Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

 
 
110 
 
Çoxişlənən  dərman  bitkilərindən,  məsələn,  dazı,  itburnu,  bağayarpağı,  gicitkan, 
yemişan, çay tikanı, qatırquyruğu və s. göstərmək olar. 
Dəyişən  cərəyan  –  qiyməti  və  istiqaməti  periodik  dəyişən  elektrik 
cərəyanıdır.  praktikada  çoxfazalı  dəyişən  cərəyanlar  geniş  tətbiq  edilir.  Üçfazalı 
dəyişən  cərəyanların bir  sıra  texniki  üstünlükləri  var.  Bunlardan  ən  əhəmiyyətlisi 
asinxron elektrik maşınlarının tətbiqidir. Dəyişən cərəyanın aktiv gücü cərəyan və 
gərginliyin  (yaxud  e.h.q.-nin)  effektiv  qiymətləri  və  onların  arasındakı  fəzalar 
fərqinin kosinusunun hasili ilə müəyyən edilir. Praktikada ümumi hesabda dəyişən 
cərəyan  və  gərginlik  periodik  olmaya  da  bilər.  Müasir  aparatlarda  cərəyan  və 
gərginlik  impulsları  geniş  tətbiq  olunur.  Bu  halda  xətti  dövrələrin  hesablanması 
üçün dövrənin differensial tənliklərin inteqralannması həm adi metodlarla, həm də 
Furye inteqralını tətbiq etməklə aparılır. 
Dəzgah  (texnikada) –  müxtəlif  materialları emal edən  maşındır; bəzən bu  və 
ya başqa istehsalatda tətbiq edilən tutucu (saxlayıcı) qurğu. Metalkəsən, daş emalı 
və s. dəzgahları var, toxuculuqda toxuma dəzgahları tətbiq edilir. İdarə olunmasına 
görə dəzgahları tətbiq edilir. İdarə olunmasına görə dəzgahlar 4 qrupa ayrılır: adi, 
yarımavtomat,  avtomat  və  proqramla  işlədilən.  Yarımavtomat  və  proqramla  idarə 
olunan dəzgahlarda fəhlə ancaq prosesin əvvəlində və axırında iştirak edir, avtomat 
dəzgahlara isə o yalnız nəzarət edir. 
Dırmıq – 
1) əmək alətidir – bu alət ləklərdə torpağın hamarlanmasında, bağ-bostanların 
ot,  alaq  və  kəsəkdən  təmizlənməsində,  biçilmiş  ot  və  taxılın  dırmıqlanıb 
yığılmasında tətbiq edilir. Dırmıq ağac sapdan, dişağacı və dişlərdən ibarətdir. 
2) traktorda – təzə biçilmiş, yaxud  qurudulmuş otu cərgələr (tirələr) şəklində 
yığan, yağışdan nəmləşdikdə qarışdıran və çevirən kənd təsərrüfatı maşınıdır. Taxıl 
yığıldıqdan sonra küləşi və sünbülləri dırmıqlamaq üçün də istifadə olunur. Dırmıq 
hər cür traktora birləşdirilə bilər. 
Diametr  (yun.  diametros  –  eninə  kəsən)  –  oblastın  və  ya  cismən  ən  uzaq  iki 
nöqtəsi  arasındakı  məsafə.  Çevrənin  diametri  onun  mərkəzindən  keçən  vətərdir. 
İkitərtibli  əyrinin  diametri  bir-birinə  paralel  vətərlərin  ortalarının  həndəsi  yeridir. 
Ellips və hiperbolanın diametri onların mərkəzindən keçən, parabolanınkı isə onun 
oxlarına paralel düz xətlərdir. 
Dirsəkli  val  –  bir  və  ya  bir  neçə  dirsəkdən  və  bir  neçə  eynioxlu  əsas 
boyundan  ibarət  olan  və  yataqlara  söykənən  valdır.  Çarxqolu  mexanizminin 
fırlanan hissəsidir. Düzxətli hərəkəti fırlanma hərəkətinə və əksinə çevirmək üçün 
işlədilir.  Sürgüqolu  boynu  oxları  dirsəkli  valın  fırlanma  oxuna  nəzərən  aralı 
yerləşdirilir.  Porşenli  mühərriklərdə,  kompressor,  nasos,  dəmirçi-presləmə 
maşınlarında və s. də istifadə edilir. Çarxqolunu sadə dirsəkli val hesab etmək olar. 
Dişli  çarx  –  dişli  ötürmə  mexanizminin  əsas  detalı.  Üzərində  dişlər  açılmış 
silindrik və ya konusvarı disk şəklində olur. Ötürücü mexanizmində bir dişli çarxın 
dişləri o biri dişli çarxın dişlərinə ilişməklə işləyir. Dişlər çarxın pəstahı üzərində, 
əsasən, frez dəzgahında frezlə və ya iskənə dəzgahında isəkən ilə düzəldilir. Dişlər 
formasına  görə  düz,  çəp,  vintvarı,  qoşa,  yaxud  əyrixətli  olur.  Dişli  çarxların 


 
 
111 
 
hazırlanmasında polad, çuqun, əlvan metalların ərintiləri və plastik kütlədən istifaə 
edilir. 
Dişli  çarx  ötürməsi  –  bir-birinə  ilişən  dişli  çarxlar  vasitəsilə,  adətən,  bucaq 
sürəti  və  burucu  momenti  dəyişməklə,  fırlanma  hərəkətini  ötürən  mexanizmdir. 
Dişli çarxlar, əsasən, termiki,  yaxud kimyəvi-termiki emaldan keçmiş  legirlənmiş 
poladdan  hazırlanır.  Bu  ötürmə  ən  çox  reduktorlarda  bucaq  sürətini  azaltmaq  və 
burucu momenti artırmaq üçün işlədilir. 
Dizayn  (ing.  design  –  layihələndirmək,  çəkmək;  plan,  layihə,  rəsm, 
kompozisiya)  –  əşyaların  layihələşdirilməsində  insanın  əmək,  məişət  və  istirahət 
şəraitinin  əlverişliliyini  nəzərə  almaqla  onların  estetik  cəhətdən  harmonikliyini 
təmin edən fəaliyyət sahəsidir. 
Dizayner – sənaye dizaynı, məhsulun görünüşü və formasını müəyyən etmək 
üzrə  mütəxəssisdir.  Dizayn  son  zamanlar  daha  sürətlə  inkişaf  edir.  Dizaynerlər 
məhsulun təkcə görünüşü və forması üzrə cavabdehlik daşımırlar. Onlar keyfiyyətə 
görə  də  məsuliyyət  daşıyırlar.  Sənaye  dizaynerləri  yeni  məhsulun 
konstruksiyasının  işlənib  hazırlanmasında,  qablaşdırılmasında,  satış  qiymətinin 
müəyyən olunmasında və s. kimi marketinq xüsusiyyətlərinə də təsir edirlər. 
Döymə – metalların təzyiqlə emalı üsullarından biridir. Döymədə pəstaha alət 
vasitəsilə lazımi formalar və ölçülər verilir. Döymə qədimdir. Hələ Tunc dövründə 
insanlar  misdən  alət  hazırlamaq  üçün  döymədən  istifadə  edirdilər.  Döymədə 
metalın  plastikliyini  artırmaq  və  deformasiya  müqavimətini  azaltmaq  məqsədilə 
pəstahlar əvvəlcə sobalarda  döymə temperaturuna qədər (polad üçün 700–1300°C, 
mis  üçün  600–900°C)  qızdırılır,  sonra  isə  metaldöyən  alətlə  istənilən  formaya 
salınır.  Əsas  döymə  əməliyyatları:  oturtma,  uzatma,  genəltmə,  çapma,  əymə, 
dəlmədir.  Döymə  maşınlarla  da  aparılır  (üfüqi,  şaquli,  ratasion  və  s.  döymə 
maşınları vardır). 
Drel  (alm.  drell)  –  metal,  ağac  və  s.  materiallarda  deşik  açmaq  üçün  əl  ilə 
işlədilən maşındır, elektriklə işləyən və pnevmatik olur. 
Dulusçuluq –  gil  məmulatlarının  hazırlanması  və bişirilməsi  ilə  məşğul olan 
sənət  sahəsidir.  Dulus  çarxı  və  kürəsinin  ixtirası  (çox  qədimidir)  dulusçuluq 
məmulatlarının hazırlanması prosesinin sürətləndirilməsinə və təkmilləşdirilməsinə 
səbəb oldu. Dulusçuluq sənət sahəsi kimi formalaşdı; tikinti materialları və yüksək 
keyfiyyətli şirli məişət qabları istehsalı başlandı.  
Dülgərlik  işləri  –  ağac  məmulatların  hazırlanması  və  onların 
quraşdırılmasından  ibarət  inşaat  işləridir.  Tikintidə  görülən  dülgərlik  işləri  ağac 
bünövrələrin,  divar,  arakəsmə,  döşəmə  və  pilləkənlərin  qurulmasından, 
betonlanacaq yerlərdə qəliblərin, mühəndis qurğularında (körpü, bənd, estakada və 
s.)  ağac  konstruksiyaların  hazırlanmasından  ibarətdir.  Xarratlıq  işlərindən  fərqli 
olaraq,  dülgərlik  işlərində  yüksək  dərəcədə  dəqiq  emal  tələb  edilmir.  Əsas 
konstruksiya  və  məmulatların  tədarükü  ağac  emalı  zavodlarında  mexaniki  üsulla, 
kiçik  həcmli  işlər  isə  elektrik  və  ya  əl  alətləri  ilə  (mişar,  balta,  rəngə  və  s.  ilə) 
yerinə  yetirilir. Dülgərlik  məmulatları, əsasən, suyadavamlı  yapışqanla, çiv ilə  və 
yarıb keçirmə (çalaq) üsulu ilə birləşdirilir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə