Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   40   41   42   43   44   45   46   47   48

 
 
112 
 
 
 

Elektrik (lat. electrum – elektrik, kəhrabayaoxşar; yun. electron – kəhrəba) – 
elektrik  yükləri,  onların  hərəkəti  və  qarşılıqlı  təsili  ilə  əlaqədar  olan  müxtəlif 
hadisələr toplusu. «Elektrik» sözü fizika və texnikanın inkişafı prsoseində bir çox 
dəyişikliyə  uğramışdır.  Sadə  elektrik  və  maqnit  hadisələri,  bəzi  cisimlərin  (məs., 
kəhrəbanın)  sürtünmə  nəticəisndə  yüngül  cisimləri  özünə  çəkməsi,  yəni 
elektriklənmə xassəsi və s. hələ qədimdən insanlara məlum olub. 
Elektrik  açarı  –  elektrik  avadanlığı  və  qurğuların  (elektrik  çilçıraqları, 
elektrik  mühərrikləri, qızdırıcı sobalar, transformatorlar və s.) dövrəyə qoşmaq və 
açmaq  üçün  aparatdır.  Alçaq  (1000  vatta  qədər)  və  yüksək  (1000  vatdan  yuxarı) 
gərginlik  açarları  olur.  Açarın  əsas  konstruktiv  elementləri:  tərpənən  v 
ətərpənməyən  kontaktlardan  ibarət  kontakt  sistemi,  intiqal  (əl  ilə  işlədilən,  yaylı, 
elektromaqnit, pnevmatik) və birləşdirici sıxaclardır. 
Elektrik  akkumulyatoru  –  istifadə  məqsədilə  elektrik  enerjisinin  yığılması 
üçün cihaz. 
Elektrik  alətləri  –  elektrik  mühərriki  ilə  hərəkətə  gəirilən  əl  maşınlarıdır. 
Əsas növləri:  drel, cilalama aləti,  mişar, qayçı, qaykabağlayan,  naxış açmaq  üçün 
nazik  mişar,  iskənə,  metal  və  ağac  emalında  istifadə  edilir.  Elektrik  alətləri 
quraşdırma, bəzək və başqa tikinti işlərində də tətbiq edilir. 
Elektrik batareyası – bir dövrəyə qoşulmuş bir neçə halvanik elementlərdən 
və ya akkumulyatorlardan ibarətdir. 
Elektrik  cərəyanı  –  elektrik  yüklərinin  nizamlı  hərəkətidir.  Elektrik 
cərəyanının  istiqaməti  kimi  müsbət  yüklü  hissəciklərin  hərəkət  istiqaməti  qəbul 
edilir.  Elektrik  cərəyanı  qiymətcə  iki  kəmiyyətlə  xarakterizə  olunur:  cərəyan 
şiddəti  və  cərəyan  sıxlığı.  Hər  hansı  naqilin  en  kəsiyindən  vahid  zamanda  keçən 
yükün miqdarı ilə ölçülən kəmiyyətə cərəyan şiddəti deyilir. Cərəyanın sıxlığı, ona 
perpendikulyar  kəsiyin  vahid sahəisndən  vahid zamanda  keçən  yükün  miqdarı ilə 
təyin edilir. 
Elektrik  dövrəsi  –  naqillər  vasitəsilə  bir-birinə  birləşdirilmiş  mənbə  və 
işlədicidən ibarət qapalı kontur. Elektrik dövrəsi bir  və çoxkonturlu olur. Elektrik 
dövrəsi  aktiv  (qalvanik  element,  akkumulyator)  və  passiv  (xətlərin  Omik 
müqavimətləri,  elektrik  qəbulediciləri)  elementlərdən  ibarətdir.  Elektrik  dövrəsi 
xətti  və  qeyri-xətti  olur.  Xətti  elektrik  dövrəsində  çıxış  və  giriş  kəmiyyətləri 
arasındakı  əlaqə  xətti  qanunlara  tabe  olur.  Bu,  Om  qanunu  şəklində  ifadə  olunur. 
Qeyri-xətti  dövrələrdə  isə  giriş  və  çıxış  kəmiyyətləri  arasındakı  əlaqə  müəyyən 
qeyri-xətti  qanun  üzrə  olur.  Elektrik  dövrəsinin  giriş  və  çıxış  kəmiyyətləri  təsir 
edən EHQ (gərginlik) və dövrədən keçən cərəyandan ibarətdir. 
Elektrik  enerjisinin  ötürülməsi  –  elektrik  enerjisinin  elektrik 
stansiyalarından  işlədicilərə  verilməsidir.  Ötürmə  üçün  dəyişən  cərəyan 
havaötürmə  xətləri,  habelə  kabel  xətləri  və  sabit  cərəyan  xətləri  tətbiq  edilir. 
Elektrik  enerjisi  güclü  aqreqatları  olan  elektrik  stansiyalarında  hasil  olunur. 


 
 
113 
 
Enerjinin  isə  geniş  ərazilərdə  paylanmış,  nisbətən  az  güclü  elektrik  qəbulediciləri 
işlədir. Bu səbəbdən elektrik enerjisinin uzaq məsafələrə ötürülməsi zəruridir. 
Elektrik generatoru – mexaniki enerjini elektrik enerjisinə çevirməyə xidmət 
edən maşındır. 
Elektrik intiqalı – mexanizm və maşınları hərəkətə gətirən, elektrik enerjisini 
mexaniki enerjiyə çevirən elektromexaniki qurğudur. Elektrik intiqalı bir və ya bir 
neçə  elektrik  mühərrikindən,  ötürücü  qurğudan  və  idarəetmə  aparatlarından 
ibarətdir.  Bu  qurğu  avtomatik  idarəetmə  və  tənzimləmə  sistemi  ilə  birlikdə 
avtomatlaşdırılmış  elektrik  intiqalı  sistemini  təşkil  edir.  Elektrik  intiqalı  müasir 
avtomatikanın  mühüm  bir  vasitəsidir.  Hazırda  xalq  təsərrüfatında  işləyən 
avtomatik elektrik intiqalının idarə olunması üçün çoxlu idarəetmə sistemləri var. 
Elektrik izolyasiyası – elektrotexniki qurğunun müxtəlif elektrik potensialları 
təsiri altında olan hissələri arasında elektrik kontaktının (qısaqapanmanın) qarşısını 
almaq  üçündür.  Elektrik  izolyasiyası  elektrik  möhkəmliyi  həcmi  və  səthi elektrik 
müqavimətləri, dielektrik itkiləri, tac boşalmasına dözümlülük, qızmaya və şaxtaya 
davamlılıq, mexaniki möhkəmlik və s. ilə xarakterizə olunur. 
Elektrik  kontaktı  –  elektrik  ötürücülərində  metal  lövhələrin  bir-birinə 
toxunduğu yerdir. Aparatların, cihaz və  maşınların detalları da, həmçinin, elektrik 
kontaktı adlandırılır. Onların köməyi ilə bu qurğular elektrik şəbəkəsinə qoşulur. 
Elektrik  qaynağı  –  qaynaq  olunan  hissələri  elektrik  cərəyanı  ilə  qızdırılan 
qaynaq  növüdür.  Elektrik  qövs  qaynağı  və  elektrik-kontakt  qaynaı  növlərinə 
ayrılır.  Bu  qaynaq  digər  qaynaq  növlərinə  nisbətən  maşınqayırmada  geniş  tətbiq 
edilir.  Elektrik  qaynağı  ilə  hazırlanmış  məmulatlar  çox  möhkəm  olur.  Elektrik 
qaynağı  ilə,  polad  və  başqa  dəmir  əsaslı  ərintilərlə  yanaşı,  yüngül ərintilər,  əlvan 
metallar,  ağır və nadir metallar, plastik kütlələr də yaxşı qaynaq olunur. 
Elektrik mühərriki – elektrik enerjisini mexaniki enerjiyə çevirən maşındır. 
Bu  maşın  qaldırıcı  nəqliyyat  maşınlarını,  gəmilərin,  təyyarələrin  müxtəlif 
mexanizmlərini  və s.  hərəkətə  gətirmək  üçün  və  məişətdə  işlədilən əsas  mühərrik 
növüdür. Dəyişən və sabit cərəyanla işləyir. 
Elektrik  naqili  –  metal  ötürücüdür.  Elektrik  enerjisini  ötürməyə  və 
paylaşdırmağa xidmət edir. 
Elektrik  sayğacı  –  dəyişən  və  ya  sabit  cərəyanın  elektrik  enerjisi  sərfini 
hesablayan  elektrik  ölçü  cihazıdır.  Elektrik  sayğacının  mütəhərrik  hissəsinin 
dövrlər  sayına  mütənasib  olan  elektrik  enerjisinin  miqdarı  hesablama  mexanizmi 
ilə  qeydə  alınır.  Birfazalı  indeksion  yardımçı  stansiyalar,  sənaye  müəssisələri  və 
başqa yerlərdə elektrik enerjisinin hesablanması üçün istifadə edilir. 
Elektrik  stansiyası  –  təbii  enerjini  elektrik  enerjisinə  çevirən  energetika 
qurğusudur.  Elektrik  stansiyasının  tipi  birinci  qövbədə  enerji  ilə  təyin  olunur; 
istilik  elektrik  stansiyasına,  su-elektrik  stansiyasına  və  maqnitohidrodinamik 
generatora ayrılır. 
Elektromaqnit  –  dolağından  keçən  elektrik  cərəyanı  ilə  maqnitlənən  dəmir 
içkili  sarğacdır.  Elektromaqnit  elektrik  maşınlarında  maqnit  seli  yaratmaq,  dartı 
qüvvəsi  əmələ  gətirmək,  avtomatikada,  telefonda  və  elektrik  ölçü  cihazlarında 
istifadə edilən müxtəlif elektrik qurğularında elektrik enerjisinin mexaniki enerjiyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə