Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   2   3   4   5   6   7   8   9   ...   48

 
 

 
Şagirdlər  gündəlik  həyatda,  məişətdə,  bu  və  digər  hallarda  materialların, 
enerjinin,  informasiyaların  dəyişdirilməsi  və  istifadəsi  prosesində  iştirak 
etdiklərindən  onlarda  müvafiq  emal  texnologiyalarına  aid  bacarıq  və  vərdişlərin 
aşılanması zəruri hesab olunur. Göstərilən obyektlərin dəyişidirilməsi və istifadəsi 
müxtəlif  metod  və  vasitələrlə  (alətlər,  texnika)  əldə  olunduğu  və  bunların əsasını 
emal  texnologiyaları  təşkil  etdiyi  üçün  göstərilən  məzmun  xətti  «Texnologiya» 
fənninə daxil edilmişdir.  
Bu  məzmun  xətti  üzrə  qazanılmış  bilik  və  bacarıqlar  vasitəsilə  şagirdlər 
məmulatın  texniki  və  bədii  konstruksiya  edilməsinin  əsas  prinsipləri  ilə  yaxından 
tanış olur, estetik və dizayn tələblərinə uyğun müxtəlif məmulatlar hazırlayırlar.  
Gələcəkdə  əldə  edəcəkləri  peşənin  xarakterindən  asılı  olmayaraq  şagirdlər 
özlərinin 
həyat 
şəraitini 
yaxşılaşdırmaq 
üçün 
materialların 
emalı 
texnologiyalarından istifadə edirlər. 
 
Ümumi nəticələr 
Şagird:  

 
emal  texnologiyalarını  bir  –  birindən  fərqləndirir,  onların  özünəməxsus 
xarakterik cəhətlərini şərh edir; 

 
emal  prosesi  üçün  lazım  olan  materialları  seçərək  çeşidləyir  və  istifadə 
üçün hazırlayır; 

 
emal  prosesinə  hazırlıq  mərhələsində  nişanlama,  kəsmə,  biçmə,  tikmə, 
birləşdirmə və s. bacarıqları nümayiş etdirir; 

 
emal  texnologiyalarından  istifadə  edərək  fərdi  qaydada,  habelə  qrup  
tərkibində müxtəlif məmulatlar hazırlayır; 

 
emal  prosesində  təhlükəsizlik  və  sanitariya  –  gigiyena  qaydalarına  əməl 
edir; 

 
emal etdiyi hazır məmulatları təqdim edir; 

 
bitkilərin becərməsi və ev heyvanlarına qulluq texnologiyaları üzrə ibtidai 
bacarıqlar nümayiş etdirir (xüsusi olaraq kənd məktəbləri üçün). 
 
Texnika elementləri 
Bu  məzmun  xətti  üzrə  şagirdlərə  gündəlik  həyatda  qarşılaşdıqları texnikanın 
ümumi  xarakteristikasının  öyrədilməsi,  elmi-texniki  tərəqqinin  nailiyyətləri, 
istehsal  texnologiyalarının  təkmilləşdirilməsi,  müasir  texniki  qurğular  və 
konstruksiyalar haqqında ilkin məlumatların verilməsi, bu sahədə müvafiq bacarıq 
və vərdişlərin mənimsənilməsi nəzərdə tutulur.  
Şagirdlərdə  texnika  aləmi,  maşınların  növləri  və  təyinatı,  hissələrinin 
birləşdirilməsi,  maket  və  onlara  verilən  tələblər  (iqtisadi,  ekoloji  və  estetik), 
texnika üzrə kütləvi peşələr haqqında ilkin bilik və bacarıqlar formalaşdırılır.  
Bu  məzmun  xətti  vasitəsilə  şagirdlər  gündəlik  həyatda  qarşılaşdıqları  əsas 
texnoloji  maşınlar,  aparatlar,  aqreqatlar,  alətlər,  onların  növləri,  quruluşu  və  iş 
prinsipi ilə tanış olurlar. Şagirdlər detallar, mexanizmlər, məişətdə istifadə olunan 
maşınlar,  texnikada  maşınların  tətbiqi  haqqında  biliklərə  yiyələnməklə  müasir 
texnoloji avadanlıqların quruluşunu və iş prinsiplərini öyrənir və onları idarə etmək 


 
 

 
bacarıqları  əldə  edirlər.  Bütün  bunlar  şagirdlərdə  məişətdə,  işləyəcəkləri  sahədə 
texnika ilə davranmaq mədəniyyəti formalaşdırır.  
 
 
 
Ümumi  nəticələr 
Şagird: 

 
texnoloji maşınları, cihazları və alətləri təsnif edir; 

 
texnoloji maşınların növlərini, quruluşunu və iş prinsipini şərh edir, onların 
kinematik sxemini çəkir; 

 
məişətdə istifadə edilən texnoloji maşınları, cihazları, qurğuları, alətləri işə  
hazırlayır və onlara texniki qulluq edir; 

 
elektrik  enerjisinin  mahiyyətini,  onun  alınması,  ötürülməsi  və  istifadəsi 
yollarını, elektrotexniki,  radioelektron və avtomatik cihazların, qurğuların 
iş prinsiplərini şərh edir; 

 
elektron, radioelektron, elektrik məişət cihazlarından istifadə edir və onlara 
xidmət göstərmək bacarıqlarını nümayiş etdirir. 
 
Məişət mədəniyyəti 
Bu  məzmun  xətti  üzrə    qazanılmış  bilik  və  bacarıqlar  vasitəsilə  şagirdlər 
həyatda  insana  lazım  olan  davranış  qaydalarına  riayət  etmək,  ailənin  və  onun 
büdcəsinin  idarə  olunmasında  iştirak  etmək,    təhlükəsizlik  və  sanitariya-gigiyena 
qaydalarına  riayət  etmək,  sadə  təmir-tikinti  işlərini  yerinə  yetirmək  və  bitkilərə 
qulluq  etmək  vərdişləri  qazanırlar.  Eyni  zamanda    şagirdlərdə  ailə-məişət 
mədəniyyəti  və  ənənələri,  interyer  tərtibatı  və  dizayn,  habelə,    ictimai  yerlərdə 
(evdə,  nəqliyyatda,  məktəbdə,  qonaq  getdikdə  və  s.)  davranış  və  ünsiyyət 
qaydalarına  əməl  etmək,    öz  iş  və  yaşayış  yerlərini  təşkil  etmək  bacarıqları 
formalaşır.  
 
Ümumi nəticələr 
Şagird: 

 
ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir; 

 
təlim  –  tədris  və  yaşayış  yerinin,  interyerin  tərtibatı  ilə  bağlı  təqdimatlar  
edir, tərtibat prosesində dizayn bacarıqları nümayiş etdirir; 

 
ailə və onun büdcəsinin idarə olunması haqqında fikirlərini şərh edir; 

 
xəstəlik  və zədələnmələr zamanı  ilkin tibbi  yardım  göstərmək qaydalarını 
mənimsədiyini nümayiş etdirir; 

 
sadə təmir-tikinti və dekorativ-bəzək işlərini yerinə yetirir. 
 
Qrafika 
Hər bir  məmulatı hazırlayarkən,  ilk  növbədə, onun eskizini, sxemini, texniki 
rəsmini,  çertyojunu,  təlimat  xəritəsini  çəkmək  və  oxumaq  lazım  gəlir.  Elektron 
qurğularından  istifadə  etdikdə  onlardakı  xırda  nasazlıqları  axtarıb  tapmaq  və 
aradan qaldırmaq üçün onların sxemini oxumaq bacarığı tələb olunur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə