Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   40   41   42   43   44   45   46   47   48

 
 
122 
 
2)  insanın  əmək  fəaliyyətinin  növüdür.  Hər  hansı  istehsal  sahəsində  məşğul 
olmağa  imkan  yaradan  bilik,  bacarıq  və  fərdişlər  kompleksidir.  İxtisas  peşə 
daxilində formalaşır. Hər peşə bir və ya bir neçə ixtisası əhatə edir. 
İxtisaslı  əmək  –  müəyyən  işlərin  yerinə  yetirilməsi  üçün  işçidən  xüsusi 
hazırlıq,  səriştə,  bacarıq  və  bilik  tələb  edən  əməkdir.  İxtisassız  (sadə)  əməkdən 
fərqli olaraq ixtisaslı əmək  mürəkkəb əmək kimi çıxış edir. Mürəkkəb əməyin bir 
saatı  sadə  əməyin  bir  neçə  saatına  ekvivalentdir.  Buna  uyğun  olaraq  ixtisaslı 
əməyə, ixtisassız əməyə nisbətən daha yüksək haqq verilir. 
İkitaktlı  daxiliyanma  mühərriki  –  porşenin  iki  gedişi,  yaxud  dirsəkli  valın 
bir  dövrü  müddətində  tam  iş  sikli  yaradan  daxiliyanma  mühərrikidir.  Dördtaktlı 
daxiliyanma  mühərrikdən  fərqli olaraq,  ikitaktlı daxiliyanma  mühərrikdə silindrin 
yanar  qarışıq,  yaxud  hava  ilə  dolması  və  işlənmiş  qazların  kənar  edilməsi 
prosesləri iki müstəqil takt yox, işlək gediş və sıxılma taktlarının bir hissəsini təşkil 
edir. 
İqtisadiyyat – 
1)  istehsal  münasibətlərinin  məcmusudur,  cəmiyyətin  iqtisadi  bazisidir. 
İqtisadiyyat  bütün  digər  ictimai  münasibətlərin  əsasını  təşkil  edir  və  cəmiyyətin 
inkişafında həlledici rol oynayır. 
2)  müəyyən  ölkənin  xalq  təsərrüfatı,  yaxud  onun  bir  hissəsidir.  İqtisadiyyat 
ölkənin  fərqləndirici  xüsusiyyətlərini  əks  etdirir,  maddi  istehsal  sahələrini  – 
sənaye, kənd təsərrüfatı, ticarət və s. qeyri-istehsal sahəsini əhatə edir. 
3) 
elm 
sahəsi. 
Cəmiyyətin 
iqtsiadi 
quruluşunun 
obyektiv 
qanunauyğunluqlarını öyrənir, xalq təsərrüfatının müxtəlif sahələrindəki prosesləri, 
hadisələri  nəzəri  təhlil  edir,  həyat  nemətlərinin  istehsalı  və  bölgüsü  sahəsində 
təcrübi tövsiyələr işləyib hazırlayır. 
İlişmə  mexanizmi  –  nəqliyyat  maşınlarında  burucu  momenti  daxiliyanma 
mühərrikindən ötürmələr qutusuna ötürən mexanizmdir. Bu mexanizm mühərrikin 
valı  ilə  transmissiya  valının  qısamüddətli  ayrılmasını,  ötürmənin  zərbəsiz 
dəyişdirilməsini, maşının yerindən səlis tərpənməsini təmin edir. Aparılan disklərin 
sayına  görə  ilişmə  mexanizmi bir,  iki  və çoxdiskli olur. Məsələn, avtomobilin bu 
mexanizmi yaylarla sıxılmış bir və ya iki disklidir. ilişmə mexanizmi pedal, yaxud 
servointiqal  (idarəedici  mexanizm)  vasitəsilə  açılır.  İlişmə  mexanizmi  ayrı-ayrı 
nəqliyyat  vasitələri  (avtomobil,  traktor,  velosiped  və  s.)  üçün  müxtəlif  quruluşda 
hazırlanır. 
İllüstrasiya (lat. illuçtrastio – işıqlandırma, əyani təsvir) – 
1) mətni müşayiət edən və onu tamamlayan təsvirdir (rəsm, qravüra, foftşəkil, 
reproduksiya, xəritə, sxem və s.) 
2) bədii və elmi əsərləri obrazlı şərh edən təsviri sənət sahəsidir. Kitab, qəzet 
və  jurnallarda  verilən  illüstrasiyalar  mətnin obrazlı şərhinə  yardım edən tərtibatın 
digər  elementləri  ilə  tamamlanır,  tarixən  qədim  əlyazmaların  və  kitabların  bədii 
tərtibi ilə əlaqədar yaranıb inkişaf etmişdir. 
 
 
 


 
 
123 
 
İnduksiya  
1)  elektrostatik  induksiya  –  elektrik  sahəsinə  daxil  edilmiş  naqil  və 
dielektrikdə  elektrik  yüklərinin  yaranması  prosesidir.  Həmçinin  mühitin  elektrik 
sahəsini xarakterizə edən fiziki kəmiyyətdir. 
2) maqnit induksiyası –  maqnit sahəsinə daxil edilmiş cisislərin  maqnitlənmə 
prosesidir, həmçinin maqnitlənməni xarakterizə edən kəmiyyətdir. 
3)  elektromaqnit  induksiyası  –  naqilin  konturunu  kəsib  keçən  maqnit  selinin 
bütün dəyişmələrində naqildə EHQ-nin yaranması prosesidir. 
İnşaat işləri – bina və qurğuların tikilişi üçün inşaat meydançasında görülən 
işlərdir,  ümumi  və  xüsusi  işlərdən  ibarətdir.  Ümumi  işlərə:  torpaq  işləri,  armatur 
işləri,  beton  işləri,  xarratlıq  işləri,  dam  örtüyü  işləri,  tamamlama  işləri  (suvaq, 
üzçəkmə  və  rəngsazlıq),  quraşdırma  işləri  və  s.  Xüsusi  işlərə  isə  hidroizolyasiya 
işləri, istilik izolyasiya işləri, santexnika işləri, elektromontaj işləri daxildir. 
İnşaat  maşınları  –  inşaat  işlərini  yerinə  yetirmək  üçün  mexanikləşdirmə 
vasitələridir.  İşin  növünə  görə  inşaat  materialları  qruplara  ayrılır:  hazırlıq  işləri 
görən,  torpaqqazan,  sıxlaşdırıcı,  payabastıran  avdanlıq,  qaldırıcı-nəqliyyat,  yol 
inşaat,  qarışdırıcılar  və  s.  maşınlar.  bunlarla  yanaşı,  bir  sıra  mexanikləşdirmə 
vasitələri (yükləmə  və boşaltma  maşınları, yük  maşınları, konveyer, traktor  və s.) 
və əl maşınları da mövcuddur. 
İntensiv  (fr.  intensif;  lat.  intensio  –  gərginləşmə,  güclənmə)  –  gərgin, 
gücləndirilmiş, kəsərli, məhsuldar. 
İnteryer (fr. interieur – daxili) – 
1)  memarlıqda  –  binanın  daxili  quruluşu  və  tərtibatıdır.  İnteryerin  xarakteri 
binanın nə məqsədlə (saray, yaşayış evi və s.) tikilməsindən asılı olub, daxili plan 
quruluşu  (ölçüsü,  işıqlandırılma  dərəcəsi,  qapı  və  pencərə  yerlərinin,  dayaqların 
ritmik yerləşdirilməsi) və avadanlığı (mebel) ilə müəyyən olunur. 
2)  təsviri  sənətdə  –  XVII  əsr  holland  və  flamand  boykarlığında  janr. 
Azərbaycanda  Usta  Qəmbər  Qarabağı,  Mirzə  Qədim  İrəvani  və  s.  interyer 
janrlarında  əsərlər  yaratmışlar.  İnteryerdə,  əsasən,  məişət  səhnələri  və  tarixi 
süjetlər təsvir olunur. 
3)  heyvanların  interyeri  –  məhsuldarlıq  və  nəsilvermə  keyfiyyətləri  ilə 
əlaqədar  kənd  təsərrüfatı  heyvanları  orqanizminin  biokmiyəvi  və  fizioloji 
xüsusiyyətləri,  orqan  və  toxumalarının  daxili  quruluşudur.  İnteryer  təlimi  kənd 
təsərrüfatı  heyvanlarının  konstitusiyası  təliminin  əsasıdır.  Müxtəlif  konstitusiya 
tipinə  və  məhsuldarlıq  istiqamətinə  (ətlik,  südlük  və  s.)  malik  heyvanlar  interyer 
göstəricilərinə  görə  bir-birindən  fərqlənir.  Heyvanlarda  interyer  göstəriciləri 
onların cinsiyyətindən və yaşından asılı olaraq dəyişir. 
İntiqal  –  maşın  və  ya  mexanizmləri  hərəkətə  gətirmək  üçün  quruluşdur. 
İntiqal  vasitəsilə  hərəkətin  sürətini,  istiqamətini  və  xarakterini  dəyişmək  olar. 
İntiqal  enerji  mənbəyindən,  ötürücü  mexanizmdən  və  idarəetmə  aparatlarından 
ibarətdir.  Enerji  mənbəyi  kimi  müxtəlif  mühərriklərdən  və  ya  yaylı,  ətalətli 
mexanizmlərdən  və  s.-dən  istifadə  edilir.  Bəzi  hallarda  intiqal  əzələ  qüvvəsi 
hesabına  həyata  keçirilir  (məs.,  əl  bucurqadlarında,  tikiş  maşınlarında, 


 
 
124 
 
velosipedlərdə).  Enerjinin  paylanmasına  görə  qrup,  fərdi  və  çoxmühərrikli 
intiqallar olur. 
İpək  –  təbii  toxuculuq  lifləridir.  İpəkqurdu  tırtıllarının  ipək  vəzlərinin  ifraz 
etdiyi məhsuldur. Tut ipəkqurdundan alınan ipək sənaye əhəmiyyətlidir. İpəkqurdu 
tırtılı iki elementar sap şəklində ipək hazırlayır. Tırtılın barama sapından düzəltdiyi 
sıx  ipək  qabıq  (barama)  ipək  almaq  üçün  xammalıdır.  İpək  nazikliyi, 
hiqroskopikliyi,  asan  boyanması,  xoş  parıltısı  ilə  fərqlənir.  Onun  mexaniki 
xassələri  də  yaxşıdır  (qırılmada  gərginliyi  40  kq/mm
2
,  qırılmada  uzanması  14–
18%).  İpək  qələvi  təsirinə az,  mineral turşuların  təsirinə  nisbətən çox davamlıdır, 
üzvi həlledicilərdə həll olmur, işığın təsirinə çox davamlı deyil. 
İplik  –  burulmaqla  (bəzən  yapışdırılmaqla)  birləşdirilmiş  liflərdən  ibarət 
sapdır. İpliklər liflərin növünə, işlədilmə yerinə, hazırlanma üsuluna, xassələrinə və 
struktur xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılır. İplik pambıqdan, kətandan, 
yundan,  ipək  tulantılarından,  kiməyvi  liflərdən  və  s.  alınır.  Qarışıq  liflərdən 
hazırlanmış ipliklər də olur. 
İskənə  –  çarxlarda  və  tamasalarda  müxtəlif  konstruksiyalı  diş  açan  alətdir. 
İskənə  dişləri kəsici  vəzifəsini  yerinə  yetirən  dişli  çarx  şəklində  olur  və  tezkəsən 
poladdan  hazırlanır.  İskənələr  5  tipdə  olur:  dairəvi  düzdişli,  dairəvi  çəpdişli, 
kasavarı  düzdişli,  quyruqlu  düzdişli,  quyruqlu  çəpdişli.  İskənə  dəzgahının  işlək 
hissəsinə də iskənə deyilir. 
İstehsal –  
1)  ehtiyaclarımızı  ödəyəcək  mal  və  xidmətlərin  miqdarını  və  ya  faydasını 
artırmağa  yönəldilən  bütün  fəaliyyətlərin  məcmusudur. İstehsal ona  görə  lazımdır 
ki, bizi əhatə edən mühitdə ehtiyaclarımızı ödəyən mal və xidmətlər kifayət qədər 
deyildir.  Bunların  miqdarını  və  faydasını  artırmaq  məqsədilə  insan  hökmən  hər 
hansı bir müəssisənin gücünə arxalanaraq, onları çoxaltmalı və istifadəsinə ən çox 
ehtiyac  duyulan  yerlərə  göndərməlidir.  Hər  hansı  bir  malın  miqdarını  artırmaq 
istehsaldır 
2) maddi – cəmiyyətin mövcud olması və inkişafı üçün zəruri maddi nemətlər 
yaradılması  prosesidir.  İstehsal  insan  həyatının  təbii  şərti  olub,  digər  fəaliyyət 
növlərinin də maddi əsasıdır. İstehsalın məzmununu əmək prosesi müəyyən edir və 
aşağıdakı 3 şərti nəzərdə tutur: məqsədəuyğun fəaliyyət, yaxud əməyin özü; əmək 
predmeti.  İnsanın  məqsədəuyğun  fəaliyyətinin  yönəldiyi  hər  şey,  əmək  vasitələri 
(ən  əvvəl  əmək  alətləri).  İstehsal  insanların  təbiətə  münasibətidir.  İstehsalın  iki 
tərfəi  var:  məhsuldar  qüvvələr  və  istehsal  münasibətləri.  Bunların  vəhdəti  olan 
istehsal  maddi  nemətlərin  istehsal  üsulunu  təşkil  edir  və  mövcud  cəmiyyətin 
xarakterini müəyyənləşdirir. 
İstehsal sanitariyası  –  istehsal  prosesində  iş  yerinin  və  mühitin  çirklənməsi 
və zibillənməsinə qarşı aparılan tədbirlərdir. 
İstehsal  vasitələri  –  insanın  maddi  nemətlər  istehsalı  prosesində  istifadə 
etdiyi əmək vasitələri və predmetlərinin məcmusudur, məhsuldar qüvvələrin maddi 
amilidir  və  istehsal  texnologiyası  da  dazil  olmaqla,  cəmiyyətin  maddi-texniki 
bazasını  əmələ  gətirir.  Əmək  vasitələrinə  və  hər  şeydən  qabaq  əmək  alətlərinə 
maşınlar,  dəzgahlar,  alətlər  (insanlar  bunların  köməyi  ilə  təbiətə  təsir  göstərir), 


 
 
125 
 
həmçinin  istehsal  binaları,  torpaq,  yollar,  kanallar  və  s.  daxildir.  Əmək  predmeti 
əmək  prosesində  insanın  təsir  göstərdiyi  və  öz  şəxsi,  yaxud  istehsal  istehlakına 
uyğunlaşdırdığı  təbiət  cisimləridir.  İnsan  əməyinin  təsirinə  məruz  qalan,  lakin 
sonrakı  emal  üçün  nəzərdə  tutulan  əmək  predmeti  xammal  adlanır.  Bəzi  hazır 
məhsullar  da  istehsal  prosesində  əmək  predmeti  rolu  oynaya  bilər  (məs.,  üzüm 
şərabçılıqda  əmək  predmetidir).  İstehsal  vasitələri  arasında  əmək  alətləri 
müəyyənedici rol oynayır. Əmək  vasitələrinin  inkişaf səviyyəsi texniki tərəqqinin 
mühüm  göstəricisidir.  Onların  təkmilləşdirilməsi  istehsalın  texnika  və 
texnologiyasında  dərin  irəliləyişə,  istehsal  münasibətlərinin  dəyişməsinə  səbəb 
olur, bir istehsal üsulundan digərinə keçməyi müəyyən edir. 
 
 
İşgil   
1)  maşın  və  ya  mexanizmlərdə  birləşdirici  detaldır.  Adətən,  dişli  çarx, 
nazimçarx,  qasnaq,  blok  və  çarx  toplarını  oxlar  və  ya  vallarla  birləşdirmək  üçün 
işlədilir.  Formasına  görə  işgillər  prizmatik,  seqmentşəkilli,  pazşəkilli,  dairəvi  en 
kəsikli (silindrik) ola bilər. 
2)  ağac  konustruksiyaların elementlərinin  bir-birinə  nəzərən  yerdəyişməsinin 
qarşısını alan, sürüşmə qüvvələrini qəbul edən detaldır. 
3)  hidrotexniki  qurğuların  tikişlərindəki  yarıqları  doldurmaq  üçün 
sukeçirməyən materialdan hazırlanan kipləşdiricidir. 
İtiləmə  –  kəsici  alətin  hazırlanmasında  sonuncu  əməliyyat,  həmçinin 
istifadədə  olmuş  alətin  kəsmə  qabiliyyətinin  bərpa  edilmə  üsuludur.  Proses  adi 
itiləmə alətləri, itiləmə daşları, ya da itiləmə dəzgahı ilə aparılır. Ən məhsuldar və 
perspektivli itiləmə almaz alətlə itiləmədir. 
İtiləmə dəzgahı –  metalkəsən alətin  itilənməsi  üçün dəzgahdır. Abrazivlə və 
abrazivsiz  itiləyən  növləri  var.  Daha  geniş  yayılmış  abrazivlə  itiləmə  dəzgahının 
adi  ixtisaslaşdırılmış  (kəski,  burğu,  dartı  və  s.  itiləmək  üçün)  və  universal 
(çoxtiyəli alətlər – frez, zenger, rayber, yiv burğusu üçün) növləri də vardır. 
İzolyator (fr. isolateur, isoler – ayırmaq) – 
1)  tibbidə  –  ətrafdakıları  yoluxdura  bilən  şəxsləri  (infeksion  xəstəliyə 
tutulanlar  və  onlarla  təmasda  olanlar,  epidemioloji  cəhətdən  xəstəlik  törədə  bilən 
sağlam  adamlar  və  s.)  müvəqqəti  yerləşdirmək  üçün  xüsusi  avadanlıqla  təchiz 
olunmuş otaq və ya bina. 
2)  elektrik  izolyatoru  –  elektrik  qurğusunun  müxtəlif  potensiallı  hissələrinin 
elektrik izolyasiyası və mexaniki rabitəsi üçün quruluşdur. İzolyator dielektrikdən 
və  onu  bərkitmək  üçün  bir  sıra  detaldan  (armaturdan)  ibarətdir.  İzolyator  ən  çox 
çini və bəzən də şüşədən hazırlanır. izolyatorun konstruksiya və ölçüləri ona düşən 
mexaniki  yüklər,  qurğuların  elektrik  gərginliyi  və  istifadə  qaydaları  ilə  müəyyən 
edilir.  Gərginliyi  6  kv-dan  35  kv-a  qədər  olan  elektrikötürmə  xətlərində  çubuqlu 
izolyatorlar, daha yüksək gərginlikli xətlərdə isə asma izolyator zəncirləri işlədilir. 
İzolyatorlar  –  izolyasiya  materiallarından  olan  (əsasən,  çinidən)  detallardır. 
Elektrik qurğuları ötürücülərini bərkitmək və izolə etmək üçün işlədilir. 
 


 
 
126 
 
İstifadə olunmuş ədəbiyyat 
Azərbaycan dilində 
1.
 
Əhmədova   M, Əliyev M, Qasımlı M  və  b.Müəllim  hazırlığının  və 
orta təhsilin  yeni  perspektivləri (Qərb təhsil sisteminin  təcrübəsi əsasında) 
Baki “Adiloglu”, 2005 
2.
 
Kərimova F, Əhmədova M.C və b.Intqrativ kurikulum: mahiyyəti və 
nümunələr. Baki “Adiloglu”, 2005 
3.
 
Veysova  Z.  Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait, 2007 
4.
 
İnsan hüquqlarının tədrisi. Müəllimlər üçün vəsait.Norveç qaçqınlar 
şurası,2003 
5.
 
Qədimova X. İnteraktiv təlim  metodları, Bakı,2005 
6.
 
Hüquqlara  aparan  yol.  Metodik  vəsait.  Norveç  qaçqınlar  şurası, 
2004 
7.
 
Mərdanov M.,Şahbazlı F. Azərbaycanın təhsil siyasəti (1998-2005), 
II kitab, Bakı, “Təhsil”, 2005. 
8.
 
Mərdanov M.,Şahbazlı  Azərbaycanın təhsil siyasəti (1998-2004), II 
kitab, Bakı, “Çaşıoğlu”, 2005. 
9.
 
Mərdanov  M.    Azərbaycanın  təhsili  dünən,  bu  gün,  sabah.  Bakı, 
“Təhsil”, 2006. 
10.
 
Mayılov  İ.,  Əhmədov  H.  Texnologiya  terminlərinin  izahlı  lüğəti. 
Bakı, “ABU”, 2008. 
11.
 
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2003 
12.
 
Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Milli 
Kurikulumun). Azərbaycan məktəbi jurnalı, 2007, № 2. 
13.
 
Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür. Bakı, “Adiloğlu”, 2001. 
14.
 
Əlizadə Ə.Ə. Müasir  Azərbaycan  məktəbinin  psixoloji problemləri. 
Bakı, “Pedaqoqika”, 2004. 
15.
 
Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. Bakı, ADPU, 2008. 
16.
 
Kazunov A. Milli pedaqoqika yollarında Bakı, “Ağrıdaq”, 2001. 
17.
 
Qasımova L.N.,  R.M.Pedaqoqika Mühazirə kursu. Bakı, 2003. 
18.
 
Paşayeva X., Rüstəmov F.A. Pedaqoqika Yeni kurs Bakı, “Nurlan”, 
2007. 
19.
 
 Ağayev  Ə.A.  Təlim  prosesi:  ənənə  və  müasirlik.  Bakı,  “Adiloğlu” 
nəşriyyatı, 2006 
20.
 
 Ümumtəhsil  məktəblərinin  I-IV  sinifləri  üçün  fənn  kurikulumları.  Bakı, 
“Təhsil”, 2008, 480 səh. 
21.
 
 Kurikulumların  hazırlanması  və  tətbiqi  məsələləri.  Bakı,  “Kövsər”,  2008, 
224 səh. 
22.
 
 İbtidai  siniflər  üçün  yeni  fənn  kurikulumlarına  dair  gündəlik  planlaşdırma 
nümunələri. Bakı, “Kövsər”, 2010, 196 səh. 


 
 
127 
 
23.
 
 Ümumi  təhsil  pilləsinin  dövlət  standartları  və  proqramları  (kurikulumları). 
Bakı, “Kurikulum” jurnalı, 2010, №3, səh. 115-130. 
24.
 
 Kurikulum islahatı: tədqiqatlar, nəticələr. Bakı, “Mütərcim”, 2011, 344 səh. 
25.
 
 Ümumi  təhsilin  fənn  standartları  (I-XI  siniflər).  Bakı,  “Mütərcim”,  2012, 
402 səh. 
26.
 
 Azərbaycan  Respublikasının  ümumi  təhsil  sistemində  qiymətləndirmə 
Konsepsiyası. Bakı, “Kurikulum” jurnalı, 2009, №2, səh. 138-150. 
 
 
Rus dilində 
1.
 
Материалы  разработки  национального  стандарта  среднего 
общего образования Республики Казахстан, Алматы, 2004. 
 
 
İngilis dilində 
 
1.
 
Reading/Language  arts    framework    for  California  Public  schools 
.Kindergarten  Through  Grade  Twelve  .Published  by    the  California 
Department  of Education, 1999  
2.
 
John  S.Kendall  and  .Marzano  J.  Robert,    Content    knowledge.  A 
compendium of standards and benchmarks for K-12  Education, 1996 
3.
 
Mary  E.  Haas  and  Margaret  A.  Laughlin,  Meeting  the  standards  
Readings for K-6 Educators, 1999 
4.
 
Virginia/USA    Government  Program    of  studies.  Fairfax  County  
Public Schools, 1998 
5.
 
English  language  Arts  Learning    standards  and  Core  curriculum. 
Pre K-Grade 5, 1999 
6.
 
Stephanie  Wasta, Teaching  social studies, 2006 
7.
 
NCSS    Expectations  of  excellence  :Curriculum    standards  for 
social studies(Bulletin 89) Washington, DC, 1999 
8.
 
Montana office of public  Instruction. Montana standards for social 
studies. Missoula, 2000 
9.
 
History  –social  science    framework  for  California    Public  schools 
.Edition with  Criteria for Instructional Materials, Sacramento,  2005 
10.
 
Science  and  Technology.  The  Ontario  Curriculum.    Grades  1-8. 
Ministry of Education  of Ontario, 1998 


 
 
128 
 
11.
 
The  arts.  The  Ontario    Curriculum  –Exemplars  Grades  2,5  and  7. 
Ministry of Education  of Ontario, 2004 
12.
 
Native Languages. The Ontario Curriculum.  Grades 1-8. Ministry 
of Education  of Ontario, 2001 
13.
 
Language.  The  Ontario  Curriculum.    Grades  1-8.  Ministry  of 
Education  of Ontario, 2006 
14.
 
Mathematics.  The  Ontario  Curriculum.    Grades  1-8.  Ministry  of 
Education  of Ontario, 2005 
15.
 
Health  and  Physical  Education.  The  Ontario  Curriculum.    Grades 
11-12. Ministry of Education  of Ontario,2000 
16.
 
English    As  a  Second  Language  and  English  Literacy 
Development.  The Ontario Curriculum.   Grades 1-8. Ministry  of  Education  
of Ontario,1999 
17.
 
English.  The  Ontario  Curriculum.    Grades  1-8.  Ministry  of 
Education  of Ontario, 2000 
18.
 
Borich,G.D.  Effective    teaching    methods.  Upper  Saddle 
River,1996 
19.
 
John  U.Michaelis,  Jesus  Garcia,  Social  studies  for  children.  A 
guied to basic instruction, 1996 
20.
 
Peter  Morterella,Candy  M.Beal,Chearyl  Mason  Bolick,    Teaching 
social studies in middle and secondry schools,  Ohio, 2005  
21.
 
Devine, Thomas G,    Teaching studies skills, Boston, 1987 
22.
 
Marzano, Robert.J,   Reading  Diagnosis  and İnstruction, 1987 
23.
 
Wiseman  Donna.  L,      Reading    Instruction:  A  literature    Based  
Approach /Englewood Cliffs,1991 
24.
 
Mathematics  curriculum  Pre  K-12  Missoula    County    Public  
Schools ,Missoula,  2003 
25.
 
The  National  Curriculum.  Handbook  for  secondary  teachers  in 
England , London, 1999 
 
 
Türk dilində 
 
1.
 
T.C  Milli    Egitim    Bakanlığı.Talim    və  Terbiye  Kurulu 
Başkanlığı.  İlk  Ögretim    Türkçə  Dersi (1-5.  Sınıflar)  Ögretim  Programı  və  
Kılavuzu , Ankara,2005 
 
 
 
 
 
 
 
 


 
 
129 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə