunu nümayiş etdirir; 

 
məişətdə  zəruri  hesab  edilən  ilkin  bacarıqlara  yiyələndiyini  nümayiş 
etdirir; 

 
sadə əşyaları qrafik təsvir edir; 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
1. Emal texnologiyaları 
Şagird:  
1.1. Emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir. 
1.1.1. Emal texnologiyalarını nümayiş etdirilən təsvirlərdə tanıyır.  
1.1.2.  Müvafiq  emal  texnologiyalarını  (ölçmə,  kəsmə,  yapma,  birləşdirmə, 
qatlama, tikmə) təyinatına görə sadə formada izah edir. 
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir. 
 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir. 
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir. 
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir. 


 
 
15 
 
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir. 
 
1.3.  Verilmiş  materiallardan  (kağız,  karton,  parça,  plastilin)    müxtəlif 
məmulatlar hazırlayır. 
1.3.1. Məmulatların detallarını hazırlayır. 
1.3.2. Detalları birləşdirməklə məmulat (məmulatlar) hazırlayır. 
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.  
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və 
əməkdaşlıq   bacarıqları nümayiş etdirir.  
1.3.5.  Məmulatın  hazırlanmasında  müvafiq  təhlükəsizlik  və  gigiyena 
qaydalarına əməl edir.  
1.3.6. Hazırladığı məmulatı təqdim edir.  
 
2. Texnika elementləri 
Şagird:  
2.1.  Texnoloji  maşınlar  və  texnoloji  vasitələr  haqqında  təsəvvürə  malik 
olduğunu nümayiş etdirir. 
2.1.1. Texnoloji maşınları (nəqliyyat, yük, məişət) bir-birindən fərqləndirir. 
2.1.2.  Texnoloji  vasitələri  (əl  alətləri,  mexaniki  alətər)  bir-birindən 
fərqləndirir. 
2.1.3Məişət texnikalarını bir-birindən fərqləndirir. 
 
3. Məişət mədəniyyəti 
Şagird:  
3.1.   Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş 
etdirir. 
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydalarını izah edir. 
3.1.2. Bitkilərə qulluq qaydalarını şərh edir. 
3.1.3. Yemək masası arxasında davranış qaydalarını izah edir. 
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları 
seçir. 
3.1.5. Nahar süfrəsini tərtib edir. 
 
4. Qrafika 
Şagird:  
4.1. Əşyaları qrafik təsvir edir. 
4.1.1. Verilmiş ölçülərə əsasən nişanlama işləri aparır.  
4.1.2. Hazırlanacaq məmulatın təsvirini çəkir. 
 
III   S İ N İ F 
 
III sinfin sonunda şagird:  
 

 
emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə