Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   40   41   42   43   44   45   46   47   48

 
 
120 
 
Heyvandarlıq  məhsullarının  tullantısından  yem  (sümük  unu,  üzsüz  süd  və  s.), 
dərman  preparatları  (müalicə  serumları,  hormon  preparatları  və  s.)  alınır. 
Heyvandarlığa maldardıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılış və s. sahələr, 
həmçinin balıqçılıq, arıçılıq və baramaçılıq daxildir. 
Həkkaklıq  –  daş,  metal  və  ya  ağac  üzərində  nəqş,  rəsm  və  kitabə  (yazı) 
həkketmə sənətidir. 
Həmişəyaşıl bitkilər – bütün il boyu yaşıl yarpaqlarla örtülü olan bitkilərdir. 
Həmişəyaşıl  bitkilərdə  yarpaqlar  növbə  ilə  əmələ  gəlir  və  tökülür.  Bitkidə 
yarpaqlar  ayrılıqda  bir,  bəzən  də  bir  neçə  il  qala  bilir.  Tropik  və  subtropik 
ölkələrdə növ etibarilə həmişəyaşıl bitkilər (məs., dəfnə, maqnoliya, zeytun və s.) 
çoxdur.  Mülayim  və  soyuq  iqlimli zonada  isə  iynəyarpaqlı  bitkilər  (şam,  küknar, 
sərv  və  s.)  həmişəyaşıl  bitkilərdir.  Bir  çox  kol,  yarımkol  və  otlar  da  həmişəyaşıl 
bitkilər sayılır. Qışda həmişəyaşıl bitkilərdə tənəffüs prosesi də zəifləyir, yazda isə 
yarpaqların fəal həyat fəaliyyəti bərpa olunur. 
Hidravlik  mühərrik  –  mayenin  enerjisini  aparılan  bəndin  mexaniki 
enerjisinə  çevirən  mühərrikdir.  Pərli  (işçi  maye  sudur)  və  həcmli  (əsasən,  yağ) 
hidravlik  mühərrikə  ayrılır.  pərli  hidravlik  mühərrik  (məs.,  hidroturbin)  mayenin 
kinetik  enerjisini  (aktiv  hidroturbində)  və  ya  onun  kinetik  enerjisi  ilə  birlikdə 
təzyiq enerjisini  (reaktiv hidroturbində)  fırlanan  valın  mexaniki enerjisinə çevirir. 
Belə  hidravlik  mühərrikdən  SES-də,  hidravlik  ötürücülərdə  və  s.  istifadə  edilir. 
Həcmli hidravlik  mühərrik mayenin  potensial enerjisini (əsasən, təzyiq enerjisini) 
aparılan  bəndin  mexaniki  enerjisinə  çevirir,  nəticədə  bu  bənd  məhdud  irərləmə-
geriləmə (güc hidrosilindrində), yaxud geriləmə-dönmə (momentli hidrosilindrdə), 
habelə qeyri-məhdud fırlanma hərəkəti (porşenli, rotorlu və s. hidromotorlar) edir. 
Belə hidravlik mühərrikdən maşınların hidravlik intiqalında istifadə edilir. 
Hörmə – elastik materiallardan (çubuq, lığ, kövşən və s.) məmulat hazırlama 
üsuludur. Qədimdə ciyə, səbət, tor, cələ, həsir  və s. kimi hörmə  məmulatı  növləri 
məlum idi. Hörmə texnikasının köməyi ilə bir sıra xalqlar vaxtilə hətta yaşayış və 
təsərrüfat binaları tikmişlər. Məişət qabları, şlyapa, balıq toru  və s. əşyaları dəniz 
otunun  qıçasından  hörürdülər.  Hörmə  texnikasının  təkmilləşdirilməsi  nəticəsində 
toxuculuq  yaranmışdır.  Keçmişdə  Azərbaycanda  hörmə  məmulatının  müxtəlif 
növləri (səbət, zənbil, həsir süfrə, həsir tərəzi, çilovçüzən və s.) işlənməkdə idi. Bir 
sıra geyim növlərinin (əlcək, corab, baş şalı və s.) hazırlanması hörmə texnikasına 
əsaslanır. Hazırda hörmə toxuculuq məmulatı maşınlarla hazırlanır. Azərbaycanda 
qadınlar  arasında  bədii  əl  sənəti  kimi  daha  genişyayılmışdır.  Əsasən,  birrəngli 
(bəzən  də  müxtəlif  rəngli)  təkqat  saplarla  işlənən  hörmə  məmulatı  bədii  tikməni 
xatırladır.  İynə  və  milçə  vasitəsilə  hazırlanan  hörmələr  məişət  əşyalarının 
bəzədilməsində  geniş  tətbiq  edilmişdir  (köynək  yaxalığı,  qol  və  ətək  hissələri, 
pərdə  yanları,  sandıq,  çarpayı  örtükləri  və  s.  bəzədilirdi).  Naxışlarda  nəbati  və 
həndəsi ornamentlər, rəsmlər, bəzən də insan fiqurları əsas yer tuturdu. 
Hörük  –  iki,  bəzən  də  dörd  naxış  elementinin  mürəkkəb  şəkildə  bir-birinə 
birləşib dolaşmasından əmələ gələn ornamentdir. XVI–XIX əsrlərdə Azərbaycanda 
miniatürlərin,  xalçaların,  memarlıq  abidələrinin  bədii  tərtibatında,  dekorativ sənət 


 
 
121 
 
nümunələrinin,  o  cümlədən  metal,  keramika,  çini  məmulatların  bəzəyində 
hörükdən istifadə edilmişdir. 
 

Xam  torpaq  –  təbii  bitkilərlə  örtülmüş,  uzun  müddət  şumlanmamış  torpaq 
sahəsidir. qədimdən şumlanan torpaqdan fərqli olaraq xam torağın tərkibində çoxlu 
çürüntü,  azot  və  bitkinin  qidalanmasına  lazım  olan  digər  elementlər  olur. 
Azərbaycanın Mil, Suğan və şirvan düzlərinin bir hissəsi xam torpaqlardır. 
Xarratlıq-dülgərlik alətləri – ağac materiallarını emal etmək üçün mexaniki 
və  əl  alətləridir.  Xarratlıq  və  dülgərlik  işlərində  kəsici,  ölçmə-nişanlama  və 
köməkçi alətlərdən istifadə olunur. kəsici əl alətlərinə balta, mişar, rəndə, iskənə və 
s.;  mexaniki  kəsici  alətlərə  müxtəlif  mişarlar  (zəncirli,  diskli  və  lentli),  rəndə, 
iskənə  və  s.;  ölçmə-nişanlama  alətlərinə  metr,  xətkeş,  bucaqlıq  (günyə), 
kronpərgar,  içölçən,  reysmus,  şaqul  və  s.;  köməkçi  alətlərə  isə  çəkic,  vintaçan, 
qayka açarı, sıxac, yastıdodaq kəlbətin, məngənə və s. daxildir. 
Xarratlıq  işləri  –  ağac  materiallarının  (taxtanın),  dülgərlik  işlərinə  nisbətən 
daha  dəqiq  və  daha  zərif  emaldır.  Məmulat  iynəyarpaqlı  və  yumşaq  enliyarpaqlı 
ağac  cinslərindən  hazırlandıqda  ağ  ağac  məmulatı,  bərk  enliyarpaqlı  ağac 
növlərindən  hazırlandıqda  və  ya  üzünə  faner  çəkildikdə  qırmızı  ağac  məmulatı 
adlanır.  Əl  ilə  xarrat  verstakında  dülgərlik  və  xarratlıq  alətləri  ilə  yerinə  yetirilən 
xarratlıq işlərinə: detalların  nişanlanması,  mexaniki emalı (pəstahın  mişarlanması, 
rəndələnməsi,  onların  üzərində  pazlar  düzəldilməsi,  yuvalar  açılması, 
burğulanması,  hamarlanması,  cilalanması  və  s.),  yapışdırılması,  üzlənməsi, 
yığılması  və  bəzədilməsi  əməliyyatları  daxildir.  Mezaniki  xarratlıq  istehsalatında 
ağac  materiallarının  emalı  və  yığılması  avtomatlaşdırılmış  axın  xətlərində  yerinə 
yetirilir. 
Xarratlıq  məmulatları  –  tamamilə  və  ya  çox  hissəsi  ağac  materiallarından 
hazırlanmış inşaat detalları və ya quraşdırma vahidləridir. Xarratlıq məmulatlarına 
pəncərə  və  qapı  blokları,  arakəsmə,  panel,  yığma  taxta  evlər,  qayıq,  avtomobil 
banı, vaqon və gəmi detalları, kənd təsürrfatı maşınları, toxuma dəzgahları və digər 
maşın hissələri, mebel və s. aid edilir. xarratlıq məmulatlarını hazırladıqda, onların 
bir-birinə  bərkidilməsi  və  görünüşünün  yaxşılaşdırılması,  istiliyi  və  səsi 
keçirməməsi,  bioloji  təsirlərdən  və  oddan  mühafizəsi  üçün  metal,  polimer,  şüşə, 
rezin və s. materiallardan istifadə olunur. 
Xətkeş – həndəsi qurmada və xətti ölçmədə işlədilən, üzərində bölgüləri olan 
rizayi  alətdir.  hesablamada  loqarifm  xətkeşi  işlədilir.  Xətkeş  həm  də  ölçmə  və 
nişanlama alətidir. 
 
İ 
İxtisas – 
1) bu insanın hər hansı bir növ əmək fəaliyyətinə hazırlıq dərəcəsidir, əməyin 
verilmiş mürəkkəblikdə icrası üçün zəruri bilik və bacarıqlardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə