5
Giriş
Texnologiya fənni üzrə təhsil proqramı (kurikulumu) və onun xarakterik
cəhətləri.
Konseptual sənəd olan Texnologiya fənni üzrə təhsil proqramı
(kurikulumu)
bu fənnin məqsəd və vəzifələrini, ümumi təlim nəticələrini, məzmun
xətlərini, təlim standartlarını, müəllim, şagird fəaliyyətlərini, qiymətləndirmə
prinsiplərini əhatə edir. Texniki tərəqqinin böyük vüsət aldığı, elektron və
informasiya texnologiyalarının rolunun artdığı və bazar iqtisadiyyatı şəraitində
rəqabətin gündən-günə gücləndiyi müasir dövrdə bu sənəd ümumtəhsil məktəbləri
şagirdlərinin texnoloji təfəkkürünün inkişafına, onlarda texnoloji bacarıqların
formalaşmasına, sonrakı mərhələlərdə təhsillərini davam etdirmək üçün zəruri
biliklərə yiyələnmələrinə xidmət edir.
Təqdim olunan kurikulum inteqrativ, nəticəyönümlü və şagirdyönümlü
xarakterə malikdir. Bu kurikulumun inteqrativ xarakteri ondan ibarətdir ki, burada
riyaziyyat, fizika, biologiya, informatika, həyat bilgisi fənləri üzrə biliklərin daha
dərindən mənimsənilməsinə yönələn, onları məzmunca tamamlayan konkret
bacarıqlar öz əksini tapmışdır. Kurikulumda müəyyən olunan müvafiq bacarıqlar
bilavasitə şagirdlərin həyati tələblərinin ödənilməsinə, onların rəqabətə davamlı
şəxsiyyət kimi formalaşmasına istiqamətləndirilmişdir.
Texnologiya fənni üzrə təhsil proqramı (kurikulumu)
müəllimlər, məktəb
rəhbərləri, dərslik və dərs vəsaiti müəllifləri, qiymətləndirmə mütəxəssisləri,
valideynlər və geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur. Bu kurikulum tədris
materiallarının
səmərəli
planlaşdırılmasına,
müasir
təlim
üsullarının
müəyyənləşdirilməsinə, hazırkı şəraitdə bu fənn üzrə müəllim, şagird
fəaliyyətlərinin inkişafını izləməyə və onu obyektiv qiymətləndirməyə lazımi
imkanlar yaradır.
Texnologiya fənni üzrə məzmun standartları hazırlanarkən şagirdlərin idraki,
informativ-kommunikativ, psixomotor fəaliyyətlərinin inkişafı, habelə zəruri
vərdişlərə yiyələnmələri diqqət mərkəzində saxlanılmışdır.
Dostları ilə paylaş: