Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   2   3   4   5   6   7   8   9   10   ...   48

 
 
19 
 
3.1.3. Yemək masası ətrafında qrup tərkibində davranış bacarıqlarını nümayiş 
etdirir. 
3.1.4. Müxtəlif variantlı yemək süfrələri tərtib edir.  
3.1.5. Qonaq və bayram süfrələrini tərtib edir. 
 
4. Qrafika 
Şagird:  
4.1.  Əşyaları qrafik təsvir edir. 
4.1.1.  Hazırlanacaq məmulatın texniki rəsmlərini və eskizlərini oxuyur. 
4.1.2. Müstəvi və həcmli fiqurların hissələrinin təsvirini çəkərkən sadə dizayn 
bacarıqları  nümayiş etdirir.  
 
 
V sinif 
V sinfin sonunda şagird:  

 
əl alətləri və ondan istifadə etməklə emal texnologiyalarını izah edir; 

 
əl alətləri  və ondan  istifadə etməklə  hazırlanacaq  məmulata  görə  iş  yerini 
təşkil  edir,  iş  ardıcıllığını  müəyyənləşdirir,  emal  texnologiyaları  seçir  və 
məmulat hazırlayır; 

 
tərəvəz  bitkilərinin  yetişdirilməsi  texnologiyasına  aid  bilik  və  bacarıqlar 
nümayiş etdirir
1


 
elektrik enerjisinin maihiyyətini və onun alınması yollarını izah edir; 

 
sadə elektrik dövrəsi qurur; 

 
ailədə  mədəni  davranış  və  ünsiyyət  qaydalarını,  ailə  büdcəsinin 
formalaşmasını şərh edir; 

 
yaşayış yerlərində sadə təmir işlərini yerinə yetirir; 

 
düzbucaqlı  detalları  olan  məmulatların  spesifikasiyasını  şərh  edir,  qrafik 
təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
 
1. Emal texnologiyaları 
Şagird: 
1.1  Emal texnologiyalarının  özünəməxsus  cəhətlərini anladığını  nümayiş 
etdirir. 
1.1.1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir. 
 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1.  Əl  alətlərindən  istifadə  etməklə  hazırlanacaq  məmulata  görə  iş  yerini 
təşkil edir. 
1.2.2.  Əl  alətlərindən  istifadə  etməklə  məmulatın  hazırlanması  üçün  iş 
ardıcıllığını müəyyənləşdirir. 
                                                
1
 Kənd  məktəbləri  üçün  nəzərdə  tutulur. 


 
 
20 
 
1.2.3.  Əl  alətlərindən  istifadə  etməklə  məmulatın  hazırlanması  üçün  uyğun 
emal texnologiyası seçir. 
 
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) 
müxtəlif məmulatlar hazırlayır. 
1.3.1. Verilmiş materiallardan bir sadə detaldan ibarət məmulat hazırlayır. 
1.3.2.  Bir  sadə  detaldan  ibarət  məmulat  hazırlayarkən  tərtibat  bacarıqları 
nümayiş etdirir. 
1.3.3.  Qrup  tərkibində  müxtəlif  məmulatlar  hazırlayarkən  birgə  fəaliyyət 
bacarıqları nümayiş etdirir. 
1.3.4.  Məmulatların  hazırlanması  prosesində  işin  xarakterinə  uyğun 
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir. 
 
1.4.  Şəraitə  və  təbii  imkanlara  uyğun  əmək  bacarıqları  (becərmə, 
bəsləmə, tədarük, emal) nümayiş etdirir
*

1.4.1.  Tərəvəz  bitkilərinin  yetişdirilməsi  texnologiyasına  aid  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
 
2. Texnika elementləri 
Şagird: 
2.1.  Texnoloji  maşın,  cihaz  və  vasitələr  haqqında  biliklərə  malik 
olduğunu nümayiş etdirir. 
2.1.1. Əl alətlərini təsnif edir və növlərini sadalayır. 
2.1.2. Elektrik enerjisinin mahiyyətini, alınması yollarını izah edir. 
 
2.2.  Texnoloji  maşın,  cihaz  və  vasitələrdən  istifadə  bacarıqları  nümayiş 
etdirir. 
2.2.1. Əl alətlərindən istifadə edir. 
2.2.2. Sadə elektrik mənbəyindən istifadə edərək elektrik dövrəsi qurur. 
 
3. Məişət mədəniyyəti 
Şagird: 
3.1.  Məişətdə  zəruri  hesab  edilən  bilik  və  bacarıqlara  yiyələndiyini 
nümayiş etdirir. 
3.1.1. Ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir. 
3.1.2. Yaşayış yerində sadə təmir işlərini yerinə yetirir. 
 
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar 
nümayiş etdirir. 
3.2.1. Ailə büdcəsi və onun formalaşmasını şərh edir. 
 
4. Qrafika 
Şagird: 
                                                
*
 Kənd məktəbləri üçün nəzərdə tutulur 


 
 
21 
 
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir.  
4.1.1. Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir. 
 
4.2.  Məmulat  və  onun  detallarının  texniki  sənədləşdirilməsi  bacarıqları 
nümayiş etdirir. 
4.2.1.  Düzbucaqlı  detalları  olan  məmulatların  qrafik  təsvirini,  çertyojlarını, 
texnoloji xəritəsini çəkir və oxuyur. 
 
VI sinif 
 
VI sinfin sonunda şagird: 

 
mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  emal  texnologiyalarını 
izah edir; 

 
mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  hazırlanacaq  məmulata 
görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya 
seçir və məmulat hazırlayır; 

 
meyvələrin  yetişdirilməsi  və  tədarükü  üzrə  bilik  və  bacarıqlar  nümayiş 
etdirir;

 

 
elektrik enerjisinin ötürülməsi və istifadəsi yollarını izah edir; 

 
cərəyan mənbəyindən istifadə etməklə elektrik dövrəsi qurur; 

 
məktəbdə  mədəni  davranış  və  ünsiyyət  qaydalarını  şərh  edir,  sadə  təmir 
işlərini yerinə yetirir; 

 
ailə büdcəsinin müəyyənləşdirilməsi haqqında fikirlərini şərh edir; 

 
müxtəlif  formalı  detalları  olan  məmulatların  spesifikasiyasını  şərh  edir, 
qrafik təsvirini, çertyojlarını, texnoloji xəritələrini çəkir və oxuyur. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
 
1. Emal texnologiyaları  
Şagird: 
1.1  Emal texnologiyalarının  özünəməxsus  cəhətlərini anladığını  nümayiş 
etdirir. 
1.1.1.  Mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  emal 
texnologiyalarını izah edir. 
 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1.  Mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  hazırlanacaq 
məmulata görə iş yerini təşkil edir. 
1.2.2.  Mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  məmulatın 
hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
                                                

 Kənd məktəbləri üçün nəzərdə tutulur 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə