Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

 
 
22 
 
1.2.3.  Mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  məmulatın 
hazırlanması üçün uyğun emal texnologiyası seçir. 
 
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) 
müxtəlif məmulatlar hazırlayır. 
1.3.1. Verilmiş materialdan 2-3 detaldan ibarət məmulat hazırlayır. 
1.3.2.  2-3  detaldan  ibarət  məmulat  hazırlayarkən  tərtibat  bacarıqları  nümayiş 
etdirir. 
1.3.3.  Qrup  tərkibində  müxtəlif  məmulatlar  hazırlayarkən  birgə  fəaliyyət 
bacarıqları nümayiş etdirir. 
1.3.4.  Məmulatların  hazırlanması  prosesində  işin  xarakterinə  uyğun 
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir. 
 
1.4.  Şəraitə  və  təbii  imkanlara  uyğun  əmək  bacarıqları  (becərmə, 
bəsləmə, tədarük, emal) nümayiş etdirir
*

1.4.1. Meyvələrin yetişdirilməsi və tədarükü üzrə bilik və bacarıqlar nümayiş 
etdirir. 
 
2. Texnika elementləri 
Şagird: 
2.1.  Texnoloji  maşın,  cihaz  və  vasitələr  haqqında  biliklərə  malik 
olduğunu nümayiş etdirir. 
2.1.1. Mexanikləşdirilmiş əl alətlərinin iş prinsiplərini şərh edir. 
2.1.2. Elektrik enerjisinin ötürülməsi və istifadəsi yollarını izah edir. 
 
2.2.  Texnoloji  maşın,  cihaz  və  vasitələrdən  istifadə  bacarıqları  nümayiş 
etdirir
2.2.1. Mexanikləşdirilmiş əl alətlərindən istifadə edir. 
2.2.2. Cərəyan mənbəyindən istifadə etməklə elektrik dövrəsi qurur. 
 
3. Məişət mədəniyyəti 
Şagird: 
3.1.  Məişətdə  zəruri  hesab  edilən  bilik  və  bacarıqlara  yiyələndiyini 
nümayiş etdirir. 
3.1.1. Məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.  
3.1.2. Məktəbdə sadə təmir işlərini yerinə yetirir. 
 
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar 
nümayiş etdirir. 
3.2.1. Ailə büdcəsinin müəyyənlədirilməsi haqqında fikirlərini şərh edir. 
 
4. Qrafika 
Şagird: 
                                                
*
 Kənd məktəbləri üçün nəzərdə tutulur. 


 
 
23 
 
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir. 
4.1.1. Düzbucaqlı detalları olan məmulatların spesifikasiyasını şərh edir. 
 
4.2.  Məmulat  və  onun  detallarının  texniki  sənədləşdirilməsi  bacarıqları 
nümayiş etdirir. 
4.2.1. Müxtəlif formalı detalları olan məmulatların qrafik təsvirini, çertyojunu, 
texnoloji xəritəsini çəkir və oxuyur. 
 
 
 
VII sinif 
 
VII sinfin sonunda şagird: 
 

 
maşın, qurğu və dəzgahlardan istifadə etməklə emal texnologiyalarını izah 
edir; 

 
məmulatı hazırlamaq üçün iş yerini təşkil edir, ardıcıllığı müəyyənləşdirir, 
emal texnologiyaları seçir və məmulat hazırlayır; 

 
ev  quşlarının  bəslənməsi  texnologiyasına  aid  bilik  və  bacarıqlar  nümayiş 
etdirir; 

 
maşınları,  qurğuları,  dəzgahları  təsnif  edir,  iş  prinsiplərini  şərh  edir  və 
onları idarə edir; 

 
elektrotexniki avadanlıqları dövrəyə qoşur, onlara xidmət göstərir; 

 
küçədə və nəqliyyatda mədəni davranış və ünsiyyət qaydalarını şərh edir; 

 
ailənin  büdcəyə  uyğun  tələbatlarının  müəyyənləşdirilməsi  haqqında 
fikirlərini şərh edir; 

 
yaşayış yerində və məktəbdə sadə təmir işlərini yerinə yetirir; 

 
quraşdırma elementləri olan məmulatların spesifikasiyasını şərh edir, qrafik 
təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
1. Emal texnologiyaları 
Şagird: 
1.1  Emal texnologiyalarının  özünəməxsus  cəhətlərini anladığını  nümayiş 
etdirir. 
1.1.1.  Maşın,  qurğu  və  dəzgahlardan  istifadə  etməklə  emal  texnologiyalarını 
izah edir. 
 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1.  Maşın,  qurğu  və  dəzgahlardan  istifadə  etməklə  məmulat  hazırlamaq 
üçün iş yerini təşkil edir. 
1.2.2. Maşın, qurğu və dəzgahlardan istifadə etməklə məmulatın hazırlanması 
ardıcıllığını müəyyənləşdirir. 


 
 
24 
 
1.2.3. Maşın, qurğu və dəzgahlardan istifadə etməklə məmulatın hazırlanması 
üçün uyğun emal texnologiyası seçir. 
 
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) 
müxtəlif məmulatlar hazırlayır. 
1.3.1. Verilmiş materialdan bir mürəkkəb detalı olan məmulat hazırlayır. 
1.3.2. Bir mürəkkəb detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları 
nümayiş etdirir. 
1.3.3.  Qrup  tərkibində  müxtəlif  məmulatlar  hazırlayarkən  birgə  fəaliyyət 
bacarıqları nümayiş etdirir. 
1.3.4.  Məmulatların  hazırlanması  prosesində  işin  xarakterinə  uyğun 
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir. 
 
1.4.  Şəraitə  və  təbii  imkanlara  uyğun  əmək  bacarıqları  (becərmə, 
bəsləmə, tədarük, emal) nümayiş etdirir. 
1.4.1.  Ev  quşlarının  bəslənməsi  texnologiyasına  aid  bilik  və  bacarıqlar 
nümayiş etdirir. 
 
2. Texnika elementləri 
Şagird: 
2.1.  Texnoloji  maşın,  cihaz  və  vasitələr  haqqında  biliklərə  malik 
olduğunu nümayiş etdirir. 
2.1.1. Maşın, qurğu və dəzgahları təsnif edir, iş prinsipini şərh edir. 
2.1.2. Elektrotexniki avadanlıqların iş prinsipini izah edir. 
 
2.2.  Texnoloji  maşın,  cihaz  və  vasitələrdən  istifadə  bacarıqları  nümayiş 
etdirir. 
2.2.1. Maşın, qurğu və cihazları idarə edir. 
2.2.2. Elektrotexniki avadanlıqları dövrəyə qoşur, onlara xidmət göstərir. 
 
3. Məişət mədəniyyəti 
Şagird: 
3.1.  Məişətdə  zəruri  hesab  edilən  bilik  və  bacarıqlara  yiyələndiyini 
nümayiş etdirir. 
3.1.1.  Küçədə  və  nəqliyyatda  mədəni  davranış  və  ünsiyyət  qaydalarını  şərh 
edir. 
3.1.2. Yaşayış yerində və məktəbdə sadə təmir işlərini yerinə yetirir. 
 
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar 
nümayiş etdirir. 
3.2.1.  Büdcəyə  uyğun  ailənin  tələbatlarının  müəyyənləşdirilməsi  haqqında 
fikirlərini şərh edir. 
 
4. Qrafika 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə