15
“Poçt qutusu” – (1906-cı il)
“Qurbanəli bəy” –(1907-ci il)
“Ölülər “ –(1909-cu il) və s.
Nemanzadə Ömər Faiq (1872-1937)
Həyat və yaradıcılığı: Ahıska qəzasının Azqur kəndində
anadan
olmuşdur.
İlk
təhsilini
kənd
camesində
almışdır.1882-ci ildə “Fateh” məktəbində təhsilini davam
etdirmişdir.
1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dərs
demişdir.
1900-cü ildə Şamaxıda milli məktəbdə müəllimlik etmişdir.
1906-cı ildə ilk dəfə nəşr olunan “Molla Nəsrəddin”
jurnalının təsisində böyük rolu olmuşdur.
1920-ci ildə Gəncədə Kənd Təsərrüfatı Texnikumunun
direktoru olmuşdur.
1921-ci ildə “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru
olmuşdur.
1924-ci ildə Az.SSR Xalq maarifi komitəsində işləmişdir. O
dövrdə dərsliklərin hazırlanması və çap edilməsində böyük
rolu olmuşdur.
1937-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur.
Əfəndizadə Muxtar İsmayil oğlu(1880-1975)
Həyat və yaradıcılığı: Ağdaş rayonunun Şəmsabad
kəndində anadan olmuşdur. Uzun müddət Azərbaycanın
müxtəlif mədrəsələrində təhsil almışdır.
1904-1905-ci illərdə Qubada “Üsuli-cədid “ məktəbi
açmışdır.
1906-cı ildə maarifçilik fəaliyyətini davam etdirmək üçün
Ağdaşa qayıtmışdır.
XX əsrin əvvəllərində Ağdaşda qiraətxana yaratmış,
Misirdən ,Hindistan və İrandan, İstanbuldan, Orenburqdan
16
Kazandan, Rusiyadan qəzet və məcmuələr gətirmişdir.
1923-cü ildə kitabların sayına görə Ağdaş qiraətxanası
Bakıdan sonra ikinci yeri tuturdu.
1906-1907-ci illərdə oğlan uşaqları üçün “Darülirfan”
məktəbləri açmış, “Yaşlılar üçün kurs” açmışdır.
1908-1909-cu illərdə bölgələrdə “Kimsəsiz uşaqlar evi”
açmışdır.
1909-cu ildə “Səadət” qız məktəbini açmış, məktəbin
fəaliyyəti 1920-ci ilədək davam etmişdir.
1944-cü ildən Azərbaycan Dövlət Universitetində dərs
demişdir.
Seyidov Əhməd Yusif oğlu (1892-1977)
Həyat və yaradıcılığı: Qazax rayonunun Aslanbəyli
kəndində anadan olmuşdur.
1911-1917-ci illərdə Qori seminariyasında təhsil almışdır.
1920-ci ildə Qazax qəzası üzrə məktəb inspektoru işləmişdir
1921-1925-ci illərdə məktəb direktoru işləmişdir.
1925-1926- cı illərdə Lənkəran maarif şöbəsinin müdiri
işləmişdir.
1930-cu ildə ADU-nu bitirdikdən sonra orada fəaliyyətə
başlamışdır
Elmi dərəcələri: 1939-cu il - elmlər namizədi alimlik
dərəcəsi almışdır.
1947-ci il - ilk pedaqoji elmlər doktoru olmuşdur.
1948-ci il - professor adına layiq görülmüşdür.
Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. “
Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adına layiq
görülüb.
Əsərləri:
“Türk əlifbası” dərsliyi (1929-cu il)
“Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən”- kitab
(1958-ci il)
17
“Pedaqogika tarixi”- vəsait (1959-cu il)
“Pedaqoqika tarixi” - vəsait (1960 –cı il)
Bayraməlibəyova-Məlik-Yeqanova Məryəm Teymur bəy
qızı (1898-1967)
Həyat və yaradıcılığı: Lənkəran şəhərində anadan
olmuşdur. Atası Teymur bəy zamanının görkəmli
maarifpərvəri olmuşdur.
1913-cü ildə “Müqəddəs Nina” qız məktəbinə daxil
olmuşdur.
1917-ci ildə “Müqəddəs Nina” məktəbini qızıl medalla
bitirmişdir.
1917-ci ildə təhsil almaq üçün Moskvaya getmişdir.
1918-ci ildə Lənkərana qayıdaraq qızlar üçün məktəb
açmışdır.
1921-ci ildə birinci Azərbaycan təcrübə-nümunə məktəbinə
türk qrupunun rəhbəri təyin olunmuşdur.
1925-ci ilin yanvarın 12-də Moskvada keçirilən
müəllimlərin I qurultayında çıxış edən ilk şərq qadını
olmuşdur.
1937-ci ildə Qazaxstana sürgün olunmuşdur.
1948-ci ildə azad edilmişdir.
1956-cı ilə kimi Daşkəsəndə yaşamışdır.
“Şərq qadını”, “Maarif işçisi”, “Yeni məktəb” jurnalında təlim
- tərbiyə məsələlərinə aid məqalələrlə çıxış etmişdir.
Böyük rus yazıçısı L.N.Tolstoyun hekayələrini azərbaycan
dilinə çevirərək “Məktəb” jurnalında çap etdirmiş, bir çox
Azərbaycan şair və yazıçılarının əsərlərini də rus dilinə
tərcümə etmişdir.
Mehdizadə Mehdi Məmməd oğlu (1903-1984)
18
Həyat və yaradıcılığı: Cəbrayıl qəzasının Daşkəsən
kəndində anadan olmuşdur.
1919 - cu ildə - Daşkəsən kənd məktəbini bitirmişdir.
1924 - cü ildə - Azərbaycan Pedaqoji İnstitutunun fizika-
riyaziyyat fakultəsinə daxil olub.
1926 - cı ildə institutu bitirmişdir.
1927- ci ildə Cəbrayıl qəza Xalq Maarif Şöbəsi yanında
metodika şöbəsinin rəhbəri olmuşdur.
1930 - Azərbaycan Xalq Maarif Komissarlığının İctimai
Tərbiyə Baş İdarəsinin elmi katibi və Xalq komissarının I
müavini Ayna Sultanovanın köməkçisi vəzifəsində
çalışmışdır.
1934-1937-ci illərdə Azərbaycan Pedaqoji institutunun
pedaqogika kafedrasının müdiri olmuşdur.
1957- ci ildə professor adını almışdır.
1967-ci ildə akademik adına layiq görülmüşdür və SSRİ
Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Uzun illər Azərbaycan SSR Maarif Nazirliyinə rəhbərlik
etmişdir.
1982-ci ildə Azərbaycan SSR-in “Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüşdür.
1984-cü ildə vəfat etmişdir.
Əsərləri :
“Pedaqogika” dərsliyi.(1941-1942-ci illər)
“Məktəb quruculuğu sahəsində nailiyyətlərimiz” kitabı.
(1957-ci il)
“Pedaqogika” dərsliyi.( 1958-ci il)
“Azərbaycan sovet məktəbinin tarixinə dair xülasələr”
(1958-ci il)
“SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinin
oçerkləri”. (1979-1980-cı illər)
“Azərbaycanda xalq maarifinin inkişafı”. (1980-il)
Dostları ilə paylaş: |