Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

 
 
106 
 
üzərinə  çox  narın ovuntu  (məs.,  qalay-oksid)  səpib  yaş  keçə  ilə  dairə  formasında 
sürtürlər. 
Cütləşdirmə,  kənd  təsərrüfatı  heyvanlarının  cütləşməsi  –  dişi  heyvanların 
törədicilərlə  təbii  mayalanma  üsuludur.  Dişi  heyvanda  cinsi  həvəs  dövrü  aparılır. 
Heyvanlar  ilk  dəfə  cütləşdirməyə  orqanizmin  yetkin  dövründən  sonra  (ayğır  və 
madyanlar 3 yaşında, qoç və qoyunlar 15–18 aylığında, erkək və dişi donuzlar 9–
10  aylığında)  buraxılır.  tezyetişən  cinslər  gecyetişənlərə  nisbətən  tez  cütləşdirilir. 
Cütləşmənin  iki  əsas  üsulu  var:  sərbəst  cütləşdirmə  (otlaqlarda  və  ya  brüşlərdə 
erkəklər  dişilərlə  birgə  saxlandıqda),  ayrılıqda  cütləşdirmə  (ayrılıqda  saxlanan 
erkək təhkim olunmuş dişilərlə cütləşdirilir). Lakin heyvandarlıqda daha mütərəqqi 
olan süni mayalama üsulundan daha çox istifadə edilir. 
 
Ç 
Çertyoj – 
1) əşyaların hər  hansı informasiya daşıyıcısı  (kağız, kalka, plyonka,  faner  və 
s.)  üzərində  müəyyən  miqyasa  uyğun  olaraq,  qrafik  obrazlar,  yəni  nöqtə,  düz  və 
əyri  xətt  parçaları,  simvollar,  şərti  işaralər  və  s.  vasitəsilə  təsviridir  (və  ya 
proyeksiyasının  alınmasıdır).  Çertyojdan  mətn  illüstrasiyası  kimi  (məs.,  tədris 
materialını  aydınlaşdırmaq  üçün),  yaxud  məmulatı  hazırlamaqdan  örtü  tərtib 
olunan  sənədlərin  hazırlanmasında  istifadə  olunur.  Çox  vaxt  izahlı  yazılarla, 
texniki  tələblərlə,  məmulatın  hazırlanmasında  istifadə  olunur.  Çox  vaxt  izahlı 
yazılarla,  texniki  tələblərlə,  məmulatın  hazırlanmasına  dair  göstərişlərlə  (ehtiyac 
olduqda) təchiz olunur. Texniki rəsm və ya sxem də çertyoj növləridir. 
2)  əşyanın  kağız  vərəq  üzərində  ölçülərlə  təsviridir  (əşyanın  həqiqi  ölçüləri, 
onun hazırlanması üçün lazım oln digər zəruri məlumatlar gbstərilməklə). 
3)  məmulatın  (detalın)  şərti  qrafik  təsviridir.  Çertyojda  detalın  forması  və 
ölçüləri,  hazırlanacağı  material  haqqında  məlumat  verilir.  Çertyojda  məmulatın 
(detalın)  bir  neçə  görünüşü  (ön  tərəfdən,  üstdən,  yandan  və  s.)  proyeksiya  edilir. 
Məmulatın  adı  və  detalları,  onların  sayı,  materialı  xüsusi  cədvəldə  verilir 
(spesifikasiya). 
Çertyoj  alətləri  –  nişan  vurmaq  və  ölçü  götürmək  üçün  çertyoj  pərgarı, 
həmçinin müxtəlif tip və ölçülü kronpərgar, reysfeder və digər köməkçi alətlərdir. 
Müxtəlif  pərgarlarla  çəkilən  radiusların diapazonu  0,5–300  mm  və  daha  artıq  ola 
bilər. Çox dəqiq çertyoj alətləri bürüncdən, nisbətən az dəqiqlik tələb edən alətlər 
isə poladdan hazırlanır. 
Çertyoj  lövhəsi  –  ölçülərin çertyojun  tərəflərinin  ölçülərindən  100–200  mm 
artıq olan müstəvi səthi lövhədir. Adətən, taxta, şüşə, plastik kütlə və s. hazırlanır. 
Onun üzərində çertyoju çox rahat yerinə yetirmək mümkündür. 
 
Çevirgəc – 
1)  elektrik  çevirgəci  (EÇ)  –  elektrik  dövrəsinin  kommutasiyası  üçün  elektrik 
aparatıdır,  elektrotexnikada  geniş  yayılmışdır.  Sadə  kontaktlı  EÇ  –  kəsən  açar, 
daha universalı isə paket açarıdır. Elektrik güc qurğularında, məsafədən idarəetmə 
və  avtomatik  idarəetmə  sistemlərində  rele,  kontroller,  kontaktor  və  s.,  zəif 


 
 
107 
 
cərəyanla işləyən rabitə qurğuları dövrələrində telefon və teleqraf kommutatorları, 
addımlı axtarıcılar və s. EÇ-ndən istifadə edilir. Kontaksız EÇ-də geniş yayılmışdır 
(diodlu və s.). Energetikada, avtomatikada və s. geniş istifadə edilir. 
2) televiziya kanalı çevirgəci – televiziya cihazında tamaşaçını maraqlandıran 
proqramın  verildiyi  rabitə  kanalının  seçilməsi,  radiosiqnallarının  ayrılması, 
gücləndirilməsi və s. təmin edən giriş qovşağıdır. 
Çəkic – 
1) əl alətidir, başlıqdan və dəstədən ibarətdir. Adətən, çəkic karbonlu (0,4–0,6 
%  C)  poladdan  düzəldilir.  Çəkic  başlığının  hər  iki  tərəfi  (döyəc  hissəsi)  tablanır. 
Bir çox xüsusi çəkic konstruksiyaları məlumdur. 
2)  metal  pəstahları  təzyiqlə  döymə  yolu  ilə  emal  etmək  üçün  maşındır. 
Pəstahları döymə (döymə çəkici) və həcmi, yaxud təbəqə stamplama çəkicləri var. 
İntiqalının  növünə  görə  buxar-hava  (su  buxarı  və  ya  sıxılmış  hava  ilə  hərəkətə 
gətirilir), pnevmatik (havanın sıxılması və genişlənməsi hesabına işləyir), mexaniki 
(mühərrik hissələri mühərriklə mexaniki bağlanır), hidravlik (yüksək təzyiqli maye 
ilə hərəkətə gətirilir) və s. çəkiclər mövcuddur. İş üsuluna görə sadə çəkic (düşən 
çəkic)  və  ikibaşa  təsirli  (çox  yayılmışdır)  çəkic  var.  Zərbəendirən  hissələrdən 
(porşen,  pistonqolu  və  toxmaqdan),  ağır  əsasdan  –  şabotdan,  çatı,  intiqal  və 
idarəetmə  mexanizmindən  ibarətdir.  Çəkic  kontsruksiyalarında  elektrik 
intiqalından  istifadə  edilmişdir.  Əl  ilə  işlədilən  lingli  çəkic  hələ  13–14-cü  əsrdə 
məlum idi. 
Çərçivə (inşaat mexanikasında) –  mil sistemidir; elementləri  (rikel  və dirək) 
bütün  düyünlərdə,  yaxud  düyünlərin  çoxunda  sərt  (oynaqsız)  birləşir.  Çərçivə 
tikintidə geniş  işlədilən  yüksaxlayan konstruksiyadır. Sənaye  və  ictimai binaların, 
yaşayış  evlərinin,  körpülərin  dəniz  neft  qurğularının,  nəqliyyat  maşınlarının  və 
başqa  tikintilərin  yüksaxlayan  konstruksiyası  kimi  həm  müstəvi,  həm  də  fəza 
qurğularında işlədilir. Çərçivə, əsasən, metal və dəmir betondan, bəzən isə ağacdan 
(yapışqanla  bərkidilmiş)  quraşdırılır.  Bakıda  və  respublikanın  başqa  şəhərlərində 
tikilən binaların çoxunun karkası çoxmərtəbəli, çoxaşırımlı çərçivə konstruksiyası 
şəklində  layihələşdirilir. Monolitliyi, çevikliyi və  fəzada  yaxşı  işləməsi, zəlzələyə 
davamlı olması – üstün cəhətləridir. 
Çilçıraq  –  binanın  daxilini  işıqlandırmaq  üçün  istifadə  edilən  dekorativ  və 
yaraşıqlı  işıq  saçan  məmulatdır.  Formasına  görə  əsasən  medalyona  bənzəyir  (çox 
müxtəlif  formalarda  hazırlanır).  Çilçıraqın  mərkəzində  böyük,  kənarlarında  isə 
kiçik və yüngül plafonlar olur. Çilçıraqın əsasını təşkil edən mərkəzi medalyon və 
qollar adətən, metaldan (qızıl, gümüş, bürünc, dəmir və s.), plafonlar isə şüşə, çini, 
büllur, keramika və s.-dən düzəldilir. 
Çiləyici  –  zəhərli  maddələri  (məhlul,  suspenziya,  müxtəlif  qatıqlı  emulsiya 
şəklində)  tozlandırmaq  və  bitkilərə  çiləmək  üçün  maşındır.  Çiləyici  bitki 
zərərvericiləri,  xəstəlikləri  ilə  mübarizə  etmək,  yığımdan  əvvəl  pambıq  kolu 
yarpaqlarını  tökdürmək,  alaqları  məhv  etmkə  və  s.  üçün  tətbiq  edilir.  Çiləyicidən 
binaların dezinfeksiyasında da  istifadə olunur. Tətbiq  yerinə  görə tarla bitkilərini, 
bağ, üzümlük, pambıq və s. becərmək üçün çiləyicilər vardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə